Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mizac
Mizac (ərəb. ‎المزاج mizac "xüsusiyyət") — bir insanın anadangəlmə xüsüsiyyəti. Psixologiyada temperament termini fərdin şəxsiyyətinin çox vaxt anadangəlmə və öyrənilməmiş introversiya və ya ekstroversiya kimi aspektlərinə aiddir. Klassik psixologiyada əxlaqın müxtəlif qarışığının meydana gətirdiyi şəxsiyyət növləri üçün istifadə edilən termin. Qədim və Orta əsrlərdə insanın bioloji, mənəvi və psixoloji funksiyalarına təsir etmək üçün qəbul edilmiş dörd maye maddə. Temperament; fərdin diqqətində, duyğularında və davranışında emosional reaktivliyin səviyyəsi, fərdi fərqlər kimi müəyyən edilir.Temperament davranışın məzmunu ilə deyil, üslubu ilə müəyyən edilir. Başqa sözlə, fərdlərin bir vəziyyətdə nə etdiklərini deyil, bu vəziyyətə necə reaksiya verməsidir. Mizac bioloji əsaslı fərdidir.Fərdi digərlərindən ayıran fərqlərə işarə etsə də, aid olduğu fərd üçün nisbətən qalıcı və dəyişməz bir xüsusiyyətə malikdir.Mizacın nə qədəri irsi xüsusiyyətlərə, nə qədəri isə təcrübələrə bağlıdır. Nəticə etibarı ilə Mizac hər bir fərddə müşahidə oluna bilən və çox fərqli xüsusiyyət və ya əlamətlər toplusundan ibarət olan, onun dünya ilə qurduğu qarşılıqlı əlaqəyə təsir edən fitri xususiyyətidir. Goldsmith və başqaları (1987) müəyyən etdilər ki, temperament nisbətən sabit olsa da, ətraf mühitin təsirindən təsirlənir və dəyişməsindən asılı olaraq dəyişə bilir.
Mizab (Mərənd)
Mizab (fars. ميزاب‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 231 nəfər yaşayır (75 ailə).
Mizan (Meşkinşəhr)
Mizan (fars. ميزان‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 632 nəfər yaşayır (143 ailə).
Nizam Osmanov
Nizam Ramazan oğlu Osmanov (16 iyun 1965, Kalinino rayonu) — Azərbaycan Respublikası müdafiə nazirinin sabiq müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin sabiq rəisi, general-leytenant. Osmanov Nizam Ramazan oğlu 16 iyun 1965-ci ildə Ermənistan Respublikası, Kalinino rayonunda anadan olub. 1986-cı ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirib. 1986–1992-ci illərdə Uzaq Şərq Hərbi Dairəsində taqım, bölük, tabor komandirləri vəzifələrində xidmət edib. 1992-ci ilin avqust ayından Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətə başlayıb. 1992–2002-ci illərdə motoatıcı tabor komandiri, hərbi hissənin əməliyyat şöbəsi rəisinin baş köməkçisi, qərargah rəisi, alay komandirinin müavini, motoatıcı briqadanın qərargah rəisi və komandiri, hərbi birlik komandirinin müavini vəzifələrində xidmət edib. 2002–2014-cü illərdə hərbi birlik komandiri vəzifəsində xidmət edib. 2014–2020-ci illərdə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini — Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi vəzifəsində xidmət edib. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib. 8 iyul 2020-ci ildə Müdafiə nazirinin müvafiq əmri ilə Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini — Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsinin icrasına buraxılıb.
Əmir Nizam
Həsənəli xan Məhəmmədsadıq oğlu Gərrusi (1820-1900), (حسنعلی خان امیر نظام گروسی) — Əmir Nizam, dövlət xadimi, ədib, xəttat, dilçi. Həsənəli xan Məhəmmədsadıq oğlu Gərrusi 1820-ci ildə Urmiya vilayəti Gərrus şəhərində anadan olmuşdu. Kəbudvənd tayfasındandır. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. 1871-ci ildə İstanbulda səfir, Sonra Kürdüstanda vali, 1883-cü ildən 1892-ci ilədək Cənubi Azərbaycanın valisi olmuşdu. Mirzə Fətəli Axundovla tanış idi. Gözəl xətti vardı. Xəttatlıq sənətinin genişlənməsinə çalışırdı. Həsənəli xan Gərrusi 1900-cü ildə vəfat edib.
