Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bir gecəlik (mahnı)
Bir gecəlik — azərbaycanlı müğənni Aygün Kazımova və türkiyəli müğənni Gökhan Erolun mahnısıdır. Mahnının sözləri Leyli İsrafilovaya, musiqisi isə Gövhər Həsənzadəyə məxsusdur. Mahnını ilk öncə Gökhan Erol solo ifa etmişdir. Daha sonra Aygün Kazımova mahnını radioda dinləyir və özü şəxsən Gökhan bəyə müaciət edərək mahnını duet şəklində ifa edir.
Meşəlik faizi
Meşəlik faizi ərazinin meşə ilə örtülmə dərəcəsi olub meşə ilə örtülü sahənin ümumi sahəyə (məs. respublikanın, meşə təsərrüfatının və s.) nisbəti ilə təyin olunur; faizlə ifadə olunur. Respublikanın ayrı-ayrı rayonlarında fiziki-coğrafi, iqlim və torpaq şəraitindən asılı olaraq meşəlik faizi müxtəlifdir (şək.2). Meşəlik faizinin dinamikası insanın təsərrüfat fəaliyyətinin təsiri altında gedir. Meşələr respublikanın ərazisində qeyri-bərabər paylanmışdır. Meşənin əsas hissəsi (90%) dağ yamaclarında, az hissəsi (10%) isə düzəndə yerləşir. Meşə ilə örtülü sahənin 40%-i Böyük Qafqazda, 33%-i Kiçik Qafqazda və 17%-i Talışda yayılmışdır. == Meşəlik faizi ən çox harda yayılıb == Ən yüksək meşəlik faizi (40%-dən çox) ilə Böyük Qafqazın cənub makroyamacı rayonları (Balakən, Zaqatala, Oğuz, Qəbələ, İsmayıllı), Qarabağın dağlıq hissəsi (Ağdərə və Xankəndi rayonları) və qismən Talış (Astara rayonu) xarakterikdir. == Meşəlik faizi orta dərəcədə olan ərazilər == Orta meşəlik faizi (20-40%) ilə səciyyələnən ərazilər Böyük Qafqazda (Şəki, Quba rayonları), Kiçik Qafqazda (Gədəbəy, Daşkəsən, Kəlbəcər və Laçın rayonları) və Talışda (Lerik, Masallı rayonları) yerləşir. Orta meşəlik faizindən aşağı olan (10-20%) ərazilər Kiçik Qafqazın qərb rayonları (Qazax və Tovuz) üçün səciyyəvidir.
Meşəlik qurucası
Meşəlik qurucası (lat. Gnaphalium sylvaticum) - quruca cinsinə aid bitki növü.
Meşəlik yastıqotu
Meşəlik yastıqotu (lat. Draba nemorosa) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin yastıqotu cinsinə aid bitki növü. == Sinonimləri == Crucifera nemorosa E.H.L.Krause Draba × ambigua Schur Draba dictyota Greene Draba gracilis Graham Draba intermedia Andrz. ex DC. Draba lutea Gilib. ex DC. Draba lutea Gilib. Draba lutea var. brevipes DC. Draba lutea var. longipes DC. Draba macroloba Turcz. Draba muralis Thunb. [Illegitimate] Draba nemoralis Ehrh.
Meşəlik əməköməcisi
Meşəlik əməköməcisi (lat. Malva sylvestris) — əməköməcikimilər fəsiləsinin əməköməci cinsinə aid bitki növü. == Xalq təbabətində istifadəsi == Qurudulmuş əməköməcinin çiçəklərindən sulu dəmləmə hazırlayıb sinəyumşaldıcı öskürək dərmanı kimi tənəffüs yollarının iltihabını aradan qaldırmaq, mədə-bağırsaq xəstəliklərində mədənin selikli qişasını yumşaltmaq və köpmənin qarşısını almaq üçün işlədirlər.
Meşəlik əsməsi
Meşəlik əsməsi (lat. Anemone sylvestris) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin əsmə cinsinə aid bitki növü.
Meşəlik ətirşahı
Meşəlik ətirşahı (lat. Geranium sylvaticum) — ətirşah cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == 60 sm hündürlükdədir. Kökətrafı yarpaqlar uzun tüklü saplaqlı, üst hissədən sıx, aşağı hissədən damarların üzərində tükcüklü, böyrəkvari-yumru, 6-7 bölümlü, enli rombvari, lələkvari bölümlü və ya iridişcikli hissəlidir; orta yarpaqlar daha qısa saplaqlı, yuxarıdakılar oturaq və qarşı-qarşıya düzülmüşdür. Çiçəkləri çoxsaylı, yuxarı hissədə olur. Ləçəkləri tərsyumurtavari, 14– 17 mm uzunluqda, tündqırmızı-bönövşəyi rənglidir. Erkəkcik sapı aşağıda enli və kirpikciklidir. Meyvənin tayları (layları, qanadları) tükcüklüdür. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında orta dağ qurşağından yuxarı dağ qurşağına kimi yayılmışdır. Meşə talalarında və çəmənlərdə bitir.
Öncəlik (iqtisadiyyat)
Öncəlik iqtisadi nəzəriyyədə — istehlakçının fərqli alternativləri (istehlakçı dəstləri, məhsul dəstləri) müqayisə etmək (arzuolunana görə sifariş) qabiliyyətinin rəsmi təsviridir. Riyazi nöqteyi-nəzərdən hər hansı bir üstünlük sistemi, qəbul edilə bilən alternativlər dəsti ilə ikili münasibətdir (əvvəlcədən sifariş, sərt sifariş və ya ekvivalentlik). Tercih anlayışı nizamlı (sıralı) faydalılıq nəzəriyyəsinin mərkəzində durur. İstehlakçının fərqli alternativləri bir-biri ilə müqayisə etməsi kifayətdir. Xüsusilə bir köməkçi funksiyası varsa, onun ədədi dəyərləri belə bir müqayisəyə imkan verir. Funksiya dəyəri nə qədər böyükdürsə, alternativ də bir o qədər yaxşıdır. Eyni zamanda, nizam nəzəriyyəsindəki fayda subyektivdir, çünki standart və ümumiyyətlə qəbul edilmiş ölçü vahidi yoxdur. Buna görə ədədi dəyərlərin özləri və aralarındakı fərq, müştəri məmnuniyyətinin səviyyəsi və bir alternativə digərinə üstünlük dərəcəsi haqqında heç nə demir. Kardinalist (ədədi) faydalılıq nəzəriyyəsində ədədi dəyərlər, əksinə, həm müştəri məmnuniyyətinin səviyyəsini, həm də alternativə üstünlük dərəcəsini göstərir. Sıralı yanaşma müasir mikroiqtisadiyyatda əsasdır, lakin bu, pul vahidlərindəki kommunal (istehlakçı rifahı) dəyişikliklərini qiymətləndirmə ehtimalını istisna etmir.
Aşağı Necili
Aşağı Necili — Qərbi Azərbaycanda (indiki Ermənistanda) kənd. == Tarixi == Aşağı Necili İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. Rayon mərkəzindən 2 km qərbdə yerləşir. Zəngibasar (Masis) rayonu təşkil edilənədək 1969-cu ilə kimi Qəmərli (Artaşat) rayonun tərkibində olunmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənddə 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. Toponim fərqləndirici əlamət bildirən aşağı sözü ilə "nəcli" türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR AS RH-nin 25.1.1978-ci il tarixi fərmanı ilə adı dəyişdirilib Sayat Nova (erməni aşığı Sayat Novanın şərəfinə) qoyulmuşdur.
Yuxarı Necili
Yuxarı Necili (?-25.01.1978), Nizami (25.01.1978-indi) — Qərbi Azərbaycanda (indiki Ermənistanda) kənd. == Tarixi == Yuxarı Necili - İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. Rayon mərkəzindən 1,5 km şimalda yerləşir. 1969-cu ildə Zəngibasar (Masis) rayonu təşkil edilənədək Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənddə 1831-ci ildə 155 nəfər, 1873-cü ildə 540 nəfər, 1886-cı ildə 654 nəfər, 1897-ci ildə 791 nəfər, 1908-ci ildə 933 nəfər, 1914-cü ildə 945 nəfər, 1916-cı ildə 732 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin sonu 1919-cu ilin əvvəllərində kəndin sakinləri erməni təcavüzünə məruz qalraq deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda Sovet hökuməti qurulandan sonra sağ qalanlar ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 319 nəfər, 1926-cı ildə 365 nəfər, 1931-ci ildə 627 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur.
Arçelik
Arçelik A. Ş. – Türkiyənin tanınmış əmtəə nişanıdır. 1955-ci ildə Türk mühəndis Vehbi Koç tərəfindən yaradılmış və bu gün Koç Holding qrupunun tərkibinə daxildir. 1959-cu ildə Arçelik şirkəti özünün ilk paltaryuyan maşınını buraxır. Şirkətin ilk soyuducusu 1960-cı ildə Arçelik zavodunun konveyerindən çıxdı. Zaman keçdikcə Koç məişət texnikasının digər növlərinin də buraxılmasını təşkil etməyə başladı. Artıq 1977-ci ildə bu istehsal növü kütləvi xarakter daşıyırdı. Texnika BEKO brendi altında buraxılırdı və 1983-cü ildə alıcılar arasında geniş yayılmışdı. Arçelik şirkətinin rəhbərləri hesab edirdilər ki, hər zavod müəyyən bir məhsul növündə ixtisaslaşmalıdır. Bununla əlaqədar olaraq 1977-ci ildən etibarən bir sıra fabriklərin tikintisinə başlanıldı. Bir qədər sonra Arçelik şirkəti Türk Demir Döküm şirkəti ilə birgə qızdırıcılar və mətbəx piltələrinin istehsalı ilə məşğul olan Ardem şirkətini yaratdı.
Encelia
Encelia (lat. Encelia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Encelia actoni Elmer Encelia asperifolia (S.F.Blake) C.Clark & Kyhos Encelia californica Nutt. Encelia canescens Lam. Encelia conspersa Benth. Encelia densifolia C.Clark & Kyhos Encelia farinosa Torr. & A.Gray var. farinosa - Brittlebush Encelia farinosa Torr. & A.Gray var. phenicodonta (S.F.Blake) I.M.Johnst.
Keçəllik
Alopesiya (keçəllik, q.yun. ἀλωπεκία lat. alopecia — keçəlləşmə, saş tökülməsi) — saçın pataloji tökülməsi, baş nahiyəsində saçların tam və ya qismən seyrəklənməsi. Alopesiyanın növləri : androgenetik (androgenetic), diffuz və simptomatik (effluviums), əsalə və yuva (areata), hissəli (scarring).
Məcəlis
Məcəlis — kənd, Dağıstanın Qaytaq rayonunun mərkəzi. Mahaçqaladan 128 km cənubda, Dağətəyi Dağıstanda, 414 m yüksəklikdə, Ulluçayın sahilində, Mamedkala dəmiryolu stansiyasından 26 km qərbə yerləşir. 2010-cu il siyahıyaalınmasına görə kənddə 6815 nəfər yaşayırdı, onlardan 79,7% dargilər, 18,5% qumuqlar.
Mərəlik
Mərəlik (əvvəlki adı: Maralıq) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Sələsüz kənd inzibati ərazi dairəsi tərkibindəki Maralıq kəndi Mərəlik kəndi adlandırılmışdır. == Toponimikası və tarixi == Düzənlikdir. Oykonim ərəb dilindəki əra (otlaq, örüş) sözündən və -lıq yer məkan bildirən şək-dən ibarət olub, örüş yeri, otlaq yeri mənasındadır. == Əhalisi == Əhalisi 222 nəfərdir.
Nefelin
Nefelin — mineral. Bu qrupa 2 əsas mineral daxildir: nefelin Na3K[AlSiO4]4 və kalsilit. Seriyanın natriumlu sonuncu üzvü olan aşağı temperaturlu nefelin davamlıdır. Sonuncu 900° C-də yüksək temperaturlu nefelin, 1254° C-də isə karnegiitə keçir. Dərinlik süxurlarında və qneyslərdəki nefelin tərkibi nəzəri formulaya yaxındır və kaliumla zəngindir. Nefelin bəzən Ca daşıyır. Nizamlı və qeyri-nizamlı nefelin məlumdur. Heksaqonal Habitus prizmatik, qısa dirəkvari, qalın lövhəli. İkiləşmə {1010}, {3365}, {1122} üzrə. Ayrılma {1010} və {0001} üzrə qeyri-mükəmməl.
Nevelsk
Nevelsk (rus. Невельск) ya da Honto (yap. 伊曼) — Rusiya Federasiyasında yerləşən şəhər. Saxalin vilayətinə daxildir.
Nəfəslik
Nəfəslik (rus. фо́рточка) — kiçik bir ventilyasiya pəncərəsidir. Adətən bir pəncərə şüşəsinin çərçivəsini əhatə edir və bütün pəncərədən asılı olmayaraq həncamalarda açılır. Nəfəsliklər Rusiyada və digər postsovet ölkələrində geniş istifadə olunur. Nəfəslik soyuq iqlimə malik ölkələr üçün səciyyəvidir, harada həddən artıq sərinləşdirmədən otağı havalandırmağa ehtiyac var. Qaz halında olan zərrəciklərin kütlələri yüngül olduğu üçün evin tavanına doğru hərəkət etməsini nəzərə alaraq, nəfəslik pəncərənin üst hissəsinə yerləşdirilmişdir. Kilidlə təyin edilə bilər.
Təpəlik
Bir xətt üzrə uzanan, dairəvi yüksəklikdir. Çox vaxt təpəlik qədim dağılmış dağların qalıqları olur.
Heçlik
Heç və ya Yox, söz mənasıyla heç bir varlığın olmadığını ifadə edən bir işarə əvəzliyi. Yəni olmayanı amma mütləq mənada olmayanı işarə edər. Heçlik və ya Yoxluq isə Heç əvəzliyinin hakim olduğu vəziyyəti ifadə edər. Fəlsəfi və texniki olmayan gündəlik istifadə mənasında, Heç və ya Yox sözü varlıqdakı bir əskikliyi ifadə edər.. Bu mütləq mənadakı heçlik / yoxluq qavramından fərqlidir. Mütləq mənada yoxluq və heçlik, suyun əslində heç olmadığı, su deyə bir varlığın yox olduğunu ifadə etməkdədir.
Əvəlik
Əvəlik (lat. Rumex) — qırxbuğumkimilər fəsiləsinə aid bitki cinsi. == Tarixi == Əvəlik kosmopolit bitki olub. Yer kürəsinin hər yerində yayılmışdır. Əvəlik cinsinin dünya florasının tərkibində 150-ə qədər növünə rast gəlmək olar. Bu növlərin əksəriyyətinə şimal yarımkürəsinin mülayim iqlim zonalarında rast gəlinir. Əvəliyin Qafqazda 25, Azərbaycanda isə 17 növü yayılmışdır. Əvəlik növlərinin əksəriyyəti mal-qara üçün qüvvətli yem, gön-dəri sənayesi üçün aşı əhəmiyyətli, dərman xüsusiyyətli, boyaq təbiətli olmaqla yanaşı, həm də qiymətli qida və ədviyyat bitkisi sayılır. Turştəhər əvəlik — Rumex acetosella. Bu çoxillik, çılpaq ot bitkisidir.
Çəlik
Cəlik (Ərdəbil)
Anar Nəcəfli
Anar Nəcəfli — Xəzər TV-nin "Xəzər Xəbər" verilişinin aparıcısı. == Həyatı == 1980-ci ilin noyabr ayında Ucar rayonunda anadan olub. 1998-ci ildə orta məktəbi bitirib, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olunmuşdur. 2002-ci ildə həmin fakültəni bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidmətdən qayıdandan 1 il sonra ANS şirkətlər qrupuna işə düzəlmiş və "İç xəbər" verilişində müxbir kimi çalışmışdır. Ancaq sonradan aparıcı kimi də fəaliyyət göstərməyə başlamışdır. 2007-ci ildə isə müəyyən problemlər səbəbindən ANS-dən uzaqlaşmış və "Bürc FM" radiosunda işə düzəlmişdir. Əvvəl "Bürc FM"də xəbərlər buraxılışı olmayıb o, gələndən sonra burada "Xəbərlər" proqramı fəaliyyətə başlamış və 2-3 saatdan bir efirə çıxmışdır. Bir müddət sonra isə "Xəzər" telekanalı yarandığından fəaliyyətini burada davam etdirmişdir. "Xəzər" telekanalında həm müxbirlik, həm də aparıcılıq edirdi.
Dərəlik bulağı
Dərəlik bulağı — Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində, Culfa-Naxçıvan avtomobil yolundan 2 km. aralıda yerləşir. Əlincəçayın sol sahilindədir. Suyun tərkibində natrium, hidrokarbon, kalsiumli-maqneziumludur. == Ələhi suyunun tərkibi == Suyun tərkibi karbon qazı ilə boldur. Həmçinin suda natrium, kalsium, maqnezium vardır. Kimyəvi tərkibi Şimali Qafqazda yerləşən "Pyatiqorck" suyuna yaxındır. Yerli əhali tərəfindən müalicəvi su hesab edilir. Mineral bulağın suyu ürək-damar və dəri xəstəliklərində müalicəvi vasitə kimi tanınır. == Ədəbiyyat == Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, 596 səh.
Fuad Nəcəfli
Fuad Vahid oğlu Nəcəfli (1975, Kolanı, Şahbuz rayonu) – Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi. Bu vəzifəyə 22 dekabr 2022-ci ildə təyin olunmuşdur. == Həyatı == Fuad Nəcəfli 1975-ci ildə Şahbuz rayonunda anadan olub.Bakı Dövlət Universitetini Beynəlxalq münasibətlər ixtisası üzrə bitirib.Əmək fəaliyyətinə 2000-ci ildə Bakı şəhərində 1 saylı yeri İqtisad Məhkəməsində başlayıb. Beynəlxalq Sığorta Şirkətində, "Star Alyans" Sığorta Şirkətində, "Texnikabank"da, "Paşa Holdinq" MMC-də və digər qurumlarda müxtəlif vəzifələrdə işləyib.2019-cu ildən "Sumqayıt Texnologiyalar Parkı" MMC-nin Müşahidə Şurasının üzvüdür.
Güntəkin Nəcəfli
Güntəkin Cəmil qızı Nəcəfli (1968, Horadiz, Füzuli rayonu, Azərbaycan SSR) — Azərbaycan Respublikası Dövlət Mükafatı Laureatı, AMEA A.Bakıxanov adına Tarix İnstitutu aparıcı elmi işçisi, "Tarix və gercəklik" jurnalının redaksiya heyətinin, Tarix İnstitutunun Elmi Şurasının və Elmi Seminarının, Atatürk Araşdırma Mərkəzinin üzvü, tarix üzrə fəlsəfə doktoru. == Həyatı == Güntəkin Nəcəfli 1968-ci ildə Füzuli rayonunun Horadiz kəndində doğulmuşdur. 1985-ci ildə həmin kəndin orta məktəbini əla qiymətlə bitirmişdir. 1988-ci ildə 3 illik əmək stajı ilə Bakı dövlət Universitetinin tarix fakültəsinə qəbul olub. 1993-cü ildə ilk ali təhsilini fərqlənmə diplomu ilə bitirmişdir. 1993–1996-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir. 1998-ci ildə "Azərbaycan xanlıqlarının Osmanlı dövləti ilə siyasi əlaqələri (XVIII əsr)" mövzusunda tarix üzrə fəlsəfə doktorluğu üzrə namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir. 1996–2017-c illərdə Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun "Azərbay canın qonşu xalqlarla əlaqələri və xanlıqlar dövrü tarixi" "Azərbaycanın beynəlxalq əlaqələri tarixi" və "Azərbaycan xalqına qarşı soyqırımlar tarixi" şöbələrində çalışaraq kiçik elmi işçidən aparıcı elmi işçiyə qədər yüksəlmiş dir. Hazırda "Qarabağ tarixi" şöbəsinin müdiridir. 100-dən çox çapdan çıxmış elmi əsərin müəllifidir.
Jülide Özçelik
Jülide Özçelik - Türkiyəli caz sənətçisidir. == Həyatı == Jülide Özçelik 1975-ci ildə İstanbulda doğulmuşdur. Məktəbi bitirdikdən sonra Müjdat Gezen Sənət Mərkəzində musiqi təhsilinə başlamışdır. Məzun olduğu il İstanbul Bilgi Universitetinin musiqi fakültəsinə qəbul olmuşdur. Burada vokal bölümündə Nüket Ruacan ilə vokal texnikalarını öyrənmişdir.Selen Gülün, Randy Esen, İmer Demirer, Donovan Mixon , Ayşe Özbekligil, Raci Pişmişoğlu, Ricky Ford, Can Kozlu kimi müəllimlərdən ansambl, harmoniya, solfeciya dərslərini öyrənərək məzun olmuşdur. Türk dilində caz ilə bağlı müxtəlif layihələr irəli sürmüş və reallaşdırmışdır. Bu zaman Klassik Türk Müsiqisi xorlarına qoşulmuşdur və konsertlərdə solist olaraq iştirak etmişdir. == Fəaliyyəti == Axıcı və duru səsli Jülide Özçelik albom hazırlamaq fikrini Cem Tuncerə söyləyərək albomun hazılıqlarına başlayır. Cem Tuncer, Erbil Doğan, Kağan Yıldız, Ediz Hafızoğlu və Genco Arı ilə birgə 2008-ci ilin Yanvar ayında ilk albomu olan Jazz İstanbul Volume 1 'i çıxardı. Bir çox müxtəlif tədbirlərə qoşulmuşdur.
Oruc Nəcəfli
Oruc Rövşən oğlu Nəcəfli (6 oktyabr 1989; Yevlax rayonu, Azərbaycan SSR — 17 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Oruc Nəcəfli 1989-cu il oktyabrın 6-da Yevlax rayonunun Tanrıqulular kəndində anadan olub. 1996-2007-ci illərdə Mingəçevir şəhərində Nizami Gəncəvi adına 8 nömrəli tam orta məktəbdə təhsil alıb. 2007-2011-ci illərdə isə Mingəçevir Politexnik İnstitutunda "İnformatika və hesablama texnikası" ixtisası üzrə ali təhsil alıb. Ailəli idi. Bir qızı yadigar qaldı. == Hərbi xidməti == Oruc Nəcəfli 2011-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Oruc Nəcəfli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə, həmçinin Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Oruc Nəcəfli oktyabrın 17-də Ağdərə istiqamətində "Tülkü dərəsi" adlandırılan ərazidə şəhid olub. Noyabrın 6-da Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.