vicdan

is. conscience f ; təmiz ~ bonne conscience ; conscience nette ; ~la en conscience, en toute conscience, en bonne conscience ; çirkli ~ mauvaise conscience ; ~ın səsinə qulaq asmaq écouter (və ya prêter l’oreille à) sa conscience ; ~ əzabı çəkmək avoir des remords m pl ; faire (se) conscience ; ~ əzabı çəkmədən sans scrupule, sans vergogne

vibron
vicdanla
OBASTAN VİKİ
Vicdan
Vicdan, insanın öz əxlaqi dəyərlərini əsas alaraq öz niyyətləri və ya hərəkətləri ilə bağlı nə etdiyini və ya edəcəyini müəyyənləşdirdiyi şəxsi xüsusiyyətidir. Vicdan anlayışı əksər dinlərdə, bir çox fəlsəfi cərəyanlarda, mistisizmdə böyük ölçüdə əhəmiyyət verilmiş bir anlayışdır . Bu gün bəziləri “ictimai vicdan” anlayışını ortaya atda da nə dini, nə mistik və s. sahələrdə belə bir anlayış mövcud deyil, vicdan anlayışı bu sahələrdə həmişə fərdi vicdan mənasında işlədilib. Fəlsəfəyə görə insanın daxili rahatlığını və ya daxili narahatçılığını yaradaraq insanın hərəkətlərinə istiqamət verən vicdan bir anlayış deyil, insani keyfiyyətdir. Fəlsəfədə metafizik anlayış bu qabiliyyətin anadangəlmə olduğunu, dünyəvi anlayış isə insana ətrafındakı sosial şəraitinin müəyyən etdiyi ədəb və biliyin təsiri nəticəsi olduğunu iddia edir. Fridrix Nitsşeyə görə vicdan borclanmağı bacarmaq əxlaqından asılı olaraq ortaya çıxıb inkişaf etmiş, “söz verə bilən heyvan yetişdirə bilmək” məqsədilə uydurulmuş bir anlayışdır.
Vicdan azadlığı
Vicdan azadlığı — vətəndaşların istədikləri dinə sitayiş etmək və ya heç bir dini qəbul etməmək və dinlər haqqında sərbəst şəkildə fikirlərini ifadə etmək hüququdur.
Vicdan əzabı
Vicdan əzabı — keçmişdə etdikləri əməllərə görə peşman olan bir insanın həyasız, incidici və ya səhv hesab etdiyi narahat bir duyğudur. Vicdan əzabı günahkarlıq və özünə yönəlmiş küskünlüklə sıx bağlıdır. Bir şəxs əvvəlki hərəkət və ya hərəkətsizlikdən peşman olduqda, peşmanlıq hissi və ya hərəkətə və ya hərəkətsizliyə görə cəza da daxil olmaqla digər müxtəlif nəticələrə cavab ola bilər. İnsanlar peşman olduqlarını üzr istəmək, düzəltməyə çalışmaq və ya öz cəzalarını tətbiq etməklə bildirə bilər. Qanuni bir kontekstdə, cinayətkarın qəbul etdiyi peşmanlıq məhkəmələr, hökmlər, şərti olaraq dinləmələr və bərpaedici ədalət zamanı Qərb ədliyyə sistemləri tərəfindən qiymətləndirilir. Bununla birlikdə, cinayətkarın peşmançılıq səviyyəsini qiymətləndirməkdə epistemoloji problemlər var. Peşman olmağı bacarmayan bir insana tez-tez Psixi Rahatsızlıqların Diaqnostik və Statistik Təlimatında izah edildiyi kimi antisosial şəxsiyyət pozuqluğu diaqnozu qoyulur. Ümumiyyətlə, psixopatik xüsusiyyətləri inkişaf etdirmək üçün insanın qorxu və peşmançılıq hissi keçirə bilməməsi lazımdır. Sığorta kimi hüquqi və işgüzar peşələr, ilk növbədə potensial məhkəmə və maliyyə nəticələrinə görə üzr istəməklə peşman olduqlarını ifadə etmək üçün araşdırmalar aparmışlar. Üzr istəməyə dair iki tədqiqat vardır — Qeri Çepmen və Cennifer Tomasın "Üzr istəməyin beş üsulu" ing.
Vicdan haqqı
Vicdan haqqı — Rövşən İsaxın quruluşçu rejissorluğu ilə çəkilmiş Azərbaycan teleserialı. Qohumu İmranın (İlham Hüseynov) ardınca Rusiyaya işləməyə getmiş ədəbiyyat müəllimi Kamil (Elxan Yunis), orada başına gələn hadisələrdən sonra, Larisa (Çimnaz Sultanova) adlı bir rus qadınla evlənir. Kamilin Azərbaycanda da ailəsi var. Həyat yoldaşı Dilarə (Kəmalə Müzəffər), qızı Nərgiz (Ülviyyə Xəlilbəyli) və oğlu Fariz (Murad İsmayıl) onun yolunu gözləyir. Rusiyada yaşadığı 8 il müddət ərzində Larisa ilə nikahdan bir oğlu da olur. Kamil düşdüyü çətin vəziyyətdən yaxa qurtarandan və bütün maddi problemlərini həll etdikdən sonra Azərbaycana qayıdır. Çox keçmir ki, Larisa da öz oğlu ilə onun yanına gəlir. Bu hadisədən isə yalnız İmran, Minayə (Hicran Nəsirova) və Afaqın (Təzəgül Hidayət) xəbəri var. Lakin hadisələr elə cərəyan edir ki, Kamil bu xəbəri digər ailə üzvlərindən də çox gizlədə bilmir. Serialın ilk mövsümü 5 fevral 2016 – 24 iyun 2016-cı il tarixlərini əhatə etmişdir.
Susmuş vicdan (film, 2010)
Filmdə iki dostun və bir ailənin başına gələn faciələrdən bəhs olunur. İki dost öz sevgililəri ilə Qubada istirahətə gedirlər. Lakin səbəbsiz yerə bir dostu bıçarlayaraq öldürürlər və bu hadisədə haqsız yerə dostu Aqşin günahlandırılır. Beləliklə iki dostun ailələri arasında münaqişə yaranır. Bu münaqişənin axarıyla hadisələrə yeni obrazlar daxil olur. Filmin büdcəsi 2000 AZNdir. Titrlər: Serialda canlandırılmış obrazlar təxəyyülün məhsuludur və reallığı əks etdirmir. Serialın çəkilişində Azərbaycan bayrağı ordenli İbad Hüseynovun şəxsi arxivinin materiallarından istifadə olunmuşdur.
Vicdan haqqı (teleserial, 2016)
Vicdan haqqı — Rövşən İsaxın quruluşçu rejissorluğu ilə çəkilmiş Azərbaycan teleserialı. Qohumu İmranın (İlham Hüseynov) ardınca Rusiyaya işləməyə getmiş ədəbiyyat müəllimi Kamil (Elxan Yunis), orada başına gələn hadisələrdən sonra, Larisa (Çimnaz Sultanova) adlı bir rus qadınla evlənir. Kamilin Azərbaycanda da ailəsi var. Həyat yoldaşı Dilarə (Kəmalə Müzəffər), qızı Nərgiz (Ülviyyə Xəlilbəyli) və oğlu Fariz (Murad İsmayıl) onun yolunu gözləyir. Rusiyada yaşadığı 8 il müddət ərzində Larisa ilə nikahdan bir oğlu da olur. Kamil düşdüyü çətin vəziyyətdən yaxa qurtarandan və bütün maddi problemlərini həll etdikdən sonra Azərbaycana qayıdır. Çox keçmir ki, Larisa da öz oğlu ilə onun yanına gəlir. Bu hadisədən isə yalnız İmran, Minayə (Hicran Nəsirova) və Afaqın (Təzəgül Hidayət) xəbəri var. Lakin hadisələr elə cərəyan edir ki, Kamil bu xəbəri digər ailə üzvlərindən də çox gizlədə bilmir. Serialın ilk mövsümü 5 fevral 2016 – 24 iyun 2016-cı il tarixlərini əhatə etmişdir.
ANS AMBL. Dəqiq, vicdanlı, qərəzsiz! (film, 2011)
Vicdanlı etirazçı
Vicdanlı etirazçı — vicdan azadlığı, fikir azadlığı və din azadlığına əsaslanaraq, hərbi xidmət keçməkdən imtina etmək hüququnun olduğunu iddia edən şəxs.
Vicdanlılıq
Xoşniyyət (lat. bona fides) — nəticəsindən asılı olmayaraq, ictimai münasibətlərdə qarşılıqlı əlaqənin ədalətli, açıq və dürüst olması üçün səmimi bir niyyət kimi ifadə olunur. Baxmayaraq ki, bir çox latın ifadələri əsrlər boyu öz aktuallığını itirmişdir, lakin "bona fide" ifadəsi qəbul edildiyi məzmunda geniş istifadə edilərək müasir ingilis dilində "xoş niyyət" (ing. good faith) adlandırılmış və ümümi qəbul edilmiş məzmununu saxlamışdır. Xoş niyyət anlayışı hüquq və biznes sahələrində mühüm anlayışdır. Ona əks olan anlayışlar isə pis niyyət, "mala fides" (riyakarlıq) və xainlikdir. Müasir ingilis dilində bəzən "bona fide" ifadəsinin istifadəsi imtiyazlılıq və şəxsiyyətin ifadəsi ilə eyniləşdirilir. Bu ifadə bəzən iş elanlarında istifadə olunur və aşağıda göstərildiyi kimi vicdanlı peşə keyfiyyətləri və ya işəgötürənin vicdanlı səyi ilə oxşarlıq təşkil edir, lakin eyniləşdirilməməlidir. Latınca: "yaxşı niyyət" və ya "vicdanlı" mənasını verən bir ifadədir. Anlayışın çıxışlıq halda ifadəsi "bona fide" kimidir və bu adətən sifət kimi "həqiqi" mənasında işlənilir.
Vicdanı oyadan
Vicdanı oyadan, Cadugərin qızı və ya Kahinin qızı (dan. Skammerens datter) — Rejissor Kennet Keynz tərəfindən 2015-ci ildə çəkilmiş Danimarka döyüş-fentezi filmidir. Film Lene Keberbolun eyniadlı kitabına əsaslanaraq çəkilmişdir. == Süjet xətti == Dina adlı balaca qıza irsi olaraq anasından qeyri-adi qabiliyyət keçmişdir. O insanların ürəyinə baxaraq, onları etdikləri pis əməllərə görə xəcalət çəkməyə məcbur edə bilir. Taxtın yeganə varisi olan Nikodim imperator ailəsinin qətlində ittiham olunandan sonra Dinanın anasını aldadaraq qalaya gətirirlər. Onlar qadından öz gücündən istifadə edərək, ittiham olunan şəxsi cinayəti boynuna götürməyə məcbur etmək istəyirlər. Lakin qadın öz imkanlarını pisliyə doğru yönətmək istəmədiyi üçün bu təkliflə razılaşmır və həbs olunur. Dina isə həqiqəti aşkara çıxarmaq üçün öz həyatını belə risk altına alır. Qızı və ailəsini olduqca maraqlı macəralar, ədalətli məqsəd – qanuni varisi taxta geri qaytarmaq gözləyir.

Digər lüğətlərdə