Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Azərgah
Azərgah və ya Azərcan — Azərbaycan ərazilərində oynanılan qədim oyunlardan biri. Qədim təqvimə əsasən Azər ayının IX günü (24-29 noyabr) icra olunan azər şənlikləridir. Şənlik insan bədəninə və canlı təbiətə “görünməz alov” hərarət bəxş edən od alov tanrısına həsr olunur. Əsasən soyuq günlərdə evdə istilik gətirən yeməklər yeyərdilər və eşiyə çıxaraq oynayıb özlərinin soyuğa hazır olduqlarını nümayiş etdirirdilər. Burada Kəvsəc tamaşası oynanılardı.
Dəzgah
Dəzgah verilmiş hər hansı bir pəstahın alətlə emal etmək qabiliyyətinə malik olan maşınlara deyilir. Praktikada dəzgahlar materialları kəsmək, soyuq halda emal etmək və ya birləşdirmək üçün tətbiq edilir. === İşləmə prinsipi === Hissəyə forma verilməsi üçün dəzgah alət və pəstah arasında kinematik hərəkəti yerinə yetirmək üçün ötürmə sisteminə malikdir. Kinematik hərəkətdə əsas, yəni kəsici və köməkçi hərəkət, yəni boş gedişdəki hərəkətlər fərqlənirlər. Əsas hərəkət çox vaxt fırlanma ilə, köməkçi hərəkət isə verişlə xarakterizə olunur. Mətnin sındırılmasıMexaniki emalda tətbiq olunan dəzgahların əsas məqsədi pəstahı kəskilərlə yonaraq emal etməkdən ibarətdir. Soyuq halda emalda isə dəzgah metalların təzyiq altında deformasiya edərək ona lazımi formanı verir. Dəzgahların emal dəqiqliyi normal halda 1 mkm həddində, dəqiqliyi artırılmış dəzgahlarda isə 0,001 mkm olur. Tətbiq olunan alətlərin tilləri adətən bərk xəlitə, keramik, almaz və ya bornitrid əsaslı materiallardan hazırlanır. === Konstruksiyası === Dəzgahların hərəkətli hissələrini bir-biri ilə stabil birləşdirmək üçün çüqündan və ya polimerbetondan hazırlanmış ağır gövdədən istifadə edilir.
Azərgah/ Azərcan
Azərgah və ya Azərcan — Azərbaycan ərazilərində oynanılan qədim oyunlardan biri. Qədim təqvimə əsasən Azər ayının IX günü (24-29 noyabr) icra olunan azər şənlikləridir. Şənlik insan bədəninə və canlı təbiətə “görünməz alov” hərarət bəxş edən od alov tanrısına həsr olunur. Əsasən soyuq günlərdə evdə istilik gətirən yeməklər yeyərdilər və eşiyə çıxaraq oynayıb özlərinin soyuğa hazır olduqlarını nümayiş etdirirdilər. Burada Kəvsəc tamaşası oynanılardı.
Dərgah (Salmas)
Dərgah (fars. درگه‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 210 nəfər yaşayır (36 ailə).
Metalkəsən dəzgah
Dəzgah verilmiş hər hansı bir pəstahın alətlə emal etmək qabiliyyətinə malik olan maşınlara deyilir. Praktikada dəzgahlar materialları kəsmək, soyuq halda emal etmək və ya birləşdirmək üçün tətbiq edilir. Hissəyə forma verilməsi üçün dəzgah alət və pəstah arasında kinematik hərəkəti yerinə yetirmək üçün ötürmə sisteminə malikdir. Kinematik hərəkətdə əsas, yəni kəsici və köməkçi hərəkət, yəni boş gedişdəki hərəkətlər fərqlənirlər. Əsas hərəkət çox vaxt fırlanma ilə, köməkçi hərəkət isə verişlə xarakterizə olunur. Mətnin sındırılmasıMexaniki emalda tətbiq olunan dəzgahların əsas məqsədi pəstahı kəskilərlə yonaraq emal etməkdən ibarətdir. Soyuq halda emalda isə dəzgah metalların təzyiq altında deformasiya edərək ona lazımi formanı verir. Dəzgahların emal dəqiqliyi normal halda 1 mkm həddində, dəqiqliyi artırılmış dəzgahlarda isə 0,001 mkm olur. Tətbiq olunan alətlərin tilləri adətən bərk xəlitə, keramik, almaz və ya bornitrid əsaslı materiallardan hazırlanır. Dəzgahların hərəkətli hissələrini bir-biri ilə stabil birləşdirmək üçün çüqündan və ya polimerbetondan hazırlanmış ağır gövdədən istifadə edilir.
Toxucu dəzgah
Toxucu dəzgah — üfüqi istiqamətdə torpağa və ya döşəməyə uzadılan, yaxud şaquli istiqamətdə yuxarısı divara, aşağısı döşəməyə və ya torpağa dayanan parça, xalça və xalça məmulatları toxumaq üçün istifadə edilən sadə toxucu dəzgah Qədim zamanlarda köçəri həyat sürən insanlar yeraltı qazmaları, damları, çadırları, tavanı alçaq kənd evlərini üçün xarakterik olduğundan xalça dəzgahlar üfüqi şəkilıdə qurulmuşdur. Ərişlərə lazım olan tarımlıq yerə bərkidilmiş ağacları oxlarla birləşdirən iplərin qısaldılması ilə verilmişdir. Buna görə də köçəri həyat sürən insanlar üçün üfüqi dəzgahlar əlverişsiz olmuşdur, çünki toxuma prosesində toxucu belini əydiyindən fiziki cəhətdən yorulmuş və əmək məhsuldarlığı aşağı düşmüşdür. Bu səbəbdən müəyyən müddət sonra üfüqi dəzgah təkmilləşmiş və zaman keçdikcə şaquli şəklə salınaraq divar hanası adlanan toxucu dəzgah şəklinə düşmüşdür.
Üfiqi dəzgah
Yer hanası (toxucu dəzgah) — üfüqi istiqamətdə, torpağa və ya döşəməyə uzadılan, parça, xalça və xalça məmulatları toxumaq üçün istifadə edilən sadə toxucu dəzgah. Qədim zamanlardan bizim günlərə qədər əllə toxunan məmulatlar hana adlanan sadə dəzgahlarda toxuyurdular. Hana, paralel və əks tərəfləri olan dördbucaqlı şəklində toxucu dəzgahdır. Hananın ikinövü mövcuddur; yer hanası və divar hanası. İlk öncə yer hanası meydana gəlmişdir. Yer hanası aşağıdakı əsas hissələrdən ibarət olur: Yer hanasının hər bir hissəsinin öz vəzifəsi var. bir cüt köndələn dolağacdan, onları bir-birindən xeyli aralıda, sabit saxlayan iki cüt mıxçadan, gücü ağacından və gücülənmiş əriş taylarını üfüqi vəziyyətdə saxlayan 3 ədəd çatma ayağından ibarət idi. Hana kompleksi ağız çubuğu, çarpaz çubuğu, asma ipləri, və taxta "qılınc" ilə tamamlanırdı. XX əsrin əvvəllərinə qədər geniş çeşiddə istehsal edilən yun parçaların bəzi növləri (şal, mahud, tirmə, dügürd, cecim, çul, ladı və s.) yer hanasında istehsal edilirdi. Yer hanasında, daha çox qadınlar tərəfindən toxunan şal (yer şalı), əsasən, ailənin daxili ehtiyacını ödəməklə, əsrlər boyu ev peşəsi kimi qiymətləndirilmişdir.
Şaquli dəzgah
Divar hanası (toxucu dəzgah) — Şaquli istiqamətdə, yuxarı hissəsi divara, aşağı hissəsi döşəməyə dayanan, xalça toxumaq üçün istifadə edilən toxucu dəzgah Qədim zamanlardan bizim günlərə qədər əllə toxunan xalçaları hana adlanan sadə dəzgahlarda toxuyurdular. Hana, paralel və əks tərəfləri olan dördbucaqlı şəklində toxucu dəzgahdır. Hananın iki növü mövcuddur; yer hanası və divar hanası. Divar hanası aşağıdakı əsas hissələrdən ibarət olur: Qollar (2 ədəd); Oxlar (2 ədəd); Yan ağacları (2 ədəd); Vərəngalan (1ədəd); Vərəngalanın uzunluğu oxların qollar arasındakı uzunluğuna bərabər olmalıdır Çubuq (2 ədəd); Çubuqlar oxların qollar arasındakı uzunluğuna bərabər olmalıdır. Küjü ağacı (1ədəd); Əvvəlcə üfiqi dəzgahlar olan yer hanasından istifadə olunurdu. Yer hanası təkmilləşmiş və zaman keçdikcə şaquli şəklə salınaraq divar hanası adlanan toxucu dəzgah şəklinə düşmüşdür. Şaquli toxucu dəzgah olan divar hanası əriş saplarla dartılmış dördbucaqlı taxta çərçivədir. Toxucu dəzgzah olan hana ustalara təsvirin xətləri və rəngləri ilə çevik işləmək imkanı verir. Hər bir hana ensiz hamar çubuq ilə təchiz olunmuşdur. Arğac ipliyin keçirilməsi üçün əriş saplarda boşluğun yaradılması bu çubuq vasitəsilə həyata keçitrilir.
Ox (toxucu dəzgah)
Ox — divar hanasının (toxucu dəzgahının) alt və üst tərəflərini tamamlayan möhkəm oduncaqdan olan hissə. Oxların diametri 20 sm-dən 35 sm-ə kimi ola bilər.