Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Havarlı
Havarlı — Azərbaycan Respublikasının Yevlax rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. == Tarixi == Şirvan düzündədir. Kəndin ərazisində havar adlanan qamış növünün bitməsi ilə əlaqədar olaraq yaşayış məntəqəsi belə adlandırılmışdır..
Naharlı
Naharlı — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Saatlı rayonunun Hacıqasımlı kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Naharlı kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Coğrafiyası və iqlimi == Naharlı kəndi Məzrəli və Hacıqasımlı kəndləri arasında, Saatlıdan 8 km qərbdə, Araz və Kür çaylarının arasında, Mil düzündə yerləşir. == Əhalisi == Əhalisinin sayı 607 nəfərdir.
Havarlı bələdiyyəsi
Yevlax bələdiyyələri — Yevlax şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Anbarlı
Anbarlı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd.
Avsarlı
Əfsərli — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 17 km məsafədə yerləşir. 1960-cı ildə ləğv edilmişdir. Toponim əfşar qədim türk tayfasının adına mənsubluq bildirən -li şəkilçisinin artırılması əsasında əmələ gəlib "əfşar tayfasına mənsub olan yer, ərazi, kənd" mənasını ifadə edir. ş~s və a~ə səs dəyişməsi Azərbaycan dili üçün qanunauyğun haldır. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Oxçu çayının sahilində, dağlıq ərazidə yerləşmişdir. Kəndin digər adı "Əvsərli"dir. Kənddə 1897-ci ildə 92 nəfər, 1926-cı ildə 76 nəfər 1959-cu ildə 101 nəfər azərbaycanlı yaşamışdır.
Baharlı
Baharlı — Azərbaycanda daha çox işlədilən təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar Məhəmməd Baharlı — nasir, publisist. Bayramxan bəy Baharlı — ictimai xadim, Əbdürrəhim xan Baharlı — Böyük Moğolların dövlətinin görkəmli dövlət xadimi və sərkərdəsi. Bayram xan Baharlı — XVI yüzillikdə Hindistanın tarixində böyük rol oynamış şəxsiyyətlərdən biri Mirzə Vəli bəy Baharlı — Qarabağ xanlığının vəziri, şair Kəndlər Baharlı (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd. Gül Baharlı — Azərbaycanın Ağdam rayonunda kənd. Birinci Baharlı — Azərbaycanın Ağdam rayonunda qəsəbə. İkinci Baharlı — Azərbaycanın Ağdam rayonunda qəsəbə. Baharlı (Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda kənd. Baharlı (Qafan) — Ermənistan Respublikasının cənubunda keçmiş Qafan rayonunda kənd. Baharlı (Qafan, 2) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd.
Canavarlı
Seyid Yusifli (əvvəlki adı: Canavarlı) — Azərbaycan Respublikasının Bərdə rayonunun Mehdixanlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Bərdə Azərbaycanın cənub-qərb bölgəsində, paytaxt Bakıdan 340 km. məsafədə yerləşir. Seyid Yusif bu kənddə yaşayıb və xeyirxah bir insan olub. Ona görə də kənd sakinləri kəndə Seyid Yusifin adının verilməsini istəyiblər. Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikasının Bərdə rayonunun Mehdixanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Canavarlı kəndi Seyid Yusifli kəndi adlandırılmışdır. Kəndin adı 25 aprel 2008-ci ilə qədər Canavarlı adlanıb. Qarabağ düzündədir. Kəndin ərazisi keçmişdə meşəlik olmuşdur. Güman edildiyinə görə, ərazidə çoxlu canavar olduğundan kənd bu adı almışdır.
Cuvarlı
Cuvarlı — Azərbaycan Respublikasının Füzuli rayonunun Cuvarlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 17 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Dağətəyi ərazidədir. Etnotoponimdir. Azərbaycanlıların cuvarlı tayfasının adındandır. Keçmişdə Azərb.-da su bölgüsünə nəzarət edən şəxslər də cuvar (suçu) adlanırdı. Azərbaycanda Cuvarlı toponimindən və etnonimindən yaranmış Cuvarlı və Cuvarlinski familiyaları ilə bir çox tanınmış görkəmli şəxsiyyətlər olmuşdur. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.
Daharlı
Daharlı — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi (Düzkənd) Axuryan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km məsafədə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim qoraqoyunlu türk tayfasının bir qolu olan duharlı etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 7. XII.1945-ci il fərmanı ilə adı dəyişdirilib Getk qoyulmuşdur. Mənbədə Dağarlı.
Gavanlı
Gavanlı (Əsədabad)
Kafarlı
Kafarlı — Azərbaycan Respublikasının Bərdə rayonunun Mirzəxan Qaraqoyunlu kənd inzibati ərazi dairəsində kənd.
Navalnı
Aleksey Anatolyeviç Navalnı (rus. Алексей Анатольевич Навальный; 4 iyun 1976, Butın[d], Moskva vilayəti – 16 fevral 2024[…], Xarp həbsxanası[d], Yamalo-Nenets Muxtar Dairəsi) — Rusiyada fəaliyyət göstərən Korrupsiya ilə Mübarizə Fondunun (KMF) qurucusu, müxalifət lideri, ictimai xadim, siyasi məhbus idi. == Həyatı == 1976-cı il iyunun 4-də Moskva vilayətində doğulub. Rusiya Xalqlar Dostluğu Universitetinin hüquq fakültəsini bitirib, Rusiya Hökuməti yanında Maliyyə Akademiyasında, ABŞ-nin Yel Universitetində də təhsil alıb. 2000-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur. Rusiya Birləşmiş Demokrat Partiyasının ("Yabloko") müxtəlif strukturlarına rəhbərlik edib, korrupsiyaya qarşı mübarizə aparan Moskvalıları Müdafiə Komitəsinin rəhbərlərindən olub, "DA!" gənclər hərəkatının, "Xalq" hərəkatının yaradıcılarından biri və Gələcək Rusiya Partiyasının (yaxud Tərəqqi Partiyası) lideri olmuşdur. Dövlət başçısı Vladimir Putinin ən sərt əleyhdarı kimi ad çıxaran Aleksey Navalnı 2013-cü ildə 5 il, 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzasına məhkum edilib. Dəfələrlə inzibati həbs cəzası alıb. === Zəhərlənməsi === 20 avqust 2020-ci il tarixində Navalnı Rusiyanın Tomsk şəhərindən paytaxt Moskvaya qayıdarkən qəfildən halı pisləşib. Təcili Omsk xəstəxanasına yerləşdirilən müxalifətçi komaya düşüb.
Navarra
Navarra (muxtar icma)
Nazırlı
Nazırlı — Azərbaycan Respublikasının Bərdə rayonunun Nazırlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == XIX əsrin əvvəllərində Nəzirli kəndinin adı "Qılınclı" adlanırmış. Qılınclı kəndi vaxtilə çox böyük kənd olub. O vaxtlar Kür çayının daşması nəticəsində kəndin əhalisi dörd yerdə və hər birinin arasında 5–6 km məsafə olan ərazilərdə məskən salmışlar. Hətta bu dörd kəndin dördünü də yaşlı adamlar "Qılınclı" (yaşlıların dili ilə desək "Qılışdı") adlandırırlar. Hal-hazırda bu kəndlərin indiki adları: Mollalı, Məşədiibişli, Məmmədli və Nəzirli adlanırlar. Nəzirli kəndini bir çoxları, "Mator Qılınclısı" kimi də tanıyırlar. Çünki, Nəzirli kəndi Kür çayının tam sahilində yerləşdiyi üçün, həyətyanı və əkin sahələrinin suvarılması üçün kəndin Kürə yaxın bir hissəsində çox böyük həcmdə və böyük gücə malik olan su motorları üçün böyük bir bina tikilib və içində 10 - a yaxın tank motorları yerləşdirilmişdır(1975-ci ildən bəri bu motorları yeni qurulmuş su üzərində Bərdə SSİ Nazırlı üzən nasos stansiyası əvəz edir). O vaxtdan Qılınclı kəndlərinin sakinləri öz aralarında biri-birinə izah etmək üçün, bu kəndin adını "Mator Qılınclısı" kimi adlandırmışlar. Nəzirli kəndinə yaranma tarixindən (1930-cu ildən) bəri, yalnız müstəqillik dövründə-2015-ci ildə təbii qaz xətti çəkilib, sakinlərin istifadəsinə verilmişdir.
Qafarlı
Qafarlı — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd.
Qavaqlı
Qavaqlı (Qoşaçay)
Tatarlı
Kəndlər Tatarlı (Goranboy) — Goranboy rayonunda kənd. Tatarlı (Şəmkir) — Şəmkir rayonunda kənd.
Çaparlı
Çaparlı (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunda kənd. Çaparlı (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd.
Navarlar
Navar xalqı — İordaniya, Suriya, Livan və Fələstində istifadə edilən bir neçə köçəri icma üçün ərəb terminidir. Alçaldıcı hesab edilən bu termin ərəblər tərəfindən bir neçə müxtəlif etnik qruplar üçün istifadə olunur. Onlar tarixən "qaraçılar" adlandırılıblar, əslində isə onlar özlüyündə qaraçı deyillər. Dom xalqı xüsusilə Navar kimi tanınır. Həm onlar, həm də qaraçılar Hindistandan gəlsələr də, iki kəskin fərqli etnik və mədəniyyətdən gəlmişdilər. Bu sayca kiçik, geniş yayılmış insanlar Cənubi Asiyadan, xüsusən də Hindistandan bölgəyə köçüblər. Digər ölkələrdə olduğu kimi, onlar özlərini şərəfsiz, lakin ağıllı hesab edən əhalinin qalan hissəsindən uzaq durmağa meyillidirlər. Nəvarlar ənənəvi olaraq toy və şənliklərdə musiqili əyləncələr təqdim edirdilər. Navarlı qadınların bu cür fəaliyyətlərdə iştirakı gəlirli olsa da, eyni zamanda qrupun aşağı statusunu gücləndirir. Navar həm də festivallarda falçı, sehrbaz və heyvan təlimçisi kimi fəaliyyət göstərir.
Acarlı
Acarlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Novruzlu kənd inzibati ərazi dairəsində qəsəbə. Dağətəyi ərazidədir. Toponimiyada atsa/aca coğrafi termin kimi "iti uclu qaya; yüksəklik; dağətəyi yer" mənalarını ifadə edir. Acarlı kəndində gedən döyüşlərdə bir çox şəhid verilmişdir. Bunlardan biridə Sadiq Hümbətovdur. O, 1990-cı ildə hərbiyə çağırılmış və müxtəlif kəndlərində ermənilərə qarşı uğurla vuruşmuşdu. 4 illik döyüşdən sonra Acarlı üzərində gedən döyüşlərdə qəhrəmancasına döyüşmüş və mart ayının 15-də, yaralanmış Azərbaycan əsgərini qurtarmaq istəyərkən mənfur düşmənin snayper gülləsinə tuş gəlmiş və qəhrəmancasına həlak olmuşdur. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Gavalı
Gavalı (lat. Prunus) — gülçiçəyikimilər fəsiləsinin prunoideae yarımfəsiləsinə aid bitki cinsi. Dəfnəgilənar (lat. Laurocerasus Duham.) Dərman dəfnəgilənarı və ya Aptek dəfnəgilənarı (lat. Laurocerasus officinalis M. Roem.) Şaftalı lat. Persica Adi şaftalı (P. vulgaris) Qansun şaftalısı (P. kansuensis) Davud şaftalısı (P. dawidiana) Potanin şaftalısı (P. potanini) Qəribə şaftalısı (P. mira). === Quru qara gavalı === Quru qara gavalının bağırsaqları işlədici təsiri məlumdur. Tərkibində olan zəngin kalium və maqneziuma görə, ateroskleroz, hipertoniya, böyrək, qaraciyər, və revmatizm xəstəliyi olanlara məsləhətdir. Güclü antioksidant xüsusiyyətlərə malikdir. Sümükləri möhkəmləndirir.
Havalı
Havalı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Zərnəli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Havalı kəndi Araz çayının sahilində, düzənlikdədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrdə Cənubi Azərbaycandan gəlmiş Hava (Həvva adının yerli tələffüz forması) adlı bir qadının övladları bina etdiyi üçün belə adlandırılmışdır. Oykonimi Azərbaycan toponimiyasında "yaxşı iqlimli" mənasında işlənən yelli topokomponentinin sinonimi kimi də qəbul etmək olar. 1993-cü ilin oktyabr ayında Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Navahı
Navahi və ya Navahı: Navahi (Ağsu) — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Nəvai (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Pavarı
Pavarı (az.-əski. پاوارێ‎, fars. پاوه‌رود‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 558 nəfər yaşayır (172 ailə).
Narlı
Narlı (fars. نرلو‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 69 nəfər yaşayır (15 ailə).
Navahi
Navahi və ya Navahı: Navahi (Ağsu) — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Nəvai (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
La-Kavalri
La-Kavalri (fr. La Cavalerie, oks. La Cavalariá) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Nan kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12063. Kommuna təxminən Parisdən 550 km cənubda, Tuluza şəhərindən 145 km şimal-şərqdə, Rodezdən isə 60 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1021 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 629 nəfər (15-64 yaş) arasında 459 nəfər iqtisadi fəal, 170 hərəkətsiz (fəaliyyət göstərici 73.0%, 1999-cu ildə bu göstərici 69.2%) idi.