MÜŞTƏBA
MÜŞVİQƏ
OBASTAN VİKİ
Müşviq
Müşfiq, Müşviq — Kişi adı və təxəllüs. Müşfiq Abbasov — redaktor, prodüser, ssenarist. Müşfiq Atakişiyev — professor, iqtisad elmləri doktoru. Müşfiq Şükürov — Azərbaycanlı filosof. Fəlsəfə elmləri namizədi, dosent. Müşfiq Orucov — Dördgünlük müharibə şəhidi. Müşfiq Çobanov — Azərbaycan jurnalisti. Müşfiq Mustafayev (leytenant)Bu təxəllüsü olan tanınmışlarMikayıl Müşfiq — Azərbaycan şairi.Yaşayış məntəqələriMüşviq (Xaçmaz) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Müşfiqabad — Azərbaycan Respublikasında qəsəbə.
Mikayıl Müşviq
Mikayıl Müşfiq (tam adı: Mikayıl Əbdülqadir oğlu İsmayılzadə; 5 iyun 1908, Bakı – 6 yanvar 1938, Bakı) — Azərbaycan şairi, tərcüməçisi və pedaqoqu, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1934), "Azərnəşr"in keçmiş redaktoru. Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış şairlərdən biridir. Sevgi və gözəlliyi tərifləyən bir çox şeirlərin müəllifidir. Onun şeirlərində sosial və mədəni məsələlər üzrə fikirlər də dilə gətirilirdi. Stalin repressiyasının qurbanı olub və 1938-ci ildə güllələnmişdir. 1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının qərarına əsasən ölümündən sonra bəraət almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Mikayıl Müşfiq Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == === Erkən illəri === Mikayıl Mirzə Əbdülqadir oğlu İsmayılzadə (Mikayıl Müşfiq) 1908-ci il iyun ayının 5-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası Mirzə Əbdülqadir İsmayılzadə (Vüsaqi) dövrünün tanınmış ziyalılarından idi. O, müəllimlik fəaliyyəti ilə yanaşı, yaradıcılıqla məşğul olmuş, şeirlər yazmışdır.
Müşviq (Xaçmaz)
Müşviq (əvvəlki adı: Zaliyevka) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xaçmaz rayonunun Müşkür kənd inzibati-ərazi vahid tərkibindəki Zaliyevka kəndi Müşviq kəndi adlandırılmışdır. == Toponimikası == Yaşayış məntəqəsini XIX əsrin sonlarında Rusiyadan köçürülmüş ailələr salmışlar. Oykonim Zalilar etnotoponiminin ruscaya tərcüməsidir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Samur-Dəvəçi ovalığında yerləşir.
Müşviq Abbasov
Müşviq Qabil oğlu Abbasov (16 aprel 1970; Abdal Gülablı, Ağdam, Azərbaycan — 6 oktyabr 2020; Qərvənd, Ağdam, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı və Hərbi xidməti == Əsgər Müşviq Abbasov 16 aprel 1970-ci ildə Ağdam rayonunun Abdal Gülablı kəndində anadan olmuşdur. Orta təhsilini bitirdikdən bir müddət sonra Qarabağ müharibəsi başlamış və 2 qardaşı ilə birgə Müşviq də könüllü olaraq həmin müharibədə döyüşməyə başlamışdı. O, bir çox döyüşlərdə və hərbi əməliyyatlarda iştirak etmiş, Ağdam şəhərinin kəşfiyyat komandiri təyin edilmişdi. Müharibə bitdikdən sonra məcburi köçkün həyatı sürən Müşviq ailəsi ilə birgə Mingəçevirə köçmüş və burada yaşamışdır. 31 mart 1998-ci ildə İntiqam adlı və 31 yanvar 2000-ci ildə Şamil adlı oğlu dünyaya gəlmişdir. Tovuz döyüşləri zamanı hərbi komissarlığa oğulları ilə birgə getsə də, onu qəbul etmədilər. 26 sentyabr 2020-ci ildə hərbi komissarlığa çağırılan Müşviq Abbasov və 2 oğlu bir gün sonra, 27 sentyabr 2020-ci ildən könüllü olaraq İkinci Qarabağ müharibəsində döyüşə başladılar. Kiçik oğlu Şamil atası ilə çiyin-çiyinə döyüşmüş, böyük oğlu İntiqam isə Suqovuşanda N saylı hərbi hissənin kəşfiyyat bölüyünün baş kəşfiyyatçısı olaraq döyüşlərdə iştirak etmişdir. Müşviq Ağdam istiqamətində bir çox hərbi əməliyyatlarda müvəffəqiyyətlər qazanmışdır.
Müşviq Babayev
Müşviq Adil oğlu Babayev (d. 24 fevral 1971; Şamaxı, Azərbaycan - ö. 10 sentyabr 1992; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. I Qarabağ müharibəsinin şəhidi. == Həyatı və Hərbi xidməti == Müşviq Babayev 1971-ci il 24 fevralda Şamaxı rayonunun Sabirli kəndində anadan olub. 1992-ci ildə hərbi xidmətə yollanan və bir sıra döyüşlərə qatılan Müşviq Babayev 1992-ci il 10 sentyabrda Ağdərə rayonu istiqamətində şəhid olub. Müşviq Babayev Şamaxı şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Müşviq Cəfərov
Müşviq Cəfərov (cüdoçu) — Beynəlxalq dərəcəli idman ustası. Müşfiq Cəfərov (siyasətçi) — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı.
Müşviq Hətəmov
Müşfiq Mürşüd oğlu Hətəmov (6 may 1969, Güllücə, Ağdam rayonu) — ssenarist, kinoprodüser, "Azərbaycanfilm" kinostudiyasının direktoru (2011–2019), Space TV-nin sabiq direktoru (2021–2023), Azərbaycan Prodüserlər Gildiyasının sədri (2012–2022), Azərbaycanın Əməkdar incəsənət xadimi (2016). == Həyatı == Müşfiq Hətəmov 6 may 1969-cu ildə Ağdam rayonunda anadan olmuşdur. 1976–1986-cı illərdə orta təhsil almış, 1986-cı ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsinə daxil olmuş, 1992-ci ildə bu təhsil ocağını bitirmişdir. 1987–1989-cu illərdə ordu sıralarında xidmət etmişdir. Ailəlidir. == Fəaliyyəti == 1992–2002-ci illərdə Əhməd Cavad adına Bakı Mədəni Maarif Texnikumunda gənc nəslə rejissor və aktyor sənətini tədris etmişdir. 2000-ci ildə təsis etdiyi "MM" MMC-də 100-ə yaxın konsert və televiziya proqramlarının, reklam kampaniyalarının rəhbəri, 12 video-filmin prodüseri, bir çox televiziya layihələrinin müəllifi olmuşdur. 2002-ci ildən 2006-cı ilə qədər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsində inspektor, 2006-cı ildən Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsində filmlərin dövlət reyestri sektorunun müdiri, 2010-cu ildən isə Kinematoqrafiya şöbəsinin müdir müavini vəzifəsində çalışmışdır. 2011-ci ilin dekabr ayından 2019-cu ilədək C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına rəhbərlik etmişdir. 2012–2022-ci illər aralığında Azərbaycan Prodüserlər Gildiyası sədri, 2021–2023-cü illərdə SPACE TV-nın baş direktoru olmuşdur.
Müşviq Orucov
Müşviq Orucov (tam adı: Müşviq Arif oğlu Orucov; 18 sentyabr 1994, Bakı – 5 aprel 2016, Talış, Tərtər rayonu) — Dördgünlük müharibə şəhidi. == Həyatı == === Erkən illəri === Müşviq Orucov 1994-cü il sentyabr ayının 18-də Bakıda doğulub. O, 7 nömrəli Zəngilan rayon məktəbində oxuyub. Müşfiq Orucov 700 balla Azərbaycan Texniki Universitetinin avtomatika və kompyüter texnikası fakültəsinə qəbul olub. Universitetdə oxuya-oxuya həm də şadlıq sarayında ofisiant işləyib. O, havalar isinəndə axşam 7-dən səhər 7-yə qədər dondurma sexində çalışırmış. === Hərbi illəri === Orucov sonuncu dəfə 2016-cı ilin yanvarda valideynilərlə görüşüb. O, Naftalan şəhərində hərbi xidmətdə olub. Sonuncu dəfə 2016-cı il 29 martda atası Müşfiqlə danışıb. === Dördgünlük müharibədə iştirakı və ölümü === Hövsan qəsəbəsində yerləşən “Dədə Qorqud” qəbristanlığında torpağa tapşırılıb, ruhuna dualar oxunub.
Müşviq Cəfərov (cüdoçu)
Müşviq Cəfərov (31 avqust 1968, Dəvəçi) — beynəlxalq dərəcəli idman ustası, SSRİ çempionu, cüdoçu, SSRİ Xalqlarının Spartakiadasının çempionu, Cüdo üzrə 2 qat dünya çempionu. == Həyat və fəaliyyəti == Müşviq Cəfərov 1968-ci il 31 avqustda Azərbaycan Respublikasının Şabran (Dəvəçi) şəhərində doğulub. Beynəlxalq dərəcəli idman ustasıdır. SSRİ çempionudur (1991). O, 1990-cı ildə SSRİ çempionatında II, Avropa çempionatı yarışlarında 1992-ci ildə III, 1993-cü ildə II, 1994-1995-ci illərdə III yerə, dünya çempionatlarında 1992-ci ildə II, 1994-cü ildə III yerə, 1992-ci ildə Dünya Kubokunda II yerə çıxmış, 1991-ci ildə isə SSRİ Xalqlarının Spartakiadasının çempionu olmuşdur. 2013-cü ildə İspaniyada veteran cüdoçular arasında keçirilən dünya çempionatında M-4 kateqoriyası üzrə 66 kq çəki dərəcəsində yarışan Müşfiq Cəfərov dünya çempionatında bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb. 2014-cü ildə Dubayda veteran cüdoçular arasında keçirilən dünya çempionatında M-4 kateqoriyası üzrə 66 kq çəki dərəcəsində yarışan Müşfiq Cəfərov dünya çempionatının qızıl medalına layiq görülüb. 2019-cu il 14 oktyabr tarixində Mərakeşdə veteran cüdoçular arasında keçirilən dünya çempionatında M-5 kateqoriyası üzrə 73 kq çəki dərəcəsində yarışan Müşfiq Cəfərov dünya çempionatının bürünc medalına layiq görülüb.
Şəhid Müşviq Rəhimov
Rəhimov Müşviq Əyyub oğlu (25 iyul 1970, Ağdam rayonu – 20 avqust 1992, Abdal, Ağdam rayonu) — Birinci Qarabağ müharibəsinin iştirakçısı, şəhidi. ==== Həyatı ==== Rəhimov Müşviq Əyyub oğlu 1970-ci il iyulun 25-də Ağdam rayonu Şıxbabalı kəndində anadan olmuşdur. ==== Birinci Qarabağ müharibəsində iştirakı ==== Müşviq Rəhimov Birinci Qarabağ müharibəsi başlayanda könüllü olaraq vuruşurdu. Müsviq Rəhimov 1992-ci il avqustun 20-də Ağdam rayonu Abdal kəndində qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Məzarı Ağdam rayonu Şıxbabalı kəndindədir.
Müşviq Arif oğlu Orucov
Müşviq Orucov (tam adı: Müşviq Arif oğlu Orucov; 18 sentyabr 1994, Bakı – 5 aprel 2016, Talış, Tərtər rayonu) — Dördgünlük müharibə şəhidi. == Həyatı == === Erkən illəri === Müşviq Orucov 1994-cü il sentyabr ayının 18-də Bakıda doğulub. O, 7 nömrəli Zəngilan rayon məktəbində oxuyub. Müşfiq Orucov 700 balla Azərbaycan Texniki Universitetinin avtomatika və kompyüter texnikası fakültəsinə qəbul olub. Universitetdə oxuya-oxuya həm də şadlıq sarayında ofisiant işləyib. O, havalar isinəndə axşam 7-dən səhər 7-yə qədər dondurma sexində çalışırmış. === Hərbi illəri === Orucov sonuncu dəfə 2016-cı ilin yanvarda valideynilərlə görüşüb. O, Naftalan şəhərində hərbi xidmətdə olub. Sonuncu dəfə 2016-cı il 29 martda atası Müşfiqlə danışıb. === Dördgünlük müharibədə iştirakı və ölümü === Hövsan qəsəbəsində yerləşən “Dədə Qorqud” qəbristanlığında torpağa tapşırılıb, ruhuna dualar oxunub.
Müşviqabad
Müşfiqabad — Azərbaycan Respublikasında qəsəbə, Abşeron yarımadasında, Bakı şəhərinin Qaradağ rayonununda yerləşir. == Tarixi == Müşfiqabad qəsəbəsi Yeni Baki Broyler fabrikinin tikintisi ilə əlaqədar 1980-cı illərdə salınmışıdr. 1984-cü ildə qəsəbədə fabrikin ilk iki yataqxanası istifadəyə verilmiş, 1985-1987-ci illərdə yeni doqquzmərtəbəli yaşayış binaları tikilmiş və 1988-ci il 20 apreldən Azərbaycan Respublikası Ali sovetinin 1096-XI saylı fərmanı ilə yeni şəhər tipli qəsəbə yaradılmış və xalq şairi Mikayıl Müşfiqin şərəfinə Müşfiqabad qəsəbəsi adlandırılmışdır. == Coğrafiyası və iqlimi == Müşfiqabad qəsəbəsini əhatə edən Müşfiqabad bələdiyyəsinin ərazisi 58.878 km²-dir. == Əhalisi == 1 yanvar 2019-cu il tarixinə olan rəsmi məlumata əsasən qəsəbə əhalisinin sayı 9.6 min nəfərdir. == Mədəniyyət == Qəsəbədə 1987–ci ildə inşa edilmiş "Müşfiqabad Qəsəbə Mədəniyyət Evi" fəaliyyət göstərir. Ümumi sahəsi 2850 kvadratmetr olan binanın birinci mərtəbəsində 224 nəfərlik tamaşa zalı, işıqlandırma və idarəetmə sistemi, yaradıcılıq üçün ayrılmış müxtəlif otaqlar, həmçinin Qaradağ Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialı (Müşfiqabad qəsəbə kütləvi kitabxanası) fəaliyyət göstərir. Hazırda bu kitabxana 13302 nüsxə kitab fonduna, 1488 nəfər oxucu sayına, 11990 nüsxə kitab saxlancına malikdir. Binanın ikinci mərtəbəsində isə 110 nəfərlik konfrans zalı və texniki avadanlıqlar, internet şəbəkəsi üçün ayrılmış bir sıra başqa otaqlar yerləşir. == Din == Qəsəbədə Müşfiqabad qəsəbə məscidi dini icması Sigist dir fəaliyyət göstərir.
американизи́ровать клавеси́нный прика́пывание таве́рна изрисо́вывать каме́дистый квалифика́ция клю́шка напи́чкаться покипе́ть пра́ведно рези́стор сентенцио́зно колупа accusal annualization bine lamellate tent show versatile бесперспективность блюдечко впросонках наголо произвольный