NARYAD

[ rus. ]
1. Hər hansı bir işi görmək, yaxud bir şeyi buraxmaq və ya vermək üçün sənəd, əmr, sərəncam.
Direktorun əmri ilə naryad yazıb, Saleh kişiyə taxta verdilər. Mir Cəlal.
[Şahpəri:] Sənə iş tapşırıblar, əməkgünlərini yaz, naryadları doldur. B.Bayramov.

2. Xüsusi tapşırıq üzrə hərbi xidmətçinin gördüyü iş, yerinə yetirdiyi tapşırıq. Naryadda olmaq. Növbədənkənar naryad vermək.
// Belə tapşırığı yerinə yetirən hərbi xidmətçi dəstəsi. Sərhəd naryadı.
NARŞƏRAB
NARZAN

Digər lüğətlərdə