Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gözləmə (Urmiya)
Gözləmə (az-əbcəd. گؤزلَمه‎) — Güney Azərbaycanın Urmiya şəhərinə aid qəlyanaltı növü. Qeyd edək ki Urmiya gözləməsi Türkiyə gözləməsi ilə fərqlidir. Bu yemək tez hazırlanmasına görə belə adlandırılıb. == Lazım olan ərzaqlar == 3 stəkan süzmə və ya qatıq 4 ədəd yumurta 4 diş sarımsaq Yarım fincan su Lazım olan miqdarda kərə yağı və ya sarı yağ Lavaş çörəyi Duz == Hazırlanma qaydası == İlk olaraq tavaya yağ töküb, sonra yumurtaları əlavə edib qızardın. Yaxşıca qızardıqdan sonra isə üzərinə duz tökün. Sonra isə qatıq və ya süzməni su ilə birlikdə bir qazanda qarışdırın ki qatıq parçalanmasın. Sonda ocağı söndürüb, öncədən nəzərdə tutulmuş qablarda sarımsaqlı qatıq və yumurtanı töküb qarışdırın. Əlbəttə qatıq (süzmə) və yumurtanı tonqal üstündə də qarışdırıb, hazırlamaq olar. Bu qəlyanaltı çörək ilə yeyilir.
Məni daha gözləmə (mahnı)
Gözləyən
52°09′59″ şm. e. 4°28′37″ ş. u. Homunculus loxodontus (azərb. insanabənzər fil‎; daha çox "Gözləyən" kimi məşhurdur) — 2016-cı ildə holland rəssam Marqrit van Brifort (nid. Margriet van Breevoort) tərəfindən Leyden Universiteti üçün yaradılmış heykəl (Niderland). Əvvəlcə Leyden şəhərindəki uşaq xəstəxanasının qarşısında quraşdırılıb. 2017-ci ilin fevral ayına olan məlumata görə, heykəl Leyden Universitetinin Tibb Mərkəzinin içərisinə, 10-dan çox başqa heykəllərin də olduğu foyeyə köçürülüb. Heykəl özündə gözləmə otağında stulda oturan dəniz fili başlı boz rəngli varlığı ehtiva edir.
Gözlənən fayda nəzəriyyəsi
İqtisadiyyatda oyun nəzəriyyəsi, qərar vermə nəzəriyyəsi, gözlənən fayda nəzəriyyəsi — riyazi gözləntiyə alternativdir, qərar qəbul edərkən rasional oyunçu tərəfindən istifadə edilə bilən düsturdur. == Hipotezanın mənası == Rasional oyunçu — həll seçərkən müəyyən bir dəyəri (yaxşı) maksimuma çatdırmağa çalışır; seçilmiş qərar nəticəsində ortaya çıxan yaxşılığın riyazi gözləntisini belə bir kəmiyyət kimi istifadə etmək təbii görünür. Bununla yanaşı, təcrübə göstərir ki, real həyatda bir çox lotereya iştirakçısı daha az riyazi gözləntiləri olan, eyni zamanda daha az riskli bir həll yolu seçir. Məsələn, 0,2% (riyazi gözləmə 2 rubl) ehtimalı ilə min rubl almaq və ya 100% (riyazi gözləmə 1 rubl) ehtimalı ilə bir rubl almaq seçimi ilə qarşılaşdıqda, bir çox insan daha aşağı riyazi gözləməsinə baxmayaraq zəmanətli bir ödənişə üstünlük verəcəkdir. Bu davranışı təsvir etmək üçün gözlənilən yardım düsturu icad edilmişdir. == Tarixi == 1947-ci ildə Con fon Neyman və Oskar Morgenşternin "Oyun nəzəriyyəsi və iqtisadi davranış" adlı kitabının ikinci nəşri gözlənilən faydalılıq nəzəriyyəsini təqdim edən ikinci nəşri olmuşdur. Yeni nəzəriyyə oyun nəzəriyyəsinə əlavə olaraq ortaya çıxdı. Oyun nəzəriyyəsinin iqtisadiyyatda tətbiq olunmasından bəhs edən kitabın giriş hissəsində müəlliflər iqtisadi nəzəriyyənin əsas müddəalarını ümumiləşdirir və malların faydalılığını qiymətləndirmək üçün yeni bir metod təklif edirlər — burada gözlənilən fayda nəzəriyyəsinin aksiomatikası təqdim edildi. 1948-ci ildə riyaziyyatçı Leonard Sevic və iqtisadçı Milton Fridmen risk münasibətləri nəzəriyyəsini inkişaf etdirdilər. İnsanları iki növə böldülər: riskə qarşı (lotereyaları, qumar oyunlarını, riskli investisiyaları sevənlər) və riskdən çəkinənlər.
