Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hüseyn Bayqara
Sultan Hüseyn Bayqara (iyul 1438, Herat – 4 may 1506) — Teymuri sultanı, şair. == Həyatı == Əmir Teymurun nəvəsi Bayqara mirzənin oğlu olan Sultan Hüseyn Bayqara, Uluğbəydən sonra davam edən çaxnaşmalar sırasında, yenə Əmir Teymurun nəvələrindən olan və Heratda hakimlik edən Əbülqasım Baburun xidmətinə girdi. Burada dövlət idarəsində təcrübə qazandı. Onsuzda çox qabiliyətli, təhsilli, zəki bir insan idi. Herat əmiri Babur 1457-ci ildə ölüncə, burada da çəkişmələr başladı və Sultan Hüseyn Bayqara Heratdan ayrılaraq Mərvə keçdi. Burada bölgənin hakimi Muizzüddin Səncərin qızı ilə evləndi və ondan böyük oğlu Bədiüzzaman mirzə dünyaya gəldi. Sultan Hüseyn mirzə özünə bağlı az saylı adamlarla və özbəklərdən Şadibəyin yardımı ilə Ceyhunun Özboy yörəsində kiçik bir bölgənin idarəsini ələ aldı. Az sonra Şadibəyi kənarlaşdıraraq sınırlarını genişlətdi və başqa Özbək grupların yardımı ilə Mazandaranı da ələ keçirdi. Bundan sonra Herata hakim olan Əbu Səidlə mübarizəyə başladı. Əbu Səid Ağqoyunlu hökmdarı Uzun Həsənə məğlub olunca Heratı da ələ keçirdi (1469).
Sultan Hüseyn Bayqara
Sultan Hüseyn Bayqara (iyul 1438, Herat – 4 may 1506) — Teymuri sultanı, şair. == Həyatı == Əmir Teymurun nəvəsi Bayqara mirzənin oğlu olan Sultan Hüseyn Bayqara, Uluğbəydən sonra davam edən çaxnaşmalar sırasında, yenə Əmir Teymurun nəvələrindən olan və Heratda hakimlik edən Əbülqasım Baburun xidmətinə girdi. Burada dövlət idarəsində təcrübə qazandı. Onsuzda çox qabiliyətli, təhsilli, zəki bir insan idi. Herat əmiri Babur 1457-ci ildə ölüncə, burada da çəkişmələr başladı və Sultan Hüseyn Bayqara Heratdan ayrılaraq Mərvə keçdi. Burada bölgənin hakimi Muizzüddin Səncərin qızı ilə evləndi və ondan böyük oğlu Bədiüzzaman mirzə dünyaya gəldi. Sultan Hüseyn mirzə özünə bağlı az saylı adamlarla və özbəklərdən Şadibəyin yardımı ilə Ceyhunun Özboy yörəsində kiçik bir bölgənin idarəsini ələ aldı. Az sonra Şadibəyi kənarlaşdıraraq sınırlarını genişlətdi və başqa Özbək grupların yardımı ilə Mazandaranı da ələ keçirdi. Bundan sonra Herata hakim olan Əbu Səidlə mübarizəyə başladı. Əbu Səid Ağqoyunlu hökmdarı Uzun Həsənə məğlub olunca Heratı da ələ keçirdi (1469).
Nağara
Nağara - Azərbaycanın qədim milli zərb alətidir. Şərq xalqları və Qafqazda geniş yayılıb. == Tarixçə == Əvvəllər onun üzərinə qurd dərisi çəkilərmiş. Nizami Gəncəvi nağaranı belə təsvir etmişdir: Coşdu qurd gönündən olan nağara, Dünyanın beynini gətirdi zara. == Söz açımı == "Nağara" ərəbcə "vurmaq" deməkdir " == Quruluşu == Nağara 5 hissədən ibarətdir: Sağanaq: Nağaranın sağanağı torpaq (saxsı), ağac (qoz, tut, fıstıq), kardon və fonerkadan düzəlir. Dəri: Nağaranın dəridisi keçi, dana, dəvə dərisi və plastikdən düzəlir. İp (kəndir): Nağaranın 7 metr ipi olur. Sağanağın ölçüsü böyüdükdə ip metri də artır. Çəmbər (üzük): Çəmbərin ölçüsü nağaranın diametrinə görə dəyişir. Qırmaq (aşıq): Nağaranın 7 aşığı olur.
Böyük nağara
Böyük nağara, və ya kos nağara - Azərbaycan musiqi aləti. Bəzi regionlarda "toy nağarası" da adlandırılır. == Quruluşu == Diametri başqa nağaralardan xeyli böyükdür. Sağanağı bərk ağacdan silindrik formada düzəldilir, üzləri isə dəridən hazırlanır. Diametri 400–450 mm, hündürlüyü 500–550 mm-dir. == Növləri == Çombaq nağarada ritmlərin yalnız güclü vurğuları ifa edilə bilər, adətən güclü səsli alətləri (zurnaçılar dəstəsi) açıq səmada müşayiət edir. İfaçı bir əli ilə aləti qoltuğunun altında saxlayır, digər əlində isə çombağı tutaraq ritmin ancaq güclü vurğularını səsləndirir. Çiling nağara ilə birlikdə dolğun ritmi ifadə edir. Bir əlində çombaq, digərində çubuq tutaraq aləti döyəcləyəndə həm güclü, həm zəif səslər əmələ gəlir. Çombaq zoğal ağacının nisbətən qalın, düz budağından qayrılır, çünki belə çombaqlar daha möhkəm, dözümlü olur.
Cürə nağara
Əsasən, zurnaçılar dəstəsini müşayiət edir. Musiqi folklorunda özünə məxsus rolu və funksiyası vardır. Əsas nağaradan xeyli kiçik olur. Alətin adı "cürə" (kiçik) sözü də bu mənanı verir. Sağanağı müxtəlif ağac növlərindən silindrik formada hazırlanır. Üzünə keçi və yaxud qoyun dərisi çəkilir. Demək olar ki, heç vaxt tək istifadə edilmir, həmişə quruluşları eyni olan böyük nağara ilə birlikdə səsləndirilir. Baş tərəfi geriyə əyilmiş iki yüngül çubuqla səsləndirilir. Diametri 300–320 mm, hündürlüyü 340–360 mm-dir. Çiling nağara əsasən zurnaçılar dəstəsində istifadə edilir.
Nağara (dəqiqləşdirmə)
Qoltuq nağara
Qoltuq nağara
Nağaranın bu növü, adətən, zurna, balaban və başqa alətlər qrupunda istifadə edilir (şəkil). Əvvəllər onun üzünə qurd dərisi çəkilərmiş. Nizami Gəncəvi nağaranı belə təsvir etmişdir: Hazırda ansambl və orkestrlərin tərkibində aparıcı alət kimi çalınan qoltuq nağaranın rolu böyükdür. Nağara ərəb sözü olub, "döyəcləmək", "taqqıldatmaq" mənasını verir. Alət hər iki əllə və barmaqlarla ifa edilir. Bəzi folklor nümunələrində iki yüngül çubuqla da çalınır. Çalğı zamanı qoşa şapalaq, tremolo, trel və çırtma ifa üsullarından istifadə edilir. Çox güclü səs dinamikasına malik olan nağarada müxtəlif tembr çalarlarını almaq mümkündür. Açıq havada sərbəst çalınır. Folklor ənənələrində, xalq oyunu tamaşalarında, eləcə də "Cəngi", "Yallı" və bu növ rəqslərdə qoltuq nağaradan istifadə edilir.
Qoşa nağara
Qoşanağara, və ya Qoşa dumbul - ən qədim Azərbaycan zərbli musiqi aləti. xalq musiqisində ən çox istifadə edilən zərb çalğı alətlərindən biridir. Adından məlum olduğu kimi, qoşa nağara bir-birinə bərkidilmiş iki kiçik qədəhvarı nağaradan ibarətdir. Bəzən "qoşa dumbul" da deyilir. == Qoşa nağara başqa xalqlarda == Digər ölkələrdə qoşa nağaraya sadəcə "nağara" deyilir. Yunan dilində nağaraya "tarin",ingilis dilində isə "narima" deyilir. == Tarixçə == Güney Azərbaycanın Çığamış şəhərində tapılmış saxsı qaba istinadən qoşa nağaradan Azərbaycanda ən azı 8 min il bundan əvvəl istifadə edilib. Kos haqqında olan rəvayətlərdə deyilir ki, kos o qədər böyük həcmli musiqi aləti idi ki, onu iki cüt öküzün çəkib apardığı xüsusi arabada yerləşdirir və iki nəfər təbilçinin iri çomaqlarla vuraraq səsləndirilməsi mümkün olurdu. Kosun səsi o qədər güclü idi ki, vuruş meydanında çalındığı zaman düşmən lərzəyə gəlirdi. Hazırda Azərbaycanın bəzi rayonlarında ağac ilə çalınan iri nağaralar da bəzən koos adlandırılır.
Marqara
Marqara — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd. == Tarixi == Orta əsrlərdə Naxçıvan ərazisinə daxil olmuş Marqara ərazisində şəhərin və yaxud şəhərtipli yaşayış məntəqəsinin mövcud olduğu haqqında alman səyyahı İohan Şiltberqer "Səyahət kitabı"nda məlumat vermişdir. İ.Şiltberqerin məlumatlarının dəqiq tərcüməsi belədir: “Burda üç şəhər də var, biri Maraqara (Maragara), digəri Hilat (Gelat) və üçüncüsü Kırna (Kirna) adlanır”. Qeyd olunan ilk şəhər – Maraqara və ya Maqara adlı ərazinin adı 1722-1736-cı illərin hadisələrindən bəhs edən “Anonim xronika”da da qeyd olunmuşdur. Nadirqulu xanın Talış ərazisindən Arpaçay yaxınlığında yerləşən Maraqaraya tərəf hərəkət etdiyini göstərən mənbədə Maraqaranın Arpaçay yaxınlığında yerləşdiyi göstərilir. Xronikanı türk dilindən rus dilinə tərcümə edən və qeydlər yazan akademik Z.Bünyadov Maraqara vadisinin Arpaçayın sol sahilində Ani şəhəri ətrafında yerləşdiyini qeyd etmişdir.
Nauqard
Nauqard bölgəsi Hinterpommern əyalətində 1818–1845-ci illər ərazində keçmiş qraflıqdır. 1 yanvar 1945-ci ildən : Daber, Qollej, Massou və Naugard bölgələrindən hərəsinin əhalisi 2000-dən çox olan 111 bələdiyyədən Gutsbezirk meşə təsərrüfatından ibarətdir.
Niaqara
Niaqara şəlaləsi — Amerika Birləşmiş Ştatları və Kanada arasında şəlalə. Niaqara çayı — Amerika Birləşmiş Ştatları və Kanada arasında çay. Niaqara (film, 1953) — 1953-cü ildə Henri Heteueyın rejissorluğu ilə Merilin Monronun çəkildiyi ABŞ filmi.
Çaykara
Çaykara (türk. Çaykara) — Trabzon ilinin ilçəsi.
Anqara
Anqara — RF-nin İrkutsk vilayətində və Krasnoyarsk diyarında çay. == Adın etimologiyası == Adı buryat dilində "oyuq", "yarğan", "dərə", habelə "açıq", "aralanmış" mənalarını verən "anqa" sözündən götürülmüşdür. Tarixi mənbələrdə ilk dəfə XIII əsrdə Ankara-Muren adı ilə xatırlanır. == Ümumi mməlumat == Yeniseyin ən çoxsulu sağ qolu. Mənbəyini Baykal gölündən götürür. Orta Sibir yaylasının cənub hissəsindən keçərək Yeniseysk şərqindən yuxarıda Yenisey çayına tökülür. Uzunluğu 1779 km, hövzəsinin sahəsi - 1 040 min km², Baykal gölünün hövzəsini çıxmaqla 468 min km². İrkutsk, Bratsk və Ust-İlim SES-lərinin tikilməsi nəticəsində Anqaranın yuxarı axını su anbarına çevrilmişdir. Su anbarları arasındakı sahədə Anbarının dərəsi asimmetrik quruluşludur. Mənsəb hissəsində Yenisey təpəliyini kəsir və astana əmələ gətirir.
Aypara
Aypara — yeni doğulmuş Ay. Türkiyə və Azərbaycanın bayrağında bu simvoldan istifadə olunur.
Abbasbulağı (Çaypara)
Abbasbulağı (fars. عباس بلاغي‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Maku şəhristanının Siyahçeşmə bölgəsinin Bəhbəhcik kəndistanında, Siyahçeşmə qəsəbəsindən 42 km cənub-şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 84 nəfər yaşayır (19 ailə).
Acay (Çaypara)
Acay (fars. اجاي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Xoy şəhristanının Ətraf bölgəsinin Səkmənabad kəndistanında, Xoy şəhərindən 39,5 km şimal-qərbdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 83 nəfər yaşayır (20 ailə).
Axurlu (Çaypara)
Axurlu (fars. اخورلو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Xoy şəhristanının Qara Ziyəddin bölgəsinin Çaypara kəndistanında, Qara Ziyəddin qəsəbəsindən 14 km şimal-qərbdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 66 nəfər yaşayır (17 ailə).
Babilabad (Çaypara)
Babilabad (fars. بابل‌آباد‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.164 nəfər yaşayır (242 ailə).
Badəki (Çaypara)
Badəki (fars. بادكي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Xoy şəhristanının Qaraziyəddin bölgəsinin Çaypara kəndistanında, Qaraziyəddin qəsəbəsindən 2,5 km qərbdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 84 nəfər yaşayır (19 ailə).
Balakəhriz (Çaypara)
Balakəhriz (fars. بالاكهريز‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 90 nəfər yaşayır (22 ailə).
Baykara Hövenmey
Baykara Hövenmey (tuvaca: Бай-Кара Дамчаевич Хөвеңмей, d. 20 yanvar 1915 – 6 oktyabr 1972) – tuvalı yazıçı, şair və Tuva ədəbiyyatının qurucularından biri. == Həyatı == Damça oğlu Baykara Hövenmey 1915-ci ildə Tandı-Tıvannı Salçak bölgəsinin Bayanköl kəndində anadan olmuşdur. 1929-cu ildə Kızıl şəhərində monqolca öyrənmiş, sonra da yeni Tuva əlifbası və yazı dilini öyrənmişdir. Daha sonra Moskvaya Şərq Millətləri Kommunistlik Universitetindən məzun olmuşdur. “Şın” qəzeti ilə başladığı ədəbi fəaliyyətini daha sonra Tuva türkcəsində nəşr etdirdiyi əsərlərlə inkişaf etdirmişdir. Tuva Xalq Respublikası gənclərinin inqilab birliyinin mərkəzi komitəsinin Uluq-Hem komitəsində, Yazıçılar Birliyində, Tuva Respublikasının rəsmi qurumlarında müxtəlif rəhbər vəzifələrdə çalışmışdır. “Şın” qəzetində redaktorluq etmişdir. Baykara Hövenmey ədəbiyyata 1934-cü ildə gəlmişdir. “Oktabrınln tugu” (Oktyabr bayrağı) adlı ilk şeri o ildə “Şın” qəzetində yayımlanmışdır.
Bəndili (Çaypara)
Bəndili (fars. بندلي‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 89 nəfər yaşayır (23 ailə).
Bəstam (Çaypara)
Bəstam (fars. بسطام‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafiya == Bəstam (Başdam) kəndi Qaraziyaəddindən 6 km, Xoydan isə 60 km arada yerləşərk, şimal-qərbdən Gözdəyən kəndi və Bəstam qalasıilə,cənubdan ağçayilə,qərbdən şorik kəndiilə və şərqdən çobraq ərazisilə həmsərhəddir. Kəndin yüksəliyi dəniz səviyyəsindən 1150m olaraq,yayları mötədil qışları isə soyuq keçir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 681 nəfər yaşayır (155 ailə). Əhalisi şiə inanclı Azərbaycan türklərindən ibarətdir və daha çox burada əkinçilik, maldarlıq və əl işləri istehsalına önəm verilir.
Ağməzar (Çaypara)
Ağməzar (fars. اغمزاركرد‎‎) və ya Ağməzar-i Kürd — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Maku şəhristanının Siyahçeşmə bölgəsində, Bəhbəhcik kəndistanında, Siyahçeşmə qəsəbəsindən 45,5 km cənub-şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 134 nəfər yaşayır (25 ailə).
Behistan (Çaypara)
Behistan (fars. بهستان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 49 nəfər yaşayır (14 ailə).
Bilalabad (Çaypara)
Bilalabad (fars. بلال اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kəndə nə qədər əhalinin yaşaması haqqında məlumat yoxdur.
Bəydərviş (Çaypara)
Bəydərviş (fars. بيگ درويش‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 442 nəfər yaşayır (89 ailə).
Cilqava (Çaypara)
Cilqava (fars. جيل قوا‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Damdama (Çaypara)
Damdama (fars. دامداما‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlimatına görə kənddə 396 nəfər yaşayır (68 ailə).
Dilkəndi (Çaypara)
Dülkəndi (fars. دول كندي‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənd 10 evdən ibarətdir. Ev sayı qədər də ailə yaşıyır.
Fagara
Zanthoxylum (lat. Zanthoxylum) — sədokimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Zanthoxylum:The Plant List saytında takson barədə məlumat.
Mağara
Mağara ya Köhül — təbii və süni olmaqla, həm də ibtidai insanların ilk sığınacaq yerləri, yaşayış evləri. == Geomorfoloji termin == Mağara — (rus. пещера, ing. cave) yer qabığının üst qatında boşluq, yer sət-hinə bir, yaxud bir neçə çıxışlarla açılır. Əsasən suda asan həll olan süxurların (əhəng daşı, dolomit, gips və b.) yuyulması və həll olması, həmçinin suffoziya, abraziya və başqa proseslər nəticəsində əmələ gəlir. Ən böyük mağaralar — karst mağaralarıdır; mürəkkəb sistemli keçidlər və zallardan ibarət olur, ümumi uzunluğu bəzən bir neçə 10 km-ə çatır (məs: ABŞ-də Flint-Mamont mağaralar sisteminin uzunluğu , RF-də Optimistik mağarasının uzunluğu). Mağaraları speleologiya öyrənir. == Ümumi məlumat == Azərbaycaının ən qədim məskən tipləri təbii və süni mağaralar kimi formalaşmışdır. Belə mağaralar həm də ibtidai insanların ilk sığınacaq yerləri-evləri olmuşdur. Məhsuldar quvvələrin inkişafı və bununla həmahəng olaraq inşaat texnikasının təkmilləşdirilməsi nəticəsində suni mağaralar qazma tipli evlərlə əvəz olunmuşdur.