Asfaltenlər

neftin tərkibində olan ən irimolekulu madələr: molekul kütlələri 1600 - 6000-dir; ağır və qatranlı neftlərdə daha çoxdur. Elementar tərkibinə görə neft qatranlarına yaxındır, tərkibində 80-86% karbon, 0-9% kükürd, 1-9% oksigen və 2%-ə yaxın azot olur. Güman edilir ki, A. neft qatranlarının kondensasiyasından əmələ gəlir. A. tünd qonur, yaxud qara rəngdə neytral xasəli amorf madələrdir, qızdırıldıqda ərimir, 3000C–dən yuxarı temperaturda parçalanaraq qaz və çətin yanan koksa çevrilir. Sənayedə asfaltenləri neftdən maye propanla çıxarırlar.
Asfalt, mədən qatranı
Asfaltsızlaşdırma