Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Narzanlar vadisi
Narzanlar vadisi — Rusiyanın Kabardin-Balkariya Respublikasında balenoloji-iqlim kurort yeri. Ərazi Qafqaz Mineral Suları zonasına, Zolski rayonuna daxildir. Nalçik şəhərindən 87 km şimal-qərbdə, 34 km Kislovodsk şəhərindən qərbdə yerləşir. Ərazi Böyük Qafqazın Qayalı dağlar silsiləsinin şimal yamacının dağ ətəklərində, Xasaut (Malku çayına birləşdiyi ərazidən az aralı) çayı vadisində yerləşir. Ərazinin dəniz səviyyəsindən hündürlüyü 1300 metr olub Qaraçay-Çərkəz Respublikası sərhəddində yerləşir. Xasaut çay vadisinin 1 km-lik hissəsində 20 narzan tipli mineral bulaq mövcuddur. Ətraf ərazilərdə Muştin şəlaləsi (cənub-qərbdə), Şatjatmaz dağında isə Pulkova rəsadxanasının filialı yerləşir. == İqlimi == Bölgənin iqlimi mülayim kontinentaldır. Qışı yumşaq, davamlı olmayan qar örtüyü ilə müşahidə olunur. Yanvar ayının orta temperaturu −5 °C-dir.
Nazran
Nazran — (Rusça: Назра́нь; İnguşça: Наьсара, Nesara), Rusiya Federasyasının İnquşetiya Respublikasında şəhər. I. Dünya Müharibəsindən sonra qurulan Dağlılar Respublikasının bir müttəd paytaxtı olmuşdur.1991–2002 arasında İnquşetiya Respublikasının paytaxtıydı. Sonra Maqas şəhəri paytaxtı oldu və Nazran ölkənin ən böyük şəhəri olaraq qaldı.
Nazran rayonu
Nazran rayonu (inquş Наьсарен район) — Rusiya Federasiyası, İnquşetiya Respublikasının tərkibindəki inzibati ərazi vahidi. İnzibati mərkəzi Nazran şəhəridir (rayonun tərkibinə daxil deyil). == Coğrafiya == Nazran rayonu İnquşetiya Respublikasının mərkəzi və qərb hissəsində yerləşir. Şimalda Malqobek rayonu, şərqdə - Sunja rayonu və Karabulak şəhər dairəsi, qərbdə Şimali Osetiya Respublikasının Priqorodnı və Pravoberejnı rayonu ilə həmsərhəddir. Nazran və Magas şəhər dairələrinin bəzi əraziləri Şimali Osetiya, digər əraziləri isə Nazran rayonunun ərazisi ilə həmsərhəddir. Şəhər dairəsi ərazisinin konfiqurasiyasına Nazran rayonu iki hissədən ibarətdir. Dolakovo, Kantışevo və Qeyirbek-Yurt kəndlərinin yerləşdiyi qərb hissə, Kambileevka çayının vadisində (cənubda) və Sunja silsiləsinin yamaclarında (şimalda) yerləşir. Əhalinin əksər hissəsi burada çay vadisində yaşayır. Silsilənin ətəyində yalnız kiçik bir kənd - Qeyirbek-Yurt yerləşir. Sunja silsiləsindən cənubda, aşağı dağlıq ərazidə yerləşir (Dosu-Barz, 579.8 m).
Nazan Bəkiroğlu
Nazan Bəkiroğlu — Türk yazıçı, akademik. == Həyatı == 3 May 1957-ci ildə Trabzonda dünyaya gəlib. Ədəbiyyatçı ailənin üç uşağından ən kiçiyidir. Atası "Hədəf" adlı kiçik qəzetin sahibi olub. 14 yaşında atasını itirib. Sonradan. Atası "Bir sızı var" adlı hekayəsinin qəhrəmanı olmuşdur. İlk və orta təhsilini Trabzonda alıb. Ali təhsilini Ərzurumda Atatürk universitetinin Ədəbiyyat fakültəsi türk dili və Ədəbiyyat bölümünü bitirib (1979-cı il). Ali məktəbdə xalq yaradıcılığına maraq göstərib.
Nazan Ölçer
Nazan Əhməd qızı Ölçər (1942, İstanbul) — Türkiyə sənət tarixçisi, muzeyşünas, elmlər doktoru, professor, Xalça və kilim sahəsində dünya miqyasında tanınmış bir mütəxəssis, 1978–2003-cü illərdə Türk və İslam Əsərləri Muzeyinin müdiri kimi fəaliyyət göstərmişdir. 2003-cü ildən etibarən Sakıp Sabancı Muzeyinin müdiri. == Həyatı və fəaliyyəti == Nazan Ölçər 1942-ci ildə İstanbulda anadan olmuşdur. Atası Azərbaycanın görkəmli mühacir alimi, İstanbul Universitetinin professoru Əhməd Cəfəroğludur. Türk etnoqrafiyası sahəsində dərin biliyə malik olan atasının yanında xalça və kilim bilgiləri aldı. Orta mktəbi və lisey təhsilini Sankt Georg Avstriya Qız Lisesində tamamlamışdır.1962–1969-cu illər arasında Almanyanın Münxen Lüdviq Maximilian Universitetində etnologiya, erkən dövr tarixi, Yaxın Şərq tarixi və mədəniyyətləri sahələrində təhsil almşdır. Hans Joachim Kisslingin elmi rəhbərliyi ilə doktorluq dissertasiyası müdafiə etmişdir. Universitet təhsili dövründə Münxen Universiteti Etnologiya Bölümü kolleksiyalarında muzeyçilik çalışmalarına başlamışdır. Universiteti bitirdikdən sonra Münxen və Vyana Etnologiya Muzeyləri, habelə Berlin İslam Sənətı Muzeyində təcrübə keçmişdir. Türkiyəyə döndükdən sonra Anadolunun müxtəlif bölgələrində sosial və kulturoloji dəyişimi əhatə edən sahə çalışması və araştırmalar, arxeoloji təmsilçilikləri, Türkiyə, Avstriya və Almaniya Elmi Film Arxivləri için ənənəvi el sənətlərini sənədli film çalışmaları ilə Yıldız Üniversiteti Şehircilik Bölümü ilə Sosyal Bilimler Enstitüsündə müəllimlik etmişdir.1972-ci ildə Türk və İslam Əsərləri Muzeyində Xalça və Kilim şöbələrinin rəhbəri kimi çalışmağa başlamışdır.
Nazan Ölçər
Nazan Əhməd qızı Ölçər (1942, İstanbul) — Türkiyə sənət tarixçisi, muzeyşünas, elmlər doktoru, professor, Xalça və kilim sahəsində dünya miqyasında tanınmış bir mütəxəssis, 1978–2003-cü illərdə Türk və İslam Əsərləri Muzeyinin müdiri kimi fəaliyyət göstərmişdir. 2003-cü ildən etibarən Sakıp Sabancı Muzeyinin müdiri. == Həyatı və fəaliyyəti == Nazan Ölçər 1942-ci ildə İstanbulda anadan olmuşdur. Atası Azərbaycanın görkəmli mühacir alimi, İstanbul Universitetinin professoru Əhməd Cəfəroğludur. Türk etnoqrafiyası sahəsində dərin biliyə malik olan atasının yanında xalça və kilim bilgiləri aldı. Orta mktəbi və lisey təhsilini Sankt Georg Avstriya Qız Lisesində tamamlamışdır.1962–1969-cu illər arasında Almanyanın Münxen Lüdviq Maximilian Universitetində etnologiya, erkən dövr tarixi, Yaxın Şərq tarixi və mədəniyyətləri sahələrində təhsil almşdır. Hans Joachim Kisslingin elmi rəhbərliyi ilə doktorluq dissertasiyası müdafiə etmişdir. Universitet təhsili dövründə Münxen Universiteti Etnologiya Bölümü kolleksiyalarında muzeyçilik çalışmalarına başlamışdır. Universiteti bitirdikdən sonra Münxen və Vyana Etnologiya Muzeyləri, habelə Berlin İslam Sənətı Muzeyində təcrübə keçmişdir. Türkiyəyə döndükdən sonra Anadolunun müxtəlif bölgələrində sosial və kulturoloji dəyişimi əhatə edən sahə çalışması və araştırmalar, arxeoloji təmsilçilikləri, Türkiyə, Avstriya və Almaniya Elmi Film Arxivləri için ənənəvi el sənətlərini sənədli film çalışmaları ilə Yıldız Üniversiteti Şehircilik Bölümü ilə Sosyal Bilimler Enstitüsündə müəllimlik etmişdir.1972-ci ildə Türk və İslam Əsərləri Muzeyində Xalça və Kilim şöbələrinin rəhbəri kimi çalışmağa başlamışdır.
