Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nanay
Nanay — mərasim nəğməsi. Bu nəğmə adətən avazla oxunur və yallı ilə müşayiət edilir. Hər bir nanay vəsfi-hallardan və "nanay arası"ndan ibarətdir. "Nanay arası" həm də nanayın motivi sayılır. == Nanaylar Ağbaba mahalında == Ağbaba mahalında əhalinin özünəməxsus folkloru, adətləri vardı. Məsələn Güllübulaq kəndinin folkloru nanay adlanan mərasim nəğməsi ilə fərqlənir. Nanayların özünəməxsus xüsusiyyəti onda idi ki, bu nümunələrin xüsusi oxunma tərzi vardır. Ağbabada Nanaylar tırınqılara baxanda daha əvvəl yaranıb, formalaşıb. Nanaylar daha çox su, dədə-babaların inancları ilə bağlıdır. Dədə-babalar suya artım, bərəkət, ana kimi yanaşıblar.
Vaynay Sadayuki
Vaynay Sadayuki (和井内貞行, 29 mart 1858 – 16 may 1922) – Yaponiya balıq seleksiyaçısı. Heç bir balığın yaşaya bilməyəcəyi düşünülən Tovada gölü üçün alabalıq cinsi yetişdirməsinə görə tanınır. 1858-ci ildə Yaponiyanın Mutsu əyalətində (hazırda Akita prefekturası) anadan olub. 1884-cü ildə Tovada gölü üçün iki karp cinsi yetişdirsə də, uğur qazana bilməyib. 1902-ci ildə Hokkaydonun Şikotsu gölündən gətirilmiş nerkaları gölə uyğunlaşdırmağa çalışıb. 1905-ci ildə nəhayət göl üçün balıq cinsi yetişdirməyi bacarıb. Daha sonra Yaponiyada bir çox balıq yaşamayan gölə də bu cinsi təqdim edib. Yetişdirdiyi balıq cinsi onun şərəfinə Vaynay alabalığı kimi tanınır. 1922-ci ildə ölmüşdür. == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan.
Nanay dili
Nanay dili (keçmiş adı qold dili) — Nanayların dili. Tunqus-mancur dillərinə daxildir. Bu dildə Rusiyada 1.347 nəfər adam danışır. 3 dialektə bölünür: Amur, Kurirmi və Sunqari. Sunqari dialekti əsasən Çində danışılır. Ədəbi dil Amur dialektinin nayxi şivəsinə əsaslanır. Yazıda 1931-ci ildən 1963-cü ilədək latın əlifbasından istifadə olunmuş, 1963-cü ildən sonra isə kiril əlifbasından istifadə olunmaqdadır. == Mənbə == ASE, VII cild, Bakı, 1983-cü il, səhifə 155.
Bayanay
Haynan
Haynan (çin. 海南; dənizin cənubu) — Çinin cənubunda yerləşən Cənubi Çin dənizində yerləşən ada. Adada eyni adlı vilayət yerləşir. Adanın və vilayətin mərkəzi Hanoy şəhəridir. Son iyirmi il ərzində adı əlayət şəhərindən 1,5 milyon əhalisi olan meqapolisə çevrilmişdir. Digər iri şəhərləri isə Sanya, Dunfan, Dançjoy və Syonhay şəhərləridir. Vilayətin əhalisi 8 671 518 nəfər təşkil edir. 2010-cu il məlumatına görə vilayət əhali sayı baxımından Çinin 29 əyalətidir. == Coğrafiyası == Tropik ada olaraq Çinin cənubunda yerləşir. Havay adaları ilə eyni enlikdə yerləşir.
Karnay
Karnay — İran , Tacikistan və Özbəkistan ərazisində yayılmış mis-nəfəsli xalq musiqi alətidir. == Alətin quruluşu == Çox uzun , hətta bəzən 2 metrdən uzun gövdəyə malik , əyilməmiş boruşəkilli formada olur.Registry və tembrinə görə trombona yaxındır. Karnay üçün ,adətən , döyüş və təntənə münasibətilə carçəkmə siqnallarının çalınması xasdır. Alətin çox güclü və uzağa yayılan səsi vardır.Müasir dövrdə Karnay tacik və özbək xalq şənliklərində və toy mərasimi zamanı geniş istifadə olunur.
Laylay
Layla — körpə uşağı yatırmaq üçün beşik başında oxunan nəğməyə deyilir. Laylalar bayatı şəklində olur. Lakin çox vaxt ona nəqərat hissəsi də əlavə edilir və "laylay", "balam" ifadələri təkrarlanır. Məsələn: Layla beşiyim, layla, evim eşiyim layla. Sən get şirin yuxuya, Çəkim keşiyin layla. == Qarabağdan toplanmış laylalar == Laylay uşağı yuxuya getməsi üçün müəyyən bir avaz üstündə oxunan bayatılardır. Bu bayatılarda uşağın gələcəyi ilə bağlı arzular – ailə qurması, xəstəliklərdən uzaq olması, bolluq-bərəkət içində yaşaması ifadə olunur, bəzən körpənin valideynləri öyülür, bəzən də laylanı deyən şəxsin öz həyatında baş verən uğursuzluqlar, çətinlikləri ilə bağlı məqamlar dilə gətirilir. Qarabağdan tolanmış bayatılarda da bu kimi hallarla çox üzləşirik: Nərgizi üzüm, layla, Yaxana düzüm, layla. Sən böyü, mən qocalım, Toyunda süzüm, layla (AFA.Qarabağ folkloru, V cild., 2000: səh. 371) Laylay qolum, qanadım, Laylay gələcək adım.
Nanyan
Nanyan (çin. 南阳市) – Çində şəhər.
Qaynaq
Qaynaq (Tərtər) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Qaynaq (texnika) — hissələrin bir-biri arasında atomar əlaqə yaratmaq üçün istilik və ya təzyiqdən istifadə etməklə birləşdiirlməsi üçün texnoloji üsul.
Taynaq
Taynaq — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. == Adının mənası == Ağcabədi rayonunun Sancalı i.ə.v.-də kənd. Qarabağ düzündədir. Oykonim tay (bir çox: xalqların toponimiyasında "yüksəklik", "suayrıcı", "iki çay və ya göl arasındakı quru sahə", "meşəlik" və s. mənalarda işlənir) və -naq (-laq şək.-sinin yerli tələffüz forması) komponentlərindən düzəlib, kəndin Qarqar və Kür çayları arasında və ya Qarqar çayı ilə Ağgöl bataqlığı arasında yerləşməsi ilə bağlı yaranmışdır. Rayonun ərazisində Kür və Qarqar çaylarının yatağı boyunca uzanan kiçik tuğay meşələri də bu adın yaranmasına səbəb ola bilər.
Vayfay
Wi-Fi (ing. Wireless Fidelity — "simsiz dəqiqlik") və ya Vayfay — Wi-Fi Allianceın ticarət markası. IEEE 802.11 standartları əsasında simsiz şəbəkə yaratmaq üçündür. Texnologiya eyni vaxtda onlarla istifadəçinin bir şəbəkədə işləməsi üçün şərait yaradır. Bu zaman sonuncu abonent üçün məlumat ötürülməsi sürəti 108 Mbit/san təşkil edir. "IEEE 802.11" standartını dəstəkləyən xüsusi modulla təmin edilmiş notbuk, netbuk, cib kompüteri, smartfonlar, veb-kamera sahibləri "Wi-Fi" birləşmədən istifadə edə bilərlər. Kompyuterlərin şəbəkəyə birləşdirilməsi və yaxud İnternetə qoşulması üçün müasir simsiz texnologiyadır. Məhz bu texnologiya vasitəsilə İnternet mobil olaraq istifadəçiyə istər bir otaq hüdudlarında, istərsə də bütün dünyada sərbəst hərəkət imkanı təqdim edir. Texnologiya eyni vaxtda onlarla istifadəçinin bir şəbəkədə işləməsi üçün şərait yaradır. Bu zaman sonuncu abonent üçün məlumat ötürülməsi sürəti 108 Mbit/san təşkil edir.
Vaynax
Vaynax (ansambl)
Nanak
Quru Nanak (pəncab adı ਗੁਰੂ ਨਾਨਕ ਦੇਵ, Gurū Nānak Dēv?; 15 aprel 1469 — 22 sentyabr 1539) — Siqhlərin ilk qurusu və siqhizm dininin yaradıcısıdir.
Naqay
Naqay adası (ing. Nagai) — ABŞ-nin Alyaska ştatı ərazisində yerləşən ada. Alyaska yarımadasıının cənub-qərb ucunda yerləşən Şumaqin adalarına daxildir. == Coğrafiya == Alyaska yarımadasının cənubunda, Alyaska körfəzində yerləşir. Adanın uzunluğu 50 km-dir. Sahəsi 310 km²-dir. == Tarix == Məhz burada 1741-ci il avqustun 31-də "Müqəddəs Pyotr" (İkinci Kamçatka Ekspedisiyası) komandasının dənizçisi Nikita Şumaqin sinqa xəstəliyindən ölür və adalara onun adı verilir. İlk dəfə 1836-cı ildə rus admiralı Fyodor Litke tərəfindən xəritəyə salınmışdır. == Mənbə == Donald J. Orth. Dictionary of Alaska Place Names.
Panay
Panay (taqal Panay) — Filippinin orta ölçülü adasıdır. Neqros adasından Himaras boğazı ilə ayrılır. Şimaldan Visayan dənizi və Sibuyan dənizi, cənubdan isə Sulu dənizi onun sahillərini yuyur. Sahəsi — 12 011,1 km², Əhalisi — 4 031 636 nəfər təmkil edir. == Coğrafiyası == Ada dağlıqdır və ən hündür nöqtəsi Nanqtud vulkanıdır (2049 m). Qərbi əsasən dağ silsilələri, şərqi isə təpəlik, mərkəzi isə sabit hüdürlüyə malikdir. Ən iri çayı Panaydır. İqlimi subekvatorial, mussondur. Qərb hissədə illik yağıntının miqdarı 3000 mm təşkil etdiyi halda şərq çox quraqdır. Talalar şəklində savannalara rast gəlinir.
Payna
Mayna
Mayna (lat. Acridotheres) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinə aid heyvan cinsi. Azərbaycanda nominativ yarımnövü olan eyni adlı politipik növlə təmsil olunmuşdur. Adi sığırçından bir qədər kiçikdir. Rəngi əlvandır: başı, boynu, qanadları, və quyruğu qara, qarnı, qanadlarının üstündə və quyruğunun ucundakı zolaqlar ağdır, qalan lələkləri qonurumtul-çəhrayıdır. Dimdiyi ayaqları və gözünün altındakı xal sarıdır. Növün Arealı Asiya olsa da bir çox dünya ölkələrinə aparılmışdır. Yaşayış məntəqələrində oturaq yaşayan tamamilə sinantrop quşdur. Sürü halında gəzir və yuvalayır. Bakıda ilk dəfə yuvalanması 1983-cü ildə qeydə alınmışdır.
Haynan boğazı
Haynan boğazı və ya Cyoncou boğazı - Leyçjoubandao yarımadasını Haynan adasından ayırır. Boğaz Bakbo körfəzini Cənubi Çin dənizi ilə birləşdirir. Ən dar yerdə eni 18,5 km, uzunluğu 300 km təşkil edir. Dərinliyi 36–108 m arası dəyişir. Boğazın cənubunda Haynan adasında liman şəhəri olan Xaykou yerləşir. 2003-cü ildə boğazda parom xəbərdarlıq yollamışlar. Çin hökuməti tərəfindən materikdən boğazın 6 ilə Haynan adasına tunel çəkilişi planlaşdırılır.
Leonid Qayday
Leonid İoviç Qayday (rus. Леонид Иович Гайдай; 30 yanvar 1923, Svobodnıy (şəhər) – 19 noyabr 1993, Moskva) — sovet kinorejissoru, ssenaristi və aktyoru, SSRİ xalq artisti (1989), İkinci Dünya müharibəsinin iştirakçısı. == Həyatı == Leonid Qayday 1923-cü ildə Amur vilayətində anadan olmuşdur. Onun atası İov İsidoroviç Qayday (1886–1965) dəmiryolunda çalışmışdır. Leonidgil ailədə üç uşaq idilər; ondan başqa qardaşı Aleksandr və bacısı Avqust da var idi. Leonid Qayday ilk təhsilini İrkutskda yerləşən dəmiryol məktəbində almışdır. Daha sonra o, İkinci Dünya müharibəsində iştirak edir. Müharibədə yaralanan Leonid orduya yararsız hesab olunur. 1947-ci ildə o, İrkutsk vilayətinin dram teatrının teatr studiyasında təhsil alır, işıqçı və aktyor kimi çalışmağa başlayır. 1949–1955-ci illdərdə rejissorluq fakültəsində təhsilini davam etdirmişdir.
Qaynaq (Tərtər)
Qaynaq — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. == İqtisadiyyatı == Qarabağ müharibəsi nəticəsində kəndin təsərrüfatına ciddi ziyan dəymişdir. 2011-ci ilin sentyabr ayında kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb.
Qaynaq (dəqiqləşdirmə)
Qaynaq (Tərtər) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Qaynaq (texnika) — hissələrin bir-biri arasında atomar əlaqə yaratmaq üçün istilik və ya təzyiqdən istifadə etməklə birləşdiirlməsi üçün texnoloji üsul.
Qaynaq (texnika)
Qaynaq — hissələrin bir-biri arasında atomar əlaqə yaratmaq üçün istilik və ya təzyiqdən istifadə etməklə birləşdirilməsi üçün texnoloji üsuldur. Qaynaq üsulları çox vaxt metallarda tətbiq olunsa da, şüşə və termoplastik materialların birləşdirilməsində də bu üsuldan geniş istifadə olunur. Qaynaq növündən asılı olaraq birləşmə ya tikiş xətti, sahə və ya nöqtədə həyata keçirilir. Qaynaq üçün lazım olan enerji xaricdən daxil edilir. Qaynaq zamanı əksər hallarda yerli əritmə prosesi baş verir. Qaynaqdan və tikiş soyuduqdan sonra ixtiyar materialda müəyyən dəyişikliklər baş verə bilər. Bu mənfi təsir material seçimi, ətraf mühit və üsulla aradan qaldırıla bilər. Poladlarda möhkəm birləşmə əldə etmək üçün onun tərkibində karbonun miqdarı 0,22%-i keçməməlidir. Yüksək mökəmliyə malik poladlarda isə qaynaqdan öncə müəyyən hazırlıq işlərinin aparılması vacibdir. Buraya qızdırma, termiki emal və s.
Qaynar (Mərənd)
Qaynar (fars. قينر‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 435 nəfər yaşayır (101 ailə).
Qaynar klaviş
Qaynar klaviş (hot key) – bir-iki klavişin basılması ilə gerçəkləşən və istifadəçi tərəfindən, adətən, yaddaşda rezident olan başqa bir proqrama (kalkulyator, bloknot, nömrəyığan, terminal emulyatoru) keçid üçün istifadə olunan komandadır. Rezident proqram, yaxud TSR-proqram (TERMINATE-AND-STAY-RESIDENT PROGRAM) yaddaşa yüklənir və çağrılanadək orada passiv rejimdə qalır. İstifadəçiyə belə proqram lazım olduqda o, “qaynar” klavişi basmaqla komanda verir: adətən, bu kombinasiya Alt və ya Control klavişlərinin iştirakı ilə olur, ancaq bu məqsədlə klaviaturada olan istənilən klaviş istifadə oluna bilər. “Qaynar” sözü onu göstərir ki, keçidin baş verdiyi proqram istifadə üçün tam hazırdır və öz növbəsini gözləyir, başqa sözlə, tam “qızıbdır”. MS-DOS mühitində bəzi proqramlarda əməliyyat sisteminə çıxış üçün də “qaynar” klavişlər nəzərdə tutulur. Başqa tətbiqi proqramlarda istifadəçilər özləri bir klaviş basmaqla başqa proqramları başladan (məsələn, verilənlərin ötürülməsi proqramından mətn prosessorunu başladan) “qaynar” klavişlər təyin edə bilərlər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qion Nankay
Qion Nankay (祇園 南海, 1676, Edo[d] – 26 oktyabr 1751) – Yaponiya şairi, xəttatı və bucinqa rəsm sənətinin pionerlərindən biri. Qion Yu əsl adıdır. == Yaradıcılığı == Kii hanında (indiki Vakayama prefekturası) yaşayan bir konfusiçi alimin və həkimin ilk oğlu kimi dünyaya gəlmişdir. Uşaq olanda atası ilə birlikdə Edo şəhərinə gedib Kinoşita Cunandan konfusiçiliyi və Çin poeziyasını öyrənmişdir. Tezliklə Çin dilində şeirlər yazan şair və xəttat kimi tanınmışdır. 1697-ci ildə Kiiyə qayıdaraq hanın rəsmi konfusiçi alimi olmuşdur. 1700-cü ildə qeyri-müəyyən cinayətə görə kiçik bir kənddə dustaq edilmişdir. 10 il sonra bağışlanılmış və Koreya diplomatik nümayəndəliyinin qəbulunda iştirak etməyə dəvət edilmişdir. 1713-cü ildə açılmış yeni məktəbin professoru təyin olunmuşdur. Nankayın spesifik rəsm müəllimi olmamış, öz-özünə təhsil vermişdir.