Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Amuda
Amuda (ərəb. عامودا‎‎, kürd. Amûdê) — Suriyanın Əl-Həsəkə mühafəzəsinin Əl-Qamışlı rayonunun Amuda nahiyəsində şəhər. 2004-cü ildə keçirilmiş əhalinin siyahıyaalmasına görə, şəhərin əhalisi 26.821 nəfərdir.Suriyada vətəndaş müharibəsinin bir nəticəsi olaraq, şəhər 2012-ci ildən bəri Suriya Demokratik Qüvvələrinin idarəsi altındadır. == Coğrafiya == Amuda Suriyanın Türkiyə ilə olan sərhədində, Əl-Həsəkə şəhərinin 83 kilometr (52 mil) şimalında, Əl-Qamışlı şəhərinin 31 kilometr (19 mil) şərqində, Əl-Qamışlı ilə Rəsulayn arasındakı yolun üzərində yerləşir. Amuda dəniz səviyyəsindən 461 metr yüksəklikdə yerləşir. == Əhali == 2004-cü ildə keçirilmiş əhalinin siyahıyaalmasına görə, şəhərin əhalisi 26.821 nəfərdir. Şəhər əhalisinin 90%-ni kürdlər və yezidilər təşkil edir. Həmçinin, şəhərdə əhəmiyyətli bir ərəb icması, eləcə də bir aysor ailəsi yaşayır.