METRO

сущ. метро, метрополитен. Metro stansiyası станция метро, Bakı metrosu бакинское метро, yenı metro xəttinin işə salınması пуск новой линии метро, metro vaqonları вагоны метро, metroya giriş вход в метро, metrodan çıxış выход из метро, metro ilə gəlmək приехать на метро
METRLİK
METROLOGİYA
OBASTAN VİKİ
Austin Metro
Austin Metro — British Leyland şirkətinin Austin Rover Group bölməsi tərəfindən istehsal edilən avtomobil modeli. 1980-ci ildə Austin miniMetro adı ilə istifadəyə verilmişdir. Mini üçün tamamlayıcı bir nəqliyyat vasitəsi olması məqsədləri üçün hazırlanmışdır. Onun kod adı LC8-dir. 1980–1997-ci illər arasında 2.078.218 ədəd istehsal edilib. İstehsal edildiyi 18 il ərzində avtomobil bir çox fərqli adlar altında satılıb: Austin Metro, MG Metro və Rover Metro. 1995-ci ilin yanvarında o, Rover 100 seriyası adlandırılmışdır. Avtomobilin panel furqon versiyaları da Morris Metro və Metrovan adları altında istehsal edilmişdir.
Metro
Metro — şəhər sərnişin nəqliyyatı vasitəsi, küçədənkənar rabitədə şəhərdaxili yeraltı sərnişin daşımalarını yerinə yetirən sərnişindaşıma nəqliyyatı növüdür. Adətən, əhalisinin sayı 1 milyon nəfərdən çox olan şəhərlərdə tikilir. Metropoliten ən baha başa gələn şəhər nəqliyyatı növüdür. Dünyada ən uzun metro xətləri Şanxay (538 km) və Pekin metropolitenindədir (465 km). == Metronun tarixi == İlk metro stansiyası 1863-cü ildə Londonda açılıb və 2013-cü ildə metronun 150 illiyi qeyd edilib. XX əsrin 30-cu illərinin əvvələrində Bakı təkcə Qafqazın deyil, həm də bütün keçmiş SSRİ-nin əhalisi çox olan sənaye, mədəni və elmi mərkəzlərindən birinə çevrilmişdir. Buna görə də Moskva və Leninqrad şəhərlərində metropoliten tikintisindən sonra — 1932-ci ildə Bakı şəhərinin inkişafının Baş Planının ilkin variantlarında metropolitenin tikintisi qərara alındı. Lakin bir qədər sonra başlanan 1941–1945-ci illərin müharibəsi həmin niyyətlərin həyata keçirilməsinə mane oldu. Yalnız 1947-ci ildə, dağıdıcı müharibədən 2 il sonra hökumət layihə-axtarış işlərinin aparılmasının başlanması barədə qərar qəbul edir. 1949-cu ildə metropolitenin tikinti bazasının yaradılması başlanır.
Metro-2
"Metro-2" (rus. Метро-2) — Moskvada yerləşən ictimai metro ilə paralel yerləşən məxfi yeraltı tuneldir. Belə bir tunelin fəaliyyət göstərməsi indiyədək nə təkzib, nə də təsdiq edilməmişdir. Stalinin dövründə KGB tərəfindən D-6 (rus. Д-6) kodlaşması altında tikilib. Yeraltı ərazidən hazırda Rusiya Müdafiə Nazirliyi istifadə edir. Qeyri-rəsmi məlumatlara görə, "Metro-2" Kremli Rusiya Federal Təhlükəsizlik Xidmətinin qərargahı ilə birləşdirir. == İstinadlar == == Xarici keçidlər == A thorough site on the subject (rus.) Detailed analysis of the system Arxivləşdirilib 2013-07-23 at the Wayback Machine (rus.) GlobalSecurity.org article (ing.) BBC News article (ing.) Detailed map of the famous part of the system (D6 system, OAO "TransInzhStroy" system, and not very famous "SovMin system") by NIO "Azimut" Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine A supposed map of the system (rus.) Moscow's "Metro-2": The Ultimate "Secret Subway", The World’s Ultimate Secret Subway Network! Moscow Metro-2!! Detailed Line Descriptions!!!, Moscow's Metro-2: Fact or Fantasy?
