Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mehtərli (Vərziqan)
Mehtərli (fars. مهترلو‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 881 nəfər yaşayır (186 ailə).
Nesterov
Nesterov (rus. Нестеров) — Rusiya Federasiyasında yerləşən şəhər. Kalininqrad vilayətinə daxildir.
Nəstəliq
Nəstəliq xətti — Ərəb xəttatlıq növü. == Tarixi == Nəstəliq xətti XIV əsrin sonunda nəsx və təliq xətlərinin sintezi nəticəsində yaradılmış və ərəb əlifbası ilə yazılan bədii xətt növlərindən birinə çevrilmişdir. Məşhur xəttat Mir Əli Təbrizi tərəfindən yaradılan nəstəliq 15-16-cı əsrlərdə Yaxın Şərqdə, xüsusilə də İran və Azərbaycanda geniş yayılmış və əsasən kitabların üzünün köçürülməsində, məktub və sənədlərin yazılmasında və qitələrin hazırlanmasında geniş tətbiq olunmuşdur. Sonralar daha geniş yayılan nəstəliq xətti gümüş, bürünc və s. qiymətli metallardan, habelə saxsıdan hazırlanan qabların və s. bəzək əşyalarının tərtibatında, XVII əsrin əvvəllərindən isə adi yazılarda da istifadə olunmuşdur.
Nəzərli
Nəzərli — soyad, təxəllüs.
Nəstəliq xətti
Nəstəliq xətti — Ərəb xəttatlıq növü. == Tarixi == Nəstəliq xətti XIV əsrin sonunda nəsx və təliq xətlərinin sintezi nəticəsində yaradılmış və ərəb əlifbası ilə yazılan bədii xətt növlərindən birinə çevrilmişdir. Məşhur xəttat Mir Əli Təbrizi tərəfindən yaradılan nəstəliq 15-16-cı əsrlərdə Yaxın Şərqdə, xüsusilə də İran və Azərbaycanda geniş yayılmış və əsasən kitabların üzünün köçürülməsində, məktub və sənədlərin yazılmasında və qitələrin hazırlanmasında geniş tətbiq olunmuşdur. Sonralar daha geniş yayılan nəstəliq xətti gümüş, bürünc və s. qiymətli metallardan, habelə saxsıdan hazırlanan qabların və s. bəzək əşyalarının tərtibatında, XVII əsrin əvvəllərindən isə adi yazılarda da istifadə olunmuşdur.
Nəstərən saebi
Nəstrən saebi (farsca:نسترن صائبی) (d. 19.02.1979) — iranlı yazıçı, tərcüməçi və jurnalist. == Həyatı == Tehranda anadan olmuşdur, fizika üzrə təhsil alıb və İranın əsas və onəmli qəzetlərində fəaliyyət göstərmişdir. == Tərcümələr == Qara Cümə elektron cuqqultu: CNet and The Verge. deşik Tur(Tor) ilə istifadəçilər ovçuluq etmək. Nanotexnologiya, Hindistanda yeni hakimiyyət səltənətində( فناوري نانو؛ عرصه جديد قدرت نمايي هند ) == Xarici keçidlər == Nümunə translation. Arxivləşdirilib 2014-06-26 at the Wayback Machine Nümunə translation(əətmad qəzetesi). Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine == İstinadlar == Etemad Newspaper, No. 1694, dated 3/20/87, page 12 (Technology) News Site,Wednesday, Persian date Khordad 17 1391(khabaronline) Department of Electrical and Computer Ghlm Journal,Persian date Dey 1380.
Qədir Tərtərli
Qədir Tərtərli (1936, Əskipara, Tərtər rayonu) — azərbaycanlı şair. == Həyatı == Qədir Hüsü oğlu Allahverdiyev 1936-cı ildə Tərtər rayonunun Əskipara kəndində anadan olmuşdur. Öz doğma kəndlərində ibtidai məktəbi, 1953-cü ildə Tərtər şəhər 1 saylı orta məktəbini bitirib, həmin ili Bakı Dövlət Universitetinə daxil olmuş, 1958-ci ildə jurnalist ixtisası üzrə universiteti bitirmişdir. "Azərbaycan gəncləri" qəzetində ədəbi işçi, Tərtər, Bərdə, Zaqatala rayon qəzetlərində məsul katib, Kəlbəcərdə çıxan "Yenilik" qəzetində redaktor vəzifələrində çalışmışdır. 1971-1973-cü illərdə Moskvada – Sov.İ.K.P MK yanında Ali Partiya Məktəbində təhsil almışdır. 1973-1975-ci illərdə Tərtər rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1975-1983-cü illərdə Tərtər rayon Partiya Komitəsinin ideoloji işlər üzrə katibi, 1983-1991-ci illərdə Tərtər rayon İcraiyyə Komitəsinin sədr müavini vəzifəsində işləmişdir. 1992-ci ilin avqust-oktyabr aylarında "Ağdərə" qəzetinin redaktoru olmuşdur. 1994-1996-cı illərdə "Nizami Gəncəvi" jurnalı və "Şəhriyar" qəzetlərində şöbə mudiri, "Kirpi" jurnalının bölgə müxbiri vəzifələrində çalışmışdır. 1996-cı ilin noyabr ayından Tərtər rayon mətbuatyayımı şöbəsinin rəisidir. 1963-cü ildən SSRİ Jurnalistlər İttifaqının, 1991-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür 1977-ci ildə "Şərəf nişanı" ordeni, ayrı-ayrı illərdə isə bir sıra medal və fəxri fərmanlarla təltif olunmuşdur.
Acomis lesteri
Acomis acoma (lat. Acomis acoma) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin acomis cinsinə aid bitki növü. == Arealı == Avstraliya üçün endemik növdür. == Sinonimləri == Acomis lesteri Burkill Acomis rutidosis F.Muell. ex Benth. Calomeria acoma (F.Muell.) Heine Rutidosis acoma F.Muell.
Aqil Nəzərli
Aqil Nəzərli (tam adı: Aqil Ağaxan oğlu Nəzərli; 10 mart 1976, Güləbird, Laçın rayonu) — Laçın rayonu İcra Hakimiyyətinin başçısı (16 iyun 2016–indi). == Həyatı == Aqil Nəzərli 10 mart 1976-cı il tarixdə Laçın rayonunun Güləbird kəndində anadan olmuşdur. Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin hüquqşünaslıq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını isə dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bitirmişdir. 1999-cu ildən Laçın rayonu İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışmış, 2008-ci ildən Laçın rayon İcra Hakimiyyəti Başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində işləmişdir. 3 mart 2016-cı ildən Laçın rayonu İcra Hakimiyyətinin başçısının vəzifəsini icra etmiş, 16 iyun 2016-cı ildə isə Laçın rayonu İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur.2012-ci ildən Yeni Azərbaycan Partiyasının Laçın rayon Təşkilatının sədri, Ehtiyatda olan zabitdir. == Ailəsi == Aqil Nəzərli Azərbaycan Respublikasının Əməkdar Kənd Təsərrüfatı işçisi Ağaxan Nəzərovun oğludur. Ailəlidir, iki övladı var.
Elman Nəsirli
Elman Xudam oğlu Nəsirli (23 may 1968, Təzəkənd, Cəlilabad rayonu) — politoloq, siyasi şərhçi, Azərbaycan Milli Məclisinin V, VI çağırış deputatı, YAP Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, professor. == Həyatı == Elman Nəsirov 23 may 1968-ci ildə Cəlilabad rayonunun Təzəkənd kəndində ziyalı ailəsində anadan olmuşdur. 1989–1994-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1995–2000-ci illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının dissertantı olmuşdur. 1992–1994-cü illərdə Azərbaycan Dillər Universitetində ikiillik ingilis dili kursunda təhsil almış və fərqlənmə sertifikatı ilə bitirmişdir. 1995–2003-cü illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasında çalışmışdır. 2001-ci ildə "Azərbaycan-ABŞ münasibətləri. 1991–1997-ci illər" mövzusunda dissertasiya işini müdafiə edərək tarix elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2011-ci ildə "ABŞ və beynəlxalq terrorizm problemi" mövzusunda siyasi elmlər üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1992–1994-cü illərdə Azərbaycan Dillər Universitetində iki illik ingilis dili kursunda təhsil almış və fərqlənmə sertifikatı ilə bitirmişdir.
Emil Əsgərli
Emil Əlihüseyn oğlu Əsgərli (30 yanvar 1982; Lənkəran, Azərbaycan SSR — 15 may 2014; Beyləqan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, şəhid. == Həyatı == Əsgərli Emil Əlihüseyn oğlu 30 yanvar 1982-ci ildə Lənkəran şəhərində anadan olub. 1988–1996-cı illərdə Şirvan şəhəri 10 saylı orta məktəbində təhsil alıb. == Xidmət illəri == 1996-ci ildə Cəmşid Naçıxanski adına hərbi litseyə daxil olub. 1996–1999-cu ildə Naxçıvanskını fərqlənmə ilə bitirib. 1999-cu ildə də Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 2003-cü ildə Ali Hərbi Məktəbi fərqlənmə ilə leytenant rütbəsi alıb. 2003-cü ildə Abşeron rayonu Pirəkəşkül qəsəbəsinin "N" saylı hərbi hissəsində taqım komandiri olub. Hələ 3 aylıq taqım komandiri olarkən , hərbi hissəyə yoxlama üçün gələn General-Polkovnik Səfər Əbiyev Əsgərli Emilin əsgərlərindən birini sual-cavab edir və əsgərin verdiyi cavablar Müdafiə Nazirini çox razı salır və əsgərin komandiri olan Əsgərli Emili Baş leytenant rütbəsi ilə mükafatlandırır. Əsgərli Emil 2004-cü ildə Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsinin "N" saylı hərbi hissəsində bölük komandiri vəzifəsində öz hərbi fəaliyyətini davam etdirir.
Hacıağa Nəzərli
Hacıağa Məmmədcavad oğlu Nəzərli (d. 17 mart 1923, Bakı, Azərbaycan SSR, SSRİ - ö. 18 may 2002, Bakı, Azərbaycan Respublikası) — Azərbaycanın ilk plaktaçı rəssamı, respublikanın əməkdar rəssamı (1982). == Həyatı == Hacıağa Məmmədcavad oğlu Nəzərli 1923-cü il mart ayının 17-də Bakı şəhərində dövrünün qabaqcıl ziyalarından olan, mətbəə işçisi Məmmədcavad Nəzərlinin ailəsində dünyaya göz açıb. 1930-1937-ci illərdə keçmiş Kayegin rayonunda (indiki Füzuli rayonu) 1937-1940-cu illərdə Bakı şəhəri keçmiş Oktyabr (indiki Yasamal) rayonundakı Cəfər Cabbarlı adına orta məktəbdə təhsil alıb. 1940-ci ildə Bakı rəssamlıq məktəbinə daxil olan H. Nəzərli müharibənin başlaması ilə əlaqədar oradakı təhsilini yarımçıq qoyur. 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak edib. 1948-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsilini davam etdirir. H.Nəzərlinin rəssamlığa gəlməsinə atasının əmisi, Peterburq təhsilli rəssam Nəcəf Rasimin (Nəcəfqulu Nəzərli) təsiri olub. Bir müddət Azərbaycan Musiqili Komediya teatrında rəssam kimi çalışmışdır.
Hacıbaba Nəzərli
Nəzərli Hacıbaba Hacı Ələsgər oğlu (22 mart 1895, Şamaxı – 1938, Bakı) — nasir, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, AK(b)P-nın üzvi, ADDT sabiq direktoru. == Həyatı == Hacıbaba Nəzərli 1895-ci il martın 22-də Şamaxı şəhərində anadan olmuşdur. M.Ə.Sabirin "Ümid" məktəbini bitirmişdir. Moskvada Qırmızı Professura İnstitutunda təhsil almışdır (1930–1933). Yaradıcılığa 1925-ci ildə publisistika ilə başlayıb. "Qızıl əsgər" qəzetinin redaktoru, Yazıçılar Cəmiyyətinin məsul katibi (1929–1930) olmuşdur.Azərbaycan Sovet Yazıçıları İttifaqı təşkilat komitəsinə sədrlik etmiş (1933–1934), 1934-cü ildən 1937-ci ilə qədər Azərbaycan Dövlət Dram Teatrının direktoru işləmişdir. Hacıbaba Nəzərli repressiyaya uğramışdır. Belə ki, o, təhlükəsizlik idarəsinin əməkdaşı Qriqoryanın 9 aprel 1937-ci il tariхli arayışına əsasən və əksinqilabi, burjuamillətçi təşkilatının fəal üzvi kimi qeyd edilərək həbs edilmişdir. Ağır, dözülməz işgəncələr altında Əli Nazimin 4, 7 iyul 1937-ci il tariхlərdə istintaqa verdiyi ifadələrə görə Hacıbaba Nəzərli həbs olunması üçün IV şöbənin təhlükəsizlik kapitanı Çinmanın təsdiqinə verilmişdir. 1938-ci ildə xalq düşməni kimi güllələnmişdir.
Hikmət Nəzərli
Hikmət Baba oğlu Nəzərli (7 mart 1966, Bakı – 26 fevral 1992, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Xocalı soyqırımı şəhidi. == Həyatı == 7 mart 1966-cı ildə Bakı şəhərində doğulmuşdur. 1973-cü ildə Xətai rayonundakı 27 saylı məktəbə getmiş sonra atasının iş yerini dəyişməsi ilə əlaqədar Daşkəndə köçmüşdür. 1982-ci ildə yenidən Bakıya qayıdır. 1984-cü ildə hərbi xidmətə çağırılımışdır. Gürcüstanda hərbi xidmətdə olan Hikmət 1986-cı ildə ordudan tərxis edilir. O, DİN-nin yanğından mühafizə idarəsinə işə qəbul olunur. == Döyüşlərdə iştirakı == Qarabağda ermənilərin törətdikləri vəhşiliklərə dözə bilməyən Hikmət könüllü olaraq orduya yazılır. Ağdam rayonunda şərəfli döyüş yolu başlayır. Umudlu kənd sakinlərinə kömək edərkən yaralanır müalicə olunduğdan sonra isə yenidən cəbhəyə üz tutur.
Mehdi Nəzərli
Mehdi Nəzərli (azərb. Mehdi Cavad oğlu Nəzərli‎; d. 10 may 1892, Xızı; ö. 3 sentyabr 1952, Bakı) — Milli nəfəs alətləri ustası, muğam bilicisi. == Həyatı == XIX-XX əsrin tanınmış simalarından olan Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, nəfəs alətlərinin mahir ifaçısı, Üzeyir Hacıbəyov orkestrinin aparıcı solisti olmuş, Mehdi Cavad oğlu Nəzərli Xızı şəhərinin Sayadlı kəndində anadan olmuşdur. Üzeyirbəyin şəxsi dəvəti ilə Azərbaycan Dövlət Opera və Balet Teatrına dəvət olunaraq "Koroğlu" operasının ilk premyerasının müşayətçisi olmuşdur. Üzeyirbəy orkestrinin solisti olan Mehdi Nəzərli "Koroğlu", "Əsli və Kərəm", "Aşıq Qərib", "Ər-arvad" və digər bu kimi tamaşaların müşayətçisi olaraq Azərbaycan milli opera musiqi sənəti sahəsinin inkişafında xidmətləri ilə öz müəyyən töhfələrini vermişdir. == Sənət və fəaliyyəti == Milli nəfəs alətləri ustası, muğam bilicisi olan Mehdi Nəzərli eyni məharətlə tütək, ney, balaban, zurna, çonqur saz, cürə saz, qarmon və klarnet alətlərində çalmışdır. Azərbaycan klarnet ifaçılığı sənətinə ilk yiyələnənlərdən biri olmuşdur. O, bu alətlərin müxtəlif üsullarla səsləndirilməsinə baxmayaraq, hamısında eyni məharətlə çalmağı bacarırdı.
Mirzə Ənsərli
Mirzə Məsim oğlu Ənsərli (31 dekabr 1959, Ləmbəli, Barana rayonu) — Azərbaycanlı alim, türkoloq, tarixçi, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1999), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1994). == Həyatı == 1959-cu il dekabrın 31-də Qərbi Azərbaycanın Borçalı mahalının Borçalı nahiyəsinin Ləmbəli kəndində [indiki Ermənistan Respublikasının Noyemberyan (keçmiş Barana) rayonunun Baqrateşen qəsəbəsi) anadan olmuşdur. Doğma kəndində 2 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində ali təhsil almışdır (1981–1987). 1980–1981-ci illərdə hazırlıq şöbəsində oxumuşdur. == Fəaliyyəti == Əmək fəaliyyətinə Baqrataşen qəsəbəsində ağac emalı çexində və "Zeytun" sovxozunda fəhlə kimi başlamışdır (1977–1980). Sonra isə Gəncə şəhərində Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 25 saylı filialında böyük kitabxanaçı (1988–1989), Bakı şəhərində Azərbaycan Dövlət Kitab Palatasında biblioqraf, bölmə müdiri (1989–1992), Azərbaycan MEA Milli Münasibətlər İnstitutunda baş laborant, kiçik elmi işçi, elmi işçi (1992–2002) işləmişdir. Eyni vaxtda Mədəniyyət Nazirliyinin Mədəniyyət İşçilərinin Hazırlıq və İxtisasartırma Kursunda baş metodist (1996–1997), Azərbaycan MEA Mərkəzi Elmi Kitabxanasında bölmə müdiri (1997–1999) olmuşdur. Azərbaycan Dövlət Kitab Palatasında işləyən zaman Moskvada Mətbuat İşçilərinin İxtisasartırma kursunu da bitirmiş (1990) və 1993–1996-cı illərdə Azərbaycan MEA Şərqşünaslıq İnstitutunun aspiranturasında (qiyabi) oxumuşdur. Hazırda AMEA-nın akademik Z. M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun "Türkiyə tarixi və iqtisadiyyatı" şöbəsinin böyük elmi işçisidir. Türkologiya sahəsində tədqiqatlar aparır.
Müzəffər Nəsirli
Nəsirli Müzəffər Qasım oğlu (14 sentyabr 1911, Sələsüz, Şahbuz rayonu – 1980, Naxçıvan) — şair, 1940-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == 1911-ci il sentyabrın 14-də İrəvan quberniyası Naxçıvan qəzasının Şahbuz rayonundakı Sələsüz kəndində fəhlə ailəsində doğulmuşdur. Sovet hakimiyyəti qurulduqdan sonra Naxçıvan şəhərində ibtidai təhsil almış, Naxçıvan Pedaqoji texnikumunu bitirmişdir (1926-1929). Bu vaxtdan əmək və yaradıcılıq fəaliyyətinə başlamışdır. Belə ki, 1929-cu ildə təyinatla Ordubad rayonun Vənənd kəndindəki kəndli gənclər məktəbinə müəllim göndərilir. 1930-cu ilədək burada işləyir. 1930-31-ci illərdə Noraşen (Şərur) rayonunun Qıvraq kəndində müəllim kimi çalışıb. 1931-32-ci illərdə İrəvan şəhərindəki Lenin adına fəhlə fakültəsində və kooperativ texnikumunda müəllim işləyib. Onun ilk şeiri “Indi” 1927-ci ildə Naxçıvan Pedaqoji Məktəbinin naşir etdi salnamədə çap olunmuşdur. Həmin illərdə Naxçıvan gənclər (komsomol) klubun nəzdində təşkil olunmuş “Qızıl qələmlər” ədəbi birliyində fəal iştirak etmiş, şerləri yerli və mərkəzi mətbuatda çap edilməyə başlanmışdır.
Məmməd Nəsirli
Məmməd Nəsir oğlu Nəsirli (d.24. 10. 1911, Naxçıvan ş. - ö.1979, Bakı) — etnoqraf. == Fəaliyyəti == 1933-1946-cı illərdə orduda xidmət etmiş, Xalxin-Qol döyüşlərində və Böyük Vətən müharibəsi (1941-45) cəbhələrində vuruşmuşdur. 1951-ci ildə Azərbaycan Dövlət Unversitetinin (indiki BDU) şərqşünaslıq fakültəsini bitirmişdir 1954-cü ildə SSRİ EA Etnoqrafiya İnstitutunun (Moskva) aspiranturasını bitirmişdir. 1954-cü ildə Azərbaycan Milli EA Tarix Muzeyində, sonralar isə Tarix İnstitutunda çalışmışdır. 1960-cı ildə Tarix elmləri namizədi olmuşdur. == Əsərləri == Respublikanın ilk etnoqraflarından olan Məmməd Nəsirli Azərbaycan, o cümlədən Naxçıvan etnoqrafiyasının öyrənilməsi sahəsində çox iş görmüşdür. Məmməd Nəsirli ilk dəfə olaraq Azərbaycan yaşayış evləri və məskənlərinin tipologiyası məsələlərini tədqiq etmiş.
Nurlan Əsgərli
Nurlan Bayram oğlu Əsgərli (3 dekabr 1995; Viləş, Masallı rayonu, Azərbaycan — 4 aprel 2016; Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Aprel döyüşlərinin şəhidi. == Həyatı və hərbi xidməti == Nurlan Əsgərli 3 dekabr 1995-ci ildə Masallı rayonunun Viləş kəndində anadan olmuşdur. Orta təhsil zamanı idmanla, xüsusilə, boksla və cüdoyla məşğul olmuşdur. Rayon üzrə cüdo və boks çempionatlarından 1-ci və 3-cü yer tutaraq qayıtmışdır. Orta məktəbi bitirdikdən sonra 2014-cü ilin yanvar ayında Masallı rayon Hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılmışdır. 2015-ci ilin aprel ayında kəşfiyyatçı kursuna daxil olmuşdur. Həmin ilin iyul ayında həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət etmək üçün könüllü olaraq hərbi xidmətini baş əsgər rütbəsində davam etdirmişdir. Xidmətinə görə gizir rütbəsi almışdır. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Nurlan Əsgərli Tərtər rayonunun Talış kəndi istiqamətində döyüşlərdə vuruşdu.
Nəcəfqulu Nəzərli
Nəcəfqulu Cavad oğlu Nəzərli və ya təxəllüsü ilə Nəcəf Rasim (20 mart 1890, Sayadlı, Xızı rayonu – 9 oktyabr 1929) — Azərbaycan rəssamı. == Həyatı == Nəcəfqulu Nəzərli 20 mart 1890-cı ildə Xızı rayonunun Sayadlı kəndində anadan olmuşdur. Rəssam 9 oktyabr 1929-cu ildə vəfat etmişdir. Sonralar həyat yoldaşı da vəfat etmiş, yeganə oğlu isə itkin düşmüşdür. === Təhsili === İlk təhsilini Bakıdakı "Üsuli cədid" məktəbində almış, kiçik yaşlarından rəssamlığa həvəs göstərmişdir. Rəssamlıq təhsilini Peterburqda almışdır. 1910-cu ilin ortalarında rəssamlığa həvəs göstərmişdir. == Yaradıcılığı == 1910-cu ilin ortalarından Bakıda cə Xızıda rəsm müəllimi işləmişdir. Bakıda bir sıra binaların fasad və interyerlərinin bəzədilməsində iştirak etmiş, pedaqoji fəaliyyət göstərmişdir("Hökumət evi" binası, "Səadət Sarayı" binası və.s). Onun akvarel və yağlı boya ilə işlənmiş mənzərələri və rəsm əsərləri "R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi"ndə qorunur və nümayiş olunur: "Морской пейзаж" в.акв.
Nəzərli (Qardabani)
Nəzərli — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Qarayazı rayonunun inzibati-ərazi vahidində kənd. == Əhalisi == 17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 5.808 nəfər (2.943 nəfəri kişilər, 2.865 nəfəri qadınlar) əhalinin 97 %-i etnik azərbaycanlılardan ibarətdir.
Nəzərli (Şəbüstər)
Nəzərli (fars. نظرلو‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 4,984 nəfər yaşayır (1,169 ailə).
Orxan Nəzərli
Nəzərli Orxan Faiq oğlu (5 dekabr 1984, Ağdam) — İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri. == Həyatı və fəaliyyəti == 1984-cü il dekabrın 5-də Ağdam şəhərində anadan olmuşdur. 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq iqtisadi münasibətlər" fakültəsini bitirmişdir. Ailəlidir, 3 övladı var. Əmək fəaliyyətinə 2003-cü ildə özəl sektorda başlamış, 2005–2015-ci illərdə Azərbaycanda yerləşən audit firmasında çalışmışdır. 2014-cü ildə ABŞ-nin Alyaska ştatında sertifikasiyadan keçib mühasibatlıq üzrə lisenziya almışdır.2015–2016-cı illərdə Azərbaycan Respublikası Təhsil nazirinin iqtisadi məsələlər üzrə müşaviri, 2016–2017-ci illərdə isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini vəzifələrində calışmışdır.2018-ci ildə Azərbaycan Respublikası Vergilər nazirinin müşaviri vəzifəsinə təyin edilmişdir. 2019-cu ildən etibarən, həmçinin, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsini icra etmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 may 2020-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilmiş və Dövlət Vergi Xidmətinin rəisi təyin olunana qədər həmin vəzifənin icrası ona həvalə edilmişdir.Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 6 may 2021-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi vəzifəsinə təyin edilmişdir.
Pərvin Əsgərli
Pərvin Əsgərova (Əsgərli) — azərbaycanlı jurnalist, teleaparıcı. == Həyatı == Pərvin Səfa qızı Əsgərova 1986-cı il noyabrın 23-də Ucar şəhərində anadan olub. Ucar şəhər 1 saylı orta məktəbi bitirib. Həmçinin Ucar şəhər musiqi məktəbində fortepiano sinfində oxuyub. 2003-cü ildə Bakı Dövlət Universitetinin Jurnalistka fakultəsinə qəbul olub. 2008-ci ildə bakalavr pilləsini bitirib. 2009-2012 ci ildə Beynəlxalq Jurnalistika kafedrasında “MDB ölkələrində ictimai televiziyanını hüquqi tənzimlənmsi” mövzusunda magistr dissertasiyasını yerinə yetirərərək magistr pilləsini qırmızı diplomla bitirib. Elə həmin il BDU-nun Jurnalistika fakuləsinin Radio və Televiziya kafedrasının doktorantura pilləsinə qəbul olub. Jurnalistika ixtisası üzrə Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Milli mənəvi dəyərlərindən formalaşmasında televiziyanın rolu (AZTV,İTV,SPACE) dissertasiya işini araşdırıb. Elə ilk vaxtlardan aktiv tələbə kimi BDU-da Tələbə Gənclər təşkilatının (TGT) Jurnalistika fakultəsi üzrə sədr müavini kimi fəaliyyət göstərib.
Ramin Nəsirli
Ramin Nəsirli (24 sentyabr 2002, Azərbaycan) — Azərbaycan futbolçusu, Azərbaycan Premyer Liqasında çıxış edən "Neftçi" PFK-nın yarımmüdafiəçisi. == Klub karyerası == Ramin Nəsirli 19 fevral 2022-ci ildə Azərbaycan Premyer Liqasında "Neftçi Bakı"nın heyətində "Şamaxı" ilə matçda debüt etmişdir.