Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Musəvi
Musəvi — Soyad, təxəllüs.
Günel Musəvi
Günel Musəvi (30 iyun 1980, Bakı) — teleaparıcı, müğənni. == Həyatı == Günel Musəvi 30 iyun 1980-ci ildə Bakı şəhərində anadan olub. 1986–1995-ci illərdə 46 nömrəli orta məktəbdə təhsil alıb. 1996–2000-ci illərdə Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetini bitirib. Universitetdə KVN-Şən və Hazırcavab komandasında aparıcı aktrisalardan biri olub. 1998-ci ildə Bakıda Universitetlər arasında "Təfəkkür" Universiteti çempion adını qazanıb. 1999-cu ildə 106 FM Radiosunda DJ-aparıcı vəzifəsində çalışmağa başlayıb. Bir il orada Emin Musəvi ilə bərabər "Yuxudan oyan" verilişinin aparıcısı olub. Daha sonra — 2000-ci ildə ABA telekanalında öncə Azərbaycanda ilk yerli hit paradı — "Qızıl onluq" verilişini yaradıb və onun aparıcısı olub. Bunun ardınca əyləncəli-musiqili "100%" verilişində aparıcılıq edib.
Mirhüseyn Musəvi
Mir Hüseyn Musavi Xamene (fars. میر حسین موسوی خامنه‎) (d. 1942; Xamnə, Şərqi Azərbaycan ostanı) — 1981-1989-cu illər arasında İranın 79-cu və son baş naziri olaraq çalışan əslən Cənubi Azərbaycanlı reformist siyasətçi, incəsənət xadimi və memar. 2009-cu il prezident seçkilərində reformist namizəd idi və sonda seçkilərdən sonra olan etirazlarda müxalifət lideri oldu. Mir Hüseyn Musəvi İran Elmlər Akademiyasının rəhbərliyini həmin qurum 2009-cu ildə mühafizəkar qruplar tərəfindən ləğv edilincəyə qədər davam etdirmişdir. İran İslam İnqilabının ilk illərində Musəvi İslami Respublika Partiyasının rəsmi qəzeti olan Jomhouri-e Eslaminin redaktoru olmuş və Xarici İşlər Naziri, sonradan isə Baş Nazir vəzifələrində çalışmışdır. 1989-cu il konstitutsiya dəyişikliklərindən əvvəl İrandakı son baş nazir oldu, daha sonrakı 20 il müddətində tam olaraq fəaliyyət göstərmədi. Mədəniyyət İnqilabının Ali Şurasına hələ də üzvdür. Ancaq siyasi analitiklər və şərhçilər tərəfindən qəbul edilmədiyinin bir işarəti olaraq illərdir siyasi yığıncaqlara qatılmamaqdadır. 2009 İran prezidentlik seçkiləri üçün Musəvi namizəd oldu.
Ruhəngiz Musəvi
Ruhəngiz Musəvi — Azərbaycan müğənnisi, aktrisa,Azərbaycan Respublikasının Əməkdar artisti(2007) == Həyatı == Ruhəngiz Mirməhəmmədəli qızı Musəvi 1953 ilin aprelin 4-də Bakı şəhərində doğulub. 1972-ci ildən Mahnı teatrının, 1974-ci ildən Azərbaycan Dövlət Rəqs Ansamblının, 1975-ci ildən Dövlət Filarmoniyasının solisti. Səs yazıları ilə val buraxılıb. == Mükafatları == 2007-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb. == Şəxsi həyatı == 1978-ci il təvəllüdlü Lalə adlı bir qızı var.
Şərəfuddin Musəvi
Əbdülhüseyn Şərəfuddin Musəvi Amili — Ərəb əsilli ilahiyyatçı-alim; Təbətəbai seyid. === Təvəllüdü və ailəsi === Əllamə Şərəfuddin Amili, 1869-cu ildə (h.q. 1290) İraqın Kazimeyn şəhərində ruhani və alim ailəsində dünyaya göz açmışdır. Atası Əllamə Seyyid Yusif Şərəfuddin, anası Ayətullah Seyyid Hadi Sədrin qızı Zəhradır. Alimin ata və anası İmam Kazimin (ə) nəslindən olduğu üçün, alim seyyid və “Musəvi”lərdəndir. === Təhsili === Şərəfuddin Amili elə bir ailədə doğulmuşdu ki, təhsil almaq üçün gərəkli vəsait ailəsində mövcud idi. Atası təhsilini təkmilləşdirib İraqın böyük alim və fəqihlərindən ictihad icazəsi alıb Cəbəl-Amilə (Livanın cənubu) qayıdır. O zamanlar Amilinin 8 yaşı var idi. Kiçik yaşlarından Amili Nəcəf-Əşrəfdə “ərəb dilinin müqəddimatı” dərslərini, fiqh və üsul elmini, həmçinin, bəlağəti öyrənmiş, habelə məşhur mərceyi-təqlidlərdən olan Xorasani, Fəthullah İsfəhani, Məhəmməd Taha Nəcəfi, Kazim Təbatəbai, Həsən Kərbəlayi, İsmayıl Sədr, (öz dayısı) Seyyid Həsən Sədr və s. alimlərin məhzərində elmi dərslərdə iştirak edib onlardan lazımi şəkildə bəhrələnmişdir.
Emin Musəvi
Musavi Emin Qabil oğlu (29 sentyabr 1976, Bakı) — Azərbaycan Respublikasının əməkdar jurnalisti, televiziya və radio aparıcısı, "ASAN Radio"nun direktoru. == Həyatı == Musavi Emin Qabil oğlu 29 sentyabr 1976-cı ildə Bakı şəhərində doğulub. Orta təhsilini Bakı şəhər 46 saylı orta məktəbdə alıb.1994–2000-ci illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində Psixiatr ixtisasına yiyələnib. Həmçinin Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu Politologiya ixtisası üzrə bitirib.1997–1999-cu illərdə ANS ÇM radiosunda aparıcı vəzifəsində çalışıb. 1999–2000-ci illərdə 106 FM radiosunda direktor vəzifəsində çalışıb.2000–2002-ci illərdə orduda həqiqi hərbi xidmətdə olub. 2003–2004-cü illərdə Space TV-də aparıcı, 2004–2012-ci illərdə "Azad Azərbaycan" radiosunda (106.3 FM) direktor və aparıcı kimi fəaliyyətini davam etdirib. Eyni zamanda "Azad Azərbaycan Televiziyası"nda aparıcı və müəllif kimi çalışıb. 2010–2015-ci illərdə Latviya səfirliyində KİV-lərlə iş üzrə məsləhətçi (ictimai əsaslarla) vəzifəsində işləyib. Xarici ölkələr üçün tanıtım xarakterli filmlərin çəkilməsi və həmin filmlərin xarici kanallarda yayımlanması da fəaliyyət sahəsinə daxil olub. Televiziya layihələri çərçivəsində dünyanın aparıcı siyasətçiləri — İsrailin prezidenti Şimon Peres, Latviya prezidentləri, Estoniya, Argentina, Almaniya rəsmiləri, parlament üzvləri ilə, eyni zamanda, Layma Vaykule, Vaxtanq Kikabidze, Raymond Pauls, Polad Bülbüloğlu və s.