Nəsimi
İmadəddin Nəsimi (tam adı: Şeyx Əli ibn Seyid Məhəmməd İmadəddin Nəsimi) 1369, Şamaxı, Təbriz, Bağdad, Hələb, Şiraz və ya Diyarbəkir – 1419, Hələb) — Azərbaycan şairi, mütəfəkkir. "İmadəddin Nəsimi" adı ilə məşhurdur. İlk təhsilini Şamaxıda almış, dövrün elmlərini, dinlərin tarixini, məntiq, riyaziyyat və astronomiyanı öyrənmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə İmadəddin Nəsimi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Nəsiminin həyatı haqqında çox geniş məlumat mövcud deyil. Mənbələrin əksəriyyəti onun adını İmadəddin kimi göstərir, ancaq Nəsiminin əsl adının Əli və Ömər olduğunu qeyd edən mənbələr də vardır. Bir çox tədqiqatçılar onun Şamaxıda, başqaları isə Bursada,Urmiyada, Təbrizdə, Bakıda, Diyarbəkirdə və hətta Şirazda anadan olduğunu iddia edirlər. Şairin atası Seyid Məhəmməd Şirvanda yaxşı tanınan şəxsiyyətlərdən idi. Nəsiminin bir qardaşı da olub. Onun Şamaxıda yaşadığı, Şah Xəndan təxəllüsü ilə şeirlər yazdığı və hazırda bu adla tanınan qədim qəbristanlıqda basdırıldığı məlumdur.
Kopenhagen Təfsiri
Kopenhagen təfsiri — Nils Bor və Verner Heyzenberq tərəfindən 1927-ci ildə Kopenhagendə birgə fəaliyyət zamanı kvant mexanikası ilə əlaqədar etdikləri təfsirlərin nəticəsidir. Bor və Heyzenberq Kvant mexanikası ilə əlaqədar müxtəlif suallara cavab verməyə çalışmışdılar. Kvant mexanikasının başlıca problemlərindən biri, nəticənin müşahidəçi tərəfindən öyrənilməsindən sonramı, yoxsa cihaz tərəfindən qeydə alınmasından sonramı ölçməyin tamamlanmış qəbul ediləcəyidir. Daha sonra da görüldüyü kimi, kvant mexanikasının Kopenhagen təfsirinə görə, ölçmənin edilməsinin bilinməsi, müşahidəçinin ölçmədən əvvəl var olan məlumatlılıq halında dəyişiklik edir. Yəni, məlumat azalmasına səbəb olur. Müşahidəçinin məlumatlılıq halını, müşahidəçinin ölçmə müddətinin sonunda qavradığı təcrübəyə əsaslanan məlumatı müəyyənləşdirir. Bu məlumat halları, müşahidəçinin məlumatlılıq halına (subyektiv) bağlıdır. Bəhs edilən əlaqədən dolayı, fiziki reallıqda reallaşmış bir hal ilə reallaşacağı irəli sürülən hal arasına "subyektiv müşahidəçi" faktoru yerləşdirilir. Bu subyektivlikdən qurtulmaq mümkün deyil. Dünya iki hissəyə ayrılır: kvant varlıqları (ehtimal dalğaları) və klassik ölçmə vasitələri olan real nəsnələr (obyektlər).
Nəsimi-Şimal
"Nəsimi-Şimal" — Qacar İranında nəşr olunmuş qəzetlərdən biri. Məşrutə dövrünün satirik-ədəbi orqanlarından biri idi. == Tarixi == Əşrəfəddin Gilani tərəfindən əvvəlcə Rəştdə, sonra da Tehranda nəşr olunmuşdur. Rəşt şəhəri İranın şimalında yerləşdiyinə görə Əşrəfəddin Gilani çıxardığı qəzeti "Şimal küləyi – nəsimi" adlandırmışdır. O, qəzetinin hər bir işini özü təkbaşına görürdü. Səid Nəfisi "Sepido siyah" jurnalında Əşrəfəddin Gilani haqqında məqaləsində yazırdı ki, "...o, xalqın içindən çıxdı, xalqla yaşadı və xalqın içində itib batdı... Hər gün, hər gecə yazırdı, həftə ərzində yazdığı şeirləri çap edib xalqa çatdırırdı. İyirmi ilə yaxın hər həftə "Nəsimi-Şimal"ı Tehranın ən kiçik mətbəələrindən birində dörd xırda səhifədə nəşr edib yaydı… belə gün olmazdı ki, bu qəzet Tehranda bir vəlvələ salmasın. Hökumətlər artıq onun əlindən zara gəlmişdilər..." == Fəaliyyəti == "Nəsimi-Şimal" qəzetinin əksər səhifələri şeir nümunələrindən ibarət idi. Qəzetdə əsas yeri onun təsisçisi Əşrəfəddin Gilaninin satirik məzmunlu şeirləri tuturdu.
Nəsimi (Biləsuvar)
Nəsimi (əvvəlki adı: Novotroitskoye) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Nəsimi kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Biləsuvar rayonunun Novotroitskoye kəndi Nəsimi kəndi və müvafiq olaraq Novotroitskoye kənd Soveti Nəsimi kənd Soveti adlandırılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Günəş olmuşdur. Çar hökumətinin köçürmə siyasəti nəticəsində 1847-ci ildə Orenburq quberniyasının Troitskoye kəndindən gəlmələrin məskunlaşması nəticəsində yaranmış və Novotroitskoye adı ilə rəsmiləşdirilmişdi. Kənd 1992-ci ildə Azərbaycan şairi Nəsiminin (1369-1417) şərəfinə belə adlandırılmışdır. Memorial toponimdir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Muğan düzündə yerləşir. Nərimankənd, Çaylı, Günəşli, Ağayrı kəndləri ilə sərhəddir. == Əhalisi == === Şəhidləri === İbadlı Ruslan Sakit oğlu (1995-2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Nəsimi (Qəbələ)
Nəsimi — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd.
Nəsimi (Sabirabad)
Nəsimi (əvvəlki adı: Xersonovka) — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Sabirabad rayonunun Nizami kənd inzibati ərazi dairəsi tərkibindəki Xersonovka kəndi Nəsimi kəndi adlandırılmışdır.
Nəsimi (ad)
Nəsimi — təxəllüs və kişi adı. Daha çox Azərbaycanda şair İmadəddin Nəsiminin adı ilə bağlı oğlan uşaqlarına verilir. İmadəddin Nəsimi — Azərbaycan şairi. Nəsimi Məmmədoğlu — Rejissor, ssenari müəllifi Nəsimi Ağayev — Azərbaycanın Los-Ancelesdəki baş konsulu.
Nəsimi (rayon)
Nəsimi rayonu — Nəsimi rayonu 1969-cu ildə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yaradılmışdır. Nəsimi rayonu onu əhatə edən indiki Yasamal, Səbail və Nərimanov rayonlarının əraziləri hesabına yaradılmışdır. Ərazisi 9 kvadrat kilometrdir. 1999-cu ildə keçirilmiş əhalinin ilk milli siyahıya alınmasının nəticələrinə görə, rayonun daimi əhalisi 196 min nəfər olmuşdur. Hazırda əhalinin sayı 202 073 nəfərdir. Ermənistan Respublikasının təcavüzü nəticəsində 1988-ci ildən başlayaraq qaçqın düşmüş azərbaycanlıların bir qismi – 17.476 nəfəri və ya 3726 ailə müvəqqəti olaraq rayonun ərazisində məskunlaşmışdır. Azərbaycanın işğal olunmuş bölgələrindən olan məcburi köçkünlərin 11.401 nəfəri və ya 2797 ailə də Nəsimi rayonunda məskunlaşmışdır. Nəsimi rayonunu paytaxtın giriş qapısı da adlandırırlar. Belə ki, Bakının giriş qapıları sayılan Dəmiryolu Sərnişin Vağzalı və Beynəlxalq Şəhərlərarası Avtovağzal bu rayonda yerləşir. Şəhər Metropoliteninin "28 May", "C.Cabbarlı", "20 Yanvar", "8 Noyabr" və "Əcəmi" stansiyaları da Nəsimi rayonu ərazisindədir.
Nəsimi Abudov
== Siyahı ==
Nəsimi Ağayev
Nəsimi Məhəmmədəli oğlu Ağayev (1979) — Azərbaycan diplomatı, Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri. == Təhsili == Nəsimi Ağayev Almaniyanın Saarland Universitetinin, Avropa İnstitutunun Avropa Hüququnun (LL. M.) magistr dərəcəsini və Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər üzrə bakalavr və magistr dərəcəsini almışdır. O, həmçinin, Avstriyada Vyana Diplomatik Akademiyasında təhsil almışdır. Ana dili olan Azərbaycan dilindən başqa İngilis, Fransız, Alman, Rus, İspan və Türk dillərini də bilir. == Fəaliyyəti == 1999-cu ildə Azərbaycanın diplomatik xidmətinə qəbul edilmiş, ölkənin Avstriyadakı (2000–2003) və Almaniyadakı (2005–2008) səfirliklərində, eləcə də, Bakıda Xarici İşlər Nazirliyində xidmət etmişdir. Azərbaycan Prezidenti Heydər Əliyevin 3–6 iyul 2000-ci ildə Avstriyaya rəsmi səfəri zamanı alman dili üzrə tərcüməçisi olub. 2001–2003-cü illərdə Vyana Universitetində Azərbaycan dilini tədris etmişdir. Fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsinə malikdir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2022-ci ilin 19 avqustunda Azərbaycanın Almaniyadakı səfiri vəzifəsinə təyin olunmuşdur. Ondan öncə 2012–2022-ci illərdə Azərbaycanın Los-Ancelesdəki baş konsulu vəzifəsində çalışaraq, Azərbaycanı Kaliforniya və Amerika Birləşmiş Ştatlarının qərbindəki digər 12 ştatda təmsil etmişdir.
Nəsimi Məmmədoğlu
Nəsimi Məmmədoğlu (26 sentyabr 1973, Bakı) — rejissor, ssenari müəllifi, prodüser == Həyatı == Nəsimi Məmməd oğlu Əliyev 26 avqust 1973-cü ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə orta təhsilini bitirdikdən sonra rejissor köməkçisi kimi Dövlət televiziyasında əmək fəaliyyətinə başlayıb. 1993–1998-ci illər Ordu sıralarında qulluq edib. 1996–2000-ci illər ADMİU-nin rejissorluq fakültəsində təhsil alıb. 2004–2006-cı illərdə polşalı rejissor Kşıştov Zanussinin rəhbərliyi altında keçən İsveçrənin "AVANTİ" layihəsində işttirak edib və həmin layihənin sənədli filmlər bölməsinin qalibi olub. 2001–2007-ci illər "Lider" televiziyasında mədəniyyət proqramlarında rejissor işləyib. 2007-ci ildən "İctimai Televiziya və Radio Yayımları Şikətində" quruluşçu rejissor kimi çalışır. 22 iyul 2020-ci il Milli Mətbuat gününün 145 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Tərəqqi" medalı ilə təltif edilib. 2015–2017-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və "QN" Uşaq Kino Məktəbində rejissor sənəti üzrə dərs deyib. Azərbaycan Kinemotoqrafçılar ittifaqının və peşəkar kinorejissorlar gildiyasının üzvüdür.
Nəsimi bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Nəsimi dastanı
"Nəsimi dastanı" (en. A Tale of Nasimi; ru. Легенда о Насими, yaxud Сказание о Насими) — Fikrət Əmirovun 1973-cü yazdığı balet. Libretto yazıçı Anara məxsusdur. Baletmeyster Nailə Nəzirovanın quruluş verdiyi bu tamaşa ilk dəfə 23 sentyabr 1973-cü il tarixdə nümayiş etdirilərək, tamaşacıların böyük rəğbətini qazanmış, 1974-cü ildə isə Respublika Dövlət mükafatına layiq görülmüşdür. == Məzmun == Görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin həyatından bəhs edir. I səhnə: Cəlladların rəqsi II səhnə: Nəsiminin monoloqu III səhnə: Nəsimi və sevgilisinin birinci dueti IV səhnə: Qızların Nəsimi və sevgilisi ilə rəqsi V səhnə: Hücum VI səhnə: Qızların kədəri VII səhnə: Nəsimi və sevgilisinin ikinci dueti VIII səhnə: Nəsiminin üsyanı IX səhnə: Savaş X səhnə: Əbədilik Baletdə Lütfiyar İmanovun ifasında Nəsiminin ariyası və dünyanı lənətləyən kiçik şeiri səslənmişdi.
Nəsimi metrostansiyası
Nəsimi metrostansiyası — 2006-cı ildən inşaatına başlanılmışdır və 2008-ci ilin oktyabrın 9-da istifadəyə verilmişdir. Stansiyanın tikintisinə 100 milyon Azərbaycan manatı məbləğində vəsait xərclənilib. Metrostansiyanın 6-cı və 9-cu mikrorayon istiqamətlərinə çıxışları var. Metronun "Memar Əcəmi" — "Nəsimi" xəttinin uzunluğu 1660 metr. Stansiyanın platformasının uzunluğu 102 metr. Eni 15 metr.
Nəsimi rayonu
Nəsimi rayonu — Nəsimi rayonu 1969-cu ildə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yaradılmışdır. Nəsimi rayonu onu əhatə edən indiki Yasamal, Səbail və Nərimanov rayonlarının əraziləri hesabına yaradılmışdır. Ərazisi 9 kvadrat kilometrdir. 1999-cu ildə keçirilmiş əhalinin ilk milli siyahıya alınmasının nəticələrinə görə, rayonun daimi əhalisi 196 min nəfər olmuşdur. Hazırda əhalinin sayı 202 073 nəfərdir. Ermənistan Respublikasının təcavüzü nəticəsində 1988-ci ildən başlayaraq qaçqın düşmüş azərbaycanlıların bir qismi – 17.476 nəfəri və ya 3726 ailə müvəqqəti olaraq rayonun ərazisində məskunlaşmışdır. Azərbaycanın işğal olunmuş bölgələrindən olan məcburi köçkünlərin 11.401 nəfəri və ya 2797 ailə də Nəsimi rayonunda məskunlaşmışdır. Nəsimi rayonunu paytaxtın giriş qapısı da adlandırırlar. Belə ki, Bakının giriş qapıları sayılan Dəmiryolu Sərnişin Vağzalı və Beynəlxalq Şəhərlərarası Avtovağzal bu rayonda yerləşir. Şəhər Metropoliteninin "28 May", "C.Cabbarlı", "20 Yanvar", "8 Noyabr" və "Əcəmi" stansiyaları da Nəsimi rayonu ərazisindədir.
Nəsimi stansiyası
Nəsimi metrostansiyası — 2006-cı ildən inşaatına başlanılmışdır və 2008-ci ilin oktyabrın 9-da istifadəyə verilmişdir. Stansiyanın tikintisinə 100 milyon Azərbaycan manatı məbləğində vəsait xərclənilib. Metrostansiyanın 6-cı və 9-cu mikrorayon istiqamətlərinə çıxışları var. Metronun "Memar Əcəmi" — "Nəsimi" xəttinin uzunluğu 1660 metr. Stansiyanın platformasının uzunluğu 102 metr. Eni 15 metr.
Nəsimi Şıxalıyev
Nəsimi Əliyev
Nəsimi Məmmədoğlu (26 sentyabr 1973, Bakı) — rejissor, ssenari müəllifi, prodüser == Həyatı == Nəsimi Məmməd oğlu Əliyev 26 avqust 1973-cü ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə orta təhsilini bitirdikdən sonra rejissor köməkçisi kimi Dövlət televiziyasında əmək fəaliyyətinə başlayıb. 1993–1998-ci illər Ordu sıralarında qulluq edib. 1996–2000-ci illər ADMİU-nin rejissorluq fakültəsində təhsil alıb. 2004–2006-cı illərdə polşalı rejissor Kşıştov Zanussinin rəhbərliyi altında keçən İsveçrənin "AVANTİ" layihəsində işttirak edib və həmin layihənin sənədli filmlər bölməsinin qalibi olub. 2001–2007-ci illər "Lider" televiziyasında mədəniyyət proqramlarında rejissor işləyib. 2007-ci ildən "İctimai Televiziya və Radio Yayımları Şikətində" quruluşçu rejissor kimi çalışır. 22 iyul 2020-ci il Milli Mətbuat gününün 145 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Tərəqqi" medalı ilə təltif edilib. 2015–2017-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və "QN" Uşaq Kino Məktəbində rejissor sənəti üzrə dərs deyib. Azərbaycan Kinemotoqrafçılar ittifaqının və peşəkar kinorejissorlar gildiyasının üzvüdür.
Səid Nəfisi
Səid Nəfisi (fars. سعید نفیسی‎, 8 iyun 1895, Tehran — 13 noyabr 1966, Tehran) — İran ədəbiyyatşünası, yazıçı, tarixçi, ictimai xadim. Tehran universitetinin profesoru (1934), İran Ədəbiyyat və Dil Akademiyasının üzvü (1935). == Həyatı == İranın müasir ictimai-siyasi tarixinə, İran, Orta Asiya, Hindistan, rus və Qərbi Avropa ədəbiyyatına dair tədqiqatların, bədii əsərlərin müəllifidir. Babək və Nizami Gəncəvi haqqında tədqiqatları var, 3 dəfə Bakıda olmuş, Ə. Firdovsinin "Şahnamə" poemasının 1000 illiyi şənliklərində (1934), M. F. Axundovun anadan olmasının 150 illik yubileyində (1962) iştirak etmişdir. "Xəzərin o tayına səfərlərim" adlı yol qeydlərində Üzeyir Hacıbəyovla görüşləri haqqında məhəbbətlə söhbət açmışdır. Bəstəkarın Firdovsiyə ithaf olunmuş kantatasını sevə-sevə dinləyən Səid Nəfisi bu əsəri çox yüksək qiymətləndirərək yazmışdır: "...Bakıya gəlməzdən əvvəl də Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun adını eşitmişdim. Onun "Əsli və Kərəm", "Arşın mal alan", "Məşədi İbad" və qeyri əsərləri fars dilinə tərcümə edilmiş və İranda oynanmışdır. Onun musiqi parçaları İran gənclərinin dilinin əzbəridir. ...Cürətlə deyə bilərəm ki, Azərbaycan musiqi cəhətdən Şərqin İtaliyasıdır.
Nəsimi (dəqiqləşdirmə)
== Toponim == Nəsimi (Bakı) — Azərbaycanın Bakı şəhərində rayon. Nəsimi (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd. Nəsimi (Biləsuvar) — Azərbaycanın Biləsuvar rayonunda kənd. Nəsimi (Qəbələ) — Azərbaycanın Qəbələ rayonunda kənd. Nəsimikənd — Azərbaycanın Saatlı rayonunda kənd. == Digər == Nəsimi metrostansiyası — Bakı metropoliteninin stansiyası. Nəsimi (film, 1971) — İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş film. Nəsimi (film, 1973) — İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş film.
İmadəddin Nəsimi
İmadəddin Nəsimi (tam adı: Şeyx Əli ibn Seyid Məhəmməd İmadəddin Nəsimi) 1369, Şamaxı, Təbriz, Bağdad, Hələb, Şiraz və ya Diyarbəkir – 1419, Hələb) — Azərbaycan şairi, mütəfəkkir. "İmadəddin Nəsimi" adı ilə məşhurdur. İlk təhsilini Şamaxıda almış, dövrün elmlərini, dinlərin tarixini, məntiq, riyaziyyat və astronomiyanı öyrənmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə İmadəddin Nəsimi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Nəsiminin həyatı haqqında çox geniş məlumat mövcud deyil. Mənbələrin əksəriyyəti onun adını İmadəddin kimi göstərir, ancaq Nəsiminin əsl adının Əli və Ömər olduğunu qeyd edən mənbələr də vardır. Bir çox tədqiqatçılar onun Şamaxıda, başqaları isə Bursada,Urmiyada, Təbrizdə, Bakıda, Diyarbəkirdə və hətta Şirazda anadan olduğunu iddia edirlər. Şairin atası Seyid Məhəmməd Şirvanda yaxşı tanınan şəxsiyyətlərdən idi. Nəsiminin bir qardaşı da olub. Onun Şamaxıda yaşadığı, Şah Xəndan təxəllüsü ilə şeirlər yazdığı və hazırda bu adla tanınan qədim qəbristanlıqda basdırıldığı məlumdur.
Metaseiulus nelsoni
Metaseiulus nelsoni (lat. Metaseiulus nelsoni) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin metaseiulus cinsinə aid heyvan növü.
Drosera neesii
Drosera neesii (lat. Drosera neesii) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü.