Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Beyond the Red Mirror
Beyond the Red Mirror alman pauer metal qrupu Blind Guardianın 2015-ci ildə çıxardığı, sayca 10-cu studiya albomu.
Man In The Mirror
Man In The Mirror – Qlen Ballard və Siedah Garrett tərəfindən yazılmış və Maykl Cekson tərəfindən ifa olunmuş mahnıdır. Ceksonun ifasına Kuinsi Cons və Cekson özü prodüsserlik etmişdir. 1988-ci ilin yanvarında Ceksonun yeddinci solo albomu olan “Bad”dan dördüncü sinql kimi satışa çıxarılan mahnı qısa zamanda ABŞ hit-paradlarında birinciliyə yüksəlmişdir. Ceksonun ən ciddi işlərindən biri kimi dəyərləndirilən mahnı, İlin Ən Yaxşı Səsyazması kateqoriyasında Qremmi mükafatına namizəd göstərilmişdir. Mahnı iki həftə “Billboard Hot 100” hit-paradına rəhbərlik etmişdir. 1988-ci ildə “UK Singles Chart”da 21-ci yerdə qərarlaşan mahnı, 2009-cu ildə Maykl Ceksonun ölümündən sonra həmin hit paradda 11–ci yerə kimi yüksəlmişdir. ABŞ və BK-da 1.3 milyon nüsxədən çox onlayn satış uğuru əldə edən mahnı iTunes yükləmələrində də birinci yerə yüksəlmişdir. == Kompozisiya == “Man in the Mirror” Qlen Ballard və Siedah Garrett tərəfindən bəstələnmişdir. Cekson mahnıya Garret, The Winans və Andre Krauç Xorunun fon ifasını əlavə etmişdir ki, bu da mahnıya xarakterik səslənmə vermişdir. Bu mahnı Ceksonun ən sevimli mahnılarından biri olmuşdur.
There'd Better Be a Mirrorball
"There'd Better Be a Mirrorball" — İngilis rok qrupu Arctic Monkeys mahnısı. 29 avqust 2022-ci ildə yeddinci studiya albomu The Car-ın ilk sinqlı kimi, musiqi videosu ilə birlikdə buraxıldı. == Musiqi videosu == Mahnı klipinin rejissorluğunu solist Aleks Törner edib. Videoda mahnının yazılma prosesi zaman qrup göstərilir.
Mikrob
Mikroorqanizmlər və ya mikroblar (yun. μικρός, mikrós, kiçik və ὀργανισμός, organismós - orqanizm, vücud";) — adətən ölçüləri 0,1 mm-dən az, gözlə görünməyəcək qədər kiçik olan canlı orqanizmlərin ümumi adı. Mikroorqanizmlərin öyrənilməsi ilə mikrobiologiya elmi məşğul olur. Onların tədqiqi ilk dəfə 1675-ci ildə öz yaratdığı mikroskop ilə mikroorqanizmləri kəşf edən Anton van Levenhukun faliyyəti ilə başlamışdır. == Ümumi məlumat == Mikroorqanizmlər çox müxtəlifdir, onlara bakteriyalar, göbələklər, mamırlar və sularda yaşayan kiçik canlılar daxildir. Bəzi mikrobioloq alimlər ora virusları da əlavə edirıər. Mikroorqanizmlər su, qrunt, istilik olan biosferin hər yerində yaşayırlar. Onlara atmosferin yüksəkliklərində, okeanların dərinliklərində və Yer kürəsinin dərinliklərində rast gəlmək olur. Bəzi mikroorqanizmlər azot yaratdıqlarından azot siklinin vacib bir hissəsi sayılırlar. == Biodövriyədə rolu == Mikroorqanizmlərin çoxu birhüceyrəli olur, onların bir qismi gözlə də görünür.
Mirlər
Mirlər — Azərbaycan Respublikasının Qubadlı rayonunun Dondarlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə Qubadlının azad edilməsi üçün aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur. == Toponimikası == Mirlər kəndi Bərgüşad çayının sahilində, dağətəyi ərazidədir. Yerli məlumata görə, yaşayış məntəqəsini XVIII əsrdə Şeyx Mir İbrahim ağa saldığı üçün onun titulu (mir) ilə adlanmışdır. Bir sıra müsəlman ölkələrində, o cümlədən Azərbaycanda mənşəcə Məhəmməd peyğəmbərin nəslindən olanlar adətən seyid və ya mir fəxri titulu daşıyırlar. Antropooykonimdir.
Mormor
Mormor — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Gədəbəy rayonunun Mormor kəndi Arabaçı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Mormor kənd Soveti yaradılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Sarılar olmuşdur. Kəndi XIX əsrdə indiki Tovuz rayonunun Bozalqanlı kəndindən gəlmiş Sarı oğlu Kərbəlayı Nəcəf köhnə kənd yerində salmışdır. Yerli əhalinin məlumatına görə, həmin köhnə kəndin adı Mormor olmuş və yaxınlıqdakı mineral bulaqların adını daşımışdır. == Coğrafiyası və iqlimi == Kənd dağlıq ərazidə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 489 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Pirrol
Pirrol (C4H5N) – beşüzvlü bir azot atomundan ibarət heterotsiklik aromatik birləşmədir. == Ümumi məlumat == Zəif turşu xassəsinə malikdir.Sümük yağında (heyvan mənşəli sürtkü yağı), eləcə də daşkömür qatranında olur . Pirrol həlqələri hemoqlabin tərkibində də vardır. == Alınması == Qarışıq pirrollar Paal-Knorr reaksiyasına əsasən alınır. Yəni 1,4 diketonların amonyakla və ya aminlərlə reaksiyası nəticəsində alınır.Laboratoriyada ammonium duzlarının turş (qalaktozanın oksidləşməsindən asanlıqla alınır) mühitdə pirolizindən alınır: == Xassələri == Rəngsiz, xloform iyli, havada tündləşən , yüngül hidroskopik , suda qismən, lakin üzvi həlledicilərdə yaxşı həll olan maddədir. Qələvi metallar və onların amid duzları ilə maye ammonim mühitində reaksiyaya daxil olur. Qrinyar reaktivləri ilə analoji reaksiyalar baş verir. Nəticədə N-maqnezium duzları əmələ gəlir. RX+Mg → RMgXPirrol zəif turş –NH- (pKa17,5 suda) xassəyə malikdir. Hidratlaşma nəticəsində pirolidin əmələ gəlir.
Pirron
Pirron (yun. Πύρρων, təq. e. ə. 360-cı illər – təq. e. ə. 270-ci illər) — qədim yunan filosofu, skeptisizmin yaradıcısı. Peloponnesus yarımadasının Elida şəhərindən idi. == Şübhəçilik fəlsəfəsi == Diogenes Laertius Pirronun dünyagörüşü haqqında xəbər vermişdir.
Sirroz
Sirroz - Qaraciyər löbüllerinin bağ toxumaları vasitəçiliyi ilə köçürülməsi. Sirroz qaraciyər toxumasının çapıqlaşmasını təsvir edən bir anlayışdır. Sirroz zamanı qaraciyərin normal fəaliyyətini təmin edən hüceyrələrin miqdarı azalır və onların yerini çapıq toxuması tutur. Qaraciyərdə çapıqlaşma fərqli səbəblərdən baş verən iltihabi proses nəticəsində formlaşır. Sirrozun ilkin mərhələlərində qaraciyər öz normal funksiyalarını yerinə yetirir. Amma sirrotik dəyişikliklər artdıqca qaraciyər orqanizm üçün həyati vaciblik daşıyan funksiyalarının həyata keçirə bilmir. Sirroza bir çox fərqli təriflər verilmişdir. Bunlar arasında ən yaxşı tərif "Qaraciyərin böyük bir sahəsini əhatə edən, normal qurluşunun yerində anormal nodüllerin görünməsi ilə xarakterizə olunan bir dəyişmə" olaraq təyin edən Dünya Sağlamlıq Təşkilatına aid tərifdir. Bu tərifin içinə regenerator ilə damarlanmada və qan axınındakı dəyişikliklər daxildır. Çünki, düyünlərdə hər vaxt regenerator tapıntıları görülməyə bilər; həqiqi regenerator düyünlər xəstəliyin irəli mərhələlərində rast gəlinər.
Terror
Terror — qeyri-qanuni zorun, gücün, hədənin tətbiq olunması. Terror (vulkan) — Antarktida ərazisində yerləşən vulkan. Terror (film, 2003) — terrorun bəşəriyyətə törətdiyi dəhşət və faciələrdən bəhs edən film.
Minor
Matrisin minoru, onun bir və ya daha artıq sətir və sütunları sildikdən sonra yerdə qalan elementlərdən düzəldilmiş matrisin determinantıdır. == Nümunə == Nümunə üçün aşağıdakı matris: [ 1 4 7 3 0 5 − 1 9 11 ] {\displaystyle {\begin{bmatrix}\,\,\,1&4&7\\\,\,\,3&0&5\\-1&9&\!11\\\end{bmatrix}}} Bu matrisin M 2 , 3 {\displaystyle M_{2,3}} minorunu tapaq. Bu minoru tapmaq üçün matrisdə 2-ci sətirdəki elementləri silək, həmçinin 3-cü sütundakı eleməntləri silək, daha sonra isə yerdə qalan elementlərdən alınan matrisin determinantını hesablasaq: | 1 4 ◻ ◻ ◻ ◻ − 1 9 ◻ | {\displaystyle {\begin{vmatrix}\,\,1&4&\Box \,\\\,\Box &\Box &\Box \,\\-1&9&\Box \,\\\end{vmatrix}}} ⟶ {\displaystyle \longrightarrow } | 1 4 − 1 9 | = ( 1 ∗ 9 − ( 4 ∗ ( − 1 ) ) ) = 13 {\displaystyle {\begin{vmatrix}\,\,\,1&4\,\\-1&9\,\\\end{vmatrix}}=(1*9-(4*(-1)))=13} M 2 , 3 = 13 {\displaystyle M_{2,3}=13} alarıq.
Miron
Miron (yun. Μύρων)(b.e.ə.480-440) — Afinada yaşamış heykəltaraş. O, Eletrada doğulub. Aqeladasın tələbəsi olub. Miron əsərlərinin çoxunu bürüncdən hazırlayırdı. Tanrıların və qəhrəmanların heykəllərini hazırlamasına baxmayaraq Miron əsasən idmançıların heykəllərini hazırlayırdı. Tarixçi Plini Mironun işlərinin Polikletin işlərindən daha və düzgün daha harmonik olduğunu bildirmişdir. Onun ən məşhur əsərləri, Plininin "Pliny’s Natural History"(Plininin təbii tarixi) adlı əsərinə daxildir. (Bu əsər Roma vaxtından indiyə qədər gəlib çatan nadir əsərlərdəndir. Əsərdə hər şey haqqında məlumat toplanmışdır) Miron deyirdi ki, o, öz əsərlərinə heyranedici və həyat xüsusiyyətlərini verəndə fikrindəki emosiyaları orada göstərə bilmirdi.
Bioloji terror
Bioloji terror – siyasi və maddi xarakterli məqsədlərə çatmaq üçün təhlükəli bioloji aqentlərdən istifadə edərək insanların həyat və sağlamlaıqlarına vurulan ziyandır. Bioloji terror hələ qədim zamanlardan mövcud olmuşdur: müharibələr vaxtı su quyularının zəhərləndirilməsi, mühasirəyə alınmış şəhərlərə müxtəlif xəstəliklər yayan quş və heyvanların ötürülməsi və s. Bioloji müharibələrin və terrorizmin geniş vüsət alması XX əsrdə baş vermişdir. Bioloji terrorizmin genişlənməsində əsas səbəb kimi biotexnologiyalar üzrə mütəxəssislərin artmasını, bioloji və bakterioloji məhsulların daha asan yolla əldə edilə bilməsini göstərmək olar. Bioloji silahın özünəməxsus xüsusiyyəti vardır: virusun yayılması müəyyən müddət hiss olunmur və bir müddətdən sonra ətrafdakı canlıların xəstələnməsi və məhv olması prosesi başlayır. Bioloji terrorda əsasən su, torpaq və hava zəhərlənməsi baş verir.