Mir Fəttah Musəvi
Mir Fəttah Mir Əli ağa oğlu Musəvi — Azərbaycan Demokratik respublikası parlamentin üzvü. Hümmət təşkilatının fəalı. Bakıda 1-ci Fəxri Xiyabanda dəfn edilmişdir. == Həyatı == Mir Fəttah Mir Əli ağa oğlu 1891-ci ildə Şuşa şəhərində doğulmuşdu. İbtidai təhsilini Ağdamda alaraq Aşqabada qohumlarının yanına köçmüşdü. Musəvi burada gimnaziya təhsili almaqla yanaşı siyasi fəaliyyətə qoşulmuş, müsəlman gənclərinin dərnəyini təşkil etmişdi. 1917-ci ildə Şuşaya qayıdaraq inqilabi fəaliyyətini davam etdirən Musəvi 1918-ci ildə Bakıya gələrək "Hümmət" təşkilatına daxil olur. AXC parlamentində "Hümmət" fraksiyasını təmsil edən Musəvi tez-tez alovlu nitqlər söyləyir, mitinq və tətillərdə əhalini əksinqilabçı Denikinə qarşı mübarizəyə səsləyirdi. S.M. Kirov V.İ. Leninə 1919-cu ilin 27 sentyabrında yazırdı: "Denikinçilər həyasız bir surətdə özləri üçün Azərbaycana yol açırlar. Bu günlərdə onlar burada böyük bir qəsd düzəltmişdilər...
Mir Hüseyn Musəvi
Mir Hüseyn Musavi Xamene (fars. میر حسین موسوی خامنه‎) (d. 1942; Xamnə, Şərqi Azərbaycan ostanı) — 1981-1989-cu illər arasında İranın 79-cu və son baş naziri olaraq çalışan əslən Cənubi Azərbaycanlı reformist siyasətçi, incəsənət xadimi və memar. 2009-cu il prezident seçkilərində reformist namizəd idi və sonda seçkilərdən sonra olan etirazlarda müxalifət lideri oldu. Mir Hüseyn Musəvi İran Elmlər Akademiyasının rəhbərliyini həmin qurum 2009-cu ildə mühafizəkar qruplar tərəfindən ləğv edilincəyə qədər davam etdirmişdir. İran İslam İnqilabının ilk illərində Musəvi İslami Respublika Partiyasının rəsmi qəzeti olan Jomhouri-e Eslaminin redaktoru olmuş və Xarici İşlər Naziri, sonradan isə Baş Nazir vəzifələrində çalışmışdır. 1989-cu il konstitutsiya dəyişikliklərindən əvvəl İrandakı son baş nazir oldu, daha sonrakı 20 il müddətində tam olaraq fəaliyyət göstərmədi. Mədəniyyət İnqilabının Ali Şurasına hələ də üzvdür. Ancaq siyasi analitiklər və şərhçilər tərəfindən qəbul edilmədiyinin bir işarəti olaraq illərdir siyasi yığıncaqlara qatılmamaqdadır. 2009 İran prezidentlik seçkiləri üçün Musəvi namizəd oldu.
Məhəmməd Musəvi Ərdəbili
Məhəmməd Müfti-şiə Musəvi Ərdəbili (tam adı: Məhəmməd ibn Məhəmməd Təqi ibn Murtəza ibn Nəqdəli ibn Mirəli ibn Hüseyn; 10 Rəcəb 1347—26 Cəmadiyəl-əvvəl 1431) — Azərbaycanlı ilahiyyatçı, seyid, ayətullah əl-üzma. == Ailəsi və əsl-nəsəbi == Ailənin əcdadı hələ qədimdən başlayaraq Nəcəf-əşrəf, Qum, Ərdəbil, Qəzvin, Xəlxal, Rəşt, Tehran və başqa şəhərlərdə məskunlaşmış və elm öyrənmişlər. Bütün zamanlarda bu ailədə çoxlu fəqih, ədib, şair, siysətçi və sair peşə sahibləri müşahidə olunub. Onların istər din, istərsə də dünyəvi elmlərdə xüsusi ləyaqətləri və müvəffəqiyyətləri vardır. Onlardan bir çoxu müxtəlif dəqiq elmlərdə də yüksək elmi məqamlara çatmışlar. Bu sülalədən olan böyük şəxsiyyətlər haqqında tarixi və təhqiqi kitablarda yazılara rast gəlmək təəccüblü deyil. Bu şəxsiyyətlər barəsində olan yazılarda onların təfəkkürü və səciyyəvi istedad sahibi olmaları ehtiram və təşəkkürlə qələmə alınmışdır. == Həyatı == Musəvi seyyidlərindəndir. Nəsli Musa ibn Cəfərin övladı, Murtəza ləqəbli, Seyyid İbrahim Əsğərə çatır. O hicri qəməri tarixi ilə 1347-ci ilin rəcəb ayının 10-da (miladi 1928-ci il) o zamanlar "Darül-irşad" kimi məşhur olan Ərdəbil şəhərində dünyaya göz açmışdır.
Ruhulla Musəvi Xomeyni
Ruhullah Mustafavi Musəvi Xomeyni (17 may 1900[…], Xomeyn, Mərkəzi ostanı – 3 iyun 1989, Tehran) – İran İslam Respublikasının 1-ci Ali Rəhbəri və qurucusu. Seyid. Ayətullah əl-üzma. == Həyatı == Ayətullah Xomeyni 1902-ci ildə sentyabr ayının 24-də İranın Xomeyn şəhərində anadan olmuşdur. 5 aylığında ikən atası Seyyid Mustafanı, 15 yaşında isə anasını itirmişdir. Uşaq yaşlarından başlayaraq dini mədrəsələrdə ərəb dili və ədəbiyyatı, məntiq, fiqh, üsul və başqa elmləri öyrənmişdir. 1919-cu ildə Ərak Elmiyyə Mədrəsəsinə qəbul olunan Xomeyni burada bir müddət təhsil aldıqdan sonra Qum şəhərində Elmiyyə Mədrəsəsinə daxil olmuşdur. Fiqh və üsul dərslərində müvəffəqiyyət qazanaraq qısa zamanda ictihad (müctəhidlik) dərəcəsini əldə etmişdi. Ayətullah Xomeyni fəlsəfə, təhzibi nəfs və əxlaq kimi fənlərdən dərs deməyə başlamış və tanınmış Qum alimləri arasında yer almış, sonralar isə fiqh və üsul dərslərinin məşhur müəllimlərindən biri olmuşdur. Xomeyni o dövrdə hökumət əleyhinə olan şəxslərlə əməkdaşlıq edərək Rza şaha və Pəhləvi sülaləsinə qarşı mübarizə aparırdı.
Ruhullah Musəvi Xomeyni

Seyid Abbas Musəvi
Seyid Abbas Musəvi (1971, İran) — (fars. سید عباس موسوی‎), (d. 29.05.1971) İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2020-cı ildən) == Həyatı == Seyid Abbas Musəvi İran İslam Respublikasının Mazandaran ostanındandır. == Fəaliyyəti == Seyid Abbas Musəvi öncədən İran İslam Respublikasının xarici işlər nazirliyinin sözçüsü olmuşdur.
Əbdülkərim Musəvi Ərdəbili
Əbdülkərim Müsəvi Ərdəbili (28 yanvar 1926, Ərdəbil – 23 noyabr 2016, Tehran) — İran siyasətçisi və ayətullah. == Uşaqlıq dövrü == Həzrət Ayətullah əl-üzma Musəvi Ərdəbili hicri-qəməri 1344-cü il (mil.1926) rəcəb ayının 13-ü səhər vaxtı, Əmirəl-mö`mininin (ə) milad günündə Ərdəbil şəhərində yoxsul bir ruhani ailəsində dünyaya göz açdı. Onun babaları Azərbaycanın Ordubad rayonundan Ərdəbilə köçmüşdülər. Atası böyük ruhani mərhum Seyid Əbdürrəhim, anası təqvalı xanım, mərhumə Seyid Xədicə olmuşdur. Onların həmin vaxtadək səkkiz qız övladı vardı. Ailənin son övladı və yeganə oğlu olan ustad hicri qəməri 1346-cı ildə 2 yaşında ikən (qarın yatalağı xəstəliyinə yoluxmuş) anasını itirmiş və bacılarının qayğısı ilə böyümüşdür. Ustadın uşaqlıq dövrü ilə bağlı xatirələrindən biri onun həmin yaşlarda gördüyü bir yuxudur. Özü bu barədə belə buyurur: "Uşaq vaxtlarımda İmam Mehdinin (əc) ziyarətinə çox müştaq idim. İmamla görüş üçün kitablarda tövsiyə olunan bütün əməlləri yerinə yetirirdim. Çalışırdım ki, hətta müstəhəb əməlləri də tərk etməyim.
Qaraköhnə-i Musəvi (Marağa)
Qaraköhnə-i Musəvi (fars. قره كنه موسوي‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 37 nəfər yaşayır (9 ailə).
Seyid Məhəmməd Musəvi Ərdəbili
Seyid Məhəmməd Musəvi Məhəmmədtağı oğlu Ərdəbili (1928-?) — İslam alimi, müctəhid. == Həyatı == === Ailəsi və əsil-nəsəbi === Bu nəcabətli ailənin əcdadı hələ qədimdən başlayaraq Nəcəf-əşrəf, Qum, Ərdəbil, Qəzvin, Xalxal, Rəşt, Tehran və başqa şəhərlərdə məs­kunlaşmış və mənəviyyatda öncül olub, müvəffəqiyyətlə ədəb və elm öyrənmişlər. Bütün zamanlarda bu ailədə çoxlu fəqih, ədib, şair, siysətçi və sair peşə sahibləri müşahidə olunub. Onların istər din, istərsə də dünyəvi elmlərdə xüsusi ləyaqətləri və müvəffəqiyyətləri vardır. Onlardan bir çoxu müxtəlif dəqiq elmlərdə də yüksək elmi məqamlara çatmışlar. Bu sülalədən olan böyük şəxsiyyətlər haqqında tarixi və təhqiqi kitab­larda yazılara rast gəlmək təəccüblü deyil. Bu şəxsiyyətlər barəsində olan yazılarda onların təfəkkürü və səciyyəvi istedad sahibi olmaları ehtiram və təşəkkürlə qələmə alınmışdır. === Təvəllüdü və adı === Onun adı Məhəmməd ibn Məhəmməd Təqi ibn Murtəza ibn Nəqdəli ibn Mirəli ibn Hüseyndir. O böyük şəxsiyyət Musəvi seyyidlərindən­dir. Onun nəsli Musa ibn Cəfərin (ə) övladı, Murtəza ləqəbli, Seyyid İb­rahim Əsğərə çatır.
Seyid Əli Musəvi Nur
Seyid Əli Musəvi Nur (16 mart 2004-cü ildə Ramhormoz şəhərində anadan olub) İranın Xuzistan əyalətinin Ramhormoz şəhərindən olan karateçidir . Seyid Əli Musəvi Nur müxtəlif rütbələrdə İran millisinin üzvüdür. O, 2021-ci ildə Almatıda keçirilən karate üzrə Asiya çempionatında qızıl medal qazanıb. Dünya Karate Federasiyasının reytinqində 70 kq çəki ilə 3-cü yerdədir. Seyid Əli Musəvi Nur Mehdi Cəfəri, Mehdi Əhmədi, Reza Maydanaro, Qasem Asiyabri, Nəriman Zamani, Məhəmməd Hadi Məhəmmədi kimi məşhur məşqçilərin nəzarəti altında müxtəlif rütbələrdə karate üzrə milli komandaların üzvü olub.12 yaşında karate ilə məşğul olub və əsas yaş qruplarında müxtəlif çempionluq titulları qazandıqdan sonra 2017-ci ildə milli komandanın üzvü olub və hazırda İran İslam Respublikasının karate komandasının milli çempionu və dünyanın ən qürurlu karateçiləri. == tərcümeyi-halı, gündəlik == 2016-cı ildə məşqçi Ramhormzi Hossein Ayouzinin nəzarəti altında Abadis Club-da karate ilə məşğul olmağa başladı və ilk rəsmi medalını 2022-ci ildə Zəncan vilayətində milli komandanın milli çempionatında qazandı. Dünya Karate Federasiyasının açıqladığı son reytinqdə Seyid Əli Musəvi Nur 70 kq çəki dərəcəsində 3-cü yerdədir. == fəxri adlar == Onun şərəflərindən biri 2021-ci ildə karate üzrə Asiya çempionatında 1 qızıl medal qazanmasıdır.
