MUSAVƏR
MUSƏDDİN
OBASTAN VİKİ
Museyib Daşdəmirov
Museyib Daşdəmirov-papaqçı Museyib Məmmədbağır oğlu 1874-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Əvvəl ticarətlə, sonra papaqçılıqla məşğul idi. Onun tikdiyi papaqlar, kürklər, kürdülər nəinki Qarabağda, bütün Azərbaycanda məşhur idi. Museyib əvvəlcə Fatışla, sonra Fatma Məşədi Məcid qızı Səfərova (İsmixanova) ilə ailə qurmuşdu. Yusif, Əlipaşa, Cahid adlı oğlanları, Səltənət, Əzizə, Sona, Mahirə, Rəmziyyə adlı qızları vardı. Ənvər Çingizoğlu, Qarabağda sənət və sənətkarlar, Bakı: "Elm və Təhsil", 2011,-280 səh.
Museyib bəy Naibov
Museyib bəy Həsən bəy oğlu Naibov (1868-?) - katib, mirzə Museyib bəy Həsən bəy oğlu 1868-ci ildə Şuşa qəzasının Ağdam kəndində anadan olmuşdu. 9 iyun 1910-cu ildə Ağdam kənd məktəbini bitirmişdi. 1910-cu ildə qəza idarəsində katib köməkçisi kimi işə başlamışdı. 1913-cü ildə qəza idarəsinə dəftərxana xidmətçisi, sonra mirzə təyin olunmuşdu. Sonra Tiflis şəhərinə dəyişilmişdi. Canişinlikdə və Qafqaz ruhani idarəsində çalışmışdı. Ənvər Çingizoğlu, Naibovlar, "Soy" dərgisi, 9 (29), 2009.