Mirzə Nizam (Qoşaçay)
Mirzə Nizam (fars. ميرزانظام‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 44 nəfər yaşayır (11 ailə).
Əmir Nizam Evi
Əmir Nizam evi və ya Qacar muzeyi — Qacar sülaləsi dövründə Təbrizin Şeşgilan məhəlləsində tikilmiş tarixi binalardan biri. Bina Nəsirəddin şah Qacarın dövründə və Əmir Nizam Gərusinin xidməti zamanı tikilmişdir. Binada hazırda Qacar muzeyi fəaliyyət göstərir. Bina Nəsirəddin şah Qacarın hakimiyyəti dövründə Əmir Nizam Gərusinin xidməti zamanı tikilmişdir. Tarixi mənbələrə əsasən bina tikildiyi dövrdən Qacarlar dövrünün sonunadək Azərbaycan əyalətinin valilik binası kimi istifadə edilmişdir. Uzun müddət təmir olunan bina təmirdən sonra Qacar muzeyi kimi fəaliyyət göstərməyə başlayıb. Qacar muzeyinin Təbrizdə açılmasına səbəb Təbriz şəhərinin Darolsəltənə (sultanlıq divanı) olması və Tehrandan sonra ən önəmli şəhəri olmasıdır. Qacar sülaləsinin başlanğıcından və Abbas Mirza vəliəhd olan zamandan bəri Təbriz şəhəri vəliəhdlərin iqamətgahı idi. Binanın ərazisi 1500 m.²-dir və iki mərtəbələdiri. İçərisində hovuzlar və fəvvarələr olan iki iç və xarici həyətə malikdir.
Fətəli xan Əmir-nizam
Fətəli xan Hidayətulla xan oğlu Əmir-nizam (?-?)— Fətəli şah və Məhəmməd şah dövrlərində, Azərbaycanın hakimi, Azərbaycan ordusunun komandanı və Abbas mirzənin əmiri olmuşdur. Mirzə Fətəli xan bir müddət Fətəli şah Qacarın sarayında eşikağası vəzifəsində çalışmışdı. Mirzə Fətəli xan bəylərbəyi bir müddət Cənubi Azərbaycan hakimi Əhməd xan Müqəddəmin müavini vəzifəsində çalışmışdı. Tarixçi Əminə Pakrəvan yazır: "Jauber xatirələrində Bəylərbəyinin yardımçısı Təbrizli Fətəli xan barədə bu sözləri yazır: "Fətəli xan o qədər açıqgörüşlü, geniş düşüncəli idi ki, onun Avropada təhsil aldığını sanmışdım." Mirzə Fətəli xan sonra İranın hərb naziri olmuşdu. == Həmçinin bax == Mirzə Məhəmmədbağır xan Əmirnizam - Fətəli xanın nəvəsidir.
Məhəmmədibrahim xan Vəziri-nizam
Məhəmmədibrahim xan Məhəmmədtağı xan oğlu Vəziri-nizam (?-?)—İranın hərbi naziri. Məhəmmədibrahim xan Təbriz şəhərində anadan olmuşdu. Məhəmmədtağı xan memarbaşının oğludur. Mükəmməl mədrəsə təhsili almışdı. Bacısı Münirüssəltənə Nasirəddin şah Qacarla ailə qurandan sonra onun bəxti parladı. Vəziri-nizam ləqəbi ilə İran ordusuna rəhbərlik etdi. Vəziri-nizam Mərkəzi İranın Karaqan vilayətində böyük mülkədar idi və həmin vilayətin rəsmi hakimi hesab edilirdi. Kamran mirzə Qovanlı-Qacarın dayısıdır.
Yeni beynəlxalq iqtisadi nizam
Yeni beynəlxalq iqtisadi nizam (YBİN) — “iqtisadi müstəmləkəçiliyi” aradan qaldırmağa yönəlmiş iqtisadi təşəbbüslər toplusudur. Təkliflər Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 1974-cü il mayın 1-də qəbul edilmiş “Yeni beynəlxalq iqtisadi nizamın yaradılması haqqında Bəyannamə”də öz əksini tapmışdır. O, hazırkı beynəlxalq iqtisadi nizamın “inkişaf etməkdə olan ölkələrin əksəriyyətinin müstəqil dövlətlər kimi mövcud olmadığı bir vaxtda qurulduğunu və bu, bərabərsizliyi davam etdirdiyini” qəbul edir. “Yardım deyil, sadəcə ticarət” prinsipinə əsaslanaraq, YBİN ticarət, sənayeləşmə, kənd təsərrüfatı istehsalı, maliyyə və texnologiya transferində dəyişikliklərə çağırır. == Tarixi == Yeni beynəlxalq iqtisadi nizam ideyası İkinci Dünya Müharibəsindən sonra müstəmləkəsizləşdirmə təcrübəsindən yaranmışdır. Dekolonizasiya olunmuş ölkələr siyasi suverenlik əldə etdilər, lakin "hiss etdilər ki, onların de-yure siyasi müstəmləkəçiliyi sona çatdı, ancaq faktiki iqtisadi müstəmləkəçiliklə əvəz olundu". Daha ədalətli beynəlxalq sistemə nail olmaq üçün bu missiya həm də 1938-ci ildən 1966-cı ilə qədər iki dəfədən çox artmış inkişaf etmiş və az inkişaf etmiş ölkələr arasında qlobal milli gəlirin payında bərabərsizliyin artması ilə əsaslandırılmışdır. 1964-cü ildə təsis edildiyi vaxtdan Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD), əlaqəli 77 Qrupu və Qoşulmama Hərəkatı ilə birlikdə YBİN-nın müzakirəsi üçün mərkəzi forum olmuşdur. YBİN-in əsas mövzularına həm suveren bərabərlik, həm də öz müqəddəratını təyinetmə hüququ daxildir, xüsusən də söhbət təbii ehtiyatlar üzərində suverenlikdən gedir. Digər əsas mövzu beynəlxalq müqavilələrə əsaslanan yeni ticarət nizamının və əmtəə qiymətlərinin sabitləşdirilməsi üçün ümumi fondun yaradılmasının zəruriliyi idi.
Əş-şaab yurid iskat'en-nizam
Əş-şaab yurid iskat'en-nizam (ərəb. الشعب يريد إسقاط النظام Tərcüməsi: "İnsanlar rejimi devirmək istəyirlər"‎) — Ərəb baharında istifadə edilən siyasi şüar. Bu şüar ilk olaraq Yasəmən inqilabında işlədildi. Daha sonra Misir inqilabı (2011) zamanı tez-tez istifadə olunmağa başlandı. Misir inqilabında ilahi bir ifadə olmaqla bərabər, həmçinin divarlara ən çox yazılan şüar idi.
Bidam
Bidam (Koreya[d] – 17 yanvar 647, Koreya[d]) – Koreyanın tarixi üç krallığından biri olan Şilada üsyan qaldırması ilə tanınır. Üsyan qaldırmazdan əvvəl, (məhkəmədə ən yüksəək vəzifə) adını aldı. Doğum taroxi və ya qazandığı nəaliyyətləri bəzi sənədlərdə tam olaraq göstərilməyib. Ancaq onun bir Sangdaedeung olmağı krallıq zadəganlarının və ya bir Jinggol-un tərkibində olduğunu göstərir. == Üsyan == Bidam 635-ci ildə Kraliça Seondeok tərfindən məhkəmənin ən yüksək vəzifəsi olan sangdeung təyin edildi. Həmin zamanlarda Kraliçanın səhhətində problemlər baş qaldırırdı və artıq vəzifəsinin öhtəsindən əvvəlki kimi gələ bilmirdi. Buna görə də işlərin çoxunu Bidama həvalə etdi. Bu ərəfədə Şila qərbdəb 40 qalanı zəbt edən Baekje və Goguryeo krallıqlarının birləşmiş güclərinin hücumuna məruz qaldı. Digər tərəfdən ,Kraliçanın gücünün artması Hwanbaek şürasının zadəgan üzvlərini narahat edirdi. Şilla yavaş-yavaş solurdu.
Cüzam
Lepra (yun. lepra) – insanda xroniki infeksion xəstəlik. Cüzam və ya lepra-Hansen basili (Mycobacterium leprae) adı verilən bir mikroorganizmanın ortaya çıxardığı, periferik sinir sistemi və dəri başda olmaq üzrə bir çox sistem və orqana təsir edən yoluxucu bir xəstəlikdir.Xəstəlik səbəbi olan basil 1873-cü ildə Norveç həkimi Gerhard Armauer Hansen tərəfindən tapılmışdır. Hansen basili bəzi xüsusiyyətləri baxımından vərəm xəstəliyinin səbəbi olan Koch basilinə oxşayır. Təbiətdə yalnız insan bədənində olan Hansen basilinin süni mühitlərdə çoxalması mümkün olmayıb. Basil, insandan əlavə yalnız Cənubi Amerikada yaşayan Armadillo və bəzi siçan növlərində xəstəliyə yol aça bilməkdədir.Bu xəstəliyin yaranmasına,pis qidalanma, avitaminoz, antisanitariya şərait yaradır. Güman edilir ki, cüzam törədiciləri orqanizmə zədələnmiş dəridən və yuxarı tənəffüs yollarının selikli qişasından düşür.İnsanlar arasında yoluxmanın necə olduğu qəti olaraq bilinməməklə bərabər tez-tez və uzun müddət davam edən təmas nəticəsində baş verə biləcəyi düşünülür. Xəstəlik uşaqlara ana südü ilə keçə bilir. Xəstəliyə həssaslıq 3-5 yaşları arasında daha çoxdur. Xəstəlik gedişinə görə 3 tipə - lepratomaq, tuborkuloid, diferensləşməyən tipə ayrılır.
Dizac
Dizac (Üskü)
Dizaq
Dizaq (orjinalda deyilişi düzək (sədd deməkdir), zamanla dəyişikliyə məruz qalmışdır. Qarabağ xanlığının cənub sərhədlərini əhatə edən bu mahal düzənliyin dağlarla qovuşduğu yerdə qoruyucu səddlərə (düzəklərə) malik olmuş və adı da buna uyğun adlanmışdır) mahalı — Qarabağ xanlığının inzibati bölgələrindən biri. == Mahal haqqında qısa məlumat == Sahəsi - Əhalisi - Yaranması — 1737-ci il Paytaxtı— Tuğ kəndi Sərhədləri —Qərbdən Bərgüşad mahalı, şimaldan Vərəndə mahalı, şərqdən Cavanşir-Dizaq mahalı, cənubdan Xırdapara-Dizaq mahalı. == Tarixi == Adı «qalaça» kimi açıqlanır. Dizaq adı VII əsrə aid hadisələrdə çəkilir. Mirzə Yusif Qarabağlıya görə mahalın uzunluğu Əkərə çayı və Gültəpədən başlayaraq Maltəpəyə kimi, eni isə Arazdan Xurat dağına qədər olan ərazinin əhatə edir. Başqa sözlə, indiki Füzuli və Cəbrayıl rayonlarının ərazilərini əhatə edirdi. XVIII əsrdə İrəvan xanlığının Qırxbulaq mahalında Dizək kənd adı ilə mənaca eynidir. Orta fars dilində dizək “qüvvətləndirilmiş yer“ sözündəndir. Nizami Gəncəvinin “Xosrov və Şirin“ poemasında Dizaknak kimidir.
Mazama
Mazama (lat. Mazama) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cinsi.
Mican
Mican — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində mövcud olmuş kənd. Ləğv edildikdən sonra ərazisi İsmayıllı şəhərinə qatılmışdır. Rayon mərkəzindən 1 km şimal qərbdə, İsmayıllı-Qəbələ avtomobil yolunun kənarında, Qovdağ silsiləsinin cənub ətəyində yerləşir. Əhalisi əsasən əkinçilik, tütünçülük və heyvandarlıqla məşğul olur. Vaxtı ilə kənddə heyvandarlıq və quşçuluq kompleksləri fəaliyyət göstərirdilər. Hal-hazırda Micanda orta məktəb, klub və kitabxana fəaliyyət göstərir. 13 dekabr 2011-ci ildə Mican kənd inzibati ərazi dairəsi tərkibindəki Mican kəndi ləğv edilərək Dövlət reyestrindən çıxarılmışdır. Ləğvindən sonra kəndə aid olmuş 11.70 km² təşkil edən ərazisi bu Qanuna əlavə edilmiş xəritəyə uyğun olaraq, İsmayıllı şəhər inzibati ərazi dairəsi tərkibindəki İsmayıllı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir. 1859–1864-cü ilə olan məlumata əsasən Mican kəndində 68 evdə 201 nəfəri kişilər, 179 nəfəri isə qadınlar olmaqla 380 nəfər şiə təriqətli müsəlman Azərbaycan tatarı yaşayırdı. Əhalisi 3090 nəfərdir ki onunda 1501 nəfəri kişi, 1589 nəfəri qadındır.
Midas
Midas — E.ə. 738-696-cı illərdə Frigiya çarı. Yunan əfsanəsinə görə, Midasa, Dionisi tərəfindən toxunduğu hər şeyi qızıla çevirmək qabiliyyəti bəxş edilmişdi. Qədim mifə görə, kobud və özündənrazı Midas Apollon və Pan arasında musiqi yarışmasında qələbəni sonuncuya vermişdi (buradan da "midas məhkəməsi" - "nadan (cahil) məhkəməsi" ifadəsi yaranmışdır); bu əməlinə görə Apollon Midası eşşək qulaqlı etmişdi(buradan isə "Midasın qulaqları" ifadəsi yaranmışdır). БСЭ.səh.799.
Milad
Milad bayramı (ivr. ‏חג המולד‏‎, yun. Χριστούγεννα, ing. Christmas, rus. Рождество Христово) — hər il İsanın doğulmasının qeyd edilməsi üçün, əsasən 25 dekabrda keçirilən, geniş mədəni ənənələri olan və bütün dünyada həm də qeyri-xristian olan milyonlarla insan tərəfindən qeyd edilən bayram. Xristian təqviminin mərkəzində dayanan bu bayram advent və ya milad orucu ilə başlayır və Milad mövsümünü başladır ki, bu da Qərbdə on iki gün davam etməklə On ikinci gecə ayinləri ilə tamamlanır. Müasir dövrdə Milad bir çox ölkələrdə ümummilli bayram səviyyəsində qeyd olunur, həmçinin, bir çox qeyri-xristian xalqlar da bu bayramı qeyd edirlər. Baxmayaraq ki, müasir tarixçilər İsanın doğulması hadisəsinin e.ə. 7 və ya 2-ci illər arasında baş verdiyini deyirlər, bu hadisənin ay və gün tarixi dəqiq bilinmir. Onun doğulması haqqında dörd Kanonik İncildən yalnız ikisində məlumat verilir.
Milax
Milax — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənddir. Əlincə çayının sahilindədir. 1905- ci ildə Qazançı kəndindən çıxmış ailələr Milax adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Oykonim düz yer, düzəngah, çöllük mənasındadır. Əhalisi 1000 nəfərdir.
Minab
Minab- İranın Hörmüzgan ostanının şəhərlərindən və Minab şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 76,776 nəfərdən ibarət idi.
Mazım
Mazım — Azərbaycanın Balakən rayonu ərazisində və Gürcüstanın ərazisində çay. Qanıx (Alazan) çayının qoludur. Mənbəyini Mxol Rosso dağının yamacından (2300 m. yüksəklikdən) alır. Üzərində SES qurulmuşdur. Bu çayın adı qədim gürcü mənbələrində Matsis tsxalı formasında qeyd olunmuşdur. Udinlər bu çayı Matsixe adlandırırlar. Tədqiqatçıların fikrincə, yerli azərbaycanlılar bu hidronimi Mazım kimi tələffüz etmişlər. Hidronim udin dilindəki matsı (ağ) və xe (çay) sözlərindən ibarət olub, "ağ çay" mənasındadır.
Matam
Matam (ing. Matam, Senegal) — Seneqalda, yerləşən bir yaşayış məntəqəsidir. Matamın 17,324 nəfər əhalisi var.
Gizem Karaca
Gizem Karaca (7 sentyabr 1992, İstanbul) — Miss Turkey 2011 ikincisi, model və aktrisadır. Aktrisa kimi debütü 2011-ci ildə "Eve Düşen Yıldırım" serialında baş rolu canlandırıb. == Həyatı == Gizem Karaca 7 sentyabr 1992-ci ildə İstanbulda doğulmuşdur. Kiçik yaşlarından ailəsi ilə bərabər Amerikaya köçüb. İbtidai məktəbi ABŞ-də, orta məktəbi Kanadada bitirdikdən sonra, lise illərində Türkiyə'yə dönmüşdür. Daha sonra İstanbul Universitetinin fransız dili və ədəbiyyatı fakültəsinə daxil olmuşdur. İngilis və orta səviyyədə fransız dillərini bilir. == Karyerası == Universitet illərində çətin keçən dərslərdən qaçmaq üçün Miss Turkey 2011 gözəllik müsabiqəsinə qatılmağa qərar verir və ikinci yeri tutur. Müsabiqə bitdikdən dərhal sonra Eve Düşen Yıldırım adlı serial ilə aktrisa kimi debütünü edir. 2012-ci ildə Emirin Yolu adlı serialda da baş rol oynayır, lakin reytinqlərin aşağı düşməsi səbəbindən serialın çəkilişləri 13.bölümdən sonra dayandırılır.
Gizem Karadayı
Gizem Karadayı (14 yanvar 1987, Ankara) – türk qadın voleybolçu. Türkiyə milli voleybol komandasının bir nömrəli liberosudur. == Karyerası == Gizem karyerasına Vakıfbankın B komandasında başlamışdır. Daha sonra Türk Telekomun əsas komandasında forma geyinmişdir. Qalatasarayın da bir il forma geyinmiş veloeybolçu 2009-cu ildə Vakıfbanka yenidən trasnfer olunmuşdur. 2010–11 mövsümündə Vakıfbankla Avropanın bir nömrəli kuboku CEV Çempionlar Liqasını qazanır. Turnirin "Ən yaxşı libero"su isə Gizem olur 2012–13 sezonunda Vakıfbankla birlikde beş kubok birdən qazanır türk libero. Bunlar CEV Çempionlar Liqası, Türkiyə Qadınlararası Voleybol Çempionatı, Kulublar arası Dünya Çempionatı, Türkiyə kuboku və superkubokunun mükafatları idi. 2012-ci ildə milli komanda ilə birlikdə London Yay Olimpiya Oyunlarında da iştirak etmişdir.
Miras
Vərəsəlik (və ya "irs") — kiminsə ölümündən sonra onun qalan mülkiyyətinə malik olma prosesi. Vərəsəliklə alınan mülkiyyət "irsi mülkiyyət" adlanır. Vəfat edənin mülkiyyəti ya onun vəsiyyətnaməsi və ya məhkəmə qərarı ilə birdəfəlik yolla və tam şəkildə keçir. İrslə həmiçinin aristokrat titulu və mənəvi mədəniyyət də keçir. Xalqların və cəmiyyətlərin əvvəlki nəsillərin mədəniyyətinə irsən malik olmaları da qəbul edilib. Monarxiyalı dövlətlərdə dövlət hakimiyyətinin də nəsil irsi ilə keçməsi hüququ mövcuddur. a b C.E. Bosworth et al, ed (1993). "Mīrāth". Encylopaedia of Islam. 7 (second ed.).
Gizəm Günəş
Gizəm Günəş (türk. Gizem Güneş; d. 30 Noyabr 1995, İstanbul, Türkiyə) — Türkiyə aktyoru.
