Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Miryasin Seyidov
Mirşahin
Mirşahin Mirdilavər oğlu Ağayev (12 noyabr 1963, Perimbel, Yardımlı rayonu) — Real TV-nin baş direktoru (2018-ci ildən), ANS Şirkətlər Qrupunun vitse-prezidenti, telejurnalist, Azərbaycan Respublikasının əməkdar jurnalisti, 1-ci və 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni laureatı. Mir Şahin Mirdilavər oğlu Ağayev 12 noyabr 1963-cü ildə Yardımlı rayonunun Perimbel kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Jurnalist fəaliyyətinə Qarabağa Xalq Yardımı Komitəsinin "Azərbaycan" qəzetində başlayıb. Vahid və Seyfulla Mustafayevlərlə birgə ANS-in təsisçisidir. Müharibə reportyorudur. Azərbaycanın jurnalist və publisistlərindən biri kimi tanınır. 1992–2005-ci illərdə ANS Müstəqil Yayım və Media Şirkətinin (ANS-TV) Baş Redaktoru olan Mir Şahin Ağayev, 2016-cı ilə qədər şirkətin vitse-prezidenti postunu tutub. O, 102 FM radiostansiyasının 1994-cü ildən, 2016-cı ilədək prezidenti vəzifəsində çalışıb. 1992–2005-ci illərdə ANS Müstəqil Yayım və Media Şirkətinin Baş Redaktoru olub.
Miryusif Mirbabayev
Yusif Mirbabayev — Azərbaycanlı alim. Miri Yusif — Azərbaycanlı müğənni və repçi.
Miryusif Mirnəsiroğlu
Miryusif Mirnəsiroğlu (5 mart 1938, Hacıqabul rayonu – 29 yanvar 2012) — Azərbaycan yazıçısı və şairi. Miryusif Mirnəsiroğlu 1938-ci il mart ayının 5-də Sabirabad rayonu (indiki Hacıqabul rayonu) Qarasu kəndində məşhur dindar, islamın təbliği yolunda əzab-əziyyətlərlə üzləşmiş Mirnəsirullah Ağanın ailəsində dünyaya gəlmişdir. Miryusif Mirnəsiroğlunun ilk eşitdiyi La-İlahə-İlləallah kəlməsi olmuşdur. O, ibtidai sinfi Qarasuda, səkkiz illiyi Hacıqabulda, orta təhsilini isə Bakının 132 saylı orta məktəbində başa vurmuşdur. Hələ orta məktəbdə oxuyarkən bədii qiraətçi kimi Azərbaycan Gənclərinin ilk festivalinın laureatı adını almışdır. Teatr sənətinin tilsiminə düşmüş Miryusif Mirnəsiroğlu poeziya ailəmindən ayrılmadan Sankt-Peterburq Ali Həmkarlar Akademiyasının Mədəni-maarif fakütəsinə daxil olur. Sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. O, bir müddət Quba Dövlət Dram Teatrında, Gənc Tamaşaçılar Teatrında işləyib. Sonra Hacıqabul rayonu Qarasu orta məktəbində müəllim, direktor, Şirvan Şəhər Mədəniyyət və İstirahət Parkının direktoru, Musiqi məktəbinin direktoru, Pedaqoji məktəbinin dil-ədəbiyyat müəllimi kimi çalışmışdır. M. Mirnəsiroğlunun 6 övladı, 16 nəvəsi, 8 nəticəsi var.
Mirşahin Ağayev
Mirşahin Mirdilavər oğlu Ağayev (12 noyabr 1963, Perimbel, Yardımlı rayonu) — Real TV-nin baş direktoru (2018-ci ildən), ANS Şirkətlər Qrupunun vitse-prezidenti, telejurnalist, Azərbaycan Respublikasının əməkdar jurnalisti, 1-ci və 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni laureatı. Mir Şahin Mirdilavər oğlu Ağayev 12 noyabr 1963-cü ildə Yardımlı rayonunun Perimbel kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Jurnalist fəaliyyətinə Qarabağa Xalq Yardımı Komitəsinin "Azərbaycan" qəzetində başlayıb. Vahid və Seyfulla Mustafayevlərlə birgə ANS-in təsisçisidir. Müharibə reportyorudur. Azərbaycanın jurnalist və publisistlərindən biri kimi tanınır. 1992–2005-ci illərdə ANS Müstəqil Yayım və Media Şirkətinin (ANS-TV) Baş Redaktoru olan Mir Şahin Ağayev, 2016-cı ilə qədər şirkətin vitse-prezidenti postunu tutub. O, 102 FM radiostansiyasının 1994-cü ildən, 2016-cı ilədək prezidenti vəzifəsində çalışıb. 1992–2005-ci illərdə ANS Müstəqil Yayım və Media Şirkətinin Baş Redaktoru olub.
Fəhəd əl-Mirdasi
Fəhəd əl-Mirdasi (ərəb. فهد المرداسي‎; d. 16 avqust 1985, Ər-Riyad, Səudiyyə Ərəbistanı) — Səudiyyə Ərəbistanından olan futbol hakimi. Fəhəd əl-Mirdasi 2018-ci ilin may ayında Səudiyyə Ərəbistanının Futbol Federasiyası tərəfindən ömürlük diskvalifikasiya edilmişdir. Buna səbəb onun danışılmış oyunlarda iştirakıdır. Bu səbəbdən o, həbs edilmişdir. Fəhəd əl-Mirdasi 2017-ci il Konfederasiyalar Kubokunda, o cümlədən Meksika və Portuqaliya yığmaları arasında keçirilmiş 3-cü yer uğrunda görüşü idarə etmişdir. Həbsdən əvvəl 2018-ci il dünya çempionatına da təyinat almışdır.
Ayan Mirqasım
Ayan Oqtay qızı Mirqasımova (5 may 1969, Bakı) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2017), Azərbaycan Respublikasının əməkdar artisti (2000). == Həyatı == Ayan Oqtay qızı Mirqasımova (Ayan Mirqasım) 5 may 1969-cu ildə Bakıda anadan olub. Bakı Xoreoqrafiya Məktəbini bitirib (1986). Moskvada ÜDKİ-nin kino və teatr aktyorluğu ixtisasında (Aleksey Vladimiroviç Batalovun sinfində) təhsil alıb (1986–1990). 1991-ci ildən S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyir. Teatrda aktrisalıqla yanaşı xoreoqrafiya quruluşlarını da verir. Xarici film istehsalçılarının filmlərində də çəkilib: "Kiçik" (1993, Özbəkfilm, rej: Rano Kubayeva) və "Yelləncək" (2005, NTV, Rusiya, serial, rejissor: Vyaşeslav Nikiforov) filmlərində yer alıb. "Apofiqey — 99" teatr mükafatı tamaşaçı rəğbəti nominasiyası, I Beynəlxalq Madrid Kinofestivalında "ən yaxşı qadın rolu" mükafatı, XII Beynəlxalq Daşkənd Kinofestivalının "qızıl zanbaq", MDB və Baltrikyanı ölkələrin Açıq Kinofestivalının "Qorqipiya" mükafatı laureatı, "Humay" mükafatçısıdır. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti, 31 iyul 2017-ci ildə Azərbaycanın xalq artisti fəxri adlarına layiq görülmüşdür. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə, 10 may 2022-ci ildə, 6 may 2023-cü ildə və 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.
Mirdadın kitabı
Bu əsrarəngiz əsər, Livan ədəbiyyatının klassiki Mixail Nüayməyə məxsusdur. O, görkəmli ərəb-amerikan yazıçısı, şairi, rəssamı, filosofu Cibran Xəlilin yaxın dostu olub. İyirminci əsrin aydınlarından olan Oşo bu kitab haqqında belə deyir: ""Mirdadın kitabı" mənim ən sevimli kitablarımdandır. Bu əbədiyaşar kitablar sırasına daxildir. Əgər mən ən dəyərli kitabların siyahısı tərtib edəsi olsam, o zaman bu kitabı siyahıda birinci qeyd edərəm". "Mirdadın kitabı" 1948-ci ildə Livanda çap olunub. Kitab Nuh peyğəmbərin gəmisinin seldən sonra gəlib çatdığı quru ərazisində tikib yaratdığı məbəd və bu məbədə qonaq gələn əsrarəngiz ustad haqqındadır. Mahiyyət etibariylə kitab insanın allahla olan ruhi əlaqələrindən bəhs edir. Oşo deyir: "Bu kitaba kim ki həyat bəxş edib, sözlərimə diqqətlə fikir verin, mən demirəm ki, kim ki yazıb, adi insan deyil, heç kimdi. Bunu edən şəxs sadə yazıçı deyil.
Mirhaşım Talışlı
Mirhaşım Mirmurtuza oğlu Talışlı (Hacı Mirhaşım; 21 mart 1926, Lənkəran, Lənkəran qəzası – 6 aprel 2018) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi, şair, ədəbiyyatşünas, tədqiqatçı-alim,Lənkəran Dövlət Universitetinin dosenti, əməkdar müəllim, prezident təqaüdçüsü. Lənkəran şəhər 1 nömrəli tam orta məktəbində, Lənkəran Dövlət Universtetində müəllim işləyib. 6 aprel 2018-ci ildə Bakıda vəfat edib. Lənkəranda dəfn olunub.
Mirqasım Vahabov
Mirqasım Fazil oğlu Vahabov — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin sabiq rəisi, gömrük xidməti general-mayoru. 31 dekabr 1955-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1972-ci ildə orta məktəbin 10-cu sinfini əla qiymətlərlə başa vurmuşdur. 1974–1976-cı illərdə ordu sıralarında xidmət keçmiş, 1977-ci ildə Bakı Plan-Uçot Texnikumunu əla qiymətlərlə bitirmiş, fərqlənmə diplomuna layiq görülmüşdür. 1977-ci ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun "Uçot- iqtisad" fakültəsinin birinci kursuna daxil olmuş, oxuduğu müddətdə əla qiymətlər aldığına görə xüsusi təqaüdə layiq görülmüşdür. Təhsilini əla qiymətlərlə başa vuraraq fərqlənmə diplomu almışdır. 1981-ci ildə ali təhsilini başa vurduqdan sonra gənc mütəxəssis kimi Azərbaycan Respublikasının Təhsil Nazirliyində ixtisasına uyğun işlə təmin olunmuşdur. 1999-cu ilə qədər olan müddətə Təhsil Nazirliyində müxtəlif məsul vəzifələrdə, peşəkar mütəxəssis kimi çalışmışdır. 1999-cu ilin 24 iyul tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrinə əsasən Komitənin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunmuş, gömrük xidməti polkovniki xüsusi rütbə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2007-ci il tarixli müvafıq sərəncamı ilə gömrük xidməti general-mayoru xüsusi ali rütbə verilmişdir.
Mirqasım Əfəndiyev
Mirqasım Hacı Ömər oğlu Əfəndiyev (1902-1992) — Qazax Müəllimlər Seminariyasının məzunu (1924) və direktoru (1931-1936), maarifçi, riyaziyyatçı. Mirqasım Hacı Ömər oğlu Əfəndiyev 1902-ci ildə Qazax qəzasının I Şıxlı kəndində anadan olub. 3 yaşında olarkən anası- Söylü xatunu, 14 yaşında ikən (1916) atası -dövrünün görkəmli alimi, ilahiyyət nəzəriyyəsinə və təsəffüf fəlsəfəsinə dair əsərləri ilə şöhrət qazanmış Hacı Ömər Əmir oğlu Əfəndini itirir. İbtidai təhsilini aldıqdan sonra 1918-ci ildə Qazax Müəllimlər Seminariyasına daxil olub. 1924-cü ildə seminariyanı bitirmiş Mirqasım Əfəndiyev Səməd Vurğun, Mehdixan Vəkilov, Əhməd ağa Gülməmmədov, Süleyman bəy Qayıbov Yusif əfəndi Əfəndiyev, Əli Hüseynov (Mehdi Hüseynin atası), kimi dövrünün məşhur və tanınmış ziyalıları ilə bir seminariyada, bir sinifdə oхuyub. 1925-ci illdə Gəncə seminariyasına riyaziyyat müəllimi və director müavini göndərilib. Bir müddət burada işləyəndən sonra Bakı Dövlət Universitetinin riyaziyyat və tarix fakultəsinə daxil olaraq 1931ci-ildə universiteti bitirib. 1931-1936-cı illər Mirqasım Əfəndiyev Maarif Nazirliyinin göndərişi ilə Gazax Myəllimlər Seminariyasına rəhbərlik edib. 1936-cı ildə Azərbaycanı repressiyalar dalğası bürüməyə başladığı dövrdə qardaşları- Mahmudalı Əfəndinin 1918-20-ci illər Azərbaycan Demokratik Cumhuriyyətinin Ordusunda musavatın ideyalarına xidmət etmiş zabit kimi, böyük qardaşı Məhəmmədəli Əfəndi və bacısı oğlu İsmayıl Əfəndi Allaha və islama olan dini əqidəsi və millətinə bağlılığı səbəbindən Sibirə sürgün edildiiklərinə görə, o Kommunist partiyasının sıralarından xaric edilib. 1938-ci ildə Gəncə Dəmiryol məktəbinə riyaziyyat müəllimi göndərilib.
Oqtay Mirqasım
Oqtay Mirəsədulla oğlu Mirqasımov (12 iyun 1943, Bakı) — Azərbaycan kinorejissoru, ssenarist, Azərbaycan Respublikasının xalq artisti (2000), "Şərəf" ordenli (2018). "İstiqlal" ordenli (2023). Oqtay Mirqasımov 12 iyun 1943-cı ildə Bakı şəhərində anadan olub. 1963–1968-ci illərdə Moskvada ÜDKİ-nin rejissorluq fakültəsində təhsil alır, Bakıya "Azərbaycanfilm" kinostudiyasına qayıdır. Bir neçə sənədli, bədii filmlərin quruluşçu rejissoru və ssenari müəllifidir. Filmləri Ümumittifaq festivallarında mükafat alıb. Azərbaycanın xalq artistidir. 1992–2001-ci illərdə "Azərkinovideo" İstehsalat Birliyinin baş direktoru vəzifəsində çalışıb. 2015-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür. 7 iyun 2018-ci ildə "Şərəf" ordeni ilə təltif edilmişdir.
Mirqasım Çeşmazər
Mirqasım Çeşmazər ― 1954-1959-cu illərdə Azərbaycan Demokrat Firqəsinin sədri, alim. Azərbaycan Milli Hökuməti dövründə Təbriz fədai dəstələrinin komendantı, Seyid Cəfər Pişəvərinin köməkçisi, Azərbaycan Radio komitəsinin sədri olub. Mirqasım Mikayıl oğlu Çeşmazər 1920-ci ildə anadan olub. 1944-cü ildə yaradılmış Tudə partiyasının Təbriz Komitəsinin üzvü olub. Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin üzvü olub. 1945-ci il dekabrın 10-dan 1946-cı il yanvarın 15-ə qədər Təbriz fədai dəstələrinin komendantı, 1946-cı ilin yanvar ayından iyun ayına qədər S.C.Pişəvərinin köməkçisi olub. 1946-cı il aprelin 26-da Azərbaycan Radio komitəsinin nəzdində açılmış Təbriz radiosunun sədri olub. 1946-cı il sentyabrın 3-də Azərbaycan Demokrat Firqəsinin yaradılmasının birinci ildönümündə milli-demokratik hərəkatda iştirak etdiyi üçün "Səttarxan" ordeni ilə təltif olunub. 1946-cı ildə S.C.Pişəvəri, Mirqasım Çeşmazər və digərlərinin təşəbbüsü ilə Tehran qoşununun Azərbaycana gəlməsinə müqavimət göstərmək məqsədi ilə "Babək müqavimət dəstəsi" yaradılıb. Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Bakıya gəlib.