Nazan Öncel
Nazan Öncel (6 fevral 1959, İzmir, Türkiyə) — türkiyəli müğənni, bəstəkar. Türkiyədə "Küçə Kızı" ləqəbi ilə bəhs edilən sənətçi ilk qırx beş, "Sənin köləsi ola bilərdim İstifadə" 1978-ci ildə nəşr olundu. 1982-ci ildə LP formatında çıxan ilk albomunu tuta bilmədikdə, TRT üçün demo hazırlamağı dayandırdı və karyerasına yalnız səhnə işi ilə davam etdi. 9 il sonra 11 Oktyabr 1991-ci ildə çıxardığı "Bir Hadise Var" albomunun satış müvəffəqiyyəti ilə möhkəm, davamlı və möhtəşəm bir başlanğıc etdi.
Barxan
Barxan — səhralarda küləyin təsiri altında sovrulan qum təpəsi. == Haqqında == Barxan təpəsi planda oraq və ya nal şəklində göstərilir. Küləktutan yamacı az meyilli, küləktutmayan yamacı isə dik və qısa olur. Barxan küləyin rejimindən asılı olaraq tirə, təpə formasında olur və öz yerini dəyişir. Böyük Səhrada, Liviya və Nubiya səhralarında hündürlüyü 100 metrdən çox olan barxanlar var. == Ədəbiyyata gətirilməsi == Barxan, adını aldığı Türküstan kimi daxili hissələrdəki açıq çöl rayonlarının səciyyəvi xüsusiyyətini təşkil edir. Bu sözü 1881-ci ildə Rus təbiətşünas Alexander von Middendorun elmi ədəbiyyata gətirdiyi qəbul edilir. == Barxan zənciri == Barxan zənciri barxanların "buynuzlar"ının birləşməsi nəticəsində yaranmış xüsusi müsbət eol relyef formasına deyilir. Barxan zənciri barxanlardan fərqli olaraq, hakim küləklərin istiqamətinə perpendikulyar yerləşərək, uzunluğu adətən 3–5 km, nadir hallarda isə 15–20 km olur. Barxan zənciri tənha barxanlar üçün xarakterik elementlərə: az meylli uzun və qısa dik yamaca, barxan "buynuzları"na və s.
Barzana
Bartsana (it. Barzana) — İtaliyanın Lombardiya bölgəsində Berqamonun inzibati mərkəzinə tabe olan bir kommunadır. Əhalisi 1562 nəfər, əhali sıxlığı 781 nəfər / km²-dir. Sahəsi 2 km² ərazini əhatə edir. Poçt kodu — 24030. Telefon kodu — 035.
Darxan
Darxan — türk, altay və monqol mifologiyasında ər-arvad metal tanrıları. == Darxan xan == Darxan xan - türk, altay və monqol mifologiyasında metal ilahı. Darqan xan və ya Darqah xan olaraq da bilinər. Metal ocaqlarını, metal işliklerini, metal ustalarını qoruyar. Əlində bir çəkic və qarşısında bir örs ilə betimlenir. Eyni zamanda atəş ilahı olaraq da görülər. Çünki metal və dəmir işçiliyi atəşdən ayrıla bilməz və od bu zanaat bir hissəsidir. Qısa boyludur. Özünə hörmətsizlik edildiyində çox hirslənər və hər tərəfi yandırar. Dəmir (geniş mənada metal) yer üzündəki hər cəmiyyətdə gücün və qəhrəmanlığın simvolu olaraq görülmüşdür və hərbi medallar ilə müsabiqələrdə verilən medallar bunun ən gözəl nümunəsidir.
Farsan
Farsan-— İranın Çahar-Mahal və Bəxtiyari ostanının şəhərlərindən və Farsan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 26,219 nəfər və 5,665 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dilində danışırlar və şiə müsəlmandırlar.
Garman
Samuel Qarman (ing. Samuel Garman; 5 iyun 1843, İndiana[d], Pensilvaniya – 30 sentyabr 1927, Plimut[d], Massaçusets) – Amerika zooloqu. == Əsərləri == "On the reptiles and Batrachians of North America". Kentucky Geological Survey. 1883. "On West Indian Iguanidae and on West Indian Scincidae". 19. Bulletin of the Essex Institute. 1887. "The "Gila Monster"".
Girzan
Hunanlar (əvvəlki adı: Girzan) — Azərbaycan Respublikasının Tovuz rayonunun Hunanlar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Tovuz rayonunun Girzan kəndi Əlimərdanlı kənd inzibati-ərazi vahidi tərkibindən ayrılarıq, həmin kənd mərkəz olmaqla Girzan kənd inzibati-ərazi vahidi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Girzan kənd inzibati ərazi dairəsi tərkibindəki Girzan kəndi Hunanlar kəndi adlandırılmış, Girzan kənd inzibati ərazi dairəsi Hunanlar kənd inzibati ərazi dairəsi hesab edilmişdir. == Toponimikası == Tarixi mənbələrdə kəndin adı Krzan variantında da qeydə alınmışdır. Bəzi tədqiqatçılar oykonimi Kür çayının adı ilə əlaqələndirərək "Kür sahili, Kür qırağı" kimi izah edirlər. Lakin tədqiqatçıların araşdırmalarına görə, kəndin əsl adı Kürsandır. Kəndin sakinləri udilər olmuşdur. XIX əsrə aid arxiv sənədlərində Kürsanda cəmi 32 udi ailəsinin yaşadığı göstərilir. Kürs qədim türk dillərində "yad, qohum olmayan" mənasında işlənmişdir. Deməli, oykonim "yadlar, qohum olmayanlar" mənasındadır.
Karvan
Karvan — tarixən quru nəqliyatı həyata keçirdən donanma. Nəqliyyat at, qatır, eşşək və daha çox dəvələrlə edilərdi. Karvanlarda olan dəvələrin daşıdıqları yüklərə görə ağır və ya yüngül karvan adları verilərdi. Ağır karvandakı dəvələr 300–350, yüngül karvanda isə 170 kq yük daşıyardılar. İndiki vaxtda bir çox motorlu quru, dəniz və ya hava vasitəsindən meydana gələn nəqliyyat qruplarına donanma və.s kimi adlar verilir == Tarixi == Ağır karvanlardan ən böyükləri ildə bir dəfə Şam və Misirdən Hicaza gedən həcc karvanlarıydı. Ayrı-ayrı gedən bu karvanlardan Şamdan hərəkət edənlər mal və əşya xaricində 60–70.000, Misirdən gedənlər isə 40–50.000 adamı tapardı. Karvanların gedişləri qış və yaza görə dəyişik olardı.Qışda gündüz gedərlər gecə istirahət edərdilər. Yayda istinin təsirindən günəş doğulduqdan iki saat sonra gedişi kəsər istirahətə çəkilirlər, gecə gedərdilər. Şamdan çıxan karvan normal olaraq altmış bir gündə Məkkəyə çatır, həcc mövsümü keçincə mal alaraq sərnişinlərlə birlikdə qayıdardılar. Gediş və dönüş zamanı karvanlar təmiz, düzənlik yerlərdə, su kənarlarında, karvansaraylar olduğu mövqelərdə dayanardılar.
Karzin
Karzin və ya Fəthabad — İranın Fars ostanının Qir və Karzin şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,953 nəfər və 1,651 ailədən ibarət idi.
Kirzan
Hunanlar (əvvəlki adı: Girzan) — Azərbaycan Respublikasının Tovuz rayonunun Hunanlar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Tovuz rayonunun Girzan kəndi Əlimərdanlı kənd inzibati-ərazi vahidi tərkibindən ayrılarıq, həmin kənd mərkəz olmaqla Girzan kənd inzibati-ərazi vahidi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Girzan kənd inzibati ərazi dairəsi tərkibindəki Girzan kəndi Hunanlar kəndi adlandırılmış, Girzan kənd inzibati ərazi dairəsi Hunanlar kənd inzibati ərazi dairəsi hesab edilmişdir. == Toponimikası == Tarixi mənbələrdə kəndin adı Krzan variantında da qeydə alınmışdır. Bəzi tədqiqatçılar oykonimi Kür çayının adı ilə əlaqələndirərək "Kür sahili, Kür qırağı" kimi izah edirlər. Lakin tədqiqatçıların araşdırmalarına görə, kəndin əsl adı Kürsandır. Kəndin sakinləri udilər olmuşdur. XIX əsrə aid arxiv sənədlərində Kürsanda cəmi 32 udi ailəsinin yaşadığı göstərilir. Kürs qədim türk dillərində "yad, qohum olmayan" mənasında işlənmişdir. Deməli, oykonim "yadlar, qohum olmayanlar" mənasındadır.
Layzan
Layzan – Tarixi Azərbaycan ərazisində olmuş vilayət. Şirvanşahlar dövlətinin tərkibinə daxil olmuşdur. == Tarixi == V.F.Minorskinin fikrincə, Layzan vilayəti Girdimançayın yuxarı axarındakı müasir Lahıc vadisində yerləşirdi. O, erkən orta əsrlərdə Sasanilərin vassal məlikliklərindən biri, – X-XI əsrlərdə isə Şirvanın tərkibində idi. Əl-Məsudinin və "Tarix-i əl-Bab"ın verdiyi məlumata görə Layzan vilayəti X əsrin əvvəlində Layzanşahın əcdadından irs qalmış mülkü idi. O, h.305 (917)-ci ildə Şirvanı tutdu, öz qohumlarını öldürərək, Şirvanşah titulunu da qəbul etdi. Layzan məlikliyinin inzibati mərkəzi Lahıc idi. Beləliklə, V.F.Minorskiyə görə, Layzan vilayəti müasir İsmayıllı rayonundakı Lahıc şəhəri və ətraf kəndlərin və Layzan məlikliyi dairəsinə daxil olan bölgələrin (Məlhəm, Qonaqkənd, Zarat və s.) ərazisinə müvafiqdir. Lahıcın əhalisi İrandan, Gilanın Lahican vilayətindən gəlmə olub, ehtimal ki, VI əsrdə Sasani hökmdarı I Xosrov Ənuşirəvan tərəfindən Sasanilər dövlətinin şimal sərhəd əyalətlərinə köçürülmüşlər. Lahıc adlı yaşayış məntəqələri hal-hazırda Zaqatala, Göygöl rayonlarında Abşeronda (Ləhəş kəndi – təhrif olunmuş Lahıc) da vardır.
Marnan
Marnan (fr. Izeaux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Ruabon kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38221. Kommunanın 1999-cu il üçün əhalisi 117 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 441 ilə 630 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 65 km cənub-şərqdə, Qrenobldan 45 km qərbdə yerləşir.
Marsan
Marsan — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kənd XIX əsrin əvvəllərində Cınıx kənd icmasına daxil olan üç kiçik məntəqədən (Lələpaşa, Çüdüllü və Marsan) biridir. Ehtimal etmək olar ki, Marsan türk dillərindəki mar (təpə) və sın ("yer", "ölkə", "sıra dağlar" mənalarında) sözlərindən ibarət olub, "təpəlik", "təpəli yer" mənasındadır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qapıçayın sahilində, Alazan-Əyriçay çökəkliyində yerləşir. == Əhalisi == 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən Azərbaycan Türklərindən ibarət hər iki cinsdən toplam 254 nəfər əhali yaşayırdı.2009-cu il əhalinin siyahıyaalınmasına əsasən Turaclı kənd ərazi dairəsinə daxil olan yaşayış məntəqələrində 2122 nəfər (1.047 nəfəri kişilər, 1075 nəfəri qadınlar) əhali yaşayırdı.1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən Marsan kəndində 244 təsərrüfatda hər iki cinsdən toplam 770 nəfər əhali yaşamaqdadır.Hazırda kənddə tamamilə Azərbaycan Türkləri yaşayır. == Din == Kənddə "Cümə" məscidi dini icması fəaliyyət göstərir.
Maryan
Maryan — ad. Maryan Vidmar — Yuqoslaviyalı biatlonçu. Maryan Şved — İspaniya təmsilçilərindən biriDigərMaryan (Talış) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd.
Nabran
Nabran — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində qəsəbə. Nabran Azərbaycanın Xaçmaz rayonunda, Rusiya-Azərbaycan sərhədinin yaxınlığında yerləşən, məşhur kurort və istirahət mərkəzidir. Əhalisi 1,313 nəfərdir. İstirahət mərkəzi Nabran, Dalğalı, Turist, Meşəli, Günəşli, Samurçay və Şimal kəndlərindən ibarətdir. Nabran, Xaçmaz Rayonunun ən böyük istirahət mərkəzidir. Azərbaycanın paytaxtı Bakıdan 3 saatlıq məsafədə yerləşən Nabran Xəzər dənizi sahilində subtropik meşələrlə əhatələnir. Nabran bir neçə kilometr ərazini əhatə edən yaşayış qəsəbəsidir. Evlər, oteller, əyləncə obyektləri və restoranlar istirahət mərkəzinin sol tərəfində, 30 kilometrlik sahil boyunca uzanan çimərlik isə yolun sağ tərəfindədir. == Coğrafiyası və iqlimi == Nabran qəsəbəsi Xəzər dənizi sahilində, Xudat şəhərinin yaxınlığında yerləşir. == Ekoloji vəziyyət == Nabran qəsəbəsindəki meşə massivlərində qırılan ağacların yerində 100-ə yaxın qanunsuz tikililər inşa olunub.
Nanyan
Nanyan (çin. 南阳市) – Çində şəhər.
Nançan
Nançan (çin. 南昌市) – Çin Xalq Respublikasının Jianqxi idarə bölgəsinin şəhəri, həm Jiangxi bölgəsinin , həm də eyniadlı bələdiyənin mərkəzi. Nançan şəhəri Yanszı çayının sağ qolu Qan çayının sahilində, çayın Poyan gölünə daxil olduğu yerin şimalında yerləşmişdir. == Tarixi == Nançan şəhəri b.e.ə. 201-ci ildə bugünkü adı ilə təməli qoyuldu və ətrafı qala divarları ilə çevrildi. Sonra Yuzhanq vilayətinin idatə mərkəzi oldu. Yuzhanq vilayəti 589-ci ildə Honqzhou vilayəti adlandırıldı. 763-cü ildən sonra da Jiangxi vilayətinin idarə mərkəzinə çevrildi və sürətlə inkişaf etməyə başladı. XII əsrdə Çinin ən böyük əhaliyə malik vilayət mərkəzlərindən biri idi. 959-cu ildə İmparator Tangın dövründə üst şəhər (fu) statusu alaraq cənubi Çinin paytaxtı elan olundu.
Narbon
Narbon (fr. Narbonne, oks. Narbona) — Fransanın Od (fr. Aude) departamentində qədim şəhər, Lion körfəzindən 12 km Aralıq dənizini Atlantik Okeanı ilə birləşdirən Cənubi Kanalın bir hissəsində yerləşir. Şəhər əhalisi 46510 nəfərdir (1999) == Tarix == Narbon (Colonia Narbo Martius) - Kolumbiya şəhərində ilk Roma koloniyası olan Naronia dan böyüyüb. O, dövrdə şəhər Aralıq dənizinin sahillərində dayanmış və mühüm dəniz limanı kimi xidmət etmişdir. İmperatorluq dövründə də bu, hərbi mərkəzi və Cənubi paytaxtı idi və ya Narbon Qallo şəhəri kimi hesablanırdı. Narbon döyüşündən sonra (436) Vestqot burada hökmranlıq ediblər. 719-759-cu ildə Narbon və ətraf ərazisi (lat. Septimania) məxsus idi.
Nargin
Böyük Zirə adası — Xəzər dənizində Azərbaycanın Abşeron yarımadasının cənub hissəsində yerləşən ada. Böyük Zirə Bakı arxipelaqına daxildir və Bakı körfəzində yerləşir. Bakının sahil xəttindən 10,5 km məsafədə yerləşən Böyük Zirə adasının 1,4 km² sahəsi var. Uzunluğu 3,1 km ,eni 900 m təşkil edir. Relyefi qayalıq çöküntülərdən ibarət olan adanın qərb hissəsi bir qədər təpəlik, şərq hissəsi bir qədər hündür, şimal sahəsi sıldırımlı, cənub hissəsi isə bütünlüklə meyllidir. Adanın keçmiş adı Nargin olmuşdur. == Tarixi == === Etimologiya === Böyük Zirə adasının adı azərbaycan dilində "böyük" və ərəb mənşəli "cəzirə" (azərb. ada‎) sözündən yaranıb. XVII əsrdə ruslar, xüsusi olaraq da kazaklar Bakı arxipelaqına aid olan adalarının əksər adlarını dəyişmişdilər. Adaya 1719-cu ildə Rusiya İmperatoru I Pyotr dövründə Nargin adı verilib.
Narval
Narval (lat. Monodon monoceros) — ağızdan bayıra çıxan böyük dişə sahib orta ölçülü dişli balina. Qrenlandiya, Kanada və Rusiya ətrafındakı arktik sularında yaşayır. Narval ağ balina kimi təkbuynuzlular fəsiləsinin nəsli kəsilməmiş iki növündən biridir. Narvalların erkəkləri uzun düz spiralvari dişlə fərqlənir, hansı ki, əslində uzanmış yuxarı sol köpək dişidir. Narval 1758-ci ildə Karl Linney tərəfindən Systema Naturae çapında təsvir edilmiş bir çox növdən biridir. Ağ balina kimi narvallar da orta ölçüdədirlər. Dişilər və erkəklər üçün, erkəklərin uzun dişi istisna olmaqla, ümumi boy ölçüsü 3.95 metrdən 5.5 metrə qədər dəyişir; erkəklər dişilərdən bir az daha böyükdürlər. Yetkin narvalın orta çəkisi 800-1600 kiloqramdır. Təqribən 11-13 yaşlarında erkəklər cinsi yetkinliyə çatırlar; dişilərdə isə bu 5-8 yaşlarında baş verir.
Qaryan
Qaryan Liviyanın şimal-qərbində, Tripolidən 80 km cənubda yerləşən əl Cəbəl əl Qərbi rayonundakı bir şəhərdir. 2007-ci ildən əvvəl Qaryan rayonunun inzibati yeri idi. Qaryan, Qərb dağlarının ən böyük şəhərlərindən biridir. 2005-ci ilin statistikasında Qaryan əhalisinin sayı 170.000 olaraq qiymətləndirilmişdir. == Tarixi == Qaryan cənubdan Fəzzan həm də Nafusa dağlarının üzərindən ticarət yollarında idi. 1884-cü ilə qədər Osmanlılar Qaryanda bir bələdiyyə başçısı və şəhər məclisi qurmuşdular.20-ci əsrin əvvəllərində İtaliyanın işğalına qarşı Liviya müqavimətinin mərkəzi hesab olunurdu. == Nəqliyyat == 1920-ci illərdə italyanlar Tripoli ilə Qaryan yaxınlığında bir kənd arasında 90 kilometr uzunluğunda (56 mil) uzun bir dəmir yolu inşa etdilər.
Çarhan
Çarhan (əvvəlki adı: Çarxan) — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 iyun 2003-cü il tarixli, 493-IIQ saylı Qərarı ilə Şamaxı rayonunun Çarxan kənd inzibati ərazi dairəsi tərkibindəki Çarxan kəndi Çarhan kəndi, Çarxan kənd inzibati ərazi dairəsi Çarhan kənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Tarixi == Çarhan Hun Çarın yaşadığı yer və igamətgahı olub. (Gədəbəy, Neftcala) sinonimidir. == Əhalisi == Kənd əhalisi 2823 nəfərdir ki, onunda 1374 nəfəri kişi, 1449 nəfəri isə qadınlar təşkil edir. Əhalisini azərbaycan türkləri təşkil edir. == Coğrafiyası və iqlimi == == Din == Kənddə Çarhan kənd məscidi dini icması fəaliyyət göstərir.
Qarqan
Qarqan-i Ülya (Mahnişan) — İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. Qarqan-i Süfla (Mahnişan) — İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd.