Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mortira
Mortir (nid. mortier) — kiçik lüləli artilleriya topu. Mortir maneələr (təpə, qala divarı, meşə zolağı və s.) arxasında xüsusi möhkəm istehkam və objektləri məhv etmək üçün nəzərdə tutulmuş topdur. XV əsrdən hərbdə tətbiqinə başlanılmışdır. Müasir hərb dilində ona minamyot ya minaatan deyilir. Mortir lülə uzunluğuna və çapına görə bir növ XİV-XVİ əsrlərdə qala divarlarını dağıtmaq üçün nəzərdə tutulmuş ilk arilleriya qurğusu olan bambardalara bənzəyir, lakin fərq ondadır ki, bambarda düz istiqamətdə tuşlanmış divara atəş açırdısa, mortir qıvsi trayektoriza üzrə maneələr arxası obyektləri hədəf seçir.
Mortir
Mortir (nid. mortier) — kiçik lüləli artilleriya topu. Mortir maneələr (təpə, qala divarı, meşə zolağı və s.) arxasında xüsusi möhkəm istehkam və objektləri məhv etmək üçün nəzərdə tutulmuş topdur. XV əsrdən hərbdə tətbiqinə başlanılmışdır. Müasir hərb dilində ona minamyot ya minaatan deyilir. Mortir lülə uzunluğuna və çapına görə bir növ XİV-XVİ əsrlərdə qala divarlarını dağıtmaq üçün nəzərdə tutulmuş ilk arilleriya qurğusu olan bambardalara bənzəyir, lakin fərq ondadır ki, bambarda düz istiqamətdə tuşlanmış divara atəş açırdısa, mortir qıvsi trayektoriza üzrə maneələr arxası obyektləri hədəf seçir.
Xortisa
Xortisa (ukr. Хортиця) — Dneprdə ən böyük ada, Zaporojye şəhəri yaxınlığında (indiki Dnepr HES) yerləşir. Milli Tarix və Mədəniyyət Qoruğudur. Ada şimal-qərbdən cənub-şərqə doğru uzanır, uzunluğu 12,5 km, eni isə 2,5 km-dir. Xortisa adı ilk dəfə Bizans imperatoru VII Konstantin Baqryanarodnının "İmperiyanın idarəsi haqqında" traktatında xatırlanmışdır. 2007-ci ildə Xortisa "Ukraynanın yeddi möcüzəsi"ndən biri adlandırılmışdır. "Xortisa" adının bir neçə versiyası mövcuddur. Adanın (mənbələrdə Xrtiç adası) adını qonşu çay Xortisadan alır, burada "xort" — < хъртъ, yəni "sürətli, cəld" deməkdir. Beləliklə, xortisa "sürətli su" anlamına gəlir. 1981-ci ildə "Mən Xortisayam" adlı film çəkilmişdir (Rejissor: Aleksandr İgişev).
Qortina
Qortina (q.yun. Γορτύν, Γόρτυνα, yun. Γόρτυς, lat. Gortyn, Gortyna, Gortynia) — Yunanıstanın Krit adasında qədim şəhər. Qortinaİrakliondan 46 km cənubda, Ayi-Deka kəndi yaxınlığında, münbit Mesara düzənliyində yerləşir. Qortina Yunanıstanın ən mühüm arxeoloji ərazilərindən biri olan Kritin ən qədim şəhərlərindən biridir. Şəhərin adı, Hesixiyə görə, "inək" mənasını verən minoyca "karten" sözündən gəlir. Müasir alimlərin fikrinə görə, şəhərin adı pelasqların tərk etdiyi qədim Hind-Avropa substratında ghordh – «şəhər» deməkdir.
Martia
Dazı (lat. Hypericum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin dazıkimilər fəsiləsinə aid bitki cinsi.
Martina Barta
Martina Barta (çex. Martina Bárta; 1 sentyabr 1988, Praqa) — Çexiyalı caz müğənnisi. O, vokalist və eyni zamanda valtorn ifaçısıdır. Martina 4 To The Bar adlı Frankfurt-Mayndan olan caz qrupunda fəaliyyət göstərmişdir. 2017-ci ilin fevral ayında Çex telekanalı ČT Martina Bartanın Çexiyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyini açıqlamışdır. Müğənninin müsabiqədə ifa edəcəyi mahnı olan "My Turn" mart ayında dinləyicilərə təqdim edilmişdir. Uzun məşqlərdən sonra Martina 9 may tarxində baş tutan Avroviziyanın birinci yarımfinal mərhələsində 14-cü nömrə altında səhnə almışdır. Nəticədə isə Martina 83 xalla 13-cü yerdə qərarlaşaraq, finala adlaya bilməmişdir. == Həyatı == Martina Barta 1 sentyabr 1988-ci ildə Çexiyanın paytaxtı Praqa şəhərində anadan olmuşdur.
Martina Centofani
Martina Centofani (d. 19 may 1998) — İtaliyanı təmsil edən bədii gimnast. Martina Centofani 2016-cı ildə İtaliyanı Olimpiya Oyunlarında təmsil etdi. Centofani 2015-ci ilin Dünya Çempionatının qızıl və gümüş medalını qazanıb. == Karyerası == Martina Centofani 2016-cı ildə İtaliya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Sofiya Lodi, Alessia Maurelli, Marta Pacnini və Kamilla Patrisia ilə birgə final yarışlarında 35.549 xal topladı və 4-cü yeri tutdu.
Martina Dabkovska
Martina Dabkovska (25 may 1989) — Polşanı təmsil edən bədii gimnast. == Karyerası == Martina Dabkovska Polşanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 10-cu pillənin sahibi olub.
Martina Kariddi
Martina Kariddi (isp. Martina Cariddi; 30 may 2001, Madrid) — ispaniyalı aktrisa. == Həyatı == Kariddi 30 may 2001-ci ildə Madrid şəhərində ispan ata və italyan ananın övladı olaraq dünyaya gəlmişdir.
Martina Mitseli
Martina Mitseli (22 oktyabr 1973, Roma) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Martina Mitseli, İtaliya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Yunanıstan yığmasını 11:10 hesabı ilə məğlub edən İtaliya yığması, Afina Olimpiadasını qızıl medalına sahib oldu. Daha sonra Martina Mitseli, İtaliya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 8:10 hesabı ilə məğlub olan İtaliya yığması, XXIX Yay Olimpiya Oyunlarını altıncı pillədə başa vurdu.
Martina Çentofanti
Martina Centofani (d. 19 may 1998) — İtaliyanı təmsil edən bədii gimnast. Martina Centofani 2016-cı ildə İtaliyanı Olimpiya Oyunlarında təmsil etdi. Centofani 2015-ci ilin Dünya Çempionatının qızıl və gümüş medalını qazanıb. == Karyerası == Martina Centofani 2016-cı ildə İtaliya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Sofiya Lodi, Alessia Maurelli, Marta Pacnini və Kamilla Patrisia ilə birgə final yarışlarında 35.549 xal topladı və 4-cü yeri tutdu.
Martina Ştossel
Martina Stoessel (isp. Martina Stoessel; 21 mart 1997, Buenos-Ayres) — argentinalı müğənni, aktrisa, rəqqasə. == Həyatı == 21 mart 1997-ci ildə dünyaya gəlib. Anasının adı Mariana Muzlera, atasının adı Alejandro Stoessel, qardaşının adı isə Francisco Ştosseldir. 2016-cı ildə Pepe Barroso ildə partnyor olub.
Morteza Peşayi
Murtuza Paşayi (fars. مرتضی پاشایی‎) — İranlı müğənni, bəstəkar və söz yazarı. Paşayi İranın paytaxtı Tehran şəhərində 1984-cü ildə anadan olmuşdur. Qrafik dizayn təhsili aldığı dövrdə uşaqlıq dövründən maraq saldığı musiqi fəaliyyətinə başlamışdır. Musiqi sahəsində ilk addımlarını gitara ilə atmışdır. Murtuza Paşayi yaratdığı musiqi ilə İranda gənc nəslin pərəstiş etdiyi bir şəxsə çevrilməyi bacarır. 2013-cü ildə sağlamlığında aşkarlanan mədə xərçəngi qısa zamanda vəziyyətinin ağırlaşması ilə nəticələndi. Ağır kimyaterapiya kursu qəbul etməsinə baxmayaraq, 2014-cü iln 14 noyabr tarixində Tehran şəhərində müalicə aldığı xəstəxanada 30 yaşında vəfat etmişdir.
Morteza Purliqanci
Morteza Pouraliganji (fars. مرتضی پورعلی‌گنجی‎ : مرتضی پورعلی‌گنجی; 19 aprel 1992, Babül, Mazandaran ostanı) hazırda Çin Superliqasında və İran milli komandasında Shenzhen FC -də oynayan iranlı peşəkar futbolçudur . O, İranı 2015 AFC Asiya Kuboku, 2018 FIFA Dünya Kuboku və 2019 AFC Asiya Kubokunda təmsil edib.
Portiya Dabldey
Portiya Enn Dabldey (ing. Portia Ann Doubleday; 22 iyun 1988, Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası.
Hidemasa Morita
Hidemasa Morita (10 may 1995, Takatsuki, Osaka prefekturası) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Koza Mostra
Koza Mostra — 2011-ci ildə qurulmuş Yunan musiqi qrupu. Koza Mostra Yunanıstanı 2013 Avroviziya Mahnı Müsabiqəsində Aqafon İakovidis ilə birlikdə "Alcohol Is Free" mahnısı ilə təmsil edib.
Yustin Martir
Yustín Filósof (Əzabkeş Yustin; q.yun. Ιουστίνος ὁ Φιλόσοφος; təq. 100[…], Nablus – təq. 165, Roma) — erkən xristian apologeti. İlk dəfə xristian ehkamlarını antik fəlsəfi kateqoriyalarla uyğunlaşdırmaq yolunu tutmuşdur. Tarixin ilahiyyat baxımından izah edilməsinin əsasını qoymuşdur. Müqəddəs kilsə atasıdır. 100-cü ildə Flavia Neapolis (Fələstindəki Nəblusdur) şəhərində bütpərəst ailəsində doğulmuşdur. Ola bilsin onun ata-anası bura Yəhudu savaşlarından sonra şəhəri bərpa etməyə ezam olunmuşdurlar. "Yəhudi Trifonla dialoq" əsərində öz həyat yolunu təsvir etmişdir.
Xurayi Moreyra Junior
Xurayi Moreyra Junior (2 may 1979, Kuritiba) — Braziliyanı təmsil edən triatlonçu. Xurayi Moreyra Junior Braziliyanı 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 22-ci pillədə başa vurdu. Daha sonra Xurayi Moreyra Junior Braziliyanı 2004-cü ildə Afina şəhərində (Yunanıstan) baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 41-ci pillədə başa vurdu. Növbəti dəfə Xurayi Moreyra Junior Braziliyanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 26-cı pillədə başa vurdu.
Moira Orfey
Moira Orfey (d. 21 dekabr 1931 – 15 noyabr 2015, Breşiya, Lombardiya) — məşhur İtaliya sirk sənətçisi, aktrisa və televiziya aparıcısı. Moira İtalya sirkinin kraliçası hesab olunur. "Sirk Orfey" sirk şirkətinə sahib olan Rikardo Orfey və Violetta Aqata ailəsində anadan olmuşdur. İtaliyada sirkin simvolu olmuş və beynəlxalq bir şöhrət qazanmışdır. Moira Orfey Sirki 1960-cı ildə qurulmuşdur. O dövrün fotoşəkillərində, onu müxtəlif sirk rollarında görmək olur: çapar xanım, hava gimnasti, akrobat, fil və göyərçin məşqçisi. Sənətçinin təəccüblü görünüşü, onun ekssentrik və hətta coşğun şəxsiyyətinin əks olunması kimi idi. Dino De Laurentis ona adını dəyişdirməsini təklif etmişdir. O vaxtdan bəri həmişə qədim yunan taleyinin ilahələrini xatırladan yeni adıyla zahirən uyğunlaşmağa çalışmışdır: ağır makiyaj, qalın göz layneri, parlaq dodaq boyası, dodağının üstündə kəskin bir xətt, saçından hörülmüş çalma.
Morti Smit
Mortaymer "Morti" Smit (ing. Mortimer "Morty" Smith) — Rik və Morti serialının iki baş qəhrəmanlarından biri. Morti Rik Sançezin nəvəsidir və Rik tez-tez onu öz macəralarına qoşulmağa məcbur edir. Morti bacısı Sammer ilə birlikdə Herri Herpson Orta Məktəbində təhsil alır. Məlumatın asanlıqla tapıla bilməsinə baxmayaraq, Mortinin keçmiş həyatı haqqında çox şey deyilməmişdir. Mortinin hal-hazırda 14 yaşı var. Rik Sançez cəmi 14 il əsrarəngiz bir şəkildə itkin düşmüşdü. Rikin itkin düşməsinin Morti ilə əlaqəsi olması məlum deyil, ancaq Rik Mortinin uşaqlıq vaxtlarını xatırladığı bir neçə dəfə demişdir. Serialın "Rik növündən yaxın Rik-kontaktlar" adlı seriyasında, Rikin xoşbəxt xatirələrindən biri hələ uşaq olan Mortini qucağına götürməsi idi. Serialın "Şvifti olmaq" adlı seriyasında, Quşadamın (ing.
Pol Moria
Pol Moria (fr. Paul Mauriat; 4 mart 1925, Marsel – 3 noyabr 2006) - lirik kompozisiyaları ilə dünyaca məşhur fransız bəstəkarı, aranjmançı, dirijor.
Acherontia atropos moira
Acherontia atropos (lat. Acherontia atropos) — acherontia cinsinə aid kəpənək növü.
Moria van Norman
Moria van Norman (30 may 1984, San-Dieqo, Kaliforniya) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. Moria van Norman, ABŞ yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Niderland yığmasına 10:11 hesabı ilə məğlub olan ABŞ yığması, XXIX Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.
Rik və Morti
Rik və Morti (ing. Rick and Morty) – Castin Royland ilə Den Harmon tərəfindən yaradılmış və Cartoon Network telekanalının Adult Swim gecə televiziya blokunda yayımlanan ABŞ elmi fantastika və qara komediya sitkomu. Serial heç nədən çəkinməyən çılğın alim Rik Sançez və onun şıltaq, tez yola gələn nəvəsi Morti Smitin başına gələn macəralardan bəhs edir. Onlar vaxtlarının çoxunu müxtəlif ölçülü dünyalarda keçirirlər. Royland baş qəhrəmanları səsləndirir. Kris Parnell, Spenser Qremmer və Sara Çok ailənin qalan üzvlərini səsləndirirlər. Serialın premyerası 2 dekabr 2013-cü ildə baş tutmuşdur. Animasiya serialı Harmonun Channel 101 adlı qısa film festivalı üçün Royland tərəfindən "Gələcəyə qayıdış" filminin qısa parodiya filmi olaraq yaradılmış "Doktor və Martinin real animasiya macəraları"ndan ilhamlanaraq yaradılmışdır. Adult Swim Harmona televiziya verilişi ideyası ilə yanaşanda o və Royland bu qısa parodiya filmindən istifadə etməyə qərar vermişdirlər. 2014-cü ilin yanvarında ikinci mövsümü anons edilmiş və 26 iyul 2015-ci ildə premyerası baş tutmuşdur.