Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Monobiont
Monobiont — yalnız konkret bir şəraitdə yaşayan orqanizm. R.Ə.Əliyeva, Q.T.Mustafayev. "Ekologiya" (Dərs vəsaiti). Bakı, "Bakı Universiteti" nəşriyyatı, 2004, s. 379 – 424.
Monolit (bina)
"Monolit" Azərbaycanın paytaxtında, Bakı şəhərində çoxmərtəbəli bir binadır. Binanın cənub fasadı İstiqlaliyyət küçəsinə (əvvəlki Kommunistiçeskaya), şimal — Əhməd Cavad küçəsinə (əvvəlki Əliheydar Qarayev), əsas şərqə — Azərbaycan prospektinə (keçmiş Hüsü Hacıyev küçəsi) baxır. 1940-cı ildə memar Konstantin Sençixin tərəfindən inşa edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin əmrinə əsasən "Monolit" Azərbaycanda yerli əhəmiyyətli tarix və mədəniyyət memarlıq abidəsidir. Başlanğıcda binanın yerində şəhərin zibil yeri var idi [3]. 19-cu əsrin sonunda bu yerdə bir-birinə möhkəm sarılmış bir və iki mərtəbəli kiçik evlər meydana çıxdı [4]. İyirminci əsrin 30-cu illərinin əvvəllərində bu ərazidə böyük bir yaşayış binası tikilməsinə qərar alıdı. Bu baxımdan burada yerləşən xarab olan evlər sökülməyə başlandı. Sahədə kəşfiyyat işləri və geoloji tədqiqat aparılmağa başlandı. Planlaşdırılan tikinti yerində nəhəng monolitik bir qayanın çıxdığını aşkar edən çox sayda kəşfiyyat quyusu qazıldı.
Monolit nüvə
Monolit nüvə — tək fayldan ibarət olan əməliyyat sistemi nüvəsidir.
Monotip (poliqrafiya)
Monotip (q.yun. μόνος – tək; τύπος – çap izi) — ayrı-ayrı literlərdən və boşluq materialından ibarət, tələb olunan uzunluqda şrift sətirlərinə uyğun çap yığısı hazırlayan avtomatik hərftökən maşın. Klaviaturalı və hərftökən aparatlardan ibarətdir. Klaviaturalı aparat çap yığısını deşiklərdən ibarət kombinasiyalar (perforasiyalar) ardıcıllığı şəklində kağız lentə (perfolentə) qeyd edir və sözlər arasındakı boşluqların ölçülərini müəyyələşdirir. Hərftökən aparatda isə kağız lent üzərində qeyd olunmuş mətnə və boşluq ölçülərin əsasən uyğun ardıcıllıqda literlər, boşluqlar tökülür, səirlər yığılıq və qrankalar alınır. İdarəetmə proqramının avtomatda hazırlanma sürəti adi yazı makinasında çapetmə sürətinə yaxındır. Monotip dəqiqədə 180-ə qədər liter tökə bilir. Бушунов В. Т. Монотип (Наборная и отливная машины). — М.; Л., 1948. Шульмейстер М. В. Монотип.