Məhəmməd Müfti-şiə Musəvi Ərdəbili
Məhəmməd Müfti-şiə Musəvi Ərdəbili (tam adı: Məhəmməd ibn Məhəmməd Təqi ibn Murtəza ibn Nəqdəli ibn Mirəli ibn Hüseyn; 10 Rəcəb 1347—26 Cəmadiyəl-əvvəl 1431) — Azərbaycanlı ilahiyyatçı, seyid, ayətullah əl-üzma. == Ailəsi və əsl-nəsəbi == Ailənin əcdadı hələ qədimdən başlayaraq Nəcəf-əşrəf, Qum, Ərdəbil, Qəzvin, Xəlxal, Rəşt, Tehran və başqa şəhərlərdə məskunlaşmış və elm öyrənmişlər. Bütün zamanlarda bu ailədə çoxlu fəqih, ədib, şair, siysətçi və sair peşə sahibləri müşahidə olunub. Onların istər din, istərsə də dünyəvi elmlərdə xüsusi ləyaqətləri və müvəffəqiyyətləri vardır. Onlardan bir çoxu müxtəlif dəqiq elmlərdə də yüksək elmi məqamlara çatmışlar. Bu sülalədən olan böyük şəxsiyyətlər haqqında tarixi və təhqiqi kitablarda yazılara rast gəlmək təəccüblü deyil. Bu şəxsiyyətlər barəsində olan yazılarda onların təfəkkürü və səciyyəvi istedad sahibi olmaları ehtiram və təşəkkürlə qələmə alınmışdır. == Həyatı == Musəvi seyyidlərindəndir. Nəsli Musa ibn Cəfərin övladı, Murtəza ləqəbli, Seyyid İbrahim Əsğərə çatır. O hicri qəməri tarixi ilə 1347-ci ilin rəcəb ayının 10-da (miladi 1928-ci il) o zamanlar "Darül-irşad" kimi məşhur olan Ərdəbil şəhərində dünyaya göz açmışdır.
Hacı Mirməhəmməd Kərim Mircəfər əl-Ələvi əl-Hüseyni əl-Musəvi əl-Bakuvi
Mir Məhəmməd Kərim ağa (1855, Bakı – 1938) — Bakı qazısı, "Qurani-Kərim"i ilk dəfə Azərbaycan dilinə çevirən. == Həyatı == Tam adı Mir Məhəmməd Kərim ibn Mir Cəfər əl-Ələvi əl-Hüseyni əl-Bakuvi olan müəllif 1853-cü ildə Bakıda anadan olmuşdur. Mir Məhəmməd Kərim soyunun Hz. Əlidən gəlməsi səbəbilə özünü Ələvi, Hz. Hüseyn soyundan gəldiyi üçün Hüseyni və Bakıda anadan olduğu üçün də Bakuvi adları ilə tanıtmışdır. Axund Mir Məhəmməd Kərim ağa Içərişəhərdə yaşayan tanınmış seyid, Bakının hörmətli şəxslərindən sayılan Ağa Seyid Məhəmmədin nəvəsidir. Mir Məhəmməd Kərim ağa həmçinin qəbri insanların inam və ziyarət yeri olan Mir Mövsüm ağanın xalasının həyat yoldaşıdır. "Qurani-Kərim"i ilk dəfə Azərbaycan dilinə çevirən, Ilk dəfə bu müqəddəs kitabın təfsirini (izahı) yazan, xalqın maariflənməsində, Bakıda qızlar məktəbinin açılmasında misilsiz xidmətləri olan məşhur din xadimi Mir Məhəmməd Kərim ağa Cəfərzadə idi. Mir Məhəmməd Kərim ağa Cəfərzadə müsəlmanların müqəddəs kitabı olan Quranı ərəb dilindən Azərbaycan dilinə tərcümə edəndən sonra din xadimləri arasında ona qarşı hücumlar səngimirdi. Bu da təbii idi.
Musəvilik və Xristianlıq
Musəvilik və Xristianlıq İbrahimi dinlərdir oxşar mərkəzə malikdirlər.İnancları,praktikaları,ibadətləri fərqlidir.
Seyid Əli Musəvinin ölümü
Seyid Əli Musəvinin ölümü — əslən İran azərbaycanlısı və 2009-cu il prezidentlik seçkilərində əsas namizədlərdən olan Mir Hüseyn Musəvinin qardaşı oğlu olan Seyid Əli Musəvinin 27 dekabr 2009-cu ildə öldürülməsi nəzərdə tutulur.2009-cu ildə keçirilmiş prezidentlik seçkilərində əsas mübarizə Mahmud Əhmədinejad ilə əslən təbrizli və azərbaycanlı olan Mir Hüseyn Musəvi arasında gedirdi. Seçkilərdə Mahmud Əhmədinejadın qələbə qazanmasının elan edilməsindən sonra kütləvi etirazlar başladı. Etirazçılar seçkilərdə saxtalaşdırmanın edildiyini iddia edirdilər və bunu sübut edəcək dəlillərə sahib idilər.Bu etirazlara qatılan Seyid Əli Musəvinin təhlükəsizlik qüvvələri tərəfindən ya kürəyindən, ya da sinəsindən vurulduğu bildirilir. "ABC News"-un bildirdiyinə görə, Musəvi güllələnməzdən əvvəl onu maşın da vurmuşdur. "France 24"-ün xəbərinə görə, islahatçı xəbər saytı olan "Parlemannews" iddia etmişdir ki, Musəvi sinəsindən vurulduqdan sonra xəstəxanada vəfat etmişdir. "Times" isə iddia etmişdir ki, Musəvi xəstəxanaya çatmamış yolda keçinmişdir.İranlı kinorejissor və Mir Hüseyn Musəvinin seçki kompaniyasının xaricdəki rəsmi nümayəndəsi Muhsin Mahmelbaf "BBC"-ə bildirmişdir ki, İranın gizli polisi Musəvinin öldürülməsindən günlər əvvəldən etibarən ona zənglər etmiş və "biz səni öldürəcəyik" demişdir.Onun ölümündən sonra bədəni xaricində etirazlar gedən İ"bn Sina" xəstəxanasına aparılmışdır. Etirazçılar İran təhlükəsizlik qüvvələri tərəfindən gözyaşardıcı qazla dağıdılıb. Sonradan məlum oldu ki, hökumət etirazları yatırmaq üçün onun cəsədini çıxararaq bilinməyən yerə aparıb.
Emin Musavi
Musavi Emin Qabil oğlu (29 sentyabr 1976, Bakı) — Azərbaycan Respublikasının əməkdar jurnalisti, televiziya və radio aparıcısı, "ASAN Radio"nun direktoru. == Həyatı == Musavi Emin Qabil oğlu 29 sentyabr 1976-cı ildə Bakı şəhərində doğulub. Orta təhsilini Bakı şəhər 46 saylı orta məktəbdə alıb.1994–2000-ci illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində Psixiatr ixtisasına yiyələnib. Həmçinin Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu Politologiya ixtisası üzrə bitirib.1997–1999-cu illərdə ANS ÇM radiosunda aparıcı vəzifəsində çalışıb. 1999–2000-ci illərdə 106 FM radiosunda direktor vəzifəsində çalışıb.2000–2002-ci illərdə orduda həqiqi hərbi xidmətdə olub. 2003–2004-cü illərdə Space TV-də aparıcı, 2004–2012-ci illərdə "Azad Azərbaycan" radiosunda (106.3 FM) direktor və aparıcı kimi fəaliyyətini davam etdirib. Eyni zamanda "Azad Azərbaycan Televiziyası"nda aparıcı və müəllif kimi çalışıb. 2010–2015-ci illərdə Latviya səfirliyində KİV-lərlə iş üzrə məsləhətçi (ictimai əsaslarla) vəzifəsində işləyib. Xarici ölkələr üçün tanıtım xarakterli filmlərin çəkilməsi və həmin filmlərin xarici kanallarda yayımlanması da fəaliyyət sahəsinə daxil olub. Televiziya layihələri çərçivəsində dünyanın aparıcı siyasətçiləri — İsrailin prezidenti Şimon Peres, Latviya prezidentləri, Estoniya, Argentina, Almaniya rəsmiləri, parlament üzvləri ilə, eyni zamanda, Layma Vaykule, Vaxtanq Kikabidze, Raymond Pauls, Polad Bülbüloğlu və s.
Kamil Musavi
Kamil Musavi (6 iyul 1990, Qazax) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı. == Həyatı və fəaliyyəti == Kamil Musavi 6 iyul 1990-cı ildə Qazax şəhərində anadan olmuşdur. 1997-ci ildə Qazax şəhəri internat orta məktəbində ibtidai təhsilini almışdır. 8 avqust 2008-ci il tarixində Heyder Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2012-ci ildə leytenant hərbi rütbəsi alaraq bitirmişdir. 2015-ci ilin oktyabr ayında Naftalan, Talış kəndi istiqamətində gedən döyüşlərdə kəşfiyyat qrupu komandiri vəzifəsində döyüş tapşırığı yerinə yetirərkən mina partlaması nəticəsində xəsarət almışdır. Kamil Musavinin həmin əməliyyatda əsgəri olmuş Elşən Yusifovun bildirdiyinə görə, Kamil Musavi minalardan təmizlənməmiş ərazi ilə hərəkət etməklə texniki normaları pozmuş və nəticədə səhvə yol verərək həm özünün, həm də digər iki yoldaşının ağır yaralanmasına səbəb olmuşdur.2020-ci il Azərbaycan parlament seçkilərində 60 saylı Salyan-Neftçala seçki dairəsindən namizəd olsa da, seçkidə qələbə qazana bilməyib. Seçki təbliğatı zamanı Kamil Musavi bir qrup şəxslə digər namizədə hücum etmiş, nəticədə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi onun barəsində araşdırmaya başlamışdır.Evlidir, iki oğlu var. == Təltifləri == "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medal, "Vətən Naminə" medalı[mənbə göstərin] və "General Həzi Aslanov"[mənbə göstərin] medallarının laureatıdır.
Mir Hüseyn Musavi
Mir Hüseyn Musavi Xamene (fars. میر حسین موسوی خامنه‎) (d. 1942; Xamnə, Şərqi Azərbaycan ostanı) — 1981-1989-cu illər arasında İranın 79-cu və son baş naziri olaraq çalışan əslən Cənubi Azərbaycanlı reformist siyasətçi, incəsənət xadimi və memar. 2009-cu il prezident seçkilərində reformist namizəd idi və sonda seçkilərdən sonra olan etirazlarda müxalifət lideri oldu. Mir Hüseyn Musəvi İran Elmlər Akademiyasının rəhbərliyini həmin qurum 2009-cu ildə mühafizəkar qruplar tərəfindən ləğv edilincəyə qədər davam etdirmişdir. İran İslam İnqilabının ilk illərində Musəvi İslami Respublika Partiyasının rəsmi qəzeti olan Jomhouri-e Eslaminin redaktoru olmuş və Xarici İşlər Naziri, sonradan isə Baş Nazir vəzifələrində çalışmışdır. 1989-cu il konstitutsiya dəyişikliklərindən əvvəl İrandakı son baş nazir oldu, daha sonrakı 20 il müddətində tam olaraq fəaliyyət göstərmədi. Mədəniyyət İnqilabının Ali Şurasına hələ də üzvdür. Ancaq siyasi analitiklər və şərhçilər tərəfindən qəbul edilmədiyinin bir işarəti olaraq illərdir siyasi yığıncaqlara qatılmamaqdadır. 2009 İran prezidentlik seçkiləri üçün Musəvi namizəd oldu.
Müstəvi
Müstəvi – həndəsənin əsas anlayışlarındandır. Nəzəri cəhətcə kiçik ölçülü sonsuz uzunluğa malik yastı, sonsuz kiçik qalınlığa malik obyekt. Müstəvinin tənliyi ilk dəfə olaraq A.K.Kleronun 1731-ci ildə nəşr edilmiş əsərində, müstəvinin kəsiklərdə tənliyi Q.Lamenin 1816-1818-ci illərdə çap edilmiş işlərində, normal tənliyi isə L.Qessenin 1861-ci ildəki tədqiqatlarında rast gəlinir. Müstəvinin n-ölçülü fəzada təsvirini ifadə edən tənliyi E.Kondratyev 2006-cı ildə təklif edib. Müstəvinin aşağıdakı əlamətləri vardır: Müstəvi üzərindəki istənilən iki nöqtədən keçən düz xətt bu müstəvidə yerləşir; İki verilmiş nöqtədən eyni məsafədə yerləşən nöqtələr çoxluğu mövcuddur; n-ölçülü fəzada n-1 ölçülü fəzaya aid olan nöqtələr çoxluğu vardır.
Museyi-Kazım
İmam Kazım (tam adı: Əbul Həsən Musa ibn Cəfər əl-Kazım;8 noyabr 745, Mədinə – 31 avqust 799, Bağdad) — Cəfəri şiələrinə görə 9-cu məsum, 7-ci imam və xəlifə. == Künyə və ləqəbləri == Künyəsi: Əbül-Həsən Sani, Əbu İbrahim Ləqəbləri: Kazim, Zahir, Vəfiyy, Əmin, Zeynül-Müctehidin, Ənnəfsüz-Zəkiyyə, Əbdisaleh, Siqə, Təyyib, Səyyid, Məmun. == Həyatı == İmamın həyatı iki mərhələyə bölünür: 1. İmamlıqdan qabaqkı dövr, hicri 128-dən 148-ə qədər (20 il) 2. İmamlıq dövrü, hicri 148-ci ildən 183-cü ilə kimi (35 il). O həzrətin imamlıq dövrü Abbasi xəlifələri Mənsur Dəvanaqi, Mehdi Abbasi və Harun-Ər-Rəşidin hakimiyyətinə təsadüf etmişdir. Onun imamlıq dövrünün çoxu (23 il, 2 ay, 17 gün) Harunun xilafəti dövrünə təsadüf edib === Həyatı barədə qısa məlumat === O Həzrətin adı Musa, ləqəbi Kazim, anası Həmidə adlı çox fəzilətli bir qadın, atası isə altıncı İmam Həzrət Sadiq olmuşdur. İmam Kazim hicrətin 128-ci ilində (Mədinənin yaxın kəndlərindən biri olan) Əbva adlı bir yerdə dünyaya gəlmiş, hicrətin yüz səksən üçüncü (başqa bir versiyaya görə isə yüz səksən altıncı) ilində şəhid olmuşdur. === İmam Kazimin həməsri olmuş xəlifələr === Hicrətin yüz qırx səkkizinci ilində İmam Sadiq şəhid olduqdan sonra İmam Kazimin İmamlıq dövrü başlamışdır. O Həzrət İmam olduğu bu otuz beş (ya da otuz səkkiz) il ərzində aşağıda adları çəkilmiş xəlifələr onun həməsri olmuşdur: Mənsur Dəvaniqi (137-158 h.q); Məhdi adı ilə tanınmış Məhəmməd.
Proyektiv müstəvi
Proyektiv müstəvi - proyektiv həndəsədə qeyri-məxsusi (sonsuz uzaqlaşmış) elementlərlə tamamlanmış müstəvidir (Evklid müstəvisi). Hər bir düz xətt sonsuz uzaqlaşmış nöqtə ilə, bütün müstəvi isə sonsuz uzaqlaşmış düz xətlə tamamlanmışdır. Proyektiv müstəvidə paralel düz xətlər yoxdur. İstənilən iki düz xətt kəsişir. Proyektiv müstəvidə qeyri-məxsusi düz xətlə adı düz xətt arasında fərq yoxdur. == Ədəbiyyat == 1. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh. 2. "Fizika, riyaziyyat və informatika tədrisi" jurnalları, 2000-2012-ci illər,Bakı.
Musiqi
Musiqi — səsli, bədii obrazları gərçəklikdə əks etdirən, insanın psixikasına fəal təsir edən incəsənətin növlərindən biridir. Qədim yunanlar musiqini tanrıların töhfəsi kimi qiymətləndirir, ona insanların qəlbini fəth edən ecazkar qüvvə kimi yanaşırdılar. Yunan rəvayətlərinin birində Orfey oxuduğu gözəl nəğmələrlə tanrıları və adamları heyran edir, təbiətin kor qüvvələrini ram edirdi. Ümumi musiqi terminləri italyan dilindən götürülmüşdür. Buna intervaları nümunə göstərmək olar. Musiqidə 7 not var: do, re‚ mi, fa, sol, lya, si. Musiqi (digər yunan dilindən μουσική) müəyyən şəkildə təşkil edilmiş səslərin forma, harmoniya, melodiya, ritm və ya digər ifadəli məzmun birləşməsini yaratmaq üçün istifadə edildiyi bir sənət növüdür. Musiqinin tərifləri mədəniyyətdən mədəniyyətə dəyişir, lakin o, bütün insan cəmiyyətlərinin bir cəhətidir — mədəni universaldır. Tədqiqatçılar etiraf edirlər ki, musiqi bir neçə spesifik elementlə müəyyən edilir (ton, tembr, müddət, forma və s.), lakin onların tərifləri ilə bağlı konsensus yoxdur. Musiqi istehsalı adətən musiqi kompozisiyasına, improvizasiyaya və ifaya bölünür, musiqi sənətinin müxtəlif aspektləri isə akademik fənlər (məsələn, musiqişünaslıq və musiqi nəzəriyyəsi), tənqid, fəlsəfə və psixologiya çərçivəsində nəzərdən keçirilir.
Müstəvi pardaqlama dəzgahı
Müstəvi pardaqlama dəzgahı üst səthləri müstəvi olan maşın hissələrinin abraziv alətlə emalı üçün tətbiq olunur. Müstəvi pardaqlama dəzgahları şpindelin vəziyyətinə və stolun formasına görə fərqlənirlər. Şpindeli üfüqi vəziyyətdə yerləşmiş dəzgahlarda tətbiq olunan pardaq dairəsi doğuranı boyunca kəsmədə iştirak edir. Şaquli vəziyyətdə olan şpindeldə bərkidilmiş alət isə yan tərəfi ilə metal qatı çıxarır. == Quruluşu == Müstəvi pardaqlama dəzgahları əsasən üfüqi şpindelə malik olurlar. Bu dəzgahların stolu bir, şpindel başlığı bərkidilmiş dayaq isə iki ox boyunca hərəkət edə bilir. Koordinat oxlarının bölgüsü dəzgahın təyinatından asılı olaraq fərqli ola bilər. Bu dəzgahlarda müstəvi, profil və müxtəlif dərinliklərin pardaq dairəsi ilə emalı aparılır. Proses tsiklik olaraq kompyüterdən idarə edilir. Tsikl pəstahın mövqeləşdirilməsi, pardaq dairəsinin verilmiş rejimdə işə salınma- ması, alətin sürətlə pəstaha yaxınlaşması (boş gediş), alətin kəsməyə daxil olması (işçi gediş), səthin pardaqlanması, sığallama, alətin səthdən uzaqlaşdırılması kimi mərhələlərdən ibarətdir.
İmam Museyi Kazım
İmam Kazım (tam adı: Əbul Həsən Musa ibn Cəfər əl-Kazım;8 noyabr 745, Mədinə – 31 avqust 799, Bağdad) — Cəfəri şiələrinə görə 9-cu məsum, 7-ci imam və xəlifə. == Künyə və ləqəbləri == Künyəsi: Əbül-Həsən Sani, Əbu İbrahim Ləqəbləri: Kazim, Zahir, Vəfiyy, Əmin, Zeynül-Müctehidin, Ənnəfsüz-Zəkiyyə, Əbdisaleh, Siqə, Təyyib, Səyyid, Məmun. == Həyatı == İmamın həyatı iki mərhələyə bölünür: 1. İmamlıqdan qabaqkı dövr, hicri 128-dən 148-ə qədər (20 il) 2. İmamlıq dövrü, hicri 148-ci ildən 183-cü ilə kimi (35 il). O həzrətin imamlıq dövrü Abbasi xəlifələri Mənsur Dəvanaqi, Mehdi Abbasi və Harun-Ər-Rəşidin hakimiyyətinə təsadüf etmişdir. Onun imamlıq dövrünün çoxu (23 il, 2 ay, 17 gün) Harunun xilafəti dövrünə təsadüf edib === Həyatı barədə qısa məlumat === O Həzrətin adı Musa, ləqəbi Kazim, anası Həmidə adlı çox fəzilətli bir qadın, atası isə altıncı İmam Həzrət Sadiq olmuşdur. İmam Kazim hicrətin 128-ci ilində (Mədinənin yaxın kəndlərindən biri olan) Əbva adlı bir yerdə dünyaya gəlmiş, hicrətin yüz səksən üçüncü (başqa bir versiyaya görə isə yüz səksən altıncı) ilində şəhid olmuşdur. === İmam Kazimin həməsri olmuş xəlifələr === Hicrətin yüz qırx səkkizinci ilində İmam Sadiq şəhid olduqdan sonra İmam Kazimin İmamlıq dövrü başlamışdır. O Həzrət İmam olduğu bu otuz beş (ya da otuz səkkiz) il ərzində aşağıda adları çəkilmiş xəlifələr onun həməsri olmuşdur: Mənsur Dəvaniqi (137-158 h.q); Məhdi adı ilə tanınmış Məhəmməd.
Məsnəvi
Məsnəvi — Şərq, eləcə də klassik Azərbaycan epik şeirində ən geniş yayılmış formalardan biri. "Məsnəvi" ərəb sözüdür, mənası "ikilik" deməkdir. Məsnəvi formasında yazılmış əsərlərin iki misrası bir beyt adlanır. Hər beytin misraları, müstəqil olaraq, tamamlanmış bir fikri ifadə edir. Məsnəvinin misraları bir-biri ilə eyni qafiyəli olur: aa, bb, cc, çç, və s. Məsnəvi formasında yazılmış əsərlərdə misraların iki-iki qafiyələnməsi şairə öz fikirlərini sərbəst və daha geniş şəkildə ifadə etməyə imkan verir. Amma bu da var ki, bu misralar, yəni beytlər arasında güclü fikir bağlılığı olur. Məsnəvi formasında yazılmış əsərlər həcminə görə müxtəlif olur. Bu, mövzunun əhatəliyindən asılı olur. Azərbaycan ədəbiyyatında ilk məsnəvi əsər yaradan XII əsrin qüdrətli sənətkarı Xaqani Şirvani olmuşdur.
Musci
Yarpaqlı mamırlar (lat. Bryopsida) — mamırkimilər şöbəsinə aid bitki sinfi. Yarpaqlı mamırlar sinfi mamırların 95 %-ni əhatə edən böyük sinfidir. Bu sinfə demək olar ki, dünyanın hər yerində bitən 11500-ə yaxın növ daxildir. == Təsnifatı == Əvvəllər Bryopsida qrupuna bütün mamırlar aid edilirdi. Hazırda bu, bir qədər məhdudlaşdırılıb.
Otaru Musiqi Qutusu Muzeyi
Otaru Musiqi Qutusu Muzeyi (小樽オルゴール堂, Otaru Oruqoru-do) – Yaponiyanın Hokkaydo prefekturasının Otaru şəhərində yerləşən musiqi muzeyi. Muzey musiqi qutularına həsr olunmuşdur. == Tarixi == Oruqoru XIX əsrdə Yaponiyada populyar olmuş musiqi qutusu növü olmuşdur. Xüsusilə, Otaru şəhərinə hazırladığı musiqi qutularına görə tanınmış və "Yaponiyanın musiqi qutusu paytaxtı" adlandırılmışdır. Hazırda isə bu musiqi qutuları Yaponiyaya gələn turistlərə suvenir kimi satılır.Muzey 1967-ci ildə Yaponiyanın ən böyük musiqi qutusu istehsalçılarından biri olan "Orgel-Doh" şirkəti tərəfindən yaradılmışdır və Otaru şəhərində yerləşir. Muzey binası 1912-ci ildə tikilmişdir və varlı bir düyü taciri tərəfindən anbar kimi istifadə olunmuş üçmərtəbəli kərpic tikilidir. Bina 1989-cu ildə tarixi bina statusu almışdır. == Xüsusiyyətlər == Muzeydə minlərlə musiqi qutusunun satışının təşkil olunması ilə yanaşı, Avropaya aid antik əşyalar, avtomat-mexanizmlər və musiqi qutularının tarixini əks etdirən dioramalardan ibarət olan kiçik sərgi fəaliyyət göstərir. Muzeydə sərgilənən musiqi qutuları müxtəlif formalardadır: qar kürəsi, şahzadə qız, ayı kuklası, zodiak heyvanları, çarx, suşi və s. formasında olan musiqi qutuları ilə yanaşı burada rokoko üslubunda olan piano formasında antimon sandıqlar da sərgilənir.
Adajio (musiqi)
Adagio (it. adagio - yavaş–yavaş, ağır, sakit) 1. Ağır tempin (ağır addımlara uyğun) əsas işarəsi. 2. Bu tempdə yazılmış və xüsusi adı olmayan pyes. 3. Baletdə ağır templi lirik rəqs.
Alleqretto (musiqi)
Alleqretto (it. allegretto) — alleqroya nisbətən bir qədər ağır, yavaş, aramlı temp (allegro-dan) yavaş, andante-dən yeyin.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi — 1967-ci ildə yaradılmış muzey. Muzeyin fəaliyyətinin əsas məqsədi və vəzifələri Azərbaycan musiqi tarixi ilə bağlı materialların toplanması, saxlanması, araşdırması və təbliğidir. == Muzey eksponatları == Muzeyin fondunda 60 minə yaxın eksponat toplanmışdır. Muzeydə cəmi 297 ədəd musiqi aləti qorunub saxlanılır. Bunlardan 211-i Azərbaycan, 86-i isə qeyri-Azərbaycan alətidir. Bundan əlavə, 12 ədəd nadir musiqi qutusu mühafizə olunur. Bununla yanaşı muzeydə Keçəçioğlu Məhəmmədin, Xan Şuşinskinin qavalları, Şirin Axundovun, Qurban Pirimovun, Məmmədağa Muradovun, Bəhram Mansurovun, Həbib Bayramovun, Səid Rüstəmovun, Qasım Qasımovun, Kamil Əhmədovun, Ramiz Quliyevin,Valid Fərzəliyevin tarları, Aşıq Hüseyn Saraclının, Aşıq Xanların, Pənah Qurbanovun, Rəhilə Həsənovanın sazlarını, Qılman Salahovun kamançası və s. saxlanılır.Bunlardan Azərbaycan milli musiqi alətləri olan tar, kamança, saz, dəf, qoşa nağara, zurna, ney, eləcə də özünəməxsus xüsusiyyətləri ilə fərqlənən digər musiqi alətləri — əsa-tar, əsa-saz, habelə qramofonlar, patefonlar, qramofon valları, Azərbaycan peşəkar musiqi sənətinin banisi Üzeyir Hacıbəyovun, milli peşəkar vokal sənətinin banisi Bülbülün, gorkəmli bəstəkarlardan Qara Qarayevin, Fikrət Əmirovun muəllif not əlyazmaları, musiqi xadimlərinin şəxsi əşyaları, afişalar, proqramlar, fotoşəkillər, təsviri incəsənət nümunələri, notlar, kitablar və s. materialları göstərmək olar. Bütün bunlar Azərbaycan milli musiqi mədəniyyətinin dəyərli numunələridir.
Duşeti
Duşeti (gürc. დუშეთი) — Gürcüstanın Msxeta-Mtianeti diyarında, Duşeti bələdiyyəsində yerləşən kiçik şəhər. Paytaxt Tiflisdən 54 km şimal-şərqdə yerləşir. == Tarixi == Duşeti şəhəri dəniz səviyyəsindən 870 m yüksəklikdə, Böyük Qafqaz dağlarında, kiçik dağ çayı olan Duşetis-Xevi çayının hər iki sahilində yerləşir. Şəhər tarixi Gürcüstanın Pxovi (Pşavi və Xevsureti) tarixi regionundadır. 2014-ci ilin siyahıalmasına görə şəhər əhalisi 6167 nəfərdir. Bu yaşayış məntəqəsi haqqında ilk məlumat 1215-ci ildə gürcü mənbələrində verilib. Araqvi hersoqları bu Duşetidən iqamətgah kimi istifadə etmişlər. 1740-cı illərdə Araqvinin ləğvindən sonra Duşeti Gürcü krallarının əlinə keçmiş, amma əhəmiyyətini itirmişdir. 1801-ci ildə ruslar buranı ələ keçirərək Duşetiyə şəhər statusu vermişlər.
Meşəli
Meşəli (Xocalı) — Azərbaycanın Xocalı rayonunda kənd. Meşəli (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd. Meşəli (Goranboy) — Azərbaycanın Goranboy rayonunun inzibati ərazi vahidində kənd.
Musalı
Musalı — Musa adından yaranan soyad və təxəllüs. Bu soyadı olan tanınmış şəxslərYaşayış məntəqələriMusalı (Saatlı) — Azərbaycanın Saatlı rayonunda kənd. Musalı (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Musalı (Neftçala) — Azərbaycanın Neftçala rayonunda kənd. 1997-ci ildə ləğv olunmuşdur.
Muşevani
Dəllər kəndi – Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd. == Coğrafi mövqeyi == Dəllər (Müşevan) kəndi Maşaver çayının sağ sahilində, rayon mərkəzindən 14 km günbatarda, dəniz səviyyəsindən 750 m hündürlükdə yerləşir. == Toponimi == Dəllər və ya Aran-Dəlləri deyilir. Türkmənşəli Tele/Tələ tayfasının adını əks etdirir.[mənbə göstərin] Bu tayfa Kolayır kəndindəki Dəllər nəsliylə genetik qohumdur.[mənbə göstərin]Yaxında X-XI əsrlərə aid kiçik ölçülü salon formalı kilsə aşkarlanıb. == Əhalisi == 1870-də 7 ailədə 47 nəfər, 1918-də 198 nəfər, 1926-da 53 ailədə 314 nəfər, 2002-də 290 ailədə 1194 nəfər, 2006-da 246 ailədə 1200 nəfər.[mənbə göstərin] == Maarif == Məktəbin tarixi 1931-ci ildən başlanır. Hal-hazırda Bir baza məktəbi (2006-da 9 sinifdə 142 şagird) fəaliyyətdədir.