Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Morone
Amerika lavrakları (lat. Morone) — xanıkimilər dəstəsinə, Lavrakkimilər fəsiləsinə daxil olan cins. Cinsə daxil olan balıqlar Şimali Amerika ərazisində yayılmışdır. Zolaqlı lavraklar 1965-ci ildən Krasnodar diyarının sularında qeydə alınmışdır. Onlara Kuban çayında rastlamaq mümkündür.
Moros
Moros (yun. πικρόχολος) qədim yunan mifologiyasında fəlakət tanrısı. Eyni zamanda Ereb ilə Niktanın oğlu və Tanatın qardaşıdır. Roma mifologiyasında Fatum olaraq tanınır.
Morone saxatilis
Zolaqlı lavrak və ya Zolaqlı xanı (lat. Morone saxatilis) — xanıkimilər dəstəsinə, Lavrakkimilər fəsiləsinə daxil olan növ. Atlantik okeanının Şimali Amerika sahillərində, Müqəddəs Lavrentiya çayı mənsəbindən Luizinannaya qədər olan ərazidə yayılmışdır. Xəzər dənizində yaşayan balıqların siyahısında adı çəkilir. Zolaqlı lavrak gümüşü rəngli uzadılmış bədən quruluşuna sahibdir. Maksimal uzunluğu 200 sm-dir. İndiyənə kimi qeydə alınan ən böuük nümunə 57 kq-dır. Yetkin fərdlərin böyük əksəriyyəti 120 sm olur. Belə ehtimal edilir ki, bu balıqların ömür müddəri 30 ildir. Miqrasitya edən balıq növüdür.
Corone
Qoyunqulağı (lat. Silene) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinə aid bitki cinsi.
MOBESE
MOBESE (Mobil Elektron Sistemlər İnteqrasiyası), Türkiyənin 81 vilayətində yaradılmış sistem ilə cinayət və cinayətkarlıqla mübarizə aparan təhlükəsizlik qüvvələrinin əlini gücləndirmək məqsədi ilə yaradılmış kameralı təhlükəsizlik sistemləridir. 2007-ci ildən bəri quraşdırılmış sistemlərin xərcləri Daxili İşlər Nazirliyinin büdcəsi və xüsusi vilayət idarələri tərəfindən qarşılanır. Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən 148 milyon 193 min TL xərclənmişdir. Tabeliyində olan təşkilatlar; Komanda İdarəetmə Mərkəzi Avtomobil Müşahidə Sistemi Səyyar Avtomobil Sorğu Sistemi Nəzarəti Təkmilləşdirmə və İdarəetmə Sistemi Zona Müşahidə Sistemi Nömrə Müəyyənləşdirmə Sistemi Mərkəzi Mobil Əməliyyatların İdarəedilməsi Polis Şöbələrinin Kompüter Şəbəkəsi. == İstanbul == 2012-ci ilin aprel ayına kimi sayı 4220 olan kameralar, daha 480 ədəd artırılaraq 4700-ə çatdırılacaqdır. Bundan əlavə, 25 məntəqəyə quraşdırılacaq nömrə müəyyənləşdirmə sistemi qısa bir müddət ərzində hərəkətdə olan nəqliyyat vasitələrinin oğurluq olub-olmadığı barədə məlumat verəcəkdir. Kamera sayının 10.000-ə çatdırılması hədəflənir. 1.206 məntəqə (4.212 kamera), 40 yerdə 160 HD kamera. === Vertolyotdan görüntü ötürmə sistemi === Helikopterlərdə yerləşdirilmiş kameralardan əldə olunan görüntülər MOBESE mərkəzində quraşdırılmış simsiz sistem və polis helikopterində quraşdırılmış qəbuledici vasitəsi ilə MOBESE mərkəzinə ötürülür. Bu layihə 40 km radiusda olan ərazidən vizual təsvirləri mərkəzə ötürür.
Morane
Morane (fr. Morane) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Atollun sahəsi 2 km²-dir. Daxilində laqun vardır. Manqareva atollundan 110 km məsafədə yerləşir. İnzibati baxımından Qambe kommunasına daxildir. 2007-ci il məlumatına görə adada yaşayış yoxdur.
Moroni
Moroni (fr. Moroni, ərəb. موروني‎) — Komor adalarının paytaxtı, Nqazica muxtar adasının inzibati mərkəzi, ölkənin ən iri şəhəri. Hesab edilir ki, şəhərin adı malaqasi dilidə olan moron — "sahil" sözündən yaranıb ya da Kartala vulkanına işarə olaraq "odun ürəyi" deməkdir. Digər versiyaya görə ad Oundroni sözündən yaranıb "rifah" deməkdir. Şəhərdə dəniz portu və şahzadə Səid İbrahim adına beynəlxalq aeroport vardır. Moronidə kənd təsərrüfatı və emal müəssisələri vardır. 1886–25 iyul 1912-ci ildə Moroni Bambao sultanlığının paytaxtı olub. 1962–6 iyul 1975-ci ildə Fransa nın dəniz ərazisi Komor adalarının paytaxtı olub. 6 iyul 1975-ci ildən Moroni müstəqil Komor adalarının paytaxtıdır.
Moşovse
Moşovse (slovak. Mošovce) — Slovakiyada bir çoxlu tarixi abidəli bir kənd. Bu kənd Slovakiyalı şair Ján Kollárın doğulduğu yerdir. Əhalisi 1380 nəfərdir.
Boros
Adam Boroş (mac. Boros Ádám; 19 noyabr 1900[…], Budapeşt – 2 yanvar 1973, Budapeşt) — Macarıstan botaniki. == Elmi fəaliyyəti == Adam Boroş toxumlu bitkilər, mamırkimilər üzrə ixtisaslaşmışdır. === Təsnif etdiyi bəzi növlər === Funaria hungarica Boros Cyndrichia mongolica Boros Hieracium praebiharicum Boros Marsupella hungarica Boros et Vajda == Əsərləri == Boros Á. Közép-és Nyugatmagyarország Sphagnum-lápjai növényföldrajzi szempontból / / A Debreczeni Tisza István tudományos társaság honismertető bizottságának kiadványai .- 1925–1926 .- II kötet, 5 fűzet .- P. 3–26. (Proceedings of the committee for the home geographical researches of the count Stephen Tisza scientifical society of Debrecen) Boros Á. A bustyaházai Csere-erdő florája / / Scripta Bot. Musei Transsilvanici, Cluj .- 1944 .- Vol. 3 .- P. 15–20. == Şərəfinə adlandırılmış taksonlar == Rosa borosiana Degen Pinus borosianus Lyka Pulsatilla borosiana Wagner Melampyrum borosianum Soó Mentha borosiana Trautmann Sorbus borosianus Kárpáti Z. Placidum Adami Borosi Szatala. == İstinadlar == == Ədəbiyyat == Мигаль А. В., Шевера М. В. Борош Адам / Энциклопедия Современной Украины. — Киев: 2004 .- Т. 3 .- С. 369–370.
Meroe
Meroe (meroitcə Medewi və ya Bedewi, ərəb. مرواه‎ Meruvah və مروى‎ Meruvi, q.yun. Μερόη) — Nilin şərq sahilində, Sudanın Şendi şəhəri yaxınlığındakı Kabuşiya stansiyasından təxminən 6 km şimal-şərqdə, paytaxt Xartumdan təxminən 200 km şimal-şərqdə yerləşən qədim şəhər idi. Saytın yaxınlığında Baqraviya adlı bir qrup kənd var. Bu şəhər eramızın dördüncü əsrində dağılana qədər bir neçə əsr boyu Kuş krallığının paytaxtı olmuşdur. Paytaxt Meroe olduğu dövrdə krallığa daxil olan müasir Butana bölgəsinə "Meoe adası" adı verilmişdi. Meroe şəhəri Butananın yaxınlığında idi. Butanada başqa iki Meroit şəhəri daha var idi: Musavvarat əs-Sufra və Naqa. Bu ərazilərdən birincisinə, Fars şahzadəsi Kambiz tərəfindən bacısının şərəfinə Meroe adı verilmişdi. Şəhər əvvəlcə ölkənin əsl qurucusunun şərəfinə Saba adını daşıyırdı.
Morle
Morle (fr. Morlaix) — Fransada yerləşən, eyni adlı rayonun suprefekturası (region Bretan, departament Finister). Morle — qədim bir şəhərdir, ona yaxın neolit dövrünə aid Barenes kurqanı yerləşir. Tarixi dövrdə liman, İngiltərə və Fransanın mübarizəsinin obyektinə çevrilmişdir. Mari Brakemon, rəssam. Jan Viktor Moro, komandir. Tristan Korbyer, şair. Pol Serüzye, rəssam. Julyen Qiyomar, aktyor. Brijitt Fonten, müğənni.
Morso
Morso — Laqunanın yerli adı olub Xəzər dənizinin Lənkəran ovalığı sahilboyunda qum tirələri ilə dənizdən ayrılmış qapalı dayaz su sahəsinə deyilir. Adətən Morsoya çay töküldüyündən suyu çox da şor olmur. Məsələn, Lənkəran şəhərindən şimalda yerləşən Gamışovan gölü Morsodur.
Toros
Toros (rus. торос, ing. ice hummock) — su hövzələrinin dəniz , çay, göl buz örtüyündə, buz sahələrinin bir-birinə, eləcə də sahilə təzyiqi sıxılması və onların kənarlarının qırılması nəti-cəsində əmələ gəlmiş və üst-üstə toplanmış buz parçaları.
Morus
Tut (lat. Morus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinə aid bitki cinsi.
Eucalyptus porosa
Paroza evkalipti (lat. Eucalyptus porosa) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Avstraliyadır. Aralıq dənizi sahillərində geniş ərazilərdə becərilir. == Botaniki təsviri == Hündürlüyü 15–18 m-ə çatan, sıx çətirli ağacdır. Gövdəsinin qabığı boz-qonur rənglidir. Təzə yarpaqları açıq yaşıl rəngli, parlaq, yaşlandıqca əyilmiş formalı, tünd və ya açıq yaşıl rəngdə olur. Birevli bitkidir. Avqust-sentyabr aylarında çiçəkləyir. Meyvəsi qutucuqdur.
London borosu
London borosu - Böyük Londonun 33 inzibati bölgəsindən 32-ni ifadə edən inzibati termindir. Borolarda yerli xidmətlərin təmin edilməsi üçün London Boroları Şurası fəaliyyət göstərir ki, orada da yerli hakimiyyət nümayəndələri təmsil olunurlar. Boro olmayan yeganə inzibati bölmə London şəhəridir ki, həmin ərazi də praktiki məqsədlər üçün şəhər kimi saxlanmışdır. Borolar Böyük Londonun yaradılması ilə eyni vaxta, 1 aprel 1965-ci ildə yaradılmışlar və London borolarında 150,000-dən 300,000-ə kimi əhali yaşayır ki, bu da İngiltərə şəhərlərinin ekvivalentidir. London borolarında şura, yerli özünüidarə orqanlarının əsas xidmətlərini həyata keçirir, lakin siyasi həll tələb edən məsələlərə (məsələn, planlaşdırma, nəqliyyat və ya infrastruktur), həmçinin Böyük London administrasiyası tərəfindən həyata keçirilən London meri seçkilərinə qarışmır. Hər bir boro təxmini bərabər əhali sayına malik seçici bölgələrinə bölünür, İngiltərə Sərhəd Komissiyası 8-12 ildən bir yeni məclis üzvlərinin seçilməsi üçün bölgələrin ərazilərinə yenidən baxır. Bölgələrin hər biri ənənəvi olaraq üç, çox az hissəsi isə bir və ya iki məclis üzvü ilə təmsil olunur, məclis üzvü az olan bölgələr əhali sıxlığı aşağı olan yerlərdir. Məclis üzvlərinin seçkisi dörd ildən bir keçirilir. 2014-cü ildə London yerli seçkilərində 20 Leyborist, 10-u isə Mühafizəkarlar və ya Liberal Demokratlardan olmaqla məclis üzvləri seçilmişlər, digər iki yer isə palatalararası əlaqənin labüd olduğu və “heç kimin nəzarət etmədiyi” yerlərdir. Məclisin indiki tərkibi bir neçə kiçik seçkidən sonra formalaşmışdır.
Mikania porosa
Mikania porosa (lat. Mikania porosa) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Monroye burnu
Monroye burnu — Antarktidanın Cənubi Şetland adalarının Snou adası sahillərindən qərbdə yerləşən buzlaqlardan azad olan burundur. Boyd boğazından 1.1 km qərbdə, Barutin buxtasından cənubda yerləşmişdir. Burun 19-cu əsrdə ağ sənayeçilər tərəfindən kəşf olunmuşdur. Əvvəllər Smit adası 'Monroye adası' adlandığından burna bu ad verilmişdir. Esteverena burnundan 4.1 km cənub-şərqdə, Konvey burnundan 5.58 km şimal-qərbdə, Smit burnundan 40.54 km şimal-şərqdə yerləşmişdir. Britaniya xəritəsinə 1968-ci ildə, Bolqarıstan xəritəsinə 2005 və 2009-cu ildə daxil edilmişdir. L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005.
Motosu gölü
Motosu gölü (本栖湖, Motosu-ko) — Beş Fuci gölünün ən qərbində yerləşən göl. Yaponiyada, Fuci dağının yaxınlığında, Yamanaşi prefekturasının cənubunda yerləşir. Sahəsinə Beş Fuci gölü arasında 3-cü ən böyük, dərinliyinə görə ən dərin göldür. Ən dərin yeri 121,6 metr təşkil edir. Bu göstəriciyə görə Yaponiyanın ən dərin doqquzuncu gölüdür. Dəniz səviyyəsindən hündürlüyü qonşuluğundakı Şoci və Say gölləri ilə eynidir: 900 metr. Bu isə bu göllərin əvvəllərin tək göl olduğunu və gölün Fuci dağından gələn böyük lava axını nəticəsində parçalandığını təsdiq edir. Lava axınının qalıqları Aokiqahara meşəsinin altındadır və bu, bu üç gölün yeraltı sular vasitəsilə əlaqələndiyini göstərir. Göl Fuci-Hakone-İzu Milli Parkında yerləşir. Digər Fuci göllərində olduğu kimi Motosu gölünün də ətrafında otellər, kurortlar, düşərgələr və hamamlar yerləşir.
Ocotea porosa
Ocotea porosa (lat. Ocotea porosa) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin ocotea cinsinə aid bitki növü. Cinnamomum porosum (Nees & Mart.) Kosterm. Oreodaphne porosa Nees & Mart. Phoebe porosa (Nees & Mart.) Mez Nectandra speciosa Chanc.
Phoebe porosa
Ocotea porosa (lat. Ocotea porosa) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin ocotea cinsinə aid bitki növü. Cinnamomum porosum (Nees & Mart.) Kosterm. Oreodaphne porosa Nees & Mart. Phoebe porosa (Nees & Mart.) Mez Nectandra speciosa Chanc.
Qrinviç borosu
Qrinviç borosu— İngiltərədə Londonun cənub-şərqində London borosudur. O öz adını tarixi şəhər olan Qrinviçdən götürüb. Qrinviç London borosu 1965-ci ildə şərqədək Vulviç Metropolitan borosunun hissəsi və Qrinviç Metropolitan borosunun keçmiş ərazisinin birləşməsi ilə təşkil olunub. Yerli şura Qrinviç London Boro Şurasıdır. Qrinviç dünyada bütün Ümumdünya vaxtının istinad etdiyi Sıfırıncı meridianın ənənəvi yeri kimi də məşhurdur. Sıfırıncı meridian Qrinviçdən keçir. 2012-ci ildə Qrinviç Frommer’s tərəfindən yalnız Böyük Britaniyanın təyinat yerlərinin olduğu siyahıda ilk onluqda olan qlobal təyinat yeri kimi göstərilib. Qrinviç 2012-ci il London Yay Olimpiya Oyunlarında yarışların keçiriləcəyi altı London borosundan biri idi.
Tetsuya Hirose
Tetsuya Hirose (yap. 広瀬徹也) — Yaponiyanın Azərbaycandakı ilk fövqəladə və səlahiyyətli səfiri (2000-2002) 1993-cü ildə Yaponiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə departamentinin direktoru təyin edilmişdir. 1994-cü ilin sentyabrın 20-də Bakıda "Əsrin müqaviləsi"nin imzalanması mərasimində Yaponiyanın dövlət və özəl sektorunu təmsil edən nümayəndə heyətinin tərkibində iştirak etmişdir. 2000-ci ilin yanvarında Azərbaycana səfir təyin edilmişdir. Mayda isə Azərbaycanda səfir kimi fəaliyyətə başlamışdır. Azərbaycan Prezidenti Heydər Əliyev onun etimadnaməsini 15 iyul 2000-ci il tarixində qəbul etmişdir.
Vestminster borosu
Vestminster (ing. Westminster) — İngiltərənin London şəhərində yerləşən Vestminster borosunun əsas şəhəridir.
Oreodaphne porosa
Ocotea porosa (lat. Ocotea porosa) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin ocotea cinsinə aid bitki növü. Cinnamomum porosum (Nees & Mart.) Kosterm. Oreodaphne porosa Nees & Mart. Phoebe porosa (Nees & Mart.) Mez Nectandra speciosa Chanc.
Köröş-Maroş Milli Parkı
Köröş-Maroş Milli Parkı (ing. Körös-Maros National Park, mac. Körös–Maros Nemzeti Park) — Macarıstanın 10 milli parkından biri. Cənubi Alfölddə Bekeş əyalətində yerləşir. == Coğrafiyası == 1997-ci ildə quşların mühafizəsi üçün yaradılmışdır. Payız mövsümündə Feyer gölünün ətrafında quşların köçünü müşahidə etmək olar. Göl on minlərlə durnaların və ördəklərin sığınacağıdır.
Porşe
Porsche AG — "Porsche" markası altında avtomobil istehsal edən Alman maşın istehsalat şirkəti. İstehsalat yeri və baş ofisi Almaniyanın Ştutqart şəhərində yerləşir. Şirkət 1947-ci ildə Ferdinand Porşenin oğlu Ferri Porşe tərəfindən qurulmuşdur. Qurulduğu ildən nəqliyyat vasitələri istehsalı ilə məşğuldur. Şirkət idman və yarış avtomobilləri da istehsal edir. Hazırda Boxster, Cayman, Cayenne 911, Panamera modellerini istehsal edir.
Koroşi dialekti
Koroşi dialekti (Bəlucca: کوروشی)—Hind-Avropa dil ailəsinin Şimal-qərbi İran dillərindən və Bəluc dilinin dialektlərindəndir ki fars ostanının cənubunda yaşayan bəluclar tərəfindən danışılır. Koroşi dialektində danışanların sayı 2006-cı ildə 1000 nəfər olduğu təxmin edilib.