Gizəm Güvən
Gizəm Güvən (türk. Gizem Güven; 31 dekabr 1993, İstanbul) — Türkiyə aktyoru.
Gizəm Qaradayı
Gizem Karadayı (14 yanvar 1987, Ankara) – türk qadın voleybolçu. Türkiyə milli voleybol komandasının bir nömrəli liberosudur. == Karyerası == Gizem karyerasına Vakıfbankın B komandasında başlamışdır. Daha sonra Türk Telekomun əsas komandasında forma geyinmişdir. Qalatasarayın da bir il forma geyinmiş veloeybolçu 2009-cu ildə Vakıfbanka yenidən trasnfer olunmuşdur. 2010–11 mövsümündə Vakıfbankla Avropanın bir nömrəli kuboku CEV Çempionlar Liqasını qazanır. Turnirin "Ən yaxşı libero"su isə Gizem olur 2012–13 sezonunda Vakıfbankla birlikde beş kubok birdən qazanır türk libero. Bunlar CEV Çempionlar Liqası, Türkiyə Qadınlararası Voleybol Çempionatı, Kulublar arası Dünya Çempionatı, Türkiyə kuboku və superkubokunun mükafatları idi. 2012-ci ildə milli komanda ilə birlikdə London Yay Olimpiya Oyunlarında da iştirak etmişdir.
MILAN
MILAN (fr. Missile d´infanterie léger antichar azərb. Anti-Tank Yüngül Piyada Raketi‎), dizaynı 1962-ci ildə başlayan ikinci nəsil tank əleyhinə idarə olunan raket layihəsidir. Effektiv məsafəsi 75–2000 metr arasındadır. Nişançı mənzili daxilindəki hədəfə silahın optik mənzərəsindəki çox həssas kıl ilə nişan alaraq tətiyə basaraq silahın üzərinə qoyulmuş idarə olunan raketi atır. Raket silahı tərk etdikdən sonra, hədəf yer dəyişdirsə də, şüanı hədəfin üstündə saxladığınız müddət ərzində raket silah sistemi tərəfindən idarə olunur və hədəfi 100% müvəffəqiyyətlə məhv edir. Bu gün TSK inventarında da mövcuddur.
Məzar
Məzar, qəbir, və ya başdaşı — İnsanların ölərkən basdırıldığı yer. Məzarların toplu olaraq olduğu yer isə məzarlıq və ya qəbiristanlıq adlanır. Kurqan Küp qəbir Bir çox dinlərdə qəbir ölən insanın axirətə keçidi üçün mühüm mərhələ hesab olunur.
Məzəm
Məzəm – Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Qarabağ müharibəsi dövründə bu kənd 8 şəhid verib. Bu kənddə dörd hərbçi şəhid olub, onlardan biri Mərifət Nəsibov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Dörd sakin isə düşmən gülləsinin qurbanı olub. 2016-cı ildən başlayaraq sakinlərin təhlükəsizliyini və gediş-gəlişi təmin etmək məqsədilə kənddə 57 evin qarşısına uzunluğu 2530 poqonmetr, hündürlüyü üç metr olan istinad divarı çəkilib. Bundan əlavə, daha beş evin qarşısına 88 poqonmetr uzunluğunda istinad divarının çəkilməsi nəzərdə tutulub. Məzəm kəndi Ermənistanla sərhəd kəndidir. Sərhəd xəttindən 150 metr uzaqlıqda yerləşir. 2009-cu ilin əhalinin siyahıyaalınmasına əsasən kəndə 343 nəfər əhali yaşayır. Əhalinin 169 nəfəri kişilər, 174 nəfəri qadınlardan təşkil olunmuşdur.
Qiyam
Qiyam — ölkədə mövcud olan hakimiyyətə qarşı dövlət çevrilişi etmək məqsədilə hərbi qruplaşmaların silahlı çıxışı. Adətən müvəffəqiyyət əldə ediləndə hərbi diktaturanın qurulması, demokratik təsisatların dağıdılması və kütləvi terrorla nəticələnir.