Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Norveçcə
Norveç dili (norv. norsk) — Əsasən Norveçdə danışılan, Skandinav dillərindən biri. == Tarixi == Norveç dilinin və eləcə də İsveç dili və Dan dilinin ən qədim variantı Qədim skandinav dili hesab olunur. Bu dönəmdə runik əlifba ilə yazılan dil, 1030-cu ildə xristianlığın yayılması ilə birlikdə Latın əlifbası ilə əvəz olunmuşdur. Norveç dili ətraf dillərdən bu dönəmdə ayrılmağa başlamışdır. Zamanla Skandinav dili Şərq Skandinav dilinə və Qərb Skandinav dilinə ayrılmağa başlamışdır. Norveçdə, İslandiyada, Farer adalarında, Qrenlandiyada Qərb Skandinavcası istifadə olunurdu. Bu dil özlüyündə də XIV əsrdə ayrılmağa başlamış və bu ayrımın nəticəsində müasir İsland dili və Farer dili yaranmışdır. 1350-1525-ci illər arası istifadə olunan dil Orta Norveç dili olaraq bilinir. === Dan dilinin təsiri === 1397-ci ildən Kalmar Birliyinə tabe olan Norveçdə Dan dilinin təsiri artmağa başlayır və idarəetmə dili olur.
Norveçcə Vikipediya
İki ədəd Norveçcə Vikipediya(Norveçcə:Norsk Wikipedia) versiyası vardır:biri Bokmål (və ya bəzən Riksmål) Norveçcəsi, o birisi də Nyorsk Norveçcəsi üçün mövcuddur.İlk saytı (yəni orijinal Norveçcə Vikipediyası) 26 noyabr 2001-ci ildə başladıldı, və orijinal olaraq məqalələri hər hansı bir Norveçcə növündə yazılmasına icazə verdi.Nyorsk Norveçcə növünə aid bir Vikipediya 31 iyul 2004də başladıldı.Bir səsvermənin nəticəsinə görə, ana Norveçcə saytı yalnız Bokmål oldu. 2007-ci ilin fevralında, Bokmål / Riksmål versiyasının məqalə sayı 100.000 məqaləyə çatdı, və Nyorsk saytı 20.000 ədəd məqalədən çoxa sahib idi. Bokmålın ISO 639 kodu nb olmasına qarşı, Bokmål Vikipedisi hələ də http://no.wikipedia.org/ də təqdim edilir, çünki bu Vikipediya versiyası yalnız Bokmål deyil, Riksmal məzmunu olmasınada icazə verir.
Norveçdə təhsil
Norveçdə təhsil 6-16 yaşlı uşaqlar üçün icbaridir. == Ali təhsil == Norveçdə altı universitet, altı ixtisaslaşmış institut, 25 institut, iki dövlət incəsənət institutu və 29 özəl ali məktəb vardır. 2005-ci il məlumatına görə ali məktəblərdə 211 min tələbə təhsil alır.Əsas universitetləri bunlardır: Bergen Kafedral Məktəbi (norv. Bergen Katedralskole, lat. Scholae Bergensis Cathedralis) — Bergen şəhərində Domkirke kilsəsi yaxınlığında yerləşir və 400 tələbəsi vardır. Bergen Universiteti (norv. Universitetet i Bergen) — 1946-cı ildə yaradılıb. Altı fakültəsi vardır. Norveç Təbiət və Texniki Elmlər Universiteti. (norv.
Norveçdə islam
Norveçdə islam — xristianlığın müxtəlif formalarından sonra ikinci ən geniş yayılmış din. 2016-cı ilin statistikası 148 189 müsəlmanı göstərir ki, bu da ölkə əhalisinin təxminən 2,8%-ni təşkil edir. Norveçdə müsəlmanların əksəriyyəti sünnilərdir və şiələrin də əhəmiyyətli azlığı var. Müsəlmanların təxminən 55%-i Oslo və Akerşus əyalətlərində yaşayır. Əhalinin böyük hissəsi immiqrantlardır, onların ən böyük qrupu Norveçli pakistanlılardır. == Tarixi == İslandiya salnamələrində qeyd olunur ki, 1260-cı illərdə Kral IV Hakon Qoca Sultana hədiyyələr göndərir və Norveçdə səfirliklərini açırlar, lakin ölkədə müsəlman əhali 20-ci əsrin ikinci yarısına qədər nəzərə çarpmırdı. Müsəlman ölkələrindən Norveçə immiqrasiya digər Qərbi Avropa ölkələrinə nisbətən gec başladı və yalnız XX əsrin 60-cı illərində irəliləməyə başladı. Norveçdə müsəlmanların sayı ilk dəfə 1980-ci ildə qeydə alınıb və 1006 nəfər olub. Bu statistika qeydiyyatdan keçmiş camaatın vəziyyətinə əsaslanıb və bu qədər az olmasına səbəb müsəlmanların əksəriyyətinin məscidlərdəki vəziyyətidir. 1990-cı illərin sonlarında İslam azlıq dini olmaya başladı.
Norveçdə terror aktları (2011)
Norveçdə terror aktları (ing. 2011 Norway attacks) — 2011-ci ilin 22 iyul yerli vaxtla saat 15:25 tarixində Norveçin paytaxtı Oslo şəhərində ard-arda baş vermiş iki terror aktı. Bu terror aktı Norveçdə İkinci dünya müharibəsindən sonra baş vermiş ən böyük insan itkisinə səbəb olmuş hadisədir. Hadisə iki ayrı ərazidə baş vermişdir. Terror aktları paytaxt Osloda və hakim partiyanın gənclik düşərgəsinin yerləşdiyi Utoya adasında baş vermişdir. Terror akt nəticəsində Osloda 8 nəfər, Utoya adasında isə 69 nəfər həlak olmuşdur. Hadisə nəticəsinə çoxlu sayda insan yaralanmışdı. Dəqiq məlumata görə Osloda 30, Utoya adasında isə 66 nəfər yaralanmışdı. == Hadisələrin başlanğıcı == == Utoya adasında silahlı hücüm == Paytaxt Osloda nazirlik binasının partladılmasından sonra, Oslodan 120 km kənarda yerləşən Utoya adasında dəhşətli olay baş verdi. Hakimiyyətdə olan Əmək Partiyasının gənclik düşərgəsi Utoya adasında yerləşirdi.
Norveçli
Norveçlilər — Avropada xalq.
Norveç
Norveç, rəsmi olaraq Şimali Avropada Skandinav ölkəsidir, materiki Skandinaviya yarımadasının qərb və ən şimal hissəsini əhatə edir. Arktikanın ucqar adası Yan Mayen və Şpitsbergen arxipelaqı da Norveçin bir hissəsidir. Subantarktika qurşağında yerləşən Buve adası Norveçdən asılıdır; ərazisinə, həmçinin I Pyotr adası və Kraliça Mod Torpağı Antarktika ərazilərini iddialarına daxildir . Paytaxtı və ən böyük şəhəri Oslodur. Konstitusiyalı monarxiyadır. Paytaxtı Oslo şəhəridir. Norveç Skandinaviya yarımadasının qərbində yerləşib İsveç, Finlandiya və Rusiya ilə həmsərhəddir. Şimal ərazi boyu uzanan fyordlar Norveç təbiətinin ən ecazkar fenomenlərindən sayılır. Norveç Krallığına Arktikada yerləşən bir neçə ada, Svalbard (Şpitsbergen adası və qonşu adalar daxildir) və Yan Mayen adaları da daxildir. Norveç Krallığının Svalbard üzərindəki mülkiyyət hüququ Svalbard Sazişi əsasında razılaşdırılmışdır.
Danimarka-Norveç
Danimarka-Norveç — hazırkı Danimarka və Norveç torpaqlarında qurulmuş uniya. Həmçinin İslandiya, Qrenlandiya və Farer adalarını da əhatə edirdi. 1536-cı ildə qurulmuş, 1814-cü ilə qədər davam etmişdir. Bu tarixdən sonra Norveç,İsveçin bir parçası olmuş; İslandiya, Qrenlandiya və Farer adaları isə Danimarkaya bağlı qalmağa davam etmişdir. == Quruluş == Danimarka-Norveç əslində Kalmar Birliyinin qanuni varisi idi. Lakin İsveçdə baş verən üsyan Qustav Vazanın hakimiyyətə gəlməsinə və İsveçin ayrı bir dövlət yaratmasına təkan verdi. Bundan sonra dövlət Danimarka-Norveç adlanmağa başladı. == Yeddi illik Şimal müharibəsi == İsveç'in dövlətdən ayrılmasını qəbul edə bilməyən Kral III Kristian özünü hələ də İsveçin hökmdarı kimi görürdü. İsveçlə mütəmadi olaraq müharibə aparan dövlət 7 ildən sonra Stettin sülhünü imzaladı. == Koloniyaların yaranması == Böyük coğrafi kəşflər dövründə Danimarkanın da əsas maraqlarından biri Amerika və Hindistan oldu.
Fox (Norveç)
«Fox Norway» — «Fox Networks Group Europe» şirkətinin sahibləndiyi Norveç əyləncə telekanalı. Telekanal «Fox Crime» adı altında 21 mart 2012-ci ildən yayımlanır. 1 iyul 2013-cü ildən telekanal «Fox Norway» olaraq adını dəyişdirmişdir.
Norveç Krallığı
Norveç, rəsmi olaraq Şimali Avropada Skandinav ölkəsidir, materiki Skandinaviya yarımadasının qərb və ən şimal hissəsini əhatə edir. Arktikanın ucqar adası Yan Mayen və Şpitsbergen arxipelaqı da Norveçin bir hissəsidir. Subantarktika qurşağında yerləşən Buve adası Norveçdən asılıdır; ərazisinə, həmçinin I Pyotr adası və Kraliça Mod Torpağı Antarktika ərazilərini iddialarına daxildir . Paytaxtı və ən böyük şəhəri Oslodur. Konstitusiyalı monarxiyadır. Paytaxtı Oslo şəhəridir. Norveç Skandinaviya yarımadasının qərbində yerləşib İsveç, Finlandiya və Rusiya ilə həmsərhəddir. Şimal ərazi boyu uzanan fyordlar Norveç təbiətinin ən ecazkar fenomenlərindən sayılır. Norveç Krallığına Arktikada yerləşən bir neçə ada, Svalbard (Şpitsbergen adası və qonşu adalar daxildir) və Yan Mayen adaları da daxildir. Norveç Krallığının Svalbard üzərindəki mülkiyyət hüququ Svalbard Sazişi əsasında razılaşdırılmışdır.
Norveç bayrağı
Norveç bayrağı — Norveçin Dövlət bayrağı.Bayraqda bir neçə dövlət bayrağı var:Tailand,Finlandiya,İndoneziya,Polşa,Fransa
Norveç cərəyanı
Norveç cərəyanı və ya Norveç axını — Norveç dənizindən keçən isti cərəyan. Cərəyan 50-100 metr dərinliklə hərəkət edir. Cərəyan Şimali Atlantika cərəyanının davamını təşkil edir. Suyunun duzluğu 34—35 ‰-dir. Suyunun temperaturu yayda +10…+12 °C, qışda isə +5…+7 °C olur. Sürəti 30 sm/s təşkil edir. İqlimi Skandinaviyaya uyğundur. Norveç cərəyanının qolları isə Nordkap və Şpitsbergen cərəyanlarıdır. Cərəyanların ayrılması 67° şm. e.
Norveç dili
Norveç dili (norv. norsk) — Əsasən Norveçdə danışılan, Skandinav dillərindən biri. == Tarixi == Norveç dilinin və eləcə də İsveç dili və Dan dilinin ən qədim variantı Qədim skandinav dili hesab olunur. Bu dönəmdə runik əlifba ilə yazılan dil, 1030-cu ildə xristianlığın yayılması ilə birlikdə Latın əlifbası ilə əvəz olunmuşdur. Norveç dili ətraf dillərdən bu dönəmdə ayrılmağa başlamışdır. Zamanla Skandinav dili Şərq Skandinav dilinə və Qərb Skandinav dilinə ayrılmağa başlamışdır. Norveçdə, İslandiyada, Farer adalarında, Qrenlandiyada Qərb Skandinavcası istifadə olunurdu. Bu dil özlüyündə də XIV əsrdə ayrılmağa başlamış və bu ayrımın nəticəsində müasir İsland dili və Farer dili yaranmışdır. 1350-1525-ci illər arası istifadə olunan dil Orta Norveç dili olaraq bilinir. === Dan dilinin təsiri === 1397-ci ildən Kalmar Birliyinə tabe olan Norveçdə Dan dilinin təsiri artmağa başlayır və idarəetmə dili olur.
Norveç dənizi
Norveç dənizi (ing. Norwegian Sea) — Rus və sovet hidroqlafları rəyinə əsasən Şimal Buzlu okeanına daxil olan və onun qutaracağında yerləşir. Skandinaviya yarımadası, İslandiya və Yan Mayen adaları arasında yerləşir. == Dənizin mənsubluğu == Sovet və Rus biblioqrafları dənizi Şimal Buzlu okeanına daxil olaraq, sərhədi Qrenlandiya, İslandiya, Farer adaları, Şetland adaları və Skandinaviya yarımadası arasından keçir. Bu qənaətə əsasən, Norveç dənizi Şimal Buzlu okeanına daxildir. Qərb mənbələri isə Ümumdünya Hidroqrafiya Cəmiyyətinin qərarına əsasən dənizi Atlantik okeanına daxildir. Belə ki, onun sərhədi Qrenlandiya, İslandiya, Şpitsberqen və Medvejnıy adaları və Norveç sahilləri daxildir. == Fiziki və Coğrafi xüsusiyyətləri == Sahəsi 1,4 milyon km², dərinliyi isə 3970 metr təşkil edir. Dənizin orta dərinliyi 1600–1700 m arasıdadır. Duzluğu 35 ‰ təşkil edir.
Norveç gerbi
Norveç gerbi (bukmol Norges riksvåpen) — ölkənin əsas dövlət simvollarından biridir. Gerb, ön pəncələrində qızıl sekiralı gümüş dirək tutan qızıl taclı aslan və kral tacı ilə tamamlanmış qırmızı qalxanla təsvir olunmuşdur. Dövlət başçısı mantiya ilə xüsusi şəxsi emblemdən, Müqəddəs Olaf ordeninin nişanlarından və Norveç kral tacından istifadə edir. Norveçin gerbi Avropadakı ən qədim gerblərdən biridir. İndiki forması, 1285-ci ildən bəri Kral Erik Maqnussonun gümüş pennisindən tanınır == Təsviri == Hal-hazırda Norveçin 1937-ci il 19 mart tarixli Kral fərmanına uyğun olaraq Milli Gerbi Aktı var: == Tarixi == Aslan təsviri ilk dəfə XII əsrin sonu - XIII əsrin əvvəllərində Norveç krallarının gerblərində görünməyə başlamışdır. Kral Hokon Haakonsson və oğlu Qanunverici Maqnusun qalxanlarında artıq aslan var idi. Qanunverici Maqnusun oğlu Erik Maqnusson, aslana tac və döyüş baltası əlavə etdi. O vaxtdan bəri, qırmızı sahədəki qızıl taclı aslan, ön pəncələrində qızıl sekiralı gümüş dirək tutan, heraldik dəbdə bütün dəyişiklikləri yaşamış, lakin Norveçin dəyişməmiş gerbi olmuşdur. Heraldikadakı aslan gücün simvolu, döyüş baltası - sekira yalnız qədim norveçlilərin sevimli silahı deyil, hər şeydən əvvəl Norveçin səmavi himayəçisi - Müqəddəs Olavın atributudur. "Müqəddəs Olav dastanı" na görə, məhz sekiranın vurduğu yara Olavın ölümünə səbəb olmuşdur.
Norveç iqtisadiyyatı
Norveç iqtisadiyyatı strateji sahələrdə dövlət mülkiyyətinə malik inkişaf etmiş qarışıq iqtisadiyyatdır. Qlobal biznes sikllarına həssas olmasına baxmayaraq, Norveç iqtisadiyyatı sənaye dövrünün başlanğıcından etibarən möhkəm böyümə göstərmişdir. Ölkənin digər Avropa ölkələri ilə müqayisədə çox yüksək həyat səviyyəsi və güclü inteqrasiya edilmiş bir təminat sistemi var. Norveçin müasir istehsal və rifah sistemi təbii ehtiyatların, xüsusilə də Şimal dənizi neftinin istismarı nəticəsində yaranan maliyyə ehtiyatına güvənir. Birləşmiş Millətlər Təşkilatının 2016-cı il məlumatlarına görə, Norveç Lüksemburq (kiçik dövlət) və İsveçrə ilə birlikdə dünyada adambaşına ÜDM 70.000 ABŞ dollarından yuxarı olan (kiçik ada dövlətləri və mikrodövlətləri çıxmaqla) yeganə üç ölkədir. == İqtisadiyyatda dövlət sahibkarlığının rolu == Norveç dövləti təbii ehtiyatlarda və strateji neft sektoru (Equinor), su elektrik enerjisi istehsalı (Statkraft), alüminium istehsalı (Norsk Hydro), ən böyük Norveç bankı (DNB) və telekommunikasiya provayderi (Telenor) kimi strateji və cəmləşmiş sənaye sahələrində mülkiyyət mövqelərini qoruyur. . Hökumət Oslo birjasında açıq siyahıya alınmış şirkətlərin ümumi dəyərinin təxminən 35% -nə nəzarət edir, onun ən böyük yeddi şirkətinin beşi qismən dövlətə məxsusdur. Siyahıya alınmayan şirkətlər daxil olduqda, dövlətin sahiblikdə daha çox payı var (əsasən neft lisenziyası sahibliyindən). Norveçin dövlət müəssisələri kənd təsərrüfatına aid olmayan məşğulluğun 9,6% -ni təşkil edir, azsaylı dövlət mülkiyyət payına sahib şirkətlər daxil olduqda, demək olar ki, 13% -ə yüksəlir, ki bu rəqəm OECD ölkələri arasında ən yüksəkdir. İstər dövlət, istərsə də siyahıya alınmayan firmalar, bazarda idarə olunan və yüksək liberallaşdırılmış bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərirlər.
Norveç kampaniyası
Norveç kampaniyası (ing. Norwegian Campaign) və ya Norveç əməliyyatı — İkinci dünya müharibəsinin tərkib hissəsi kimi Antihitler koalisiyası və Üçüncü Reyx arasında Norveçi zəbt etmək uğurunda aparılan müharibə. Norveç kampaniyası adı verilən döyüşlər 1940-cı ilin 9 aprel tarixindən, 10 iyun tarixinə qədər davam etmişdir. Üçüncü Reyxə qarşı aparılan döyüşlərdə Norveç krallığına Böyük Britaniya, Fransa və Polşa hərbi və siyasi köməkliklər etmişdir. 62 gün davam edən döyüşlərin ardından Norveç müttəfiqləri ilə birlikdə məğlub olmuş, hökumət və kral ailəsi ölkədən təxliyə edilmək məcburiyyətində qalmışdır. Böyük Vətən müharibəsindən SSRİ-dən sonra Norveç Üçüncü Reyxə qarşı ən çox mübarizə aparmış ikinci dövlət kimi tarixə keçib. == Arxa plan == === İkinci dünya müharibəsinin başlanması === === Norveçin əhəmiyyəti === == Ədəbiyyat == Benkow, Jo; Ole Kristian Grimnes. Vendepunkt: 9. april i vår bevissthet (Norwegian). Oslo: Cappelen.
Norveç kralı
Norveç kralı (norv. Kung av Norge) - Norveç konstitusiyasına əsasən dövlət başçısı. Hazırda bu titulun daşıyıcısı Qlüksburqlar sülaləsinin nümayəndəsi V Haralddır. == Tarix == Adətən Norveç krallığının başlanğıcı 872-ci il götürülür. Məhz bu ildə baş verən Hafrsfyord döyüşündə qələbə qazanan I Harald Gözəlsaçlı kiçik krallıqları öz hakimiyyəti altında birləşdirdi. O ildən bəri fasiləsiz olaraq mövcud olan krallıq Avropanın ilk dövlətlərindəndir. Uzunmüddətli mövcudluğu dövründə krallıq bir çox sülalə tərəfindən idarə olunmuşdur. Onlardan ən əsas ları I Haraldın sülaləsi(872—970), Sverre(1184—1319), və Oldenburq sülaləri (1450—1481, 1483—1533, 1537—1814, və 1905-ci ildən), həmçinin Qolşteyn-Qotyorn (1814—1818) və Şlezviq-Qolşteyn-Zondenburq-Qlükaburq (1905-ci ildən) qollarıdır. 1130-1240-cı illər arasında Norveçdə baş verən vətəndaş müharibəsi çərçivəsində mərkəzi hakimiyyət uğrunda bir neçə ailə mübarizə aparırdı. Bu döbrdə taxta oturan bəzi hökmdarlar ənənəvi olaraq kral hesab edilmirlər.
Norveç kronu
Kron (norv. krone, norsk krone, çox sayda kroner) — Norveçin milli valyutası, 1 kron 100 ereyə bərabərdir, (çox sayda — øre). == Tarixi == İlk Norveç kronu Kral Olaf I Tryuqvasson (995–999) dövründə buraxılıb. İlk əskinazlar isə 1695-ci ildə kralın tacir Bergenə verdiyi icazə ilə buraxılıb. 14 iyul 1816-cı ildə Norveç parlamenti Norveş Bankı yaradılması haqqında qərar qəbul edir. 3 fevral 1855-ci ildə kağız riksmint (= 100 ere) qanuni ödəniş vasitəsi elan edilir. Norveç kronu isə (simvol — NKr) = 100 ere, 17 aprel 1875-ci ildən dövriyyəyə buraxılır. == Əskinaz və metal pullar == Hal-hazırda dövriyyədə 1, 5, 10, 20, 50, 100, 200, 500 və 1000 kronluq əskinazlar vardır. 1 may 2012-ci ildən dövriyyədən 50 erelik metal xırda pul çıxarılmışdır.
Norveç meşəsi
Norveç meşəsi (yap. ノルウェイの森) — Haruki Murakami tərəfindən 1987-ci ildə yazılmış roman. Bu roman zərərli seksuallığın nostalji hekayəsidir. Əsərin əsas qəhrəmanı Toru Vatanabedir. Vatanabe iki qız arasında seçim etməlidir. Bunlardan biri gözəl lakin xəstə Naoko, digəri isə həyat dolu və mübariz Midori Kobayasidir. Əsərdə hadisələr 1960-cı illərdə cərəyan edir. Bu dövr Yaponiyada tələbə hərəkatı və seksual azadlığın tələb olunduğu dövrdür. Haruki Murakami bu əsəri özünün “işıldaböcək” adlı hekayəsinin əsasında yazıb. Yazıçının dediyinə görə bu hekayənin əsasında təsirli məhəbbət hekayəsi yazmaq istəyib və hekayəni üç yüz səhifə uzatmaq qərarına gəlib.
Norveç omarı
Nephrops norvegicus, Decapoda Dəstəsinden bir növ. Norveç omarı adətən Atlantik okeanı, Aralıq və Şimal dənizlərində yayılmışdır. == Həyat tərzi == Norveç omarı dənizin 40-250 m dərinliyində oyduğu yuvalarda məskunlaşır. Uzunluğu 18-20 sm olub, bəzən 25 sm-ə qədər çatırlar. Qəlsəməbaşlı olub, bədəninin böyük hissəsini təşkil edir. Qarın və quyruq bütövlükdə - “telson” hissəni təşkil edir. Bir cüt ön uzun ayaqlar qısqaclarla təmin olunmuşdur. Bütöv güvdə xitin zirehi ilə örtülüdür. Baş hissədə bu örtük “karpaks” adlanır. Telson trapes şəkilli olub onun uc hissəsində yelpik şəklində üzgəc yerləşir.
Norveç tarixi
Norveç tarixi — Norveç Krallığının eramızdan əvvəl ki, dövründən günümüzə qədər olan tarixini əhatə edir. == İlk dövr == İnsanların Norveçdə məskunlaşması Pleystosen epoxasının sona çatmasından sonra eramızdan 12.000 əvvələ təsadüf edir. Skandinaviyada Daş dövrü və Tunc dövründən qalma qayaüstü rəsmlərin aşkarlanması burada sivilizasiyanın daha erkəndən mövcud olduğunu göstərir. Norveçdə Roma İmperiyasının dönəmində eramızın 800-cü illərinə aid olduğu təxmin edilən Runik Daşların aşkarlanması burada romalarının mövcudluğu barədə olan ehtimalları gücləndirmişdir. == Orta əsrlər == 1030-cu ildə Danimarkalılar Norveçi ələ keçirdilər. Norveç Danimarka kralı Knudun qurduğu Şimal Dənizi İmperatorluğunun'nun bir parçası halına gəldi. 1363-cü ildə Norveç kralı VI. Håkon Danimarka kralı IV. Valdemar'ın qızı I. Margrete'lə evlənərək iki ölkəni bir bayraq altında birləşdirdi. Ayrıca Håkon İsveç krallığı ailəsiylə də əqraba idi. Cütlüyün evliliyindən doğulan Olaf'ın 1387-ci ildə erkən yaşda ölməsi üzərinə I. Margrete taxta çıxdı (1387–1412). Margrete'nin başçılığı altında 1397 ildə İsveç, Norveç, Danimarka və koloniyaları (Farer adaları, İslandiya, Qrenlandiya və Finlandiya) birləşərək Kalmar Birliyi adı altında böyük bir Skandinaviya İmperatorluğu halına gəldilər.
Norveç şəhərləri
== Həmçinin bax ==
Norveç əhalisi
Norveç əhalisi — 4 985 900 nəfərdir. Ölkə bu göstəriciyə görə dünyada Sinqapur və İrlandiya arasında yerləşib və 118-ci yerdədir. Ölkədə orta yaş həddi 40 yaşdır. Norveçdə doğum səviyyəsi (hər 1000 nəfərə 10.84) ölüm səviyyəsini (hər 1000 nəfərə 9.24 ) üstələyir. Buna baxmayaraq mühacirlərin hesabına əhali sayında artım müşahidə olunur. Proqnozlara əsasən, 2060-cı ilə qədər Norveç əhalisi 7 milyona qədər arta bilər. == Etnik tərkibi == Əhalinin 94 %-i özünü norvüçli sayır. Azsaylı yerli xalq olan saamlar xüsusi qrup təşkil edirlər. Digər etnik azlıqlar isveçlilər (1,6 %), kvenlər (finlərə və saamlara yaxın xalq), yəhudilər və qaraçılardır. Ölkədə digər Avropa ölkələrindən gəlmələr də yaşayırlar: polyaklar (1,3 %), datlar (1,0 %), almanlar (0,8 %).
TV8 (Norveç)
«Fox Norway» — «Fox Networks Group Europe» şirkətinin sahibləndiyi Norveç əyləncə telekanalı. Telekanal «Fox Crime» adı altında 21 mart 2012-ci ildən yayımlanır. 1 iyul 2013-cü ildən telekanal «Fox Norway» olaraq adını dəyişdirmişdir.
İsveç-Norveç
İsveç-Norveç — indiki İsveç və Norveç torpaqlarında qurulmuş uniya. 1814-cü ildə qurulmuş, 1905-ci ilə qədər davam etmişdir. Bu tarixdən sonra Norveç,İsveçin bir parçası olmamış; Norveç parlamenti səsvermə ilə Danimarka şahzadəsi Kristian Frederik Karl Georg Valdemar Aksel'i VII Haakon adı ilə hakimiyyətə gətirərək İsveçdən ayrılmışdır. == Quruluşu == Napoleon müharibələri dövründə Danimarka'nın məğlubiyyəti 1814-cü ildə Norveçin İsveçə verilməsi ilə nəticələndi. İsveç kralı XIII Karl yeni birliyin kralı elan edildi. Bu vaxtı Norveçdə hələ də mübarizə aparan şahzadə Kristian Frederik işğala qarşı mübarizə aparmağa və heç olmasa Norveçin müstəqilliyini qorumağa çalışırdı. İyun ayının 30-u Rusiya, Avstriya, Prussiya və Böyük Britaniyadan gələn səfirlər onu sülhlə təslim olmağa çağırdılar. Kristian Frederik xalqın öz liderini seçməyini təklif edərkən bu yerdə Avstriya səfiri Avqust Ernst Şteigenteş bu məşhur şərhi: Müharibənin qaçınılmaz olduğunu görən İsveç, vəliəhd Karl İohannın komandanlığı altında Hvaler adalarına çıxaraq müharibəni başlatmış oldu. Langnes döyüşü kimi kiçik döyüşlərdə Norveçlilər qələbə qazansa da İsveç qalib gələrək şahzadə Kristian'ı Danimarkaya geri göndərdi. Noyabrın 4-ü XIII Karl Norveç kralı elan olundu.