Böyük terror
Böyük Təmizlik (bəzən Stalin repressiyası və ya Böyük Terror adlanır) – 1936-cı ildən 1938-ci ilə qədər davam edən siyasi repressiyalar kompaniyası. Səbəbi Kommunist partiyasının, hökumət üzvlərinin böyük ölçüdə müxaliflərdən fiziki olaraq təmizlənməsi, kəndlilərin və Qızıl Ordu liderlərinin müxalifətinə son qoymaq, polis nəzarəti yaratmaq, "sabotajçı", "əks-inqilabçı" şəxslərin fiziki olaraq məhvi istəyidir. Rus tarixində ən böyük terror dövrü olan bu dövrə, gizli polisin rəhbəri olan Nikolay Yejova görə Yejovşina dövrü deyilir. Nikolay Yejov, şəxsən bu siyasətin həyata keçirilməsinə rəhbərlik etmiş, sonda özü də "vətənə xəyanət", "dövlət çevrilişi hazırlamaq"da ittiham edilərək, güllələnmişdir. Onun əmri ilə, insanları daha rahat və ucuz öldürmək üçün səyyar qaz otaqları düzəldilmişdi, bütün bunlar məhkəməsiz baş verirdi. "Böyük təmizləmə" zamanı, Stalinin rəhbərlik etdiyi SSRİ-də, 600.000-dən 1.8 milyon nəfərə qədər insan öldürülmüşdür. == Başlanğıc == Repressiyaların əsas məqsədi müxalifləri Kommunist partiyasından uzaqlaşdırmaq, Stalinin hakimiyyətini daha da möhkəmləndirmək idi. İlk əvvəllər sadə əhalinin diqqətini daha çox partiya rəhbərliyindəki şəxslərin, həmçinin də iri bürokratların mühakimələri çəkdi. Bu kampaniyadan cəmiyyətin digər təbəqələri də xeyli ziyan gördü: ziyalılar, kəndlilər, xüsusən də "kəndli üçün çox varlı olan qolçomaqlar" və ixtisaslı kadrlar. Bəzən bütöv etnik qruplar V kalon adlandırılaraq, vətən xaini elan edilirdi.
Con Milnor
Con Uillard Milnor (ing. John Willard Milnor; 20 fevral 1931) — diferensial topologiya, K-nəzəriyyə və dinamik sistemlər sahəsindəki işləri ilə tanınmış Amerika riyaziyyatçısı. Filds medalı (1962), Volf mükafatı (1989) və Abel mükafatı (2011) laureatıdır. Stouni-Bruk Universitetinin əməkdar professorudur. == Həyat və fəaliyyəti == Con Milnor 1931-ci ildə ABŞ-nin Nyu-Cersi ştatında anadan olmuşdur. İlk elmi məqaləsini 18 yaşında yazan Milnor 1954-cü ildə fəlsəfə doktoru dərəcəsini alır. İki il sonra yeddiölçülü ekzotik sferaların kəşfi ilə riyaziyyat aləmini heyran edir. Daha sonra fransız riyaziyyatçı Mişel Kerverlə birlikdə hər ölçüdə sferalar üzərində bütün diferensiallanan strukturların təsnifatını verməklə topologiyaya yeni nəfəs gətirir. O, riyaziyyatın bir çox sahələrinə böyük töhfələr vermişdir ki, bunların içində xüsusilə Milnor sferaları, Milnor ədədi, Milnor-Törston nəzəriyyəsi, düyünlər nəzəriyyəsi ilə bağlı Milnor hipotezi riyaziyyatçılara yaxşı tanışdır. Milnor bir sıra mükafatlar laureatıdır və onların içində 1962-ci ildə aldığı riyaziyyat aləminin ən mötəbər mükafatlarından biri olan Filds medalı da vardır.
Ekoloji terror
Ekoloji terror (ekoterrorizm) – konkret ölkə tərəfindən və ya şəxs tərəfindən digər ölkənin flora və faunasına zərər yetirməklə, təbii sərvətlərini məhv etməklə bilərəkdən vurulan ziyandır. Ətraf mühitə və inkişafa dair Rio-De-Caneyro bəyannaməsinə görə, müharibələr davamlı inkişaf prosesinə dağıdıcı təsir göstərməməlidir. Ona görə də dövlətlər silahlı konfliktlər zamanı ətraf mühiti mühafizə edən beynəlxalq hüquqa hörmət etməlidirlər. Ermənilərin ekoloji terroru Azərbaycanın su idarəetməsi və planlaşdırılması sisteminə də mənfi təsir edib. Ermənistan transsərhəd su ehtiyatlarını davamlı olaraq kimyəvi və bioloji maddələrlə çirkləndirib. Hər il Ermənistandan keçən 350 milyon kubmetr su kimyəvi maddələrlə çirklənib.Azərbaycan ərazilərindən keçən Araz çayının 43 km hissəsindəki mikroflora və mikrofauna tamamilə məhv edilib və suyunun tərkibindəki ağır metalların miqdarı normadan çoxdur.Azərbaycanın hündürlüyünə (125 m) görə ən yüksək olan və ümumi su tutumu 560 milyon kubmetr olan su anbarı - Ağdərə bölgəsində (Dağlıq Qarabağ) yerləşən Sərsəng su anbarı da işğal altında idi.Sərsəng su anbarı Respublikanın 6 rayonunu (Tərtər, Ağdərə, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) suvarma suyu ilə təmin edirdi. == Tarixi == Ekoloji terror termininin yaradılması 1960-cı illərdə təsadüf edir. Bununla belə, ekoloji terrorun tarixi bundan daha qədimdir. Baş verdiyi dövrdə ekoloji terror adlandırılmasa belə, tarixdə ekoloji terror aktları çoxdur.
Helen Mirren
Helen Mirren (ing. Helen Mirren, 26 iyul 1945) — Böyük Britaniya kino və teatr aktrisası.
Kirkor Zohrab
Kirkor Zöhrab Əfəndi (Գրիգոր Զոհրապ; 26 iyun 1861[…], Beşiktaş, Konstantinopol, Osmanlı imperiyası – 2 avqust 1915, Şanlıurfa, Şanlıurfa ili, Osmanlı imperiyası), Osmanlı erməni yazıçısı, akademik, siyasətçi və hüquqşünas. Erməni Krımının başlanğıcında İstanbulda Osmanlı hökuməti tərəfindən həbs edilmiş və mühakimə olunmaq üçün Diyarbəkirdəki hərbi məhkəməyə göndərilmişdir. Səfər əsnasında 15–20 iyul 1915-ci ildə Urfa yaxınlığındakı Karaköprüdə Çerkez Əhməd, Xəlil və Nazım başda olmaqla bir qrup quldur tərəfindən öldürüldü. == Həyat == 26 iyun 1861 ilində İstanbulun Beşiktaş səmtində anadan olub. İbtidai məktəbə 1867-ci ildə mahalın Makruhyan erməni məktəbində başlayıb. 1870-ci ildə atasının ölümü və anasının yenidən evlənməsindən sonra Ortaköy mahalına köçdü və burada Tarkmançats Erməni Məktəbində oxudu.1873-cü ildə Tarkmançats məktəbi maliyyə çətinliklərinə görə bağlandıqda, o, Katolik Lusaroviç Məktəbinə keçdi. 1876-cı ildə Qalatasaray Mekteb-i Sultani Mühəndislik Bölməsinə daxil oldu. İlk məqalələri 1878-ci ildə Ermənistanın Lrakir Qəzetində dərc olunub. 1879-cu ildə inşaat mühəndisi diplomu ilə bitirdi. 1880-ci ildə ögey atası vəkil Avedis Yordamyanın ofisində ona kömək etməyə başladı və Qalatasaray Sultanisi Hüquq Fakültəsinə daxil oldu.
Mikrob təbəqəsi
Mikrob təbəqəsi — Cücərmə təbəqəsi, embrion inkişafı zamanı əmələ gələn hüceyrələrin əsas təbəqəsidir. Onurğalılarda üç hüceyrə təbəqəsi xüsusilə aydın şəkildə ifadə olunur. Bununla birlikdə, bütün eumetazoanlar (süngərlərə qohum olan heyvanlar) iki və ya üç əsas mikrob təbəqəsi əmələ gətirirlər. Bəzi heyvanlar, iki mikrob təbəqəsi (ektoderma və endoderma) istehsal edərək onları diploblastik edir. Heyvanlar, bu iki təbəqə arasında üçüncü bir təbəqə (mezoderma) əmələ gətirərək onları triploblastik edir. Hüceyrə təbəqələri nəticədə orqanogenez prosesi ilə bütün heyvanın toxumalarını və orqanlarını əmələ gətirir. == Tarix == Kaspar Friedrix Volf, erkən embrionun yarpaq kimi təbəqələrdə quruluşunu müşahidə etdi. 1817 -ci ildə Heinz Kristian Pander, toyuq embrionlarını öyrənərkən üç əsas mikrob təbəqəsi kəşf etdi. 1850-1855 -ci illərdə Robert Remak, hüceyrə təbəqəsi (Keimblat) anlayışını təkmilləşdirərək, sırasıyla xarici, daxili və orta təbəqələrin epidermis, bağırsaq və ara əzələləri və damar sistemini meydana gətirdiyini ifadə etdi. "Mesoderma" termini 1871 -ci ildə Huxley tərəfindən ingilis dilinə, 1873 -cü ildə Lankester tərəfindən "ektoderma" və "endoderma" kimi təqdim edilmişdir.
Qırmızı Terror
Qırmızı terror — Sovet Rusiyasında kütləvi həbslər kampaniyası və bolşeviklər tərəfindən həyata keçirilmiş cəzalar. Sovet tarixşünaslığında Qırmızı Terrorun 2 sentyabr 1918-ci ildə Yakov Sverdlov tərəfindən rəsmən elan olunduğu və 1918-ci ilin oktyabrında başa çatdığı göstərilir. Buna baxmayaraq Sergey Melqunovdan başlayaraq bir çox tarixçilər bu dövrü bütün Rusiya Vətəndaş Müharibəsi dövrünü (1918–1922) əhatə etdiyini qeyd edirlər. Kütləvi repressiyalar ədalət mühakiməsi olmadan gizli polis – Çeka tərəfindən bolşevik hərbi kəşfiyyat agentliyi (QRU) ilə birgə həyata keçirilib. "Qırmızı terror" termini əslində Fransa İnqilabının 1794-cü il, 28 iyulda başa çatmış "Terror idarəçiliyi"nin (Robespyer tərəfindən həyata keçirilib) son 6 həftəsini təsvir etmək və bu dövrü sonrakı "Ağ Terror" dövründən ayırmaq üçün istifadə olunub (tarixdə bu dövr Böyük Terror (fr. la Grande Terreur) kimi tanınır). == Məqsəd == RSFSR Xalq Komissarları Soveti ölkəni ağ terrordan müdafiə etmək üçün təcili fövqəladə tədbir adlandıraraq qırmızı terror haqqında qətnamə qəbul etdi. Fövqaladə Komissiya rəhbəri Dzerjinski izah etdi ki, bu addım . SSRİ Prokurorluğu və DTK-sınınn bir izahatında vurğulanır ki, "Qırmızı Terrorun icrası xarakterinə görə məhdudlaşdırılmışdır. 1918-ci ilin sentyabr-oktyabr aylarında bu terror mahiyyəti üzrə bütün ölkədə başa çatdı." "Qırmızı Terror haqqında" fərmanda nəzərədə tutulurdu ki, bu, Qətnamə xəbərdarlıq edirdi ki, "bütün əksinqilabçılar və onlarla əməkdaşlıq edənlərin hamısı Sovet liderlərinin və inqilab ideyaları mübarizlərinin" həyatlarına qəsd cəhdində təqsirləndiriləcəklər.
Survival horror
Survival horror (hərfi tərcüməsi survival – sağ qalmaq, horror – qorxu, dəhşət) — 1990-cı illərin sonlarında meydana gəlmiş kompüter oyunu janrı. Bu janrda olan oyunların əsas xüsusiyyətləri mistik personajlar, qorxu, düşündürücü tapşırıqlar, gözlənilməzliklər və s. ola bilər. Oyunun baş qəhrəmanları daim ölümlə üz-üzə qalır və digər oyunlardakı kimi kimisə öldürmək və ya xilas etmək yox, düşdüyü çətin vəziyyətdən (məkandan) sağ qurtula bilməkdir.
Terror (dəqiqləşdirmə)
Terror — qeyri-qanuni zorun, gücün, hədənin tətbiq olunması. Terror (vulkan) — Antarktida ərazisində yerləşən vulkan. Terror (film, 2003) — terrorun bəşəriyyətə törətdiyi dəhşət və faciələrdən bəhs edən film.
Terror (vulkan)
Terror — Antarktida ərazisində yerləşən vulkan. Vulkanın püskürməsi indiyənə kimi müşahidə edilməmişdir. Terror Erebus vulkanınından 30 km aralıda yerləşir. 820 000 il öncə hündürlüyü 3230 m olan vulkan formalaşmışdır. Ross adasının şərq hissəsinin ərazisini əmələ gətirir. 2000-ci ildə vulkan ətrafında güçlü zəlzələ baş vermişdir. Vulkanın adı Ceyms Rossun təşkil etdiyi ekspedisiyasında iştirak etmiş Terror gəmisinin şərəfinə 1841 ildə adlandırılmışdır.
Terror arxivləri
"Terror arxivləri" (isp. Archivos del Terror) — 22 dekabr 1992-ci ildə hüquqşünas və insan haqları aktivisti Martin Almada və hakim Xose Aqustin Fernandes tərəfindən Paraqvayın paytaxtı Asunsyon yaxınlığındakı Lambare qəsəbəsinin polis məntəqəsində tapılmışdır. Fernandes, burada keçmiş məhbus barəsindəki sənədləri axtarırdı. Əvəzində isə Argentina, Boliviya, Braziliya, Çili, Paraqvay və Uruqvay xüsusi xidmət orqanları tərəfindən gizlincə oğurlanan, işgəncə verilən və öldürülən minlərlə Latın Amerikalının taleyi barədə arxivləri tapdı. Həmin hadisələr Kondor əməliyyatı adı ilə tanınır. == İstinadlar == == Xarici keçidlər == UNESCO "Democracy in the light of dictatorship" by Alain Touraine, article for the UNESCO. www.pittstate.edu Article in Spanish by Martín Almada Arxivləşdirilib 2005-12-20 at the Wayback Machine "In Search of Truth and Justice: Coordination Board for Assistance to the Commission of Truth and Justice" Arxivləşdirilib 2006-09-06 at the Wayback Machine. Voces: Boletin Informativo de la CODEHUPY. 4(1) January–March 2004. Translated by D. Schenck-Hamlin and N. Ossar. Consequences of the discovery of the archives of terror. "The Bloody Legacy of Stroessner, Pinochet and Rios Montt.
Terror təşkilatları
Terrorçu təşkilat — terror aktları həyata keçirmək məqsədi ilə yaradılan və ya öz fəaliyyətində terrordan istifadənin mümkünlüyünü qəbul edən təşkilat. Terrorçu təşkilatların fəal dəstələri terror qrupları sayılır. Məhz belə qrupların fəaliyyəti sayısində təşkilat qarşısına qoyduğu məqsədlərə nail olur.
Terror təşkilatı
Terrorçu təşkilat — terror aktları həyata keçirmək məqsədi ilə yaradılan və ya öz fəaliyyətində terrordan istifadənin mümkünlüyünü qəbul edən təşkilat. Terrorçu təşkilatların fəal dəstələri terror qrupları sayılır. Məhz belə qrupların fəaliyyəti sayısində təşkilat qarşısına qoyduğu məqsədlərə nail olur.