Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Neytral dövlət
Bitərəflik — beynəxalq hüquqda müharibədə iştirak etməməkdir, sülh zamanını isə hərbi alyanslarda iştirak etməməkdir.
Neytral dərə
== Neytral dərə == Neytral dərə (lat. neuter-nə o, nə bu)-ərazinin tektonik strukturundan asılı olmayaraq istənilən istiqamətdə uzanmış dərəyə deyilir.
Neytral sular
Neytral sular — dənizlərdə quru suları sərhədlərinin suverenlik sahəsini təyin sahənin xaricində qalan beynəlxalq bölgədir. == Hüquqi dayaq == 1982-ci ildə, BMT III.Deniz hüququ haqqında Konvensiyanın milli Kara suları sərhədini maksimum 12 mil olaraq təyin etmişdir. Şəxsi razılaşmalarla müəyyən sərhədlər daha qısa tutula bilər. == Hüquq pozuntuları == 31 may 2010-cu il tarixində İsrail komandoları beynəlxalq dibində kömək gəmilərinə hücum edərək dünya ictimaiyyətinin protestolarına səbəb olmuşlar.
Neytral zona
Neytral zona (ing. No man's land (azərb. Heç kimin torpağı deyil‎)) — narahatlıq və ya qeyri-müəyyənlik üzündən boş qalan və tərəflər arasında fikir ayrılığı olan bir torpaqdır. Bu termin əvvəlcə feodalizm dövründə feodallar arasında iddia edilən torpaqları təsvir etmək üçün istifadə edilmişdir. Müasir dövrdə iki düşmən xəndəyi arasındakı ərazini təsvir etmək üçün istifadə olunur və çox vaxt Birinci Dünya Müharibəsi ilə əlaqələndirilir.
Neytral faiz dərəcəsi
Neytral faiz dərəcəsi, və ya təbii faiz dərəcəsi (ing. natural/neutral rate of interest) — pul siyasətinin real faiz dərəcəsinin (mərkəzi bankın faiz dərəcəsi) dəyəri, bu zaman inflyasiya hədəfinə nail olmaq və istehsal güclərindən tam istifadə etmək (sıfır məhsul buraxılışı). Neytral faiz dərəcəsi əldə edildikdə, pul siyasəti iqtisadiyyata nə məhdudlaşdırıcı, nə də stimullaşdırıcı təsir göstərmir. == Konsepsiyanın mənşəyi == Neytral faiz dərəcəsi ideyasının müəllifi 1898-ci ildə “Faiz dərəcəsi və qiymətlər” əsərində bunu dilə gətirən isveçli iqtisadçı Knut Uikseldir. İqtisadçı bunu kreditlər üzrə faiz dərəcəsinin əmtəə qiymətlərinə münasibətdə neytral olan, onların nə yüksəlməsinə, nə də azalmasına səbəb olmayan səviyyəsi kimi müəyyən edib. Wicksell bunu yalnız tələb və təkliflə müəyyən edilən faiz dərəcəsi kimi başa düşürdü. == Konsepsiyanın C. M. Keyns tərəfindən hazırlanması == C.M. Keyns “Pul haqqında traktat”da (1930) Uikselin ideyasına əsaslanaraq, təbii faiz dərəcəsini əmanətlərin miqdarı ilə investisiyanın məbləği arasında bərabərliyin, yəni cəmiyyətin resurslarından tam istifadənin şərti kimi müəyyən etmişdir. Lakin sonralar “Məşğulluğun, faizin və pulun ümumi nəzəriyyəsi” (1936) əsərində o, səhv etdiyi qənaətinə gəlir. “Mən hər bir cəmiyyətdə bu tərifə əsasən, hər bir fərziyyəli məşğulluq səviyyəsi üçün fərqli təbii faiz dərəcəsinin olduğunu görməmişəm. Eyni şəkildə, hər bir faiz dərəcəsi üçün bir məşğulluq dərəcəsi var ki, onun üçün bu faiz dərəcəsi “təbii” dərəcədir, yəni sistemin həmin faiz dərəcəsində və bu nisbətdə tarazlıqda olması mənasında.