Metro 2034
Metro 2034 — rus yazıçısı Dmitri Qluxovski tərəfindən 2009-cu ildə yazılan fantastik roman. "Metro 2034" "Metro 2033" romanının davamıdır və bu romandan sonra da "Metro 2035" romanı gəlməkdədir. Metro romanları bağlı hazırlanan "Metro 2033" video oyununda bu romandakı hekayə də yer alsa da, davam oyunu "Last Light"da çox az oxşarlığa yer verilmişdir. == Hekayə == 2034-cü ildir. Artyom və dostlarının VDNX stansiyasını qaralardan xilas etməsindən 1 il ötür. Bu zaman digər stansiyada — Sevastopolskayada sirli hadisələr baş verir. Mutantların tez-tez hücumlarına məruz qalan stansiya onları silahla təmin edəcək karvanın gəlməməsi ilə çıxılmaz vəziyyətə düşür. Üstəlik digər stansiyalarla olan əlaqəsi sirli şəkildə kəsilmişdir. Son karvana nə olmuş və əlaqə niyə kəsilmişdir suala ortaya çıxır. Bu sirri açmaq üçün 3 nəfərdən ibarət qrup stansiyaya yollanır: Gənc Əhməd, xəyalpərəst Homer və qorxusuz stalker anter.
Metro 2033
Metro 2033 bu mənalara gələ bilər:
Metro (dəqiqləşdirmə)
Metro — şəhər sərnişin nəqliyyatı vasitəsi.
Metro-Goldwyn-Mayer
Metro-Goldwyn-Mayer (Qısaldılmış forması: MGM, tələffüz edilir: Em-Ci-Em) – ABŞ mediya şirkətidir. Hollivud şəhərindəki bir sıra studiyalara rəhbərlik edir. Təxminən, bu şirkətin çəkdiyi filmlər 205 Oskar mükafatına layiq görülmüşdür. 15 film isə "Ən yaxşı film" mükafatına layiq görülmüşdür. == Tarixi == Metro-Goldwyn-Mayer mediya şirkətinin əsası 1924-cü ildə ABŞ-də Markus Lou tərəfindən qoyulmuşdur. Mediya şirkəti "Metro Pictures", "Goldwyn Pictures" və "Louis B. Mayer Pictures" şirkətlərinin birləşməsindən yaranmışdır. Metro-Goldwyn-Mayer şirkəti Ceyms Bond haqqında filmlər çəkmişdir. Metro-Goldwyn-Mayer mediya şirkətinin rəhbərlik etdiyi "MGM Cartoon Department" şirkəti animasiya filmləri istehsal edir.
Metro 2033 (roman)
Metro 2033 (rus. Метро 2033) — Rusiya yazıçısı Dmitri Qluxovski tərəfindən 2005-ci ildə yazılmış fantastik roman. Roman 2005-ci ildə Rusiyada, 18 mart 2010-cu ildə isə ABŞ-də nəşr olunmuşdur. Roman əsasında videooyun hazırlanmışdır. Dmitri Qluxovski daha sonra romanın davamı olan "Metro 2034" kitabını yazmışdır. == Hekayə == Hadisələr 2033-cü ildə baş verir. Nüvə müharibələrindən sonra dünya radiasiya ilə örtülüb, şəhərlər mutasiyaya uğramış heyvan sürüləri ilə doludur. İnsanlar dünyanın ən böyük metrosu — Moskva metrosunda sağ qalmağa çalışırlar. Romanın baş qəhrəmanı Artyomun stansiyası olan VDNÇ digər mutantların əksinə ağıllı olan, insanların zehinlərini oxuya bilən və onları toxunmadan öldürə bilən qəribə mutantların — Qaradərililərin təhlükəsi altındadır. Artyomun ögey atası Suxoyun keçmiş dostu cəsur Hanter Qaradərililərin sirrini açmaq üçün hər kəsin getməyə qorxduğu VDNÇ stansiyasının şimalındakı tunelləri öyrənməyə gedir.
Metro 2034 (roman)
Metro 2034 — rus yazıçısı Dmitri Qluxovski tərəfindən 2009-cu ildə yazılan fantastik roman. "Metro 2034" "Metro 2033" romanının davamıdır və bu romandan sonra da "Metro 2035" romanı gəlməkdədir. Metro romanları bağlı hazırlanan "Metro 2033" video oyununda bu romandakı hekayə də yer alsa da, davam oyunu "Last Light"da çox az oxşarlığa yer verilmişdir. == Hekayə == 2034-cü ildir. Artyom və dostlarının VDNX stansiyasını qaralardan xilas etməsindən 1 il ötür. Bu zaman digər stansiyada — Sevastopolskayada sirli hadisələr baş verir. Mutantların tez-tez hücumlarına məruz qalan stansiya onları silahla təmin edəcək karvanın gəlməməsi ilə çıxılmaz vəziyyətə düşür. Üstəlik digər stansiyalarla olan əlaqəsi sirli şəkildə kəsilmişdir. Son karvana nə olmuş və əlaqə niyə kəsilmişdir suala ortaya çıxır. Bu sirri açmaq üçün 3 nəfərdən ibarət qrup stansiyaya yollanır: Gənc Əhməd, xəyalpərəst Homer və qorxusuz stalker anter.
Salam, Metro! (1988)
== Məzmun == Film-reportaj Bakı metrosu xidmətinin gecə necə işləməsi barədədir. Kinolendə gənclərin fəhlə peşələrinə meyl göstərməsi probleminə toxunulmuşdur.
Şalvarsız metro gəzintisi
Şalvarsız metro gəzintisi (ing. No Pants Subway Ride) — Hər ilin yanvar ayında dünyanın bir sıra ölkələrində keçirilən fleşmob. == Tarixi == İlk dəfə olaraq 2002-ci ildə ABŞ-da keçirilmişdir. 2015-ci ilin yanvar ayının 11-də bu fleşmob 14-cü dəfə qeyd olunub. Təkcə Nyu-Yorkda keçirilən aksiyada 4 mindən çox insan iştirak edib. Bu aksiyaya London, Berlin, Riqa, Pekin, Madrid, Sidney və digər meqapolis sakinləri də qoşulub. == Qaydaları == Fləşmob üzvləri yeraltı nəqliyyata – metroya şalvar və ətəksiz düşməlidir. Bununla yanaşı, iştirakçılar məsələn, kitab oxumaqla özlərini təbii aparmalıdırlar.
Metro 2033 (videooyun)
Metro 2033 — Rus yazıçısı Dmitri Qluxovskinin Metro 2033 adlı romanından götürülmüş birinci şəxs atıcı tipində həyatda qalma-qorxu videooyunu. Oyun 4A Games tərəfindan Ukraynada təkmilləşdirilib 2010-cu il mart ayında Microsoft Windows və Xbox 360 platformaları üçün satışa çıxarılıb. 2006-cı il mart ayında 4A Games oyun üçün Qlukovski ilə tərəfdaşlıq edildiyi bəyan edildi. Oyun 2009-cu ildə Leipzigdə reallaşan Games Convention adlı videooyun təşkilatında rəsmi tanıtım filmi ilə birlikdə təqdim edildi. Oyunun ardıcılı olaraq Metro: Last Light 17 may 2013-cü ildə satışa çıxarıldı.. "OyunTərcümə" qrupunun təşəbbüsü ilə oyun Azərbaycan dilində tam tərcümə edilib == Süjet == Oyunun əsas qəhrəmanı Artyom adlı obrazdır. Hadisələri çoxsu qiyamət sonrası Moskvadakı metro sistemində cərəyan edir. Lakin bəzi tapşırıqlar obrazı yer üzünə də çıxarır. Birinci şəxs atıcı oyunu olaraq Metro 2033-də oyunçuya döyüşlərdə istifadə etmək üçün kimi həm xəyali həm də həqiqi silah növləri təqdim edilir . Döyüşlərdə ya mutantlara ya da düşmən insanlara qarşı döyüşmək lazımdır.
Kiyev Metro körpüsü
Metro körpüsü (ukr. Міст Метро) — Ukraynanın paytaxtı Kiyevdə Dnepr çayı üzərindən keçən Brovarski prospektinin ilk metro körpüsüdür. Layihəsi, Q. B. Fuks və Y. İnosov tərəfindən hazırlanmış və 1965-ci ildə Kiyev metro sisteminin genişləndirilməsi məqsədilə inşa edilmişdir. Körpü həm metronun Svyatoşinsko-Brovarska xətti, həm də avtomobillərin hərəkəti üçün istifadə olunur. Körpü Dnepr çayının sağ sahilində Kiyev metrosunun Dnepr stansiyasında bitir. 2008-ci ildən körpü "yeni müəyyən edilmiş mədəni irs obyekti", memarlıq və şəhərsalma, elm və texnologiya abidəsi statusuna malikdir (mühafizə nömrəsi 529/2-Kv). == Ümumi məlumat == Körpü, Venetsian adasını, eləcə də sol və sağ sahilləri birləşdirdiyi üçün iki keçiddən ibarətdir. Daha böyük arakəsmə isə yüksək mərkəzi metro zolağından və ayrı-ayrı, aşağı estakadlarda yan avtomobil arakəsmələrindən ibarətdir. Körpünün həm metro, həm də avtomobil yolları fərqli tağlı konturlara malikdir. Bunun səbəbi, metro xəttinin Dnepr stansiyası ilə sağ sahilin sonuna qədər davam etməsidir.
Metro 2033 (video oyun)
Salam, metro! (film, 1988)
== Məzmun == Film-reportaj Bakı metrosu xidmətinin gecə necə işləməsi barədədir. Kinolendə gənclərin fəhlə peşələrinə meyl göstərməsi probleminə toxunulmuşdur.
1-ci xətt (Bakı metropoliteni)
Bakı metrosunun 1-ci xətti 6 noyabr 1967-ci ildən fəaliyyətdədir. 1-ci xəttin ümumi uzunluğu 18,36 km və 13 stansiyadan ibarətdir.
1-ci xətt (Bakı metrosu)
Bakı metrosunun 1-ci xətti 6 noyabr 1967-ci ildən fəaliyyətdədir. 1-ci xəttin ümumi uzunluğu 18,36 km və 13 stansiyadan ibarətdir.
1-ci xətt (Sankt-Peterburq metropoliteni)
Sankt-Peterburq metrosunun 1-ci xətti — Sankt-Peterburq metrosunun xətlərindən biridir. SSRİ dövründə, 15 noyabr 1955-ci ildə açılıb. Xəttin uzunluğu 29.57 km-dir və 19 stansiyadan ibarətdir.
1-ci xətt (Sankt-Peterburq metrosu)
Sankt-Peterburq metrosunun 1-ci xətti — Sankt-Peterburq metrosunun xətlərindən biridir. SSRİ dövründə, 15 noyabr 1955-ci ildə açılıb. Xəttin uzunluğu 29.57 km-dir və 19 stansiyadan ibarətdir.
1995-ci il Bakı metrosu yanğını
1995-ci il Bakı metrosu yanğını — 28 oktyabr 1995-ci ildə Bakı metropolitenində baş vermiş metro qəzası. Rəsmi mənbələrə görə, yanğında 289 nəfər həlak olmuşdur. Bunların 286-sı sərnişin (28-i uşaq olmaqla), 3-ü isə xilasedici idi. Qəzada 270 nəfər yaralanmışdır. Yanğının səbəbi elektrik nasazlığı hesab olunur, ancaq sabotaj ehtimalı da var. Qatarı tərk edənlərin çoxu sağ qalsa da, yanğın tarixin ən ölümcül qatar fəlakəti hesab olunur. Sərnişinlərdən biri olan Çingiz Babayev digər sərnişinləri xilas etdiyinə görə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür. == Qəza == "Ulduz" və "Nərimanov" stansiyaları arasındakı tuneldə (200 metr) qatarın alışması nəticəsində 289 nəfər (126 qadın, 28 uşaq, 3 xilasedici) həlak olmuş, 270 nəfər yaralanmışdı. Tələfatın böyük olması qatarın tuneldə alışması və xilasetmə əməliyyatının yetərsizliyi ilə bağlı idi. Elə qəzanın əsas səbəbi kimi də köhnə avadanlıqlarla təchiz olunmuş qatarın nasazlığı, habelə maşinistin səhv qərar verməsi göstərilir.
1 (Nyu-York metropoliteni marşrutu)
== Marşrut == === Xidmət qrafiki === 1 hər dəfə dayanmaqla eyni qrafik ilə xidmət göstərərək aşağıdakı xətləri istifadə edir. === Stansiyalar === == Qeydlər == == İstinadlar == == Xarici keçidlər == MTA NYC Transit – 1 Broadway – Seventh Avenue Local MTA Subway Time – 1 Train "1 Subway Timetable, Effective June 25, 2017" (PDF). Metropolitan Transportation Authority. İstifadə tarixi: 25 iyun, 2017.
2-ci xətt (Bakı metropoliteni)
Bakı metrosunun 2-ci xətti 22 fevral 1968-ci ildən fəaliyyətdədir. 2-ci xəttin ümumi uzunluğu 16,3 km və 10 stansiyadan ibarətdir.
2-ci xətt (Bakı metrosu)
Bakı metrosunun 2-ci xətti 22 fevral 1968-ci ildən fəaliyyətdədir. 2-ci xəttin ümumi uzunluğu 16,3 km və 10 stansiyadan ibarətdir.
20 Yanvar metrostansiyası
20 yanvar metrostansiyası — Bakı metrosunun ikinci (Yaşıl) xəttində olan stansiyası. "İnşaatçılar" və "Memar Əcəmi" stansiyaları arasında yerləşir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda baş vermiş qanlı hadisənin şərəfinə adlandırılıb. Əvvəllər stansiya "11-ci Qızıl Ordu Meydanı" adlanırdı. Stansiyaya daxil olan qatarlarda Bayatı-Şirazdan fraqment səslənir. Stansiya 1985-ci il dekabrın 31-də "Elmlər Akademiyası" — "Memar Əcəmi" 9 kilometrlik buraxıcı hissəsinin tərkibində açılıb. Stansiyanın tərtibatı əsasən 20 Yanvar hadisələrinə həsr olunub. Yeraltı keçidlər şəhərin Tbilisi prospektinə çıxır.
26 Bakı komissarı metrostansiyası
Avlabari metrostansiyası
28 May metrostansiyası
28 May — Bakı metropoliteninin Qırmızı Xəttinin stansiyasıdır. Keçmiş adı 28 Aprel olmuşdur. 28 May stansiyası Bakı Metropoliteninin mərkəzi stansiyası hesab olunur və bu stansiyasının daxilindən Cəfər Cabbarlı metrostansiyasına və Bakı Dəmir Yolu Vağzalına birbaşa piyada keçid vardır. Bu stansiyadan başlayaraq xəttlər iki hissəyə ayrılır. Qırmızı Xətt və Yaşıl Xəttin birləşdiyi stansiyadır. Stansiyaya daxil olan qatarlarda Qarabağ Şikəstəsindən fraqment səslənir. == Tarixi == 6 noyabr 1967-ci ildə istismara verilmişdir. "Bakı Soveti-Nərimanov" yol mənzili sahəsində açılmış ilk 5 stansiyadan biridir. Paytaxtın dəmir yol qovşağının mərkəzi vağzalının yaxınlığında yerləşdiyi üçün təkcə metropoliten üçün deyil, həm də mühüm nəqliyyat qovşağının bir hissəsi kimi əhəmiyyət kəsb edən metro stansiyasıdır. O, bundan başqa həm də metropolitenin iki mühüm xəttinin qovşağı kimi də diqqət çəkir.
28 aprel metrostansiyası
28 May — Bakı metropoliteninin Qırmızı Xəttinin stansiyasıdır. Keçmiş adı 28 Aprel olmuşdur. 28 May stansiyası Bakı Metropoliteninin mərkəzi stansiyası hesab olunur və bu stansiyasının daxilindən Cəfər Cabbarlı metrostansiyasına və Bakı Dəmir Yolu Vağzalına birbaşa piyada keçid vardır. Bu stansiyadan başlayaraq xəttlər iki hissəyə ayrılır. Qırmızı Xətt və Yaşıl Xəttin birləşdiyi stansiyadır. Stansiyaya daxil olan qatarlarda Qarabağ Şikəstəsindən fraqment səslənir. == Tarixi == 6 noyabr 1967-ci ildə istismara verilmişdir. "Bakı Soveti-Nərimanov" yol mənzili sahəsində açılmış ilk 5 stansiyadan biridir. Paytaxtın dəmir yol qovşağının mərkəzi vağzalının yaxınlığında yerləşdiyi üçün təkcə metropoliten üçün deyil, həm də mühüm nəqliyyat qovşağının bir hissəsi kimi əhəmiyyət kəsb edən metro stansiyasıdır. O, bundan başqa həm də metropolitenin iki mühüm xəttinin qovşağı kimi də diqqət çəkir.
3-cü xətt (Bakı metropoliteni)
Bakı metrosunun 3-cü xətti 19 aprel 2016-cı ildən fəaliyyətdədir. 3-cü xəttin ümumi uzunluğu 6,1 km və hazırda 4 stansiyadan ibarətdir.
3-cü xətt (Bakı metrosu)
Bakı metrosunun 3-cü xətti 19 aprel 2016-cı ildən fəaliyyətdədir. 3-cü xəttin ümumi uzunluğu 6,1 km və hazırda 4 stansiyadan ibarətdir.
8 Noyabr metrostansiyası
8 Noyabr — Bakı metrosunun 29 may 2021-ci ildə istifadəyə verilən stansiyası. Stansiyaya Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Zəfər Günü münasibətilə "8 Noyabr" adı verilib. Hal-hazırda istifadəyə verilən bu metrostansiya Nəsimi rayonu ərazisində, Ceyhun Səlimov (Papanin) küçəsində Hərbi Hospitalla üzbəüz yerləşir. "8 Noyabr" stansiyası 29.05.2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir. Stansiyaya daxil olan qatarlarda Oqtay Zülfüqarovun bəstələdiyi "Şənlən, mənim xalqım" mahnısından fraqment səslənir.
Adana metropoliteni
Adana metropoliteni Adana şəhərində yerləşən, 13 metrostansiyanı özündə birləşdirən və 13.5 kilometr uzunluğa sahib dəmiryolu sürətli yol sistemidir. Saatda 21 min 600 sərnişinin istifadəsinə yararlıdır. Dayanmalar nəzərə alınmaqla başdan sona bütün metrostansiyalar arasındakı məsafə müddəti 21 dəqiqədir. Metropolitenin proyektinin əsası 1988-ci ildə qoyulmuşdur. Metro xidməti səhər 6:00-dan başlayaraq axşam 23:30-a qədər davam edir. Həftəiçi qrafika 10 dəqiqə aralıqla, həftsəonu isə 15 dəqiqə aralıqla fəaliyyət göstərir. == Adana metropoliteninin xranologiyası == 1988-ci ildə Adana metropoliteninin proyekti qurulmuşdur 1996-cı ildə Adana metropoliteninin tikintisinə başlanmışdır 2000-ci ildə ödəniş olmadığından Adana metropoliteninin tikintisi dayandırılmışdır 2006-cı ildə Adana metropoliteninin tikintisinə təzədən başlanmışdır 2009-cu ilin Aprel ayında seçkilər səbəbilə Adana metropoliteninin 8,5 km-lik hissəsi istifadəyə verilmiş ancaq seçkilərdən bir neçə ay sonra istifadəsi dayandırılmışdır 2010-cu ilin May ayında Adana metropoliteninin istifadəyə verilmişdir == Stansiyalar == == Adana metropoliteninin texniki parametrləri == Xətt uzunluğu(gediş-gəliş): 13.5 km Stansiyalarının sayı: 13 Nəqliyyat vasitələrinin sayı sayı: üçlü qatarlar şəklində 350 nəfərlik 36 nəqliyyat vasitəsi Tutumu : 660.000 nəfər/gün (2.tur tamamlananda) Enerji təminatı : 750 V DC Maksimal sürət : 80 km/saat Bilet sistemi : Kentkart Nəqliyyat vasitələrinin maksimal sürəti saatda 80 km, sərnişin tutumu 311 nəfər, uzunluğu 27 metr, eni 2,65 m, kütləsi 41 tondur. Hər üç nəqliyyat vasitəsi bir qatar olmaqla cəmi 12 qatardan ibarətdir.
Almatı Metropoliteni
Almatı metropoliteni — Qazaxıstannın Almatı şəhəri və Almatı vilayətində nəqliyyat vasitəsi == Tarixi == Almatı metropoliteninin 1 dekabr 2011-ci ildə təntənəli açılışı olub..
Altunizadə (İstanbul metropoliteni)
Altunizadə metrostansiyası (türk. Altunizade metro istasyonu) — İstanbul metropoliteninin M5 xəttində yerləşən bir metrostansiyasıdır. Stansiya Üsküdarın Altunizadə məhəlləsində Altunizadə qovşağında yerləşir. Stansiya 15 dekabr 2017-ci ildə açıldı. Stansiya hissəsi və piyada tunelləri qazma tunel sistemi və turniket zonası və açma sistemi ilə metrobus bağlantısı zonası ilə qurulur. Altunizadə stansiyasında 7 çıxış var. Platforma və turniket döşəməsi arasında 2, küçə ilə turniket döşəməsi arasında 7 olmaqla 9 lift, 27 eskalator yer alır. Metrobus Altunizade stansiyası ilə əlaqəli 2 çıxışı var. Stansiyaya 9, 9A, 9Ç, 9Ş, 9T, 9Ü, 9ÜD, 11, 11A, 11BE, 11C, 11D, 11E, 11EK, 11G, 11K, 11L, 11M, 11N, 11P, 11SA, 11ST, 11ÜS, 11V, 11Y, 12ÜS, 13, 13B, 13TD, 14, 14D, 14F, 14FD, 14K, 14M, 14R, 14Y, 14YK, 15F, 125, 129T, 139, 139A, 320, D1, MR9 nömrəli avtobuslar vasitəsilə gəlmək mümkündür. Bununla yanaşı, Üsküdar-Aləmdağ, Üsküdar-Tavukçuyolu pr.-Aləmdağ, Üsküdar-Əsədpaşa mikroavtobusları ilə də buraya gəlmək mümkündür.
Amsterdam metropoliteni
Amsterdam metropoliteni — Niderlandın Amsterdam şəhəri və ətraf əraziləri əhatə edən nəqliyyat sistemi. Metropoliten 4 xətt, 52 stansiyadan ibarətdir. Xətlərin ümumi uzunluğu 42.5 km-dir.
Avrora metrostansiyası
Qara Qarayev metrostansiyası (1991-ə qədər Avrora metrostansiyası) — Bakı metrosunda stansiya. Stansiyaya daxil olan qatarlarda Qara Qarayevin "Yeddi Gözəl" baletindən fraqment səslənir. == Memarlığı == Metrostansiyanın baş memarı Hənifə Ələsgərov olmuşdur.
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
== Haqqında == 20 aprel 2018-ci ildə İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilib. Komitənin texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahəsində səlahiyyətləri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində səlahiyyətləri isə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə verilib. == Tarixi == 1906-cı ildə Bakı şəhərində yerli icra haimiyyəti orqanının xüsusi qərarı ilə 4 nəfərdən ibarət tərkibdə 25№-li yoxlama köşkü fəaliyyətə başlamışdır. Elə həmin ildə Qafqaz ölkələri içərisində ilk dəfə olaraq Bakıda ölçmə və çəki vasitələrinin yoxlanması məntəqələri təşkil olunmuşdur. — 1926-cı ildə bütün ölkə ərazisində elektrik sayğaclarının dəqiqliyinin məcburi yoxlanması barədə qərar qəbul olunmuşdur. Bu da Sovet respublikaları içərisində bir ilk olaraq tarixə düşüb. Neft sənayesinin inkişafı ilə əlaqədar olaraq bu sahəyə diqqət artmış, işin keyfiyyətli görülməsi üçün yeni-yeni ideyalar yaranmışdır. — 1931-ci ildə ölçmə və çəki vasitələrinin yoxlanması palatası Standartlaşdırma üzrə Büro şəklində təşkil olunmuş, əlavə səlahiyyətlər verilmiş, yeni laboratoriyalar yaranmışdır. — 1966-cı ildə Azərbaycan SSR Nazirlər Soveti tərkibində yaradılmış standartlaşdırma üzrə Komitəsinə respublika əhəmiyyətli standartlara və ölçmə vasitələrinə dövlət nəzarəti laboratoriyası, eyni funksiyalı Kirovabad rayonu (hazırkı Gəncə şəhəri) laboratoriyası və 39 müvəqqəti məntəqə daxil idi. — Azərbaycan müstəqillik əldə etdikdən sonra respublikada standartlaşdırma və metrologiya üzrə dövlət siyasəti Nazirlər Kabineti tərkibində fəaliyyət göstərən Standartlaşdırma və Metrologiya Mərkəzi tərəfindən aparılırdı.
Ağ Şəhər metrostansiyası
Ağ Şəhər metrostansiyası — Bakı metrosunun ikinci (Yaşıl) xəttində olan stansiyası. Layihə adı — Y14, "Ağ Şəhər". Stansiyanın Bakı Ağ Şəhər ərazisində inşası planlaşdırılır. Y-14, Y-15 və Y-16 stansiyalarının inşası başa çatdıqdan sonra Həzi Aslanov-2 metrostansiyasında tikinti işləri sürətləndiriləcəkdir. Bu stansiyadan Həzi Aslanov metrostansiyasına keçid olacaqdır. Layihə sayəsində Cəfər Cabbarlı metrostansiyasından Həzi Aslanov metrostansiyasına qısa vaxt ərzində keçmək mümkün olacaqdır. 31 yanvar 2024-cü ildə stansiyaya mesenat Hacı Zeynalabdin Tağıyevin adının verilməsi ilə bağlı bir qrup ziyalı prezident İlham Əliyevə müraciət ünvanlayıb. == Tarixi == 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti Bakı Metropolitenin 2030-cu ilə olan planını təstiqləmişdir. 2010-cu ildə Ağ Şəhər layihəsi işə salınır və bu zaman 8 Noyabr prospektində yeni metro stansiyanın inşa ediləcəyi bəyan edilir. == İnşası == Metro stansiyasının tikintisi üçün yer hələ 2011-ci ildə ayrılır.
B-3 (Ceyhun Səlimov) metrostansiyası
8 Noyabr — Bakı metrosunun 29 may 2021-ci ildə istifadəyə verilən stansiyası. Stansiyaya Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Zəfər Günü münasibətilə "8 Noyabr" adı verilib. Hal-hazırda istifadəyə verilən bu metrostansiya Nəsimi rayonu ərazisində, Ceyhun Səlimov (Papanin) küçəsində Hərbi Hospitalla üzbəüz yerləşir. "8 Noyabr" stansiyası 29.05.2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir. Stansiyaya daxil olan qatarlarda Oqtay Zülfüqarovun bəstələdiyi "Şənlən, mənim xalqım" mahnısından fraqment səslənir.
BAKMİL metrostansiyası
Bakmil metrostansiyası — Bakı metrosunda ilk yerüstü stansiyadır. 1979-cu il 31 dekabrda istifadəyə verilib. Qatarlar bu stansiyadan depoya və geriyə Nəriman Nərimanov stansiyasına gedir. == Tarixi == Bura 1970-ci ildə açılıb və 9 il "Nərimanov" elektrik deposunun platforması olub. 31 dekabr 1979-cu ildən isə stansiya kimi fəaliyyətə başlayıb. 26 mart 2019-cu ildə əsaslı şəkildə yenidən qurulmuş stansiyanın rəsmi açılışı baş tutmuşdur. Müasir səviyyədə yenidən qurulan stansiyanın əsas memarlıq görkəmi saxlanılaraq infrastrukturu və fasadı tamamilə yenilənib. Stansiyada monolit dəmir-beton konstruksiyalı sərnişin platforması inşa edilib. Stansiyanın təmirdən sonra ən mühüm yeniliyi sərnişinləri birbaşa ikinci mərtəbədə - platforma səviyyəsində qəbul etməsidir ki, bunun sayəsində də birinci mərtəbə yalnız xidməti sahəyə çevrilib. Açıq hava şəraitində yerləşən stansiya yolu çətirlə örtülmüşdür.

Digər lüğətlərdə