Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Axtalama
Axtalama (xədim etmə)- bioloji erkəyin cinsiyyət orqanını itirdiyi cərrahi, kimyəvi və ya başqa bir yolla edilən prosesdir. Bu sterilizasiyaya səbəb olur və testosteron kimi müəyyən hormonların istehsalının azalmasına səbəb olur. Axtalanmış şəxs və ya heyvan nəsilartırma qabiliyyətini itirir. Əsasən cəza, yaxud heyvan populyasiyanın tənzimlənməsində istifadə olunur. == Tarixi == Axtalamanın ilk dəfə harada və nə zaman tətbiq olunduğu məlum deyil. Ancaq tarix boyu qaliblərin məğlubları diri, yaxud ölü halda axtaladıqları məlumdur. Cinsiyyət vəziləri (xaya) ilə bərabər cinsiyyət orqanının da çıxarılması ölüm riskini artırdığı üçün irəli tarixi dönəmlərdə ancaq cinsiyyət vəziləri çıxarılırdı. Ancaq axtalamadan həmişə cəzalandırmaq üçün istifadə olunmamışdır. Bir çox mədəniyətlərdə axtalanmış oğlan uşaqlarından xüsusi tərbiyə olunaraq saraylarda, əksər hallarda isə hərəmlərdə istifadə olunmuşdur. Tarixdə axtalanmış şəxslərin bəzən yüksək rütbə tuta bildiyi hallar da olmuşdur.
Ortalama xərc
Ortalama xərc (ing. average cost) — məhsulun həcminə bölünən və ya orta sabit və orta dəyişkən xərclərin cəminə bərabər olan firmanın ümumi xərcləri. (АС=AVC+AFC) K. R. Makkonellu və S. L. Brüyə görə, orta xərclər - firmanın istehsal etdiyi məhsulların miqdarına bölünən ümumi xərclər də sabit və dəyişkən xərclərin cəminə bərabərdir . Orta dəyişkən xərc (ing. average variable cost) — firmanın dəyişən xərclərinin ümumi həcmi, istehsal olunan məhsulların miqdarına bölünür. Orta sabit maya dəyəri (ing.
Ortalama öldürücü doza
LD50 və ya ortalama öldürücü doza və ya DL50 (qədim yunancada δόσις , latınca lētālisdən LD50 , ingilis dilində lethal dose) eksperiment üzvlərinin yarısının ölümünə səbəb olan maddənin orta öldürücü dozudur. Zəhərli və öldürücü toksik maddələr arasında geniş istifadə olunur. Adətən vahid sınaq obyekti üçün vahid maddə kütləsini təyin edir. Tətqiq olunan obyektin heç bir antidot, xüsusi ehtiyat tədbirləri və ağırlaşdırıcı amillər qəbul edilmədən tipik vəziyyətdə və normal şəraitdə olması nəzərdə tutulur. Bəzi hallarda LC50 (ingilis dilində lethal concentration, öldürücü konsentrasiya ) və ya LCt50 ( ingilis dilində lethal concentration and time, oldürücü konsentrasiya və təsir müddəti ) abreviaturları ilə də qarşılaşılır. Onlar adətən zəhərli qazlar üçün istifadə olunur, bu da qazın havadakı öldürücü konsentrasiyasını və təsir müddətini göstərir. LD50 adətən test nümunəsinin vahid kütləsinə düşən maddənin miqdarını ifadə edir, əsasən hər kiloqram kütləyə milliqramlarla, lakin bəzi hallarda maddənin toksikliyindən asılı olaraq , kiloqram bədən kütləsinə düşən maddə nanoqramlarla ( məsələn,botulinum toksini, polonium və onun birləşmələri kimi) , mikroqramlarla (aktiv zəhərləyici maddələr VX ,tetraetil qurğuşun) və ya qramlarla hesablanır. Beləliklə , bu , müxtəlif ölçülü heyvanlar üçün müxtəlif maddələrin nisbi toksikliyini müqayisə etməyə imkan verir( lakin, toksiklik təkcə bədən kütləsindən asılı deyildir). 50% -lik ölüm nisbətinin seçilməsi bizə baş verə biləcək qeyri-müəyyənliklərdən qaçmağa və keçiriləcək eksperimentlərin şərtlərini sadələşdirməyə imkan verir. Bu o deməkdir ki, LD50 bütün fərdlər üçün öldürücü doza deyildir, bəzilərinin daha aşağı doza ölümünə səbəb olduğu halda , digərləri LD50 –dən daha yuxarı dozalarda sağ qala bilər.