Xanım milyası
Xanım milyası (ing. Ladies' Mile) — Nyu-York şəhəri Midtaun Manhetten hissəsinin Fletayron rayonunun tərkibindəki tarixi ticari kvartal. Xanım milyası 14-cü və 23-cü küçələr, Brodvey və Altıncı prospekt ilə ətraflanıb. Rayonun populyarlığı XIX əsrin ikinci yarısının əvvəllərində "Macy’s" mağazasının 1858-ci ildə Altıncı prospektin və 14-cü küçənin kəsişməsində açılması ilə artdı, iki il sonra isə 23-cü küçə ilə kəsişmədə yerləşən Beşinci Prospekt hotelində Uels şahzadəsi VII Eduard gecələdi. Sonrakı 20 il ərzində rayonda bir çox nüfuzlu mağazalar açıldı. Ticari istiqamətdən savayı rayonda restoranlar, musiqi və kitab mağazaları və nəşriyyatların işi yaxşı gedirdi. Xanım milyasında inşa edilən evlər tez -tez Avropa üslubunu təqlid edirdi. ABŞ-nin bir çox birinci xanımları və görkəmli aktrisalar Xanım milyasında yerləşən mağazalardan alış-veriş etmişdi. Edit Varton və Horas Qrili kimi görkəmli şəxslər burada yaşamışdılar. 1878-ci ildə Altıncı prospekt boyunca estakada dəmir yolunun inşası daha da çox alıcı axınına səbəb oldu.
Qiymət miqyası
Qiymət miqyası (ing. scale of price) — ölkənin valyutasının daxili bazarda alınma qabiliyyətini müəyyən edən pul sisteminin təsviri. Pul nəzəriyyəsi daxilində pulun dəyər ölçüsü kimi funksiyası ilə məşğul olan kateqoriyadır. Qiymət miqyasının tətbiqi ilə əlaqədar olaraq puldan ölçmə üçün deyil, mühasibat uçotu vasitəsi kimi istifadə olunmağa başlandı. Milli pul sistemləri bir valyuta vahidinin müəyyən miqdarda qiymətli metala (çox vaxt qızıl) bağlanmasından istifadə edirdi, bu da qızılın rəsmi qiymətini saxlamağa imkan verirdi. Bu siyasət pulun əsas funksiyası — dəyər ölçüsü kimi “qızılın rəsmi qiymətinin saxlanmasını” nəzərdə tutur. Hər bir dövlətin “pul vahidi kimi qəbul edilən metalın (qızıl və ya gümüşün) çəkisini və onun qatlarını” (BSE-də “qiymət miqyası”nın tərifi, 1974) göstərdiyi və hər bir ölkənin “qiymət ölçülərini” müəyyən etdiyi bir vaxtda qızıl məzmunu əsasında hesablanmış valyuta kursları üzrə. 1971-1973-cü illərdə baş vermiş və 1976-cı ildə qızıla əsaslanan Bretton-Vuds sisteminin dağılmasına səbəb olan dövlətlər qızılın rəsmi qiymətini saxlamaqdan imtina etdikdə, qızılın demonetizasiyası dövründə, ölkələrarası müqayisələr. qiymət tərəziləri öz “qızıl bazasını”, “ümumdünya ekvivalentini” itirdi. Yeni şəraitdə istifadə məqsədi ilə alıcılıq qabiliyyəti paritetinin təxmini göstəricisi qəbul edilmişdir.
Hacı Mirhaşım Talışlı
Mirhaşım Mirmurtuza oğlu Talışlı (Hacı Mirhaşım; 21 mart 1926, Lənkəran, Lənkəran qəzası – 6 aprel 2018) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi, şair, ədəbiyyatşünas, tədqiqatçı-alim,Lənkəran Dövlət Universitetinin dosenti, əməkdar müəllim, prezident təqaüdçüsü. == Həyatı == Lənkəran şəhər 1 nömrəli tam orta məktəbində, Lənkəran Dövlət Universtetində müəllim işləyib. 6 aprel 2018-ci ildə Bakıda vəfat edib. Lənkəranda dəfn olunub.
Mirhaşım Talışlı Müsafir
Mirhaşım Mirmurtuza oğlu Talışlı (Hacı Mirhaşım; 21 mart 1926, Lənkəran, Lənkəran qəzası – 6 aprel 2018) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi, şair, ədəbiyyatşünas, tədqiqatçı-alim,Lənkəran Dövlət Universitetinin dosenti, əməkdar müəllim, prezident təqaüdçüsü. Lənkəran şəhər 1 nömrəli tam orta məktəbində, Lənkəran Dövlət Universtetində müəllim işləyib. 6 aprel 2018-ci ildə Bakıda vəfat edib. Lənkəranda dəfn olunub.
Bornun mirası (film, 2012)
Bornun mirası (ing. The Bourne Legacy) — Ceyson Born film seriyasının spin-offu olan Tony Gilroy tərəfindən çəkilmiş döyüş filmidir və bu filmdəki hadisələr əvvəlki filmdəki hadisələrə paralel baş verir. Baş qəhrəman Aaron Kross rolunu Ceremi Renner canlandırmışdır. Film Erik Van Lastbaderin (Amerika yazıçısı Robert Ludlumun Ceyson Born seriyasını davam etdirən yaziicy) eyniadlı kitabının şərəfinə adlandırılmışdırsa da, həmin kitabdakı hadisələrə əsaslanaraq çəkilməmişdir. == Süjet xətti == Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş muzdlusu Ceyson Bornun sərgüzəştləri hələ başa çatmayıb. Born həddindən artıq təhlükəli olduğundan təşkilat ondan əl çəkmək fikrində deyil. Ancaq bu dəfə “Tredstoun layihəsi deyil, onunla əlaqəli olan “tam məxfi” möhürlü başqa layihədən danışılır. MKİ-nin sözügedən bölməsi haqqında məlumatların kütləvi informasiya vasitələrinə sızmasından sonra təşkilat onların fəaliyyətinə işarə edən bütün dəlilləri, o cümlədən insanları bir-bir aradan götürür. Adı “qara siyahıda” olan keçmiş məxfi agent Aaron Kross sağ qalmaq üçün bu mexanizmə qarşı mübarizəyə başlayır. Bu işdə ona bilavasitə layihədə iştirak edən cazibədar həkim Marta Şerinq köməkçi olacaq.
İspaniya mirası uğrunda müharibə
İspaniya mirası uğrunda müharibə (1701–1714) — XVIII əsrin əvvəllərində, 1700-cü ilin noyabrında vəfat edən və varisi olmayan İspaniya kralı II Karlın ölümü ilə başlanan ümumavropa müharibəsi. II Karl taxt-tacını daha sonra İspaniya Kralı V Filip olan Fransız kralı XIV Lüdovikin nəvəsi Anju hersoqu Filipə vəsiyyət etmişdi. Müharibə Müqəddəs Roma İmperatoru I Leopoldun sülaləsinin (Habsburqların da) İspan mülkləri hüququnu müdafiə etmək cəhdi ilə başladı. XIV Lüdovik torpaqlarını daha aqressiv şəkildə genişləndirməyə başladıqda, bəzi Avropa ölkələri (əsasən İngiltərə və Hollandiya Respublikası) Fransanın güclənməsinin qarşısını almaq üçün Müqəddəs Roma İmperiyasının tərəfini tutdu. Fransa və İspaniya arasındakı ittifaqda yeni dövlətlər əlavə ərazilər qazanmağa və ya mövcud torpaqlarını müdafiə etməyə çalışırdılar. Müharibə yalnız Avropada deyil, lokal qarşıdurmanın getdiyi və ingilis kolonistləri tərəfindən Kraliça Anna müharibəsi adlandırdıqları Şimali Amerikada da gedirdi. Müharibə on üç ildən bir az çox davam etdi. Müharibə hersoq De Villyar və hersoq Bervik (Fransa), hersoq Marlboro (İngiltərə) və Savoy şahzadəsi Yevgeni (Avstriya) kimi istedadlı sərkərdələri üzə çıxarıb məşhurlaşdırdı. Müharibə Utrext (1713) və Raştatt (1714) müqavilələrinin imzalanması ilə sona çatdı. Nəticədə V Filip İspaniya kralı olaraq qaldı, lakin Fransa taxt-tacına varis olmaq hüququnu itirdi və bu da İspaniya və Fransa sülalələrinin ittifaqını pozdu.
Meşə ilə örtülü ərazilərin miqyası
Meşə ilə örtülü ərazilərin miqyası— meşə salma və bərpa tədbirləri. Meşələrin mühafizəsi və artırılması sahəsində meşəsalma və meşəbərpa tədbirlərinin ilbəil intensivləşdirilməsi hesabına son on ildə meşə ilə örtülü ərazilərin sahəsi 1 milyon hektarı keçmiş və ölkə ərazisinin 11,4 faizindən 12 faizinədək artmışdır. Meşələrdə qanunsuz ağac tədarükü və digər meşə qırılması ilə əlaqədar fəaliyyətin qarşısını almaq üçün həyata keçirilən ardıcıl tədbirlər nəticəsində qanunsuz ağac kəsilməsi halları ilbəil azalmışdır. Meşə ilə örtülü ərazilərin miqyasının artırılması istiqamətində son 2001-dən – 2018-ci ilə dək il ərzində 164 854 ha sahədə meşəbərpa tədbirləri aparılmışdır ki, bununda 56080 hektarı meşə əkini və səpini işləridir. Bu müddətdə cəmi 108827 ha sahə, o cümlədən meşə əkini və səpinindən 35117 hektarı cavan ağaclıqların yetişdirib qiymətli meşə ağaclıqlar kateqoriyasına keçirilmişdir. Toxumluq sahələrdən 59287 kq toxum tədarük edilmişdir. Bu müddət ərzində meşə və meyvə cinslərindən 488,7 milyon ədəd əkin materialları yetişdirilmişdir. Yardımçı təsərrüfat sahəsi üzrə 2003-2017-ci illər ərzində 12258,48 ton təbii ot, 316,5 ton taxıl, 693,22 ton cır meyvə və giləmeyvələr, 140,99 ton sitrus meyvələr, 491,66 ton bağ meyvələri, 33607 kq əmtəə balı, 570,95 ton qoz meyvəlilər, 454,90 ton bostan tərəvəz və 1440,72 ton nar tədarük edilmişdir.
Azər­bay­can Elmlər Akade­miyası
Azərbaycanın Milli Elmlər Akademiyası və ya qısaca: AMEA — Azərbaycan Respublikasında dövlətin təsis etdiyi ali elmi qurum, Respublikanın ali elmi idarəsi. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. == Tarixi == Azərbaycan elminin, onun intellektual dəyərlərinin milli sərvət kimi qəbul edilməsində Azərbaycan Xalq Cümhuriyyətinin (1918–1920) mühüm rolu olmuşdur. Bakı Universitetinin yaranması, azərbaycanlı tələbələrin Avropa ali məktəblərinə göndərilməsi milli dilin, mədəniyyətin intişarı bütövlükdə Azərbaycan elminin inkişafına mühüm təsir göstərən amillərdən olmuşdur. 1920-ci ilin əvvəllərində respublikada elmi tədqiqatlar əsasən Azərbaycan Dövlət Universitetində (indiki BDU) mərkəzləşmişdi. 1920–1922-ci illərdə burada humanitar, tibb və təbiət bölmələrindən ibarət elmi assosiasiya təşkil edilmiş və fəaliyyət göstərmişdir. 1925-ci ildə Cəmiyyət Azərbaycan Hökumətinin sərəncamına verildi. 1923–1929-cu illər arasında Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti fəaliyyət göstərmişdi. Həmin cəmiyyətin sədri Əbdürrəhim bəy Haqverdiyev, üzvlərindən biri isə Məhəmmədhəsən bəy Vəlili-Baharlı seçilmişdi. 1929-cu ildə bu cəmiyyət yenidən təşkil edilərək Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu (DETİ) adlandırılmışdı.