Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nüsnüs
Nüsnüs — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. Nüsnüs – Ordubad rayonunda kənd, eyiadlı bələdiyyənin mərkəzi. Rayon mərkəzindən 7 kilometr şimal-şərqdə, dağ ətəyindədir. Əhalisi bağçılıq, əkinçilik, heyvandarlıq və meyvəçiliklə məşğuldur. Orta məktəb, mədəniyyət evi, tibb məntəqəsi, uşaq bağçasl, rabitə şöbəsi, məscid var. Dağətəyi ərazidədir. 1933-cü ildə kəndin adı Nüsnüs kimi qeydə alınmışdır. Kəndin adı ərazidəki mineral bulaqların adından yaranmışdır. Əhalisi 2031 nəfərdir. Nüsnüs körpüsü– Ordubad rayonu ərazisində, Dübəndi çayı üzərində.
Nüsnüs hamamı
Nüsnüs hamamı — Azərbaycanın Ordubad rayonunun Nüsnüs kəndində yerləşən hamam və tarix-memarlıq abidəsi. XVIII əsrə aid olan hamam Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Nüsnüs hamamı yeraltı hamamlar qrupuna aiddir və Ordubad rayonunun Nüsnüs kəndində yerləşir. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə hamam yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Hamamın planı düzbucaqlı formada olub, yuyunma salonu və onlara bitişik köməkçi otaqlardan ibarətdir. Uzunluğu 22,6 m, eni 9,4 m, hündürlüyü isə 5,6 metrdir. Ümumi sahəsi 213 m² olan hamamın soyunma və yuyunma salonu, ona birləşdirilən köməkçi otaqlar iki sferik günbəzlə örtülüb. Soyunma və yuyunma salonu bir-biri ilə kiçik tamburlar vasitəsilə birləşdirilib. Hamamın isti su hovuzu yuyunma salonuna bitişik inşa olunub. Keçmişdə xəzinəyə su dağdan çəkilmiş saxsı borular ilə gətirilirdi.
Nüsnüs körpüsü
Nüsnüs körpüsü — Ordubad rayonun ərazisində yerləşir. Dübəndi çayı üzərində, Ordubad-Nüsnüs avtomobil yolunun 10km-liyindədir. Uzunluğu 10 paqonometr. 1998-ci ildə inşa edilmişdir. Körpü Nüsnüs kəndinin rayonunn mərkəzi ilə nəqliyyat əlaqəsini etibarlı şəkildə bərpa etmişdir. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 453.
Nüsnüs piri
Nüsnüs piri — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Nüsnüs kəndində orta əsrlərə aid ziyarətgah. Kəndin qərbində, nisbətən hündür ərazidə inşa edilmiş, tarixi-memarlıq abidəsi kimi diqqəti cəlb edən məscid binasının birinci mərtəbəsində yerləşir. Məscidin həyətindəki sadə quruluşlu məzarda kimin dəfn olunduğu barədə dəqiq məlumat yoxdur. Onun Dahyanus (Dağ Yunus) dövrünə, Əshabi-Kəhflə eyni tarixə aid olduğu da söylənilir. Məscidin mərkəzində hündürlüyü təxminən 5 metr olan daş sütun var. Rəvayətə görə, o bir neçə dəfə dağıdılmış, lakin yenidən peyda olmuşdur. Pirin giriş qapısı Ordubad ərazisində geniş yayılmış möhkəm qoz ağacı materialından hazırlanmışdır. Onun hündürlüyü 1,5 metr, eni isə 1 metrdir. Qapının üzərində süls xətti ilə ərəb dilində doqquz sətirlik kitabə həkk edilmişdir. Kitabə haqqında ilk dəfə rus diplomatı və şərqşünası N.V.Xanıkov məlumat vermişdir.
Meydan məscidi (Nüsnüs)
Meydan məscidi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Nüsnüs kəndində indiyədək salamat vəziyyətdə gəlib çatan məscidlərdən biri. Məscid kənd mərkəzində yerləşir. Kəndin mərkəzi meydanında yerləşməsi səbəbindən kənd əhalisi tərəfindən "Meydan məscidi" adlandırılan məscidin girişi cənub tərəfdəndir. Məscidin cənub divarı bişmiş kərpiclə üzlənmişdir. İri həcmdə (uzunluğu 16 metr, eni 10,5 metr=168m2) inşa edilmiş məscidin daxildən hündürlüyü 5 metrə yaxındır. Məscidin tavanı hər cərgədə 6 ədəd olmaqla 12 ağac sütunun üstündə oturmuşdur (2x6). Giriş qapısından sağ tərəfdə qoyulan 4 ədəd pəncərə məscidin daxilini yaxşı işıqlandırır. "Meydan məscidi"nin giriş qapısının baş tərəfində yaşılımtıl rəngli daş lövhə üzərində fars dilində beş sətirdə oyma üsulu ilə həkk edilmiş kitabə vardır. Kitabənin mətninin tərcüməsi belədir: "Nüsnüs camaatı və başqaları …adət üzrə… məscid şəban ayı, 1335-ci il tarixində, rus müharibəsi zamanı bərpa olundu… etdi" Şəban ayı, 1335 h.i.=21.06.-21.07.1917-ci il. Məscidin cənuba baxan pəncərələrindən birinin baş tərəfində, bişmiş kərpic üzərində oyma üsulu ilə beş sətirdə yazılmış başqa bir kitabə də vardır.
Aşağı Nuşan (Urmiya)
Aşağı Nuşan (fars. نوشان سفلي‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 180 nəfər yaşayır (30 ailə).
Yuxarı Nuşan (Urmiya)
Yuxarı Nuşan (fars. نوشان عليا‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 180 nəfər yaşayır (37 ailə).
Opsanus
Opsanus (lat. Opsanus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin batraxkimilər dəstəsinin batraxlar fəsiləsinə aid heyvan cinsi.
Nurnus
Nurnus - İrəvan əyaləti, Qırxbulaq nahiyəsi, İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının İrəvan qəzası, sovet dövründə Ellər rayonu (Kotayk, Abovyan) rayonunda kənd. Rayon mərkəzindən 13 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin adı erməni mənbələrində Nornus formasında da qeyd edilir. Toponim monqol dilində «göl» mənasında işlənən nur//nor sözündən və ərəb dilində «ucu şiş minarəli tikinti» mənasnda işlənən naus (>nus), sözündən əmələ gəlib «göl, arx, kənarında tikinti» mənasını bildirir. Toponim tərkibindən nur / nor sözü Azərbaycan dilində nohur (arx, gölməçə) formasında işlənir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kənddə 1873 - cü ildə 372 nəfər, 1886-cı ildə 416 nəfər, 1897-ci ildə 550 nəfər, 1904 - cü ildə 457 nəfər, 1914 - cü ildə 512 nəfər, 1916-cı ildə 642 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş və Türkiyədən ermənilər köçürülərək kənddə yerləşdirilmişdir.
Nüsüs
Nüsüs — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Sirik kənd Sovetindən Nüsüs kəndi Xələfli kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 2020-ci ilin 23 oktyabrında Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Bəzi tədqiqatçılann ehtimalına görə, oykonim əslində Nousus olmalıdır və kəndin adı fars dilindəki nou (yeni, təzə) və Sus (kənd adı) komponentlərindən düzəlib, "yeni Sus kəndi" mənasındadır. Bu fikrə görə, yaşayış məntəqəsini Laçın rayonundakı Sus və ya Xocavənd rayonundakı Sos kəndlərindən çıxmış ailələr salmışlar. Kənd dağətəyi ərazidə yerləşir. Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.
Şanus
Şanus (fr. Chanousse, oks. Chanossa) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Rozan kantonuna daxildir. INSEE kodu — 05033. 2008-ci ildə əhalinin sayı 48 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 27 nəfər (15-64 yaş) arasında 19 nəfər iqtisadi fəal, 8 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 70.4%, 1999-cu ildə 60.9%). Fəal 19 nəfərdən 17 nəfər (8 kişi və 9 qadın) çalışdı, 2 qadın işsizdi.
Carduus nutans subsp. nutans
Carduus nutans var. nutans
Eclipta nutans var. nutans
Euseius insanus
Euseius insanus (lat. Euseius insanus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Narcissus pisanus
Yalançı nərgizgülü (lat. Narcissus pseudonarcissus) - nərgizgülü cinsinə aid bitki növü. Ajax breviflos Haw. Ajax cambricus Haw. Ajax capax M.Roem. Ajax cernuus Haw. Ajax cuneifolius Haw. Ajax fenestralis Gray Ajax festalis (Salisb.) Salisb. Ajax festalis var. plenissimus Haw.
Nikolay Kuzanus
Nikolay Kuzalı (lat. Nicolaus Cusanus) (1401—1464) — filosof, riyaziyyatçı, dinşünas, kardinal; riyazi traktların müəllifi; Renessans fəlsəfəsinin məşhur nümayəndələrindən biri.. Renessans fəlsəfəsinin məşhur nümayəndələrindən biri Nikolay Kuzanus (1401—1464) olmuşdur. Öz dövrünün əksəf filosofları kimi, Kuzanus də neoplatonizm ənənələrinə arxalanırdı. Lakin neoplatonizmin təliminə, ilk növbədə onun vahid olan anlayışınıa Kuzanus yenidən baxır. Platonda və neoplatonçularda vahid olan vahid olmayana qarşı qoyulur. Bunun kökləri vahid olanı çox olana, sonu olanın sonu olmayana qarşı qoyan pifaqorçulardan və eleatlardan gəlir. Xristian monizminin prinsiplərini bölüşdürən Kuzanus antik dualizmi qəbul etmir və bəyan edir ki, vahid olanın əksi yoxdur. Buaradan da o, bu qənaətə gəlir ki, "vahid olan hər şeydir". Ontologiya problemlərinə yeni yanaşma elə məhz burada meydana gəlir.
Opsanus beta
Opsanus beta (lat. Opsanus beta) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin batraxkimilər dəstəsinin batraxlar fəsiləsinin opsanus cinsinə aid heyvan növü.
Rubus nutkanus
Rubus parviflorus (lat. Rubus parviflorus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. Bossekia nutkana Greene Bossekia parviflora (Nutt.) Greene Rubacer parviflorum (Nutt.) Rydb. Rubus natkanus G.Don [Spelling variant] Rubus nutkanus Mo‡. ex Ser. Rubus nutkanus var. nuttallii Torr. & A.Gray Rubus nutkanus var. parviflorus (Nutt.) Focke Rubus nutkanus var. parvifolius A.Gray Rubus parviflorus var.
Hyoscyamus insanus
Hyoscyamus insanus (lat. Hyoscyamus insanus) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin batbat cinsinə aid bitki növü.
Eclipta nutans
Euphorbia nutans
Euphorbia nutans (lat. Euphorbia nutans) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Chamaesyce lansingii Millsp. Chamaesyce nutans (Lag.) Small Chamaesyce preslii (Guss.) Arthur Euphorbia androsaemifolia C.Presl [Illegitimate] Euphorbia gibraltarica Wolley-Dod Euphorbia hypericifolia var. communis Engelm. Euphorbia lansingii (Millsp.) Brühl Euphorbia nutans var. glaberrima Thell. Euphorbia potosina var. lamasis Carvajal & Lomelí Euphorbia preslii Guss. Euphorbia preslii var.
Geum nutans
Çay çınqılotu (lat. Geum rivale) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çınqılotu cinsinə aid bitki növü. == Sinonimləri == Anemone dodecaphylla Krock. Bernoullia hybrida Raf. Bernoullia rivalis (L.) Raf. Caryophyllata aquatica Lam. Caryophyllata nutans Moench Caryophyllata rivalis (L.) Scop. Geum hybridum Wulfen ex Jacq. Geum nutans Crantz Geum nutans Raf. Geum pallidum Fisch.
Renealmia nutans
Salvia nutans
Salvia nutans (lat. Salvia nutans) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Senecio nutans
Senecio nutans (lat. Senecio nutans) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Pyrus nutans
Sallaq armud (lat. Pyrus nutans) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. İlk dəfə Dərələyəzdə təsvir edilmişdir. Cənubi Qafqazda yayıldığı qeyd olunur. Hündürlüyü 10 m-ə çatan ensiz çətirli, budaqlarında qısa və yoğun tikanları olan ağacdır. Gövdəsinin qabığı qırmızımtıl rəngdə olub, seyrək ziyilşəkilli xallıdır. Yarpaqlar dərivari, ellips formalı, uzunsov-yumurtavari və ya neştərvari olub, qaidə hissəsi azacıq pazvaridir. Ayanın kənarı şanavari dişli, üst tərəfi az parlaq, alt tərəfi tutqun, solğun yaşıldır. Çiçəklərinin diametri 3 sm-ə çatır, aprel ayında çiçəkləyir, meyvələri isə noyabr ayında yetişir. Meyvələri tünd-qırmızı rəngdədir, saplağı yoğundur və meyvədən 2 dəfə uzundur.