Nevroz
Nevroz — sinir sisteminin geri dönən funksional pozğunluğu olub, sinir sisteminə uzun müddət ərzində üzücü təsir edən müxtəlif faktorların təsiri nəticəsində baş verir.
“Nevroz” termini ilk dəfə 1776-cı ildə Şotlandiya həkimi U.Qullen tərəfindən təklif edilmişdir. XIX əsrin axırlarına qədər bir sıra somatik nevroloji, psixi və s. xəstəliklər nezrozlar kimi təsvir edilirdi. F.Pinel karlığı,korluğu, bağırsaq keçilməzliyini, tetanus xəstəliyini də nevroz hesab edirdi. M.Romberq isə hətta iflicləri, beyin sifilisini, mühiti sinir sisteminin xəstəliklərini nevrozlar kimi təqdim etməyə cəhd göstərmişdir. XIX əsrin sonuna doğru patoloji anatomiyanın, histologiyanın inkişafı ilə əlaqədar olaraq nevroz probleminə münasibət dəyişməyə başladı və onun MSS-də heç bir dəyiçiklik törətməyən, sırf funksianal xəstəlik olması sübuta yetdi. 1911-ci ildə P.Jane nevrozların yaranmasında psixogeniyaların rolunu sübut edərək göstərdi ki, sadə reaksiyalar (psixonevroloji əlamətlər) daha mürəkkəb reaksiyaların (ASF-in) çatışmazlığı, daha doğrusu onların tarazlığının pozulması nəticəsində meydana çıxır. Bu ideyanı müdafiə edən P.Duboya (1912) “nevroz” terminini “psixonevroz” termini ilə əvəz etməyi təklif etdi.
Nevrozların müasir təsnifatı hələ də mübahisəlidir.