Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İnterfeys
İnterfeys (ing. interface) — iki elementin qarşılıqlı təsirini təmin edən qovuşma nöqtəsi. Hesablama texnikasında çeşidli interfeyslər ən müxtəlif səviyyələrdə gerçəkləşdirilib: proqramlarla səmərəli işləməyə imkan verən ən aşkar qrafik istifadəçi interfeyslərindən (GUI) tutmuş, qurğularla kompüterin komponentlərinin qarşılıqlı ələqəsini təmin edən, çox zaman görünməz olan, ancaq çox gərəkli aparat vasitələri interfeyslərinədək. İstifadəçi interfeysləri istifadəçinin kompüterlə səmərəli "ünsiyyətini" təmin edən qrafik təsvir sistemlərindən, komandalardan, sorğulardan və s. ibarət olur. == Növləri == İstifadəçi interfeysinin üç əsas növü vardır (onların bir-birini inkar etməsi vacib deyil): Komanda sətri interfeysi (COMMAND-LINE INTERFACE), məsələn, MS-DOS əməliyyat sistemində A:> və ya C:>) istifadəçini komandanı daxil etməyə "dəvət edir". Çağdaş tətbiqi proqramların əksəriyyətində istifadə olunan menyu sisteminə əsaslanan interfeys istifadəçiyə lazım olan komandanı siyahıdan ya müəyyən klavişləri basmaqla, ya da siçan vasitəsilə seçməyi təklif edir. Qrafik istifadəçi interfeysi (GRAPHICAL USER INTERFACE), "pəncərə" sistemləri adlandırılan (proqramları, sənədləri və digər elementləri pəncərə şəklində göstərən) sistemlərin vacib özəlliyidir; sistemin elementlərini simgələr (ICON) kimi göstərməklə bəzi ənənəvi üsullardan və məcazlardan (məsələn, iş masası və onun aksessuarlarından) istifadə edir. Proqram təminatının daha "dərin" səviyyələrində digər interfeys növləri də, məsələn, tətbiqi proqramın konkret əməliyyat sistemi ilə işləməsini təmin edən interfeys vardır; daha dərinlikdə isə əməliyyat sisteminin işini kompüterin aparaturası ilə korrelyasıya etməyə imkan verən interfeys mövcuddur. Kompüterin aparat vasitələrində interfeys dedikdə, lövhələr (kartlar), bağlayıcılar (CONNECTORS) və xarici qurğuları kompüterlə birləşdirən başqa qurğular nəzərdə tutulur.
Line
Line (azərb. Xətt‎) — Latviyanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Triana Park "Line" mahnısı ilə Latviyanı Kiyevdə keçirilən müsabiqədə təmsil etmişdir. Mahnı Triana Park qrupunun vokalisti Aqnese Rakovska, Kristaps Erqlis və Kristians Rakovskis tərəfindən bəstələnmişdir.
Fine Line
Fine Line — İngiltərə müğənnisi Harri Staylsın ikinci studiya albomu. 13 dekabr 2019-cu ildə Columbia Records tərəfindən buraxılıb.
Vərəqə (interfeys)
Vərəqə — interfeys dizaynında sənədlər arasında keçid üçün naviqasiya vidceti kimi vərəqələrdən istifadə edərək, birdən çox sənəd və ya panelin bir pəncərədə yerləşməsinə imkan verən qrafik istifadəçi interfeysi obyekti. Bu, əsasən veb-brauzerlər, veb-proqramlar, mətn redaktorları, parametr panelləri və pəncərə menecerləri ilə əlaqəli interfeys üslubudur. Vərəqələr kağız fayllarına və ya kart indekslərinə daxil edilmiş ənənəvi kart vərəqələrindən ilhamlanaraq modelləşdirilib. (iş masası metaforasına uyğun olaraq) Vərəqələr üfüqi çubuq və ya şaquli siyahı kimi görünə bilər. Üfüqi vərəqələr bir neçə sıra ola bilər. Vərəqələrin sürüşdürüb buraxma yolu ilə sırasını dəyişdirmək və ya mövcud vərəqədən ayrıca pəncərə yaratmaq mümkündür. Tətbiqlər birdən çox vərəqəni köçürmək, bağlamaq və ayırmaq üçün diapazon seçimini dəstəkləyə bilər. == Tarixi == 1982-ci ildə IBM PC-nin WordVision DOS mətn prosessorunun vərəqəli interfeysə sahib olan ilk kommersiya məhsulu olduğu güman edilir. PC Magazine daha sonra məhsulun "proqram sənayesi üçün pulsuz Ar-Ge departamenti kimi xidmət etdiyini və on il ərzində guya yeni ideyalar axtaran proqramçılara görə sümüklərinin sızıldadığını" bildirdi. Don Hopkins NeWS pəncərə sistemi üçün pəncərə menecerinin bütün NeWS proqramlarında tətbiq edildiyi və istifadəçilərə vərəqələri pəncərənin istənilən kənarına sürüşdürməyə imkan verən vərəqəli pəncərə çərçivələrinin bir neçə versiyasını hazırlayıb yayımladı.
Tək sənədli interfeys
Tək sənədli interfeys(SDI (Single-Document Interface,однодокументный интерфейс,tek belgeli arabirim)-tətbiqi proqramların qrafik interfeysinin ayrı-ayrı pəncərələr şəklində təşkili üsulu. Bu interfeysdə aktiv pəncərənin menyunu, yaxud alətlər zolağını özündə saxlayan “fon” və ya “ana” pəncərəsi olmur; bu elementlər (menyu, alətlər zolağı) hər bir pəncərənin özündə olur. Birdən artıq sənədi eyni vaxtda redaktə etməyə imkan verən belə tətbiqi proqramlar (məsələn, mətn prosessorları) istifadəçidə elə təəssürat yarada bilər ki, sanki proqramın bir deyil, bir neçə kopyası başladılıb. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı,754 s.
Şəbəkə interfeys kartı
Şəbəkə interfeys kartı (network interface card) – lokal şəbəkədə iş zamanı verilənləri qəbul etmək və ötürmək üçün nəzərdə tutulmuş xüsusi genişləndirmə lövhəsi. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Çox sənədli interfeys
Çox sənədli interfeys (ing. multiple document interface (= MDI), ru. многодокументный интерфейс) — qrafik istifadəçi interfeysinin pəncərələrdən istifadəyə əsaslanan və pəncərələrin əksəriyyətinin (adətən, yalnız modal pəncərələr istisna olmaqla) bir ümumi pəncərənin daxilində yerləşməsini nəzərdə tutan təşkili üsulu. Bu interfeysdən fərqli olaraq, SDI interfeysində pