Teatral həyat (film, 2009)
Teatral həyat — Rejissor İlqar Nəcəfin filmi.
Filmdəki hadisələr Sovet İttifaqı dağılandan sonrakı illərə təsadüf edir. Filmin qəhrəmanı əyalət teatrlarından birinin aktyorudur. Yaşadığı dövrün xaotik əhval-ruhiyyəsi onun xarakterinə, ruhi vəziyyətinə birbaşa təsir eləyib. Qəhrəman depressiya keçirir. Onun valideynləri də aktyor olub, uşaqlığı səhnədə keçib, səhnədə böyüyüb. Keçmişi çox yaxşı olub, amma indi düşdüyü mühit, təklik onu sıxır, psixoloji sarsıntı içindədir. O, həm də teatrdakı tərəf-müqabili Leylanı sevir.
Filmdə Gəncə Kukla Teatrının aktyorları çəkiliblər.
Filmin çəkiliş texnikası İrandan gətirilib.