Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nettime
Nettime — internet poçt siyahısı. 1995-ci ildə Girt Lovink və Pit Şults (o zaman zarafatla “nettime qardaşları” adlanırdı) tərəfindən Venesiya Biennalı zamanı "Medien Zentral Kommittee"nin ikinci iclasında təklif edilmişdir. 1998-ci ildən Ted Bayfild və Feliks Stalder əsas siyahıya moderatorluq etmiş, "nettime" ailəsindəki digər siyahıların moderasiyasını əlaqələndirmiş və saytı öz əlaqəsi kimi saxlamışdır. "Nettime" adı o dövrdə dominant olan kiberməkan kimi kosmik metaforalara qarşı bir bəyanat olaraq seçilmişdir. Nettime vaxtı sosial vaxtdır, o, subyektiv və intensivdir, kondensasiya və çıxarışlarla, konfranslar və kiçik görüşlər kimi sosial hadisələrə və kağız dünyasına ixrac üçün mətn yığıncaqlarına bölünür. Əksər insanlar hələ də işıq dalğaları vasitəsilə ötürüləndən daha çox taxta kağız üzərində çap olunmuş mətni oxumağı sevirlər. "Nettime" coğrafi vaxtla ilə eyni vaxt deyil və ya gedən vaxt saatları deyil. Proqramlaşdırma ilə mşğul olan və ya tez-tez ekran qarşısında oturan hər kəs vaxtın olmaması fenomenini bilir. Şəbəkədə vaxt müxtəlif sürətlərdən, kompüterlərdən, insanlardan, proqram təminatından, bant genişliyindən ibarətdir, şəbəkədə zamanın davamlılığını görməyin yeganə yolu onu sinxronlaşdırılmış vaxt zonalarının asinxron şəbəkəsi kimi görməkdir. "Nettime" poçt siyahısı "Netzkritik" və ya "Net Critique", net.art və taktiki media haqqında ideyaları stimullaşdıran və yayan əsas rolu, "birgə filtrləmə" kimi qabaqcıl təcrübələri ilə geniş şəkildə tanınmışdır.
Netten burnu
Netten burnu (çuk. Нэтъэн) — İnzibati cəhətdən Çukot Muxtar Dairəsinin Çukotski rayonu ərazisində yerləşir. Sahillərini Çukot dənizinin suları yuyur. Eskimosca (esk. Натуӄ) «çiçəklənən» mənasını verir. Burunda qədim eskimos düşərgəsi və qütb stansiyası vardır.