MADÁM

[ fr. ] Fransada, 1917-ci il inqilabından qabaq isə Rusiyada və bəzi başqa ölkələrdə: ərli qadına (adətən familiyasına qoşularaq) müraciət edilərkən işlədilir; xanım. “Madam Bovari” romanı.
// köhn. Qadın (adətən “avropalı qadın”) mənasında.
Beş deyil, on beş deyil, hər yan baxırsan var madam; Ev madam, mənzil madam, balkon madam, talvar madam. M.Ə.Sabir.
Əyləşmiş ikisi, qozlada qazaq; Yanlarında madam, edirlər mazaq. H.K.Sanılı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MADAM madam bax xanım 1
MÁDAM
MADAPOLAM

Digər lüğətlərdə