Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nərəkimilər
Nərəkimilər (lat. Acipenseriformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi. Bütün qalan şüaüzgəcli balıqlarda (Actinopterygii) olmayan bir sıra qədim əlamətləri saxlamışlar. Nərəkimilərdə onurğa skeletin əsasını elastik xorda təşkil edir, fəqərə cisimlər yoxdur. Quyruq üzgəci qeyri-bərabər pərlidir (heteroserkal), üst pər yuxarıya doğru qalxır. Quyruq üzgəcinin üst pərinin əsası qanoid pulcuqlarla örtülmüşdür. Bədəndə — qanoid pulcuqların rudimentəlri hesab edilən beş uzununa sıra romşəkilli sümük lövhələr vardır. Daxili skelet qığırdaqdan ibarət olduğu üçün nərəkimləri xüsusi qığırdaqlı qanoidlər və ya qığırdaqlı-sümüklü balıqlar qrupuna (Chondrostei) aid edirlər.Bunlar — Avropa, Şimali Asiya və Şimali Amerkanın keçici, yarımkeçici və göl-çay balıqlardır. Xəzər dənizində yalnız nərəkimilər fəsiləsinin nümayəndələri yaşayır.
Mərəkami (Maku)
Mərəkami (fars. ماراكمي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 175 nəfər yaşayır (34 ailə).