BATİL

sif. [ ər. ] köhn.
1. Yalan, əsilsiz, doğru olmayan, həqiqətə uyğun olmayan. Batil fikir.
// İs. mənasında.
Madam ki, xalq elm səbəbi ilə haqq ilə batilə fərq verməyə qabil deyil, gündə bir şeyx … çıxacaq, aləmə fitnə salacaq … və bədbəxt edəcək. M.F.Axundzadə.
Biz burada istər Bab, istərsə Bəhanın anadan alim doğulduqları iddiasının batil olduğunu təyin etdik. M.S.Ordubadi.

□ Batil eləmək (etmək) – puça çıxarmaq, heçə çıxarmaq, heç eləmək, batırmaq.
Mən gözlərimə inana bilmirəm, bu imarət kimindir, burada tikilibdir? Bu mənim imarətimi batil elədi. (Nağıl).
Hərdənbir zurnanın səsi ucalıb, özgə səslərin hamısını batil eləyirdi. C.Məmmədquluzadə.

2. Dinə görə doğru olmayan, dinin tələblərini və göstərişlərini, hökmünü, şərtlərini pozan (iş, hərəkət və s.).
Dayım namazda olanda çün danışa bilməzdi ki, namazım batil olmasın. C.Məmmədquluzadə.
[Salmanov:] Sən nə danışırsan, ay oğul, məni günaha batırıb ibadətimi batilmi eləmək istəyirsən? M.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BATİL batil bax yalan
  • BATİL yalan (batil fikir)
BATIŞ
BATİN
OBASTAN VİKİ
Koreyalıların batil inancları
Haqq-batil savaşı (Mütəhhəri)
Haqq-batil savaşı — Mürtəza Mütəhhərinin fəlsəfi əsəri. == Məzmun == Görkəmli filosof və mütəfəkkir Mürtəza Mütəhhərinin “Haqq-batil savaşı” kitabı müəllifin bu mövzuda etdiyi beş çıxışından və kitaba əlavə olunmuş “İnsanın tarixdə ictimai təkamülü” adlı iki mühazirəsindən ibarətdir. Kitabda əsasən insan, cəmiyyət və tarixdə, keçmiş və günümüzdə haqq və batil məsələləri, haqq və batil arasında gedən mübarizə fərqli baxış bucaqlarından — elmi-fəlsəfi, ictimai-psixoloji yöndən təhlil olunur.
Haqq-batil savaşı (Mürtəza Mütəhhəri)

Şeyk Batili
Cheick Oumar Bathily (10 oktyabr 1982, Mali) — Malili futbol qapıçısı. == Karyera == 2009-cu ildə Djoliba AC-dan ayrıldı və CS Duquvolofila Liqasında rəqiblə müqavilə imzaladı.

Digər lüğətlərdə