Elektrik neytrallıq tənlik
Xarici təsir olmadıqda yarımkeçiricilərdə əsas yük daşıyıcıların generasiyası valent zonasından keçirici və ya akseptor səviyyələrinə və yaxud donor səviyyəsindən keçirici zonaya keçidlərlə elektronların istilik həyəcanlanması hesabına baş verir. Bu zaman keçirici zonasında sərbəst elektronlar, valent zonasında isə sərbəst deşiklər əmələ qəlir. İki tərs proses - yük daşıyıcıların generasiyası və rekombinasiyası nəticəsində, yarımkeçirici kristalın tərkibində elektronların - n0 və deşiklərin -р0 konsentrasiyası tarazlıq halına gələrək istilik tarazlıq halını yaratmış olurlar. Sərbəst yük daşıyıcıların generasiyası hesabına yarımkeçiricilərdə hər zaman əks qiymətə malik yük daşıyıcılar əmələ gəlir. Beləliklə yarımkeçiri kristallarda yüklənmiş hissəciklərin cəm yükü sıfıra bərabər olur, bu isə yarımkeçiricinin elektrik olaraq tam neytrallığı deməkdir. Elektrik neytrallıq şərti bu cür ifadə olunur: n 0 + N A − = p 0 + N D + {\displaystyle n_{0}+N_{A}^{-}=p_{0}+N_{D}^{+}} burda n0 və р0 – elektronların keçirici zonasında və deşiklərin valent zonasında tarazlıq konsentrasiyasıdır; N A − {\displaystyle N_{A}^{-}} və N D + {\displaystyle N_{D}^{+}} - akseptor və donorların bir qat ionlaşmış atomların konsentrasiyasını ifade edir.
Elektrik neytrallıq tənliyi
Xarici təsir olmadıqda yarımkeçiricilərdə əsas yük daşıyıcıların generasiyası valent zonasından keçirici və ya akseptor səviyyələrinə və yaxud donor səviyyəsindən keçirici zonaya keçidlərlə elektronların istilik həyəcanlanması hesabına baş verir. Bu zaman keçirici zonasında sərbəst elektronlar, valent zonasında isə sərbəst deşiklər əmələ qəlir. İki tərs proses - yük daşıyıcıların generasiyası və rekombinasiyası nəticəsində, yarımkeçirici kristalın tərkibində elektronların - n0 və deşiklərin -р0 konsentrasiyası tarazlıq halına gələrək istilik tarazlıq halını yaratmış olurlar. Sərbəst yük daşıyıcıların generasiyası hesabına yarımkeçiricilərdə hər zaman əks qiymətə malik yük daşıyıcılar əmələ gəlir. Beləliklə yarımkeçiri kristallarda yüklənmiş hissəciklərin cəm yükü sıfıra bərabər olur, bu isə yarımkeçiricinin elektrik olaraq tam neytrallığı deməkdir. Elektrik neytrallıq şərti bu cür ifadə olunur: n 0 + N A − = p 0 + N D + {\displaystyle n_{0}+N_{A}^{-}=p_{0}+N_{D}^{+}} burda n0 və р0 – elektronların keçirici zonasında və deşiklərin valent zonasında tarazlıq konsentrasiyasıdır; N A − {\displaystyle N_{A}^{-}} və N D + {\displaystyle N_{D}^{+}} - akseptor və donorların bir qat ionlaşmış atomların konsentrasiyasını ifade edir.
Laosun neytrallığı haqqında beynəlxalq müqavilə
Laosun neytrallığı haqqında beynəlxalq müqavilə — 23 iyul 1962-ci ildə Cenevrədə Laos məsələsinin həlli üzrə 16 may 1961-ci ildən davam edən beynəlxalq konfransın nəticəsi olaraq 14 dövlət, o cümlədən Laos tərəfindən imzalanmış beynəlxalq müqavilə. Birma İttifaqı, Kamboca, Kanada, Çin Xalq Respublikası, Vyetnam Demokratik Respublikası, Fransa, Hindistan, Polşa Xalq Respublikası, Vyetnam Respublikası, Tailand, Sovet İttifaqı, Böyük Britaniya və Amerika Birləşmiş Ştatları bəyannaməni imzalamışdılar. O və Laos Kral Hökumətinin 9 iyul 1962-ci il tarixli neytrallıq haqqında bəyannaməsi imzalandığı tarixdə beynəlxalq müqavilə kimi qüvvəyə minmişdir. == İstinadlar == == Xarici keçidlər == Declaration on the Neutrality of Laos.
Neytrin
Neytrinolar - günəş partlayışları zamanı yerə gəlir. Lakin bu neytrinolar həmişə planetimizə təsir etmirlər. Alimlər hesab edirlər ki, əgər bu neytrinolar fiziki səviyyədə maddələrin reaksiyasını yaratsalar bu zaman onlar yerin nüvə zərrəcikləri şəklinə düşəcək və mikro dalğalar kimi hərəkət edərək yerin nüvəsini dağıdacaq. Bundan sonra yerin qabığı hərəkət edəcək. Nəhayət dünya dağılacaq.
Neytron
thumb|200px|Neytronun kvark quruluşu Neytron yükə malik olmayan elementar hissədir. Neytronlar protonla birlikdə atom nüvəsini əmələ gətirir və bu iki hissə ümumi şəkildə nukleon adlandırılır. Neytron barionlar sinfinə aiddir. Neytronun kəşfi (1932) fizik C.Çedvikə mənsubdur. O bu kəşfi üçün 1935-ci ildə Nobel mükafatına layiq görülmüşdür. Sərbəst neytronun kütləsi 939,6 MeV-dır. Bu protonunkundan 1,3 MeV böyükdür. O, elektrik yükü daşımır, ancaq zəif maqnit momentinə malikdir. Birləşmiş hissəcik kimi neytron genişlənmiş formadadır və onun diametri 1,5 · 10−15 m-dir. Neytronun ömrü təxminən 886 saniyə (15 dəqiqə) çəkir.
Café Central
Café Central — Avstriyanın Vyana şəhərində yerləşən kafe. == Tarixi == Kafe 1876-cı ildə Pax qardaşları tərəfindən açıldı və XIX əsrin sonlarında Vyana intellektual səhnəsinin əsas görüş yeri idi. Kafenin tanınmış müştərilərindən Piter Altenberq, Teodor Hertsl, Alfred Adler, Eqon Fridel, Huqo von Hofmanstal, Adolf Loz, Leo Perutz, Robert Musil, Stefan Sveyq, Alfred Polqar, İosip Broz Tito, Ziqmund Freyd, Adolf Hitler və Lev Trotskini qeyd etmək olar.
Comedy Central
«Comedy Central» — ABŞ kabel telekanalı. Telekanal «Viacom» şirkətinin mülkü olan «Viacom Media Networks» şirkətinin mülkü olan «Viacom Global Entertainment Group» şirkətinə aiddir. Telekanal daha yetkin auditoriyaya malikdir və orijinal, lisenziyalanmış və sindikasiya edilmiş komediya verilişləri və stendap şouları, eləcə də bədii filmləri əhatə edir. 2000-ci illərin əvvəllərindən «Comedy Central» Cənub-şərqi Asiya, Avropa, Latın Amerikası, Yeni Zelandiya, Orta Şərq və Afrikada lokal telekanallar açmışdır. Beynəlxalq telekanallar «Viacom International Media Networks» idarəçiliyi altındadır. Telekanal 1989-cu ildə «The Comedy Channel» adı altında təsis edilmiş, 1990-cı ildə isə adını «Ha! The Comedy Network» olaraq adını dəyişmiş, 1991-ci ildə isə indiki adını almışdır. Telekanalın baş qərargahı ABŞ-nin Nyu-York ştatının Nyu-York şəhərinin 345 Hadson-strit küçəsində yerləşir. «Comedy Central» telekanalının bir çox orijinal verilişləri var. Onlardan ən uğurlusu 1997-ci ildə yayıma başlayan «South Park» satirik animasiya serialıdır.
Nemoral lekanora
Nemoral lekanora (Elmi adı - Lecanora nemoralis) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar"kateqoriyasına aiddir – VU D2. Nadir növdür. == Qısa morfoloji təsviri == Tallomun diametri 10 sm, nazik, hamar, dənəvər və azacıq çatvaridir. Apotesilər iridir, diametri 2 mm-ə çatır. Tallom üzərində səpələnmiş komacıq formasındadır. Apotesi diski sarımtıl qəhvəyidən qəhvəyiyə kimi, cavan apotesilər çökük yaşlılar isə qabarıqdır. Tallomun qıraqları qalındır, əyri dişvaridir, talloma nisbətən açıq rənglidir. Tallom KOH təsirindən saralır. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Mezofit növdür, apotesilər vasitəsi ilə çoxalır. == Yayılması == Quba rayonu, şəhər mərkəzi parkında (cükədə); Qusar rayonu caqar kəndi ətrafında, meyvə bağında (almada); Qəbələ rayonu Muxas kəndi ətrafında meşədə (ağcaqayın), 660–1250 m hündürlükdə rast gəlinir.
Neytron bombası
Neytron bombası — İnfrastruktura toxunmadan və radiasiya yaratmadan, ancaq canlı qüvvəni məhv edən silah. Neytron bombasının konsepsiyasını ilk dəfə ABŞ fiziki Samuel Koen 1958-ci ildə təklif edib. İnfrastruktura toxunmayan və radiasiya yaratmayan, ancaq canlı qüvvəni məhv edən neytron bombasının ilk sınağı 1963-cü ildə Nevada poliqonunda keçirilib. ABŞ prezidenti Cimmi Karter 1978-ci ildə silahın hazırlanmasını dayandırıb, ancaq 1981-ci ilə layihə yenidən işlənilməyə başlanılıb.
Neytron ulduz
Neytron ulduzları — Supernova partlayışı zamanı ortaya çıxan çox sıx və öz oxu ətrafında sürətlə dövr edən obyektlərdir. Belə ki kütləsi 1,4 Günəş kütləsi ilə 3 Günəş kütləsi arasında olan bir ulduz öz nüvəsində termonüvə sintezini başa çatdırdıqdan sonra sıxılır, Supernova partlayışı nəticəsində ulduzun üst qatları kosmosa dağılır, ortada isə həmin ulduzun yalnız nüvəsi qalır. Bu supersıx və kütləli nüvəni Neytron ulduzu adlandırırlar. Bu kütləyə sahib olan nüvə çökərkən yüksək təzyiq və temperatur altında nüvənin elektronları və protonları birləşərək neytronları əmələ gətirir. Ortaya maddəsi sadəcə neytronlardan ibarət olan bir kürə çıxır və buna görə onlar Neytron ulduzları deyilir. Neytron ulduzunu daha da çökməyə qoymayan güc isə bu neytron qazının təzyiqidir. Neytron ulduzlarının diametri ortalama 10–20 km-dir, kütləsi isə Günəşin kütləsindən ortalama 2 dəfə çoxdur. Bir qaşıq neytron ulduzu maddəsinin çəkisi Yer kürəsində 100 milyon tona bərabər olacaqdır. Neytron ulduzları çox istidir və onların səth temperaturları 600.000 K-ə çatır. Onların maqnit sahələri Yer kürəsinin maqnit sahəsindən 10⁸-10¹⁵ dəfə daha güclüdür.
Neytron ulduzu
Neytron ulduzları — Supernova partlayışı zamanı ortaya çıxan çox sıx və öz oxu ətrafında sürətlə dövr edən obyektlərdir. Belə ki kütləsi 1,4 Günəş kütləsi ilə 3 Günəş kütləsi arasında olan bir ulduz öz nüvəsində termonüvə sintezini başa çatdırdıqdan sonra sıxılır, Supernova partlayışı nəticəsində ulduzun üst qatları kosmosa dağılır, ortada isə həmin ulduzun yalnız nüvəsi qalır. Bu supersıx və kütləli nüvəni Neytron ulduzu adlandırırlar. Bu kütləyə sahib olan nüvə çökərkən yüksək təzyiq və temperatur altında nüvənin elektronları və protonları birləşərək neytronları əmələ gətirir. Ortaya maddəsi sadəcə neytronlardan ibarət olan bir kürə çıxır və buna görə onlar Neytron ulduzları deyilir. Neytron ulduzunu daha da çökməyə qoymayan güc isə bu neytron qazının təzyiqidir. Neytron ulduzlarının diametri ortalama 10–20 km-dir, kütləsi isə Günəşin kütləsindən ortalama 2 dəfə çoxdur. Bir qaşıq neytron ulduzu maddəsinin çəkisi Yer kürəsində 100 milyon tona bərabər olacaqdır. Neytron ulduzları çox istidir və onların səth temperaturları 600.000 K-ə çatır. Onların maqnit sahələri Yer kürəsinin maqnit sahəsindən 10⁸-10¹⁵ dəfə daha güclüdür.
Neytron əksetdiricisi
Neytron əksetdiricisi - nüvə reaktorunun aktiv zonasını əhatə edən və neytronların zonadan kənara axmasını azaldan maddə təbəqəsi. Nüvə əksetdiricisində neytronların əks etdirilməsi zəncirvari reaksiyanın gedişini təmin edən yanacağa qənaət olunmasına imkan verir. Nüvə əksetdiricisi üçün yavaşıdıcı kimi işlənən maddələrdən istifadə olunur.
PubMed Central
Sentral park
Sentral park və ya Mərkəzi park (ing. Central park) — Amerika Birləşmiş Ştatlarının, Nyu York şəhərinin, Manhetten rayonunda yerləşən 341 hektar ərazisi olan çox böyük ümumi bir şəhər parkıdır. İllik orta hesabla 25 milyon ziyarətçisi ilə Mərkəzi Park, Birləşmiş Amerikada ən çox ziyarət edilən şəhər parkıdır. Bir çox film və televiziya şouları bu parkı dünyada ən məşhur şəhər parkı etmişdir və həmçinin Mərkəzi parkda üzmək qanunlara ziddir. Sentral park, Dünyanın ən məşhur şəhər parklarından biridir və Nyu Yorkun simvollarındandır. == Tarixi == Nyu-york şəhərinin Manhetten rayonunda yerləşən xəstəlik saçan və nizamsız sahəyə sahib bir bataqlıq, şəhər xalqının nəfəs ala biləcəyi, zaman keçirə biləcəyi bir sahəyə çevrilməsi tələb olunmuşdur. Bunun üçün 1857-ci ildə Mərkəzi Park komissiyası sahə tənzimləmə müsabiqəsi keçirmişdir. Frederik Lo Olmsted və tərəfdaşı Calvert Vaux bu müsabiqəyə qatılmağa qərar vermişdi. Hazırladıqları layihə 33 layihədən birinci seçilmişdir. Olmsted mühəndis olaraq Sentral Park layihəsinin başına keçmişdir.
Neytan Trent
Natanael Koll (alm. Nathanaele Koll‎; d. 4 aprel 1992, İnsbruk, Avstriya) və ya səhnə adı ilə Neytan Trent (ing. Nathan Trent) — Avstriya müğənnisi. O Avstriyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı və musiqi karyerası == Neytan Trent 4 aprel 1992-ci ildə Avstriyanın İnsbruk şəhərində anadan olmuşdur. Onun atası Avstriyalı, anası isə İtalyandır. 2003-cü ildə Neytan Avstriyanın uşaqlar üçün nəzərdə tutulmuş Kiddy Contest yarışmasında iştirak etmişdir. 2016-cı ilin iyun ayında Neytan "Like It Is" adlı debüt sinqlını çıxarmışdır. Həmin ilin dekabr ayında Avstriyanın ÖRF telekanalı Neytanın Avstriyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil edəcəyini açıqlamışdır.
Central European University
Mərkəzi Avropa Universiteti (ing. Central European University (CEU), mac. Közép-európai Egyetem) Macarıstanın paytaxtı Budapeşt şəhərində yerləşən və dünyanın ən nüfuzlu universitetlərindən biridir. Universitet 1991-ci ildə Corc Sorosun maliyyə dəstəyi ilə bir qrup ziyalı tərəfindən Mərkəzi və Şərqi Avropa, eləcə də keçmiş SSRİ ölkələrində açıq cəmiyyət və demokratiyanın inkişafına töfhə məqsədilə yaradılmışdır. Universitetin kampusları Varşava və Budapeştdə yerləşir. Bu gün MAU – 110-dan çox ölkədən olan 1600 nəfər tələbənin oxuduğu beynəlxalq universitetdir. Universitetin təsisçisi Corc Soros tərəfindən maliyyələşdirilən və 400 milyon avroya qədər büdcəsi olan MAU fondu sayəsində bir çox istedadlı və fərqlənən tələbələr bütün kurs boyu maliyyə dəstəyi alır. Mərkəzi Avropa Universiteti daimi ianə fondunun eksklüziv benefisiarıdır. MAU İanə Fondu Avropada ən böyük akademik ianə fondlarından biridir və universitetin uzunmüddətli maliyyə səmərəliliyini təmin etmək üçün yaradılmışdır. Bu, Budapeştdə yerləşən universitetin əsas əməliyyat xərcləri üçün illik maliyyəni təmin edir.
Neytron döyüş sursatı
Neytron döyüş sursatı - güclü neytron şüalanması ilə təsir göstərən nüvə silahı növü. Neytron döyüş sursatında partlayış xarakterli bölünmə və sintez nüvə reaksiyalarından istifadə olunur. Hazırlanmasında əsas ilkin maddə kimi deyteriumla tritiumun qarışığı işlədilir. Partlayış enerjisi bütün canlılara, o cümlədən daldalanacaqda və sair yerlərdə gizlənmiş adamlara təsir göstərir. == Təsiri == Neytron döyüş sursatının dağıdıcı və yandırıcı təsiri nüvə bombalarına nisbətən zəif, orqanizmi şüalandırma qabiliyyəti isə çox yüksəkdir. Neytron döyüş sursatı növlərindən biri hədəfdən 30-130 m yüksəkdə partladılarkən 200-400 m radiusdakı obyektlər zərbə dalğası və işıq şüalanmasından məhv olur, [[1000]-1200 m radiusdakı adamlar bir anda, 1500 m radiusdakılar isə iki gün ərzində tələf olur. == İstehsalı == 1981-ci ildən ABŞ-da neytron döyüş sursatının kütləvi istehsalı başlanmışdır. Neytron döyüş sursatının növlərindən biri Lens raketi və 203,2 mm-lik mərmilər həm neytron, həm də nüvə partladıcısı ilə təchiz olunur.
Neytan Stüart-Carret
Neytan Stüart-Carrett
Neytan Lloyd Stüart-Carrett (ing. Nathan Lloyd Stewart-Jarrett, 4 dekabr 1985) — Böyük Britaniya aktyoru. "Misfits" serialında canlandırdığı Curtis Donovan roluna görə tanınır. == Karyerası == Natan 1985-ci ildə anadan olub. Gənc yaşlarında incəsənət ilə maraqlanıb. Daha sonradan akytorluq ilə məşğul olmağa başlayıb. 2006-cı ildə London şəhərində yerləşən Nitq və Drama Mərkəzi Məktəbi universitetinin məzunu olub. Bundan sonrakı illərdə teatrlarda çalışıb. 2007-ci ildə televiziyada ilk rolunu BBC One telekanalında yayımlanan Casuality verilişində alıb. Daha sonradan daha bir neçə verilişdə işləyən Natan 2009-cu ildə Misfits serialında çəkilməyə başlayır.
Teatral həyat (film, 2009)
Teatral həyat — Rejissor İlqar Nəcəfin filmi. == Məzmun == Filmdəki hadisələr Sovet İttifaqı dağılandan sonrakı illərə təsadüf edir. Filmin qəhrəmanı əyalət teatrlarından birinin aktyorudur. Yaşadığı dövrün xaotik əhval-ruhiyyəsi onun xarakterinə, ruhi vəziyyətinə birbaşa təsir eləyib. Qəhrəman depressiya keçirir. Onun valideynləri də aktyor olub, uşaqlığı səhnədə keçib, səhnədə böyüyüb. Keçmişi çox yaxşı olub, amma indi düşdüyü mühit, təklik onu sıxır, psixoloji sarsıntı içindədir. O, həm də teatrdakı tərəf-müqabili Leylanı sevir. Daha doğrusu, bir tamaşaçı olaraq biz deyirik ki, sevir. Əslində qəhrəmanımızın bütün hisslərinin xaotik olduğunu görürük.
Central European University Business School
Mərkəzi Avropa Universitetinin Biznes Məktəbi və ya qısaca MAU BM (ing. Central European University Business School və ya qısaca CEU BS)- menecerləri inkişaf etdirmək üçün qərb təhsili verən Mərkəzi və Şərqi Avropada ilk təhsil müəssisəsidir. Regionda iqtisadiyyatın dəyişməsini nəzərə alaraq fəaliyyətə başladığı vaxtdan qərb təhsil müəssisələrinə xas inkişaf standartlarını məqsəd seçib. Biznes məktəbin rəsmiləri onu adətən MAU Biznes Məktəbi adlandırır. == Tarixi == MAU Biznes Məktəbinin əsası Beynəlxalq Menecment Mərkəzi (BMM) adı altında 1988-ci ildə əfsanəvi investor və filantrop Corc Soros və digər uzaqgörən liderlər tərəfindən qoyulub. Biznes Məktəb o vaxtdan (onun Beynəlxalq Menecment Mərkəzi (BMM) kimi yaradılmasından) bu yana üç təkamül mərhələsi keçib: 1988-1995. BMM tələbələri təhsillərinin ilk illərini Budapeştdə başa vururdular və daha sonra Qərbi Avropada və Şimali Amerikada yerləşən partnyor məktəblərə keçərək orada təhsillərini bitirib MBA diplomlarını alırdılar. 1996-2001. BMM Klivlənddə (Ohayo) yerləşən Keyz Vestern Rezerv Universitetinin Vezerhed Menecment Məktəbinin françayzinqi kim fəaliyyət göstərib. 2002-indiyədək.