Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Motmotukimilər
Motmotukimilər (lat. Grossulariaceae) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.
Alp marmotu
Alp marmotu və ya Avropa marmotu (lat. Marmota marmota) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü. Mərkəzi və Cənubi Avropanın yüksək dağ rayonlarında yayılmışdır. Alp marmotuna daş qayalıqlarında dəniz səviyyəsindən 600–3200 m yüksəkliklərdə rast gəinir.Əlverişli şəraitdə 1 km2 ərazidə 40-80 fərd yaşayır.
Altay marmotu
Boz marmot (lat. Marmota baibacina) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü. Tyan-Şan və Altay dağlarında yayılmışdır.
Alyaska marmotu
Alyaska marmotu (lat. Marmota broweri) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü. Bu marmotların uzunluğu 53,9-65,2 sm, kütləsi 2,5-4 kq arasında dəyişir. Alyaska marmotu Alyaskada Bruks sıra dağlarının yamaclarında yaşayır. Bu, onun yırtıcılardan qorunmasına şərait yaradır. Onlar ot, çiçəkli bitkilər, mamır və şibyə ilə qidalanırlar. Alyaskanın yerli əhalisi alyaska marmotunun ətinin yeyir, dərisindən geyim üçün istifadə edirlər.
Avropa marmotu
Alp marmotu və ya Avropa marmotu (lat. Marmota marmota) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü. Mərkəzi və Cənubi Avropanın yüksək dağ rayonlarında yayılmışdır. Alp marmotuna daş qayalıqlarında dəniz səviyyəsindən 600–3200 m yüksəkliklərdə rast gəinir.Əlverişli şəraitdə 1 km2 ərazidə 40-80 fərd yaşayır.
Bozqır marmotu
Bozqır marmotu (lat. Marmota bobak) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü.
Himalay marmotu
Himalay marmotu (lat. Marmota himalayana) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü. Bu heyvanlar Pakistanın Deosay və Hindistan Kəşmirindəki Ladakx düzənliklərində yaşayırlar. Himalay marmotları iri pişik böyüklüyündə olub koloniyalarla yaşayırlar.
Kamçatka marmotu
Kamçatka marmotu (lat. Marmota camtschatica) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü.
Menzbir marmotu
Menzbir marmotu (lat. Marmota menzbieri) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü.
Meşə marmotu
Meşə marmotu (lat. Marmota monax) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü.
Monqol marmotu
Marmot və ya Monqol marmotu (lat. Marmota sibirica) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü. Uzunluğu 60 santimetrə çatır. Rusiyanın şərqində, Monqolustanda və Şimal-şərqi Çində yayılmışdır. Tarbağan taun xəstəliyi törədicisinin daşıyıcısıdır.
Olimpiya marmotu
Olimpiya marmotu (lat. Marmota olympus) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü.
Vankuver marmotu
Vankuver marmotu (lat. Marmota vancouverensis) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü. Şimali Amerika gəmiricisi olan bu məməli heyvan Kanadanın Vankuver adası üçün endemikdir və əsasən adanın cənub hissələrində hündürlüyü 500 m-ə qədər olan dağlarda yaşayır. Bu marmotlar ayrıca növ olub nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir. Belə ki, təbii şəraitdə yaşayan cəmi 35-dən az növün qaldığı təsbit edilmişdir. Vankuver marmotunun xəzi fəsillərə görə müxtəlif rəngdə olur. Yayın əvvəlində qəhvəyi, iyulda isə xəz tökülür və bədənin və başın yuxarı hissəsində ağ zolaqları olan qara rəngdə olur. Marmotun kütləsi də fəsillərə görə dəyişir və il ərzində 3-3,5 kq-la 5-6 kq arasında dəyişir. Bədəninin uzunluğu 68-70 sm olur.
Çöl marmotu
Bozqır marmotu (lat. Marmota bobak) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü.
