Mikrob
Mikroorqanizmlər və ya mikroblar (yun. μικρός, mikrós, kiçik və ὀργανισμός, organismós - orqanizm, vücud";) — adətən ölçüləri 0,1 mm-dən az, gözlə görünməyəcək qədər kiçik olan canlı orqanizmlərin ümumi adı. Mikroorqanizmlərin öyrənilməsi ilə mikrobiologiya elmi məşğul olur. Onların tədqiqi ilk dəfə 1675-ci ildə öz yaratdığı mikroskop ilə mikroorqanizmləri kəşf edən Anton van Levenhukun faliyyəti ilə başlamışdır.
Mikroorqanizmlər çox müxtəlifdir, onlara bakteriyalar, göbələklər, mamırlar və sularda yaşayan kiçik canlılar daxildir. Bəzi mikrobioloq alimlər ora virusları da əlavə edirıər. Mikroorqanizmlər su, qrunt, istilik olan biosferin hər yerində yaşayırlar. Onlara atmosferin yüksəkliklərində, okeanların dərinliklərində və Yer kürəsinin dərinliklərində rast gəlmək olur. Bəzi mikroorqanizmlər azot yaratdıqlarından azot siklinin vacib bir hissəsi sayılırlar.
Texniki məhsulların etibarlılığı xarici mühitin təbii komponenti olan mikroorqanizmlərin (mikroskopik göbələklər, bakteriyalar, mayalar və s.) müqaviməti ilə müəyyən edilir.