Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ocaqlı
Ocaqlı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Ocaqlı oyk. Cəlilabad r-nunun Qarazəncir i.ə.v.-də kənd. Düzənlikdədir. əsl adının Ocaqqulu olduğu söylənilir. Keçmiş adı Panovand olmuşdur. Yaşayış məntəqəsi pirembel tayfasının üçüncü qolunun məskunlaşması nəticəsində yaranmışdır. XIX əsrin ortalarında 64 ailədən ibarət olan panavandlıdar Muğanda köçəri həyat sürürdülər, Panavandlılann bəş tirəsi vardır. Qışlaqlar həmin tirələrin (Hacıtağı, Sadi, Ocaqqulu, Hacı Mustafa və Fərzulla) adı ilə adlanmışdı. Yaşayış məntəqəsi 1887-ci ildə 40 ailədən ibarət ocaqlar (ocaqqulıı) nəslinin Ocaqlı qışlaq, yaxud Ocaqqulu qışlaq adlı yerda məskunlaşması nəticəsində yaranmış və həmin nəslin adı ilə adlandırılmışdır.
Ocaqlı dazlıq
Ocaqlı dazlıq və ya ocaqlı alopesiya — skalp adlanan saçlı dərinin avtoimmun xəstəliyi. Skalpda ocaqlı formada, tala-tala saç tökülməsinə bağlı yaranan təkrarlayan xroniki saç xəstəliyidir. Elmi adı aloepcia areata olan bu xəstəlik sadəcə başın saçlı hissəsində deyil, bədənin başqa nahiyyələrində də tük tökülməsinə səbəb olur. Xəstəliyin yaranmasında avtoimmun mexanizmlər dayanır. Yəni, xəstənin immun hüceyrələrinin tük follikulalarına hücum etməsi nəticəsində yaranan iltihabi reaksiya tük soğanaqlarının zədələnməsinə gətirib çıxarır. Nəticədə ocaqlı saç tökülməsi yaranır. Ocaqlı alopesiya saçlı dəridə tala-tala saç tökülməsi ilə başlayır. Xəstəlik proqressivləşərək total alopesiya yarada bilər. Total dazlıq və ya total alopecia zamanı başın bütün saçları tökülür. Xəstəliyin ən ağır formasında bədənin bütün nahiyyələrində tük tökülməsi yaranır.
İcazəli (mahnı)
Əlaqəli hüquqlar
Əlaqəli hüquqlar – Müəlliflik hüququ ilə qorunan əsərlərin kütləyə çatdırılmasında iştirak edən vasitəçilərin müəlliflik hüququ ilə təmasda olan hüquqları. Əliquliyev R.M., Ağayev N.B., Alıquliyev R.M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015.
Əlaqəli ifadə
Əlaqəli ifadə – iki, yaxud bir neçə əlaqəni tutuşdurmaq üçün əlaqə (münasibət) operatorlarının (məsələn, “kiçikdir”, yaxud “böyükdür”) istifadə olunduğu ifadə. Əlaqəli ifadənin nəticəsi Bul kəmiyyəti (doğru/yalan) olur. Bax: BOOLEAN, RELATIONAL OPERATOR. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Əlaqəli model
Əlaqəli model (ing. Relational model) — verilənlərin əlaqələr əsasında təşkil olunduğu model; çağdaş verilənlər bazalarının idarəolunması sistemlərinin əksəriyyətində bu model gerçəkləşdirilib. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Əlaqəli siyahı
Əlaqəli siyahı (en. linked list) – proqramlaşdırmada: verilənlər strukturunun göstəricilərlə (POINTER) bir-birinə bağlanmış bəndlərinin və ya elementlərinin siyahısı. Sadə bağlantılı siyahının hər bir bəndində bir göstərici var ki, həmin göstərici siyahının növbəti bəndinə göndərir (müraciət etdirir); ikiqat bağlantılı siyahının (DOUBLE-LINKED LIST) hər bir bəndində iki göstərici var ki, onlardan bir növbəti, o biri isə əvvəlki bəndə göndərir; dairəvi siyahıda birinci və axırıncı bəndlər əlaqəlidir. Massivlər kimi, bağlantılı siyahılardan da tez-tez siyahıların, steklərin və verilənlər növbələrinin yaradılmasında istifadə olunur. Bağlantılı siyahılar daha əlverişlidir, çünki onlarda bəndlər dinamik paylanır və bütün bəndlərin eyni tipdən olması tələb olunmur; massivlər isə, öz növbəsində, verilmiş bəndə birbaşa erişməyə imkan verir. Dövrün tapılması İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Əlaqəli damarlar
Əlaqəli damarlar — eyni venoz sistemin 2 fərqli nöqtəsi ilə əlaqə quran venalar. Səthi venoz sistemi dərin venoz sistemlə birləşdirən digər venalara perforator venalar deyilir. Onlar böyük dəri altı venasını kiçik dəri altı vena ilə əlaqələndirə bilərlər (məsələn, Giakomini venası). Giakomini venası — böyük dərialtı vena (BDV) və kiçik dərialtı vena (KDV) arasında birləşdirici damardır. Giakomini venası ya gövdənin proyeksiyası kimi, ya da kiçik dərialtı venanın qolu kimi budun arxası boyunca uzanır. Giakomini venasının çatışmazlığı təcrid olunmuş şəkildə özünü göstərə bilər, lakin daha çox böyük dərialtı vena çatışmazlığı ilə birlikdə müşahidə olunur. Bunun ya endovenöz lazer ablasiyası, ya da ultrasəslə idarə olunan skleroterapiya ilə effektiv şəkildə müalicə olunduğu bildirilir.
Canəli Əkbərov
Canəli Xanəli oğlu Əkbərov (10 mart 1940, Tükəvilə, Lənkəran rayonu – 22 oktyabr 2021, Bakı) — Azərbaycan xanəndəsi, professor (2008), Azərbaycan Respublikasının xalq artisti (1992). == Həyatı == Əkbərov Canəli Xanəli oğlu 10 mart 1940-cı ildə Lənkəran rayonunun Tükəvilə kəndində anadan olmuşdur. Muğam sənətini atasından öyrənmiş, Azərbaycan Dövlət Filarmoniyası yanında muğam məktəbində təhsil almışdır. O, 1963–1964-cü illərdə Seyid Şuşinskinin, 1969–1972-ci illərdə isə Xan Şuşinskinin tələbəsi olmuşdur. 1982-ci ildə Azərbaycan Dövlət Musiqi Məktəbini bitirmişdir. Canəli Əkbərov 1965-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının, 1976-cı ildən isə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur. Xanəndə bu teatr səhnəsində muğam operalarında bir sıra yadda qalan obrazlar: Məcnun və İbn-Səlam (Ü.Hacıbəyov – "Leyli və Məcnun"), Şah İsmayıl (M.Maqomayev – "Şah İsmayıl"), Aşıq qərib (Z.Hacıbəyov – "Aşıq Qərib") obrazlarını yaratmışdır. Canəli Əkbərov xarici ölkələrdə — Almaniyada, Malidə, Avstriyada və s. ölkələrdə dəfələrlə qastrol səfərlərində olmuşdur. Səmərqənddə keçirilən Şərq musiqi simpoziumunda və Kuybışevdə Şərq xalqlarının musiq festivalında böyük nailiyyət əldə etmişdir.
Bankın əlaqəli şəxsləri
Canəli bəy Baharlı
Buraxılışa icazəli səhmdar kapital
Kocaeli
Kocaeli ili — Türkiyədə il. Türkiyənin ən sıx 11-ci ilidir. 2013-cü ilin əhalinin siyahıya alınmasına görə əhalisi 1,676,202 nəfərdir. Kocaeli 12 ilçədən ibarətdir. Adı 1320-ci ildə İzmit şəhərini kəşf edən Akça Kocanın şərəfinə Kocaeli adlandırılıb. 2 Sentyabr 1993-cü il tarixli dövlət qərarı ilə böyük şəhər adlandırıldı. Kocaeli Pişmaniye adlı şirniyyatı ilə dünyada məşhurdur. Bu ilin adı həmçinin 1999-cu ildə baş vermiş Kocaeli zəlzələsi ilə dünyada tanınıb. Bu zəlzələ nəticəsində 17 minə yaxın insan həyatını itirmişdir. = Coğrafiyası = Kocaeli, Mərmərə bölgəsinin Çatalca-Kocaeli hissəsində 29° 22'—30° 21' şərq uzunluğu və 40° 31'—41° 13' şimal enliyində yerləşir.
Bağəli
Bağəli — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Lahıc turizm zonasında yerləşir. == Əhalisi == Kəndin əhalisi 44 nəfər yaşayır ki, onun da 22 nəfəri kişi, 22 nəfəri isə qadındırdir. Kənd əhalisi maldarlıqla və bostançılıqla məşğul olur. Kənd elektrik enercisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 5 km yolu piyada getmək olar. == Tarixi == Yaşayış məntəqəsi XIX əsrdə Lahıcdan çıxmış ailələrin Bağəli adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır.
Otaqlı
Otaqlı (Kəlbəcər)
Paratiroid hormonu ilə əlaqəli zülal
Paratiroid hormonu ilə əlaqəli zülal — bir hormondur və mezenximal kök hüceyrələr tərəfindən ifraz olunan paratiroid hormonları ailəsinin üzvüdür. Bəzən xərçəng hüceyrələri tərəfindən ifraz olunur (məsələn, döş xərçəngi, ağciyər xərçənginin müəyyən növləri, o cümlədən skuamöz hüceyrəli ağciyər karsinoması). Bununla belə, sümük, diş, damar toxumaları və digər toxumalarda da normal funksiyalara malikdir. PTHrP endokrin, avtokrin, parakrin və intrakrin hormon kimi hərəkət edir. Endoxondral böyümə plitəsinin sabit genişliyini saxlamaqla endoxondral sümük inkişafını tənzimləyir. O, həmçinin süd vəzilərinin formalaşması zamanı epiteliya-mezenximal qarşılıqlı əlaqəni tənzimləyir. PTHrP onurğalılarda və məməlilərdə kalsium homeostazının tənzimlənməsində mühüm rol oynayır. 2005-ci ildə avstraliyalı patoloq və tədqiqatçı Tomas Con Martin aşkar etdi ki, osteoblastlar tərəfindən istehsal olunan PTHrP sümük əmələ gəlməsinin fizioloji tənzimləyicisidir. O, həmçinin osteoklas formalaşmasını gücləndirərək sümük rezorbsiyasının fizioloji tənzimlənməsində rol oynaya bilər. Paratiroid hormonu ilə əlaqəli zülal yerli sümük rezorbsiyasını stimullaşdırmaq üçün siqnal molekulu kimi çıxış etdiyi diş çıxarma zamanı sümükdaxili mərhələsində vacibdir.
Kocaeli Universiteti
Kocaeli Universiteti — Türkiyədə dövlət universitetlərindən biri. 1992-cı ildə yaradılmışdır. 2010-cu ildə açıqlanan məlumatda dünyanın ən yaxşı 2 000 universiteti arasında 712-ci olmuşdur.
Kocaeli ili
Kocaeli ili — Türkiyədə il. Türkiyənin ən sıx 11-ci ilidir. 2013-cü ilin əhalinin siyahıya alınmasına görə əhalisi 1,676,202 nəfərdir. Kocaeli 12 ilçədən ibarətdir. Adı 1320-ci ildə İzmit şəhərini kəşf edən Akça Kocanın şərəfinə Kocaeli adlandırılıb. 2 Sentyabr 1993-cü il tarixli dövlət qərarı ilə böyük şəhər adlandırıldı. Kocaeli Pişmaniye adlı şirniyyatı ilə dünyada məşhurdur. Bu ilin adı həmçinin 1999-cu ildə baş vermiş Kocaeli zəlzələsi ilə dünyada tanınıb. Bu zəlzələ nəticəsində 17 minə yaxın insan həyatını itirmişdir. = Coğrafiyası = Kocaeli, Mərmərə bölgəsinin Çatalca-Kocaeli hissəsində 29° 22'—30° 21' şərq uzunluğu və 40° 31'—41° 13' şimal enliyində yerləşir.
Kocaeli yarımadası
Kocaeli yarımadası (türk. Kocaeli) — Türkiyə ərazisində, Kiçik Asiya yarımadasının şimal-qərbində yerləşir. Qara dənizi (şimal) Mərmərə dənizindən (cənub) ayırır. Qərbdə Bosfor boğazı yerləşir. Cənubda Mərmərə dənizinin akvatoriyasına daxil olan İzmit körfəzi onun sahillərini yuyur. Bosfor və İsmit körfəzlərinin ərazisində sınma qırılma xətti keçdiyindən yarımada yüksək seysmikliyə malikdir. Uzunluğu 75 km, eni 50 km təşkil edir. Yarımadadan vənubda arxipelaq yerlşir. Ərazidən dağ silsilələri keçir, bu da Pont dağlarının ardını təşkil edir. Ən hündür nöqtəsi 537 m təşkil edir.
Cakeli qəsri
Cakeli qəsri, (gürc. ჯაყელის ციხე) — Gürcüstan şəhəri Axaltsixedə yerləşən Axaltsixe qalasının (Rabat) içində qədim qəsr. == Tarixi == Qəsr ilk olaraq, Mesxeti hakimləri, Çorçaneli evindən olan, atabəy rütbəsi daşıyan gürcü feodal nəsli Cakelilərə aid idi. Cakelilər beş əsr ərzində (XII əsrdən - XVII əsrə qədər) Cənubi Gürcüstanın ən güclü siyasi qüvvəsi idi. 1578 ildə regionun Osmanlı imperiyası tərəfindən işğalından sonra, Cakelilər ilk vaxt osmanlılara qarşı mübarizəyə başçılıq etmişdilər, lakin sonra onların tərəfinə keçdilər və gürcü feodalları arasında birinci olaraq islamı qəbul etdilər. Osmanlı imperiyasında Cakeli nəsli rusların 1829 ildə gəlişinə qədər irsi paşa rütbəsini daşıyırdılar. [1 Nəslin nümayəndələrindən biri -Əhməd Paşa - müasir Axalsixin ən görməli yerlərindən biri olan Əhmədiyyə məsçidini tikdirir. == Bərpası == 2011 ilin may ayında Gürcüstan hökuməti Rabat qalasında, 2012 ildə qurtaran bərpa işlərinə başlayır. Bu məqsəd üçün budcədən 24 mln. lari xərclənir.
Otaqlı (Kəlbəcər)
Otaqlı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Dalqılınclı kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci il 25 noyabrında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Otaqlı kəndi Dağətəyi ərazidədir. Yaşayış məntəqəsini XIX əsrdə Qilıcli kəndindən aynlmiş ailələr Otaq adlanan köhnə tagbənd bir alaçıq ətrafında saldıqlarına görə belə adlandırılmişdir. Həmin tagbənd otaq kənddə indi də qalır. Kənd ağsaqqallarının söylədiklərinə görə bir kişi öz oğlunu evləndirəndən sonra gəlin qocalara yaxşı baxmadığına görə, oğlanın atası oğluna və gəlninə onun evində yaşamalarına icazə vermir. Oğlan yaşayış yeri axtararkən meşədə üstü açıq olan köhnə tağbənd bir tikiliyə rast gəlir. Oğlan bu binanın üstünü örtüb öz ailəsi ilə orada məskən salır. Ona görə də kəndin adı otaqlı adlanır.
Otaqlı (Şahindej)
Otaqlı (fars. اطاقلو‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Şahindej şəhristanı ərazisinə daxil olan kənd.
Şalva Cakeli
Şalva Cakeli - hakimiyyətinə dair çox məlumat yoxdur. Əmir Teymura tabe olduğu, oğlu I Ağbuğanın 1389-cu ildə hakimiyyətə keçdiyi və qızı Sinduxtarın IX David ilə evləndiyi bilinir.
Teymuraz Cugeli
Qaqamaru Masaru (臥牙丸 勝, 23 fevral 1987, Tbilisi) və ya əsl adı ilə Teymuraz Cugeli (gürc. თეიმურაზ ჯუღელი) – əslən Gürcüstandan olan keçmiş peşəkar sumoçu. Kokkay və Toçinoşindən sonra makuuçi diviziyasına yüksəlmiş üçüncü Gürcüstan sumoçusudur. Peşəkar sumoçu kimi ilk qarşılaşmasına 2005-ci ilin noyabrında çıxmışdır. 2009-cu ilin noyabrında curyo diviziyasına, 2010-cu ilin iyulunda makuuçi diviziyasına yüksəlmişdir. Ən yüksək dərəcəsi komusubi olmuşdur. İki dəfə "Döyüşkən ruh" mükafatını qazanmışdır. 2020-ci ildə zədələndikdən sonra uzun müddət turnirlərdən kənar qalmış və karyerasını bitirdiyini açıqlamışdır. Cugeli Gürcüstanın paytaxtı Tbilisidə doğulmuşdur. Cüdo və sambo ilə məşğul olmuş, 16 yaşında hər iki idman növü üzrə milli çempionatların qalibi olmuşdur.
Otaqlı (Damal)
Otaqlı — Türkiyənin Ərdəhan ilinin Damal ilçəsində kənddir. Əhalisi 384 nəfərdir (2021). Kənddə Ələvi məzhəbli müsəlman türkmənlər yaşayır.
Eşkinci ocağı
Eşkinci Ocağı, Osmanlı sultanı II Mahmud tərəfindən yaradılmış olan bir hərbi quruluşdur. Ələmdar hadisəsindən sonra Yeniçəri Ocağını ləğv etmək istəyən II Mahmud onu əvəz etmək üçün Eşkinci Ocağını qurdu. Bunu təhdid olaraq görən Yeniçərilərin üsyanı Vaqiəyi-Xeyriyyəyə doğru aparan prosesi sürətləndirdi. Üsyanla bərabər Eşkinci Ocağı ləğv edildi.
MirAğaBalım ocağı
Mir Ağa Balım ocağı — Qubadlı rayonunda Dondarlı kəndinin ərazisində, Nəqşibəndi təriqətinin nümayəndəsi Mir Ağa Balımın məzarı yerləşən ziyarətgah. Mir Ağa Balım dövrünün sayılıb seçilən kəramət şeyxlərindən olub, mükəmməl dini — mədrəsə təhsili almışdır. Bütün elin dini və dünyəvi işlərinə nəzarət edirdi. Osmanlı imperiyasının Anadolu əyalətlərində hakimiyyətin təqibi ilə əlaqədar müəyyən cərəyanlara mənsub təriqətlər öz yurdlarını tərk edib, başqa yerlərə köçürdülər. Belə köç edən cərəyanlardan biri də Nəqşibəndi təriqətini təbliğ edən Mir Ağa Balım və onun etiqad yoldaşları Hacı Qaraman Qara Pirim və Sarıca Nəbi idi. Onlar Səfəvi dövlətinə tabe olan Qarabağ vilayətinə gəlmişdi. II Şah Abbasın hökmdarlığı dövründə onlar indiki Laçın rayonunun Cicimli kəndinin yerində kiçik bir obada məskunlaşdılar. Nigari təxəllüsü Mir Həmzə Əfəndi Ağa Balım Həzrətlərinin altıncı arxa övladıdır və öz divanında Ağa Balımdan və Aşıqdan bəhs edir. Səfəvi dövlətinin öndə gələnlərinə "Xan" ləqəbi verilir, onlara böyük torpaq sahələri bağışlardılar. Belə mülkədar təbəqə hər qisim adamdan olurdu və həmçinin seyidlərdən də.
Qaradaş ocağı
Qaradaş ocağı — Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Axura kəndinin mərkəzində ziyarətgah. Ахurа kəndinin içərisində yеrləşir. Qаrаdаş оcаğınа indi də inаm vаr. Öz ürəyində аrzu və istəyinin həyаtа kеçməsini istəyən şəхslər оcаğа nəzir dеyir və аdаmlаr аrzu, istəklərinə çаtdıqdа nəziri оcаğа аpаrırlаr. Qаradаş оcаğının mərkəzində nəhəng prizmаtik-kоnusvаri fоrmаlı qаrа dаş vаr. Dаşın ətrаfınа bir nеçə kiçik ölçülü dаşlаr düzülmüşdür. Əfsаnəyə görə iri qаrа dаşlаr göydən gəlmiş аnа, ətrаfındа оlаn kiçik dаşlаr isə оnun övlаdlаrıdır. Оdur ki, оcаğа аncаq qаdınlаr və uşаqlаr girə bilər. Kişilərin оcаğа gəlməsi qаdаğаndır. Оcаğа qаb-qаcаq dа gətirilir.