Buxar motoru
Buxar maşını — istilik maşını olub, istilik enerjisini qismən mexaniki enerjiyə çevirir. Tarixdə ilk buxar maşının ixtirası I əsrdə yaşamış, antik dövr mühəndisi İsgəndəriyyəli Herona məxsusudur. Onun düzəltdiyi Aeolipile adlı qurğu oyuncaq kimi tətbiq olunmuşdur. Ondan sonra Denis Papin və Tomas Savery XVII əsrin sonunda bir sıra sınaqlar aparmışlar. == Tarixi == Ancaq ilk dəfə praktikada tətbiq oluna biləsək buxar maşını XVIII əsrin əvvəlində ingilis mühəndisi Tomas Nyukomen (ingl. Thomas Newcomen) tərəfindən hazırlanmışdır. Nyukomenin buxar maşınının işləmə prinsipi istilik enerjisinin mexaniki enerjiyə çevrilməsinə əsaslanır. Maşının işçi kamerası içərisində kolba yerləşdirilmiş silindrdən ibarətdir (şəkil 1). Silindrin alt tərəfində, içərisində su qaynayan çən yerləşdirilir. Çənlə silindr ventil vasitəsilə əlaqələndirilir.
Elektrik motoru
Elektrik mühərriki — elektromexaniki çevrici olub elektrik enerjisini mexaniki enerjiyə çevirir. Elektrik mühərriklərində (EM) valda oturdulmuş dolaqlarda maqnit sahəsinin yaratdığı qüvvə nəticəsində hərəkət yaranır və beləliklə val fırlanır. Buna görə də, elektrik mühərriklər həm də generatorun əksi tərəfi kimi qəbul edilir. EM-lərdə çox vaxt fırlanma, bəzi hallarda isə xətti hərəkət almaq mümkündür. Bu mühərriklər müxtəlif iş maşınlarını hərəkət etdirmək üçün tətbiq olunur. == Təsnifatı == Sabit elektrik cərəyanla işləyən EM, Dəyişən elektrik cərəyanla işləyən EM, -Sinxron EM-lərin rotoru firlanma tezliyi ilə maqnit sahəsinin firlanma tezliyi ilə üst-üstə düşür. -Asinxron EM-lərdə rotoru firlanma tezliyi ilə maqnit sahəsinin firlanma tezliyi ilə üst-üstə düşmür. Addım mühərrikləri – bunlarda rotorun vəziyyəti addımlarla təyin olunur. Rotoru istənilən vəziyyətə döndərmək üçün lazımi dolağa cərəyan impulsu vermək lazımdır. Vəziyyəti dəyişmək üçün başqa dolağa impuls ötürülür.
Momodu Sayne
Motosu gölü
Motosu gölü (本栖湖, Motosu-ko) — Beş Fuci gölünün ən qərbində yerləşən göl. Yaponiyada, Fuci dağının yaxınlığında, Yamanaşi prefekturasının cənubunda yerləşir. Sahəsinə Beş Fuci gölü arasında 3-cü ən böyük, dərinliyinə görə ən dərin göldür. Ən dərin yeri 121,6 metr təşkil edir. Bu göstəriciyə görə Yaponiyanın ən dərin doqquzuncu gölüdür. Dəniz səviyyəsindən hündürlüyü qonşuluğundakı Şoci və Say gölləri ilə eynidir: 900 metr. Bu isə bu göllərin əvvəllərin tək göl olduğunu və gölün Fuci dağından gələn böyük lava axını nəticəsində parçalandığını təsdiq edir. Lava axınının qalıqları Aokiqahara meşəsinin altındadır və bu, bu üç gölün yeraltı sular vasitəsilə əlaqələndiyini göstərir. Göl Fuci-Hakone-İzu Milli Parkında yerləşir. Digər Fuci göllərində olduğu kimi Motosu gölünün də ətrafında otellər, kurortlar, düşərgələr və hamamlar yerləşir.
Meşə-çöl marmotu
Meşə-çöl marmotu (lat. Marmota kastschenko) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü.