Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cotto
Cotto di Bondone (it. Giotto di Bondone; 1267, 1276 və ya 1266, Vikkyo[d], Toskana[…] – 8 yanvar 1337, Florensiya[…]) – Orta əsrlər İntibah dövrünün Protorenesans mərhələsinin çox görkəmli italyan rəssam və heykəltəraşı. == Həyatı == Cotto di Bondone və ya sadəcə Cotto təxminən 1266-cı ildə Florensiya ətrafında Kolle de Vespinyano kəndində kəndli ailəsində dünyaya gəlib. Çimabuenin tələbəsi olub. Çimabuenin kiçik çoban Cottonun çöldə qoyun çəkməsini görməsi və onun istedadına heyran olması haqqında hekayət artıq ədəbi əfsanəyə çevrilmişdir. 1304-1306-cı illərdə Cotto özünün ən məşhur əsərlərini – Paduya şəhərindəki del Arena kapellasının monumental divar rəsmlərini yaradır. Kapellanın divarlarında üç cərgədə yerləşdirilmiş freskalarda rəssam İsa peyğəmbərin və Müqəddəs Məryəmin həyatından bəhs edən əfsanələrin təsvirlərini verir. Bunlardan "İsanın meyiti üstündə ağlaşma"da iştirakçıların hisslərini, baş vermiş faciəni böyük ustalıqla canlandırması freskanı Cottonun şah əsərlərindən biri edir. Həmin cərgədəki "İudanın öpüşü" freskası gərgin və dramatik bir anı: insan xəyanətini əks etdirərək, böyük bəşəri hisslər doğurur və rəmzi məna daşıyır. Cottonun yaradıcılığı İtaliya boyakarlığının sonrakı əsrlərdə inkişafına böyük təsir göstərmişdir.
Hotto
Hotto (xorv. Hottó) — Macarıstanın Zala medyesində yerləşən kənd.
Lotto
Lotto — İtaliyanın idman geyimləri istehsalı ilə məşğul olan şirkəti. 1973-cü ildə yaradılan "Lotto" şirkətinin baş ofisi Trevizo şəhərində yerləşir və dünyanın yalnız 4 ölkəsində – Braziliya, Avstraliya, Türkiyə və Ukraynada rəsmi filialı var. Hazırda bu şirkətin 25 peşəkar futbolçu (ən məşhurları – Petr Çex, Xulio Kruz, Marek Yankulovski, Luka Toni, Simone Perrotta, Qoran Pandev, Mirko Vuçiniç, Joan Kapdevilya, Momo Sissoko və b.), 32 peşəkar tennisçi (Xuan Karlos Ferrero, Teymuraz Qabaşvili, Dominik Xrbatı, Qaston Qaudio, Lukas Laçko, Françeska Skiavone və s.) ilə müqaviləsi var. Bundan əlavə, 11 futbol federasiyası (Kolumbiya, Kosta-Rika, Oman, Ukrayna, Panama və s.), Afrikada 3 (“Raca Kasablanka” Mərakeş, “USM Aljir” Əlcəzair və s.), Asiyada 7 ("Ən-Nəsr" Səudiyyə Ərəbistanı, "Əl-Əyn" BƏƏ və s.), Avstraliyada 10 ("Kembltaun Siti" Avstraliya, "Uayteker Yunayted" Yeni Zelandiya və s.), Amerikada 39 ("Atletiko Mineyro" Braziliya, "San Lorenso" Argentina, "Kobreloa" Çili, "UNAM-Pumas" Meksika və s.) və Avropada 71 futbol klubu (“Soşo” Fransa, "Borrusiya" Mönxenqladbax, Almaniya, "Makkabi" Hayfa, İsrail, "Fiorentina", "Udineze", "Palermo" – hamısı İtaliya, "Rapid" Rumıniya, "Gəncləbirliyi" Türkiyə, "Arsenal" Kiyev, Ukrayna və s.) "Lotto" şirkəti ilə əməkdaşlıq və sponsorluq müqaviləsinə malikdir. Azərbaycanın Simurq klubu bu şirkətlə əməkdaşlıq edir.
Otto
Otto — Almaniyada yayılmış ad.
Bonate Sotto
Bonate-Sotto (it. Bonate Sotto), İtaliyada, Lombardiya bölgəsində, Berqamonun inzibati mərkəzinə tabe olan bir kommunadır. Əhalisi 6010 nəfər, əhali sıxlığı 903 nəfər / km²-dir. Sahəsi 6 km² ərazini əhatə edir. Poçt kodu — 24040. Telefon kodu — 035. Müqəddəs Sebastyan kommunanın hamisi sayılır. Kommuna bayramı hər il 20 yanvarda qeyd olunur. Qonşu kommunalar: Dalmine, Madone, Filago, Bonate Sopra, Treviolo.
Cotto kampanilası
Cotto kampanilası (it. Campanile di Giotto, /ˌkæmpəˈniːli, -leɪ/ , həmçinin amer. /ˌkɑːm-/ ) — İtaliyanın Florensiya şəhərinin tarixi mərkəzində yerləşən Pyaçça-del-Duomonun əsas tikilisi olan Florensiya kafedralı kompleksinə daxil olan, lakin kafedral binasından aralıda dayanan kampaniladır. Santa-Mariya-del-Fiore kafedralı və Müqəddəs İohann vəftizxanasının yanında yerləşən kampanila Cottonun dizaynı, zəngin heykəl və polixrom mərmər dekorları ilə Florensiya qotik memarlığının ən yaxşı nümunələrindən biridir. Kiçik ərazini əhatə edən tikili, hər tərəfi 14.45 metrə bərabər olan kvadrat formasına malikdir. 84.7 metr hündürlüyə malik kampanila hər tərəfdən çoxkünclü dayaqlara malikdir. Qüllə beş mərtəbəyə bölünüb. == Tarixi == 1302-ci ildə Florensiya kafedralının inşasında cavabdeh olan memar Arnolfo di Kambionun ölümündən otuz il sonra – 1334-cü ildə məşhur rəssam Cotto di Bondoneyə onun işini davam etdirmək həvalə olunur. Həmin ildə rəssamın artıq 67 yaşı var idi. Cotto bütün enerjisini kafedralın zəng qülləsinin dizaynı və inşasına yənləndirir.
Monto (İzer)
Monto (fr. Montaud) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Riv kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38248. Kommunanın 2007-ci il üçün əhalisi 550 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 400 ilə 1643 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 16 km şimal-qərbdə yerləşir.
Motoo Tatsuhara
Motoo Tatsuhara (14 yanvar 1913 - 1984) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Vasili Potto
Potto Vasili Aleksandroviç (1 yanvar 1836, Tula – 11 noyabr 1911, Tiflis) – rus zabiti, general-leytenant, hərbi yazıçı. == Həyatı == 1885- ci ildən 60-cı illərin ortalarınadək, sonra isə 1887-ci ildən Qafqazda xidmətdə idi. 1899-cu ildən Qafqaz hərbi dairəsi yanında Hərbi-tarixi şöbənin rəisi işləmişdir. ―Qafqaz müharibəsi ayrı-ayrı oçerqlərdə, epizodlarda, əfsanə və bioqrafiyalarda‖ adlı beş cildlik kitabın (Tiflis, 1885-1891) və başqa nəşrlərin müəəifi və redaktoru olmuşdur. == Ədəbiyyat == Волков С. В. Генералитет Российской империи. Энциклопедический словарь генералов и адмиралов от Петра I до Николая II. Том II. Л—Я. М., 2009 == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == Василий Потто Потто В. А. "Кавказская война. Том 1.
Cenate Sotto
Cenate Sotto (it. Cenate Sotto) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Milanın təxminən 60 kilometr (37 mil) şimal-şərqində və Berqamodan təxminən 12 kilometr (7 mil) şərqdə yerləşir. Əhalisi 2665 nəfər, əhalinin sıxlığı 666 nəfər/km²-dir. Sahəsi 4 km² ərazini tutur. Poçt kodu — 24069. Telefon kodu — 035. Cenate Sotto kommunası aşağıdakı hissələrdən (bölmələr, kəndlər və obalar) ibarətdir: Cascina Serbello, Tesolta, Quadra, Veneziane və Brugaletti.
Con Mott
Con Reley Mott (ing. John Raleigh Mott; 25 may 1865[…], Nyu-York, Nyu-York ştatı – 31 yanvar 1955[…]) — yevangelist və Dünya Xristian Tələbələr Birliyi(YMCA) və Dünya Tələbə Xristian Federasiyasının (WSCF) rəhbəri. 1946-cı ildə Nobel sülh mükafatını,dünyanı sülhə təşviq etmək üçün çalışan Beynəlxalq Protestant Xristian Tələbə təşkilatlarının qurulması və gücləndirilməsindəki işinə görə aldı. Mükafatı Emili Qrin Bolç ilə bölüşdü. 1895-1920-ci illərdə Mott Dünya Tələbə Xristian Federasiyasının baş katibi oldu. 1948-ci ildə Ümumdünya Kilsələr Şurasının yaradılmasında yaxından iştirak edən bu qurum onu ömürlük fəxri prezident seçdi. Ən çox tanınan kitabı,Bu nəsildə dünyanın müjdələnməsi (ing. The Evangelization of the World in this Generation) XX əsrin əvvəllərində missioner şüarı oldu. == Həyatı == Mott,25 may 1865-ci ildə Nyu York,Sallivan dairəsinin,Livinqston yaşayış məntəqəsində anadan olmuşdur. Ailəsi 1865-ci ilin sentyabr ayında Ayova ştatının Postvill şəhərinə köçür.
Homalium moto
Homalium moto (lat. Homalium moto) — söyüdkimilər fəsiləsinin homalium cinsinə aid bitki növü.
I Otto
I Otto, I Otton və ya I Böyük Otto (alm. Otto I der Große‎; d. 23 noyabr 912 – 7 may 973) — Almaniya kralı (936–973). Müqəddəs Roma imperiyasının banisi (962). == Həyatı və fəaliyyəti == I Böyük Otto 912-ci ildə Saksoniya vilayətinin Vallhauzen şəhərində anadan olmuşdur. 24 yaşından — 936-cı ildən Almaniya kralı olmuşdur. Sakson sülaləsindən olan I Otto kral hakimiyyətini möhkəmləndirmək yeritmiş, tayfa hersoqlarının separatizminə qarşı mübarizədə geniş imtiyazlar verdiyi yepiskoplara və abbatlara arxalanmışdı. Polab (Lababoyu) slavyanları torpaqlarının işğalını davam etdirmiş, onları xristianlaşdırmaq üçün 968-ci ildə Maqdeburq arxiyepiskopluğunun əsasını qoymuşdur. 955-ci ildə Lex çayı sahilində macarları darmadağın etmiş, onların qərbə yürüşünü dayandırmışdır. 951-ci ildə Lombardiyanı tutmuş, İtaliya kralı titulunu qəbul etmişdi.
Otto Binsvanger
Otto Binsvanger (14.10.1852, İsveçrə, Münsterlingen – 16.7.1929, Kroyslingen) — alman psixiatrı. L. Binsvangerin atası. == Fəaliyyəti == Tibb təhsilini Haydelberq, Strasburq, Sürix Universitetlərində almışdır (1875). Vyanada T. Meynertin və Höttin gendə L. Mayerin (1827–1900) yanında psixiatriya üzrə ixtisaslaşmış və burada non-restraint (xəstənin sıxılmaması) sistemi ilə tanış olmuşdur. 1882–1921-ci illərdə Yena Universitetinin psixiatriya klinikasının professoru və direktoru işləmişdi. Psixi pozuntuların əsasını təşkil edən baş beyin funksiyalarının anatomik-fizioloji pozuntuları elmi fəaliyyətinin başlıca istiqaməti idi. 1895-ci ildə aterosklerotik ensefalopatiyanı (B. xəstəliyi) təsvir etmişdir. Əsərləri proqressiv iflic (1893), nevrasteniya (1896), epilepsiya (1899), isteriya (1904) və s. xəstəliklərə həsr edilmişdir. Populyar psixiatriya dərsliyinin (1904; 6-cı nəşr, 1923, E. Zimerinqlə birlikdə) müəllifidir.
Otto Bismark
Otto Eduard Leopold fon Bismark-Şönhauzen (alm. Otto Eduard Leopold von Bismarck-Schönhausen‎; 1 aprel 1815[…], Şönhauzen, Prussiya – 30 iyul 1898[…]) — alman dövlət xadimi və XIX əsr dünya siyasətinə ciddi təsir etmiş şəxs. 1862–1890-cı illərdə Prussiyanın əvvəlcə nazir-prezidenti (alm. Ministerpräsident‎) olmuş, sonra isə kansleri kimi Almaniyanın birləşdirilməsi məsələsi ilə məşğul olmuşdur. 1867-ci ildə Şimali Alman İttifaqının, 1871-ci ildə isə birləşmiş Almaniya İmperiyasının ilk kansleri olmuş və yeni dövlətin möhkəmlənməsi üçün mühüm işlər görmüşdür. Bismark Şönhauzen qrafı, Lauenburq hersoqu, Bismark şahzadəsi titullarını daşımış, general-feldmarşal statusunda general-polkovnik rütbəsinə layiq görülmüşdür. Sərt diplomatiyası və güclü idarəçiliyinə görə ona "dəmir kansler" ləqəbi vermişdilər. == Həyatı == === Uşaqlığı === Otto fon Bismark 1815-ci il aprel ayının 1-də Berlindən qərbdə yerləşən Prussiya əyaləti olan Brandenburqda yerləşən Şönhauzendə (indiki Saksoniya-Anhalt torpağı) Karl Vilhelm Ferdinand fon Bismark (1771–1845) və Vilhelmina Luiza Menkenin (1790–1839) kiçik zadəgan ailəsində dünyaya gəlmişdir. Ailənin ikinci oğlan uşağı olan Otto öz uşaqlıq illərinin ilk vaxtlarını Hinterpommerndə Nauqard şəhərində keçirmişdir. Atası Karl Vilhelm Ferdinand fon Bismark mülkiyyətçi və Prussiya ordusunun keçmiş zabiti, anası Luiza Menke Berlin hökumətində yüksək vəzifəli məmurun qızı idi.
Otto Diks
Vilhelm Henrix Otto Diks (alm. Wilhelm Heinrich Otto Dix‎; 2 dekabr 1891[…] – 25 iyul 1969[…]) — Alman rəssamı və estampçısı. == Haqqında == === Erkən həyatı və təhsili === Otto Diks Almaniyanın indiki Gera şəhərinin bir hissəsi olan Untermhaus şəhərində anadan olmuşdur. Franz and Luiz Diksin ən böyük oğlu olmuşdur. Dəmir tökmə sənətində işləyərkən şeir yazmağa başlamışdır. Rəssam olan Fritz Amannın əmisi oğlunun studiyasında keçirdiyi saatlar gənc Otto-nun bir sənətkar olma ehtirasının formalaşmasında həlledici idi. İlk ibtidai sinif müəllimindəndə əlavə təşviq almışdır. 1906 və 1910-cu illər arasında rəssam Karl Şenffə şagirdlik etdiyi zaman ilk şəkillərini çəkməyə başladı. 1910-cu ildə Drezdendəki Kunstgewerbeschule-ə girdi, Drezden Gözəl Sənətlər Akademiyasında, Riçard Qur onun müəllimləri arasında idi. O dövrdə məktəb gözəl incəsənət üçün deyil, əksinə, tətbiqi sənət və sənətkarlığa həsr olunmuş bir akademiya idi.Diksin əsərlərinin əksəriyyəti daha sonra ekspresyonizmə keçdikləri stilizə edilmiş bir realizmdə görülən landşaft və portretlərə yoğunlaşıb.
Otto Dils
Otto Dils (alm. Otto Paul Herrmann Diels‎; 23 yanvar 1876, Hamburq — 7 mart 1954, Kil) — alman kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1950). == Həyatı == Otto Dils 1876-cı ilin yanvarın 23-də Almaniyanın Hamburq şəhərində anadan olmuşdur. 1899-cu ildə Berlin universitetini bitirmiş və 1916-cı ilə qədər həmin universitetdə işləmişdir. 1916-cı ildən Kil universitetinin professoru olmuşdir. Əsas elmi istiqaməti struktur üzvi kimyası olmuşdur. 1906-cı ildə C3O2 sintez etmişdir. Xolesterin və xol turşusunun quruluşunu müəyyən etmək üçün tədqiqat işləri aparmışdır ki, bu da “Dils turşusu”, “Dils karbohidrogeni”, “selen ilə Dilsə görə dehidrogenləşmə” adlarında öz əksini tapmışdır. 1911-ci ildə Alder ilə birlikdə azodikarbon efirini öyrənmişdir. Bu işlər Birinci Dünya Müharibəsinin başlanması ilə dayandırılmış və yalnız 1920-ci ildə yenidən bərpa olunmuşdur.
Otto Funke
Otto Funke — alman fizioloqu 1828 oktyabrın 27-də Xemnitsdə doğulmuşdur. O, təhsilini Leypsiq və Haydelberqdə almışdır. 1852-ci ildə Leypsiq Universitetində fiziologiya müəllimliyi vəzifəsində çalışmağa başladı. 1853-cü ildə Leypsiqdəki tibb fakültəsinə dosent, 1860-cı ildə Frayburq Universitetində fiziologiya professoru oldu. Fizioloq Evald Hering in (1834–1918) Leypsiqdəki tanınmış şagirdlərindən biri idi. 1851-ci ildə Otto Funke ilk olaraq "Blutfarbstoff" adını verən hemoglobin (Alman dilində: "Hämoglobinkristalle") kristallaşdıran ilk alim idi.
Otto Han
Otto Han (alm. Otto Hahn‎; 8 mart 1879[…], Frankfurt-Mayn, Prussiya, Almaniya imperiyası – 28 iyul 1968[…], Göttingen, Aşağı Saksoniya, Qərbi Almaniya) — alman kimyaçısı, radiokimyanın pioneri, nüvə izometriyasının və uranda nüvə parçalanmasının kəşfçisi (Nobel mukafatı 1944). O, "nüvə kimyasının atası" sayılır. == Uşaqlığı == Otto Han Frankfurtda şüşəçi və insiharçı Henrih Hanın ailəsində anadan olmuşdur. Otto və onun böyük qardaşları Karl, Heyner və Yulius gözəl uşaqlıq həyatı keçirmişlər. Öz nailiyyətlərinə malik olduğu novatorluq ideyaları sayəsində çatmış olan atası oğlunda arxitektorluq istedadı görürdü. Ancaq sonralar Ottonun sənaye kimyaçısı olmaq arzusunu eşidəndə o etiraz etməmişdir. == Təhsili == Klinqer-yuxarı məktəbində orta təhsilini başa vurduqdan sonra Otto Han 1897-ci ildə Marburq Universitetində kimya və minerologiya sahəsində təhsilinə başlayır. Üçüncü və dördüncü semestrini o Münhen Universitetində Adolf von Bayerin yanında keçirir. 1901-ci ildə Marbirq Universitetində üzvü kimya sahəsində yazdığı "İzoeqenolsun bromderivatı" adlı doktorluq dissertasiyasını müdafiə edərək elmi dərəcə alır.
Otto Henri
Otto Henri (Pfals kürfürstü)
Otto Hölder
Otto Lüdviq Hölder (22 dekabr 1859, Ştutqart, Vürtemberq krallığı[d] – 29 avqust 1937, Leypsiq) — Ştutqartda doğulmuş alman riyaziyyatçı. Ən məşhur çalışmaları arasında: Hölder bərabərsizliyi və Cordan–Hölder teoremi vardır.
Otto Kuntze
Otto Kuntze (alm. Karl Ernst Otto Kuntze‎; 23 iyun 1843, Leypçiq — 1907, San-Remo) — alman botaniki və səyyahı. == Elmi işləri == Taschen-Flora von Leipzig. — Leipzig, 1867. Rubus-Reform deutscher Brombeeren. — 1867. Cinchona. — Haessel, 1878. (alm.) Um die Erde. — Leipzig, 1881.
Otto Libinq
Otto Libinq (alm. Otto Liebing‎; d. 31 mart 1891, Berlin - ö. 7 noyabr 1967) — 1912 Yay Olimpiya Oyunlarında Almaniya İmperiyasını təmsil etmiş alman avarçəkən. Avarçəkən kimi kişilərin səkkizlik avarçəkmə idmanı üzrə Almaniya İmperiyasına bürünc medal qazandırmışdır.
Otto Liliental
Karl-Vilhelm Otto Liliental (23 may 1848, Anklam — 10 avqust 1896, Berlin) — alman mühəndisi, aviasiya sahəsinin pionerlərindən olmuş, ilk dəfə olaraq quşların uçma mexanizmini izah etmişdir. == Tərcümeyi halı == Otto Liliental 23 may 1848-ci ildə Almaniyanın Pomeran əyalətinin Anklam şəhərində anadan olmuşdur. Alman mühəndisi və təyyarəçi sınaqçı kimi o 11-ə yaxın uçuş apparatı düzəldib sınaqdan keçirmişdir. Quşların qanad çalmasının elmi əsaslandırılması aviasiya elminin əsasını qoymuşdur. Bir çox başqa pionerlər kimi Liliental bir başa uçmağa cəhd etməmiş, uzin müddət üçüş zamanı ağırlıq mərkəzini təyin etməklə məşğul olmuşdur. Birinci uçuşunu sadəcə olaraq ayaqlarını bir-birinə sıxmaqla yerinə yetirir. Onun fikrincə uçuş zamanı əsası havanın dəyişməsini hiss edib reaksiya verməkdən ibarətdir. Bu təcrübəni isə bir sıra sınaqlar vasitəsilə qazanmaq olar. İlk dəfə olaraq o biplanı hazırlayır. 1866-cı ildə Otto Şvarçkopf (alm.
Otto Lyaş
Otto Lyaş (alm. Otto Lasch‎) — II Dünya Müharibəsi illərində Vermaxtın 64-cü Ordu Korpusuna komandanlıq edən alman generalı. O, həmçinin palıd yarpaqlı Dəmir Xaçlı Cəngavər Xaçı ilə təltif olunub. == Karyera == Birinci Dünya Müharibəsindən sonra Lyaş Şərqi Prussiyanın Lyuk şəhərində yerləşən Freykorpsda xidmət etmişdi. 1935-ci ildə Vermaxta qatıldı və daha sonra 1941-ci ilin iyununda Riqanın tutulmasında əsas rol oynayaraq Barbarossa əməliyyatında iştirak etdi. Piyada generalı rütbəsinə yüksəldi və 1944-cü ilin noyabr ayından etibarən Şərqi Prussiyada Köniqsberq komandiri olaraq fəaliyyət göstərdi. Köniqsberq qala komendantı olaraq şəhərin qorunması və irəliləyən Qızıl Ordunun hücumundan qaçan qaçqın seli arasında nizamın qorunması üçün məsuliyyət daşıyırdı. İvan Çernyaxovskinin rəhbərliyindəki 36 divizyadan ibarət olan 3-cü Belorusiya Cəbhəsi tərəfindən Köniqsberq döyüşü zamanı ağır döyüşlərdən və üç aylıq şəhər mühasirəsindən sonra Lyaş Hitlerin əmrlərinə itaət etmədən Köniqsberqi 9 aprel 1945-ci ildə Qırmızı Orduya təslim etdi. Bu təslimdən sonra Hitler onun asılaraq edam olunmasına əmr verdi, ailəsi o vaxt Danimarka və Berlində həbs edildi. Laş Sovet əsirliyinə keçdi və Sovet İttifaqında müharibə cinayətkarı olaraq məhkum edildi və iyirmi beş il islah əmək düşərgəsində cəzaya məhkum edildi.