Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nurqələm Mikayılov
Mikayılov Nurqələm Mikayıl oğlu (1930, Şamaxı – 2014, Bakı) — fəlsəfə elmləri doktoru, Azərbaycan Memarlıq və İnşaat Universitetinin tarix və sosial-siyasi fənlər kafedrasının müdiri, professor, Azərbaycan Respublikasının əməkdar müəllimi Nurqələm Mikayılov 5 yanvar 1930-cu ildə Şamaxı rayonunun Göylər kəndində tanınmış ziyali Mikayıl Molla Əhməd oğlunun və Firuzə Mehralı qızının ailəsində anadan olmuşdur anadan olmuşdur. 1946-cı ildə Göylər kəndində tam orta məktəbi bitirmiş, 1947-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin fəlsəfə şöbəsinə daxil olmuşdur. O, 1952-ci ildə həmin universiteti bitirib fəlsəfə-tarix müəllimi ixtisası almışdır. 1952-1960-cı illərdə Göylər kəndində və Şamaxı şəhərində müəllimlik etmişdir. 1960-cı ilin əvvəllərində Bakı şəhərinə gələrək Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə sektorunda kiçik elmi işçi vəzifəsinə qəbul edilmişdir. 1963-cü ildə namizədlik dissertasiyası müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır. Nurqələm müəllim elmi işlə yanaşı işlədiyi Elmlər Akademiyasının, ümumiyyətlə, respublikanın ictimai həyatında da fəal iştirak etmişdir. 1961-ci ildə Fəlsəfə sektorunun partiya bürosunun katibi, eyni zamanda, Elmlər Akademiyasının Partiya Komitəsinin üzvü, Azərbaycan KP MK-nın ştatdankənar mühazirəçisi olmuşdur. Elm və ictimai iş kimi iki böyük intellektual cəbhədə nümunəvi iş aparmaq Nurqələm müəllimin dünyagörüşünün formalaşmasında çox böyük rol oynamışdır. O, 1964-cü ildə Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universitetində) baş müəllim, sonra dosent vəzifəsini tutmuşdur.
Nurfələk Qadınəfəndi
Nurfələk Qadınəfəndi (v. 15 avqust 1916) — Osmanlıların Misir və Sudan hakimi, ilk Misir xədivi İsmayıl Paşanın xanımı, Sultan Hüseyn Kamilin anası. == Həyatı == Həyatının ilk illəri, Misirə gəlişi və saraya necə alındığı məlum deyil. Ancaq İsmayıl Paşaya Misirdəki hakimiyyətini ələ aldıqdan sonra təqdim edildiyi bilinir. Cütlüyün bu nigahdan 21 noyabr 1853-cü ildə yeganə övladı - Hüseyn Kamil dünyaya gəldi. 1879-cu ildə ərinin vəzifədən alınmasından sonra onunla birlikdə öncə Neapolda, ardından İstanbulda sürgün həyatı yaşayan Nurfələk xanım ərinin 1895-ci ildə İstanbulda vəfatından sonra cənazəylə birlikdə Qahirəyə döndü. Sabiq xədivin digər ailə fərdləriylə birlikdə Qahirədəki Safran sarayında yaşamağa davam edən Nurfələk xanım oğlunun 20 dekabr 1914-cü ildə taxta çıxmasının ardından Validə sultan ünvanı aldı. Ancaq cəmi 2 il sonra 15 avqust 1916-cı ildə İsgəndəriyyədəki Mamurə sarayında vəfat etdi və cənazəsi Qahirədəki İmam Şafii türbəsinə dəfn edildi. == Mənbə == Tanman, M (2011). Nil kıyısından Boğaziçi'ne: Kavalalı Mehmed Ali Paşa Hanedanı'nın İstanbul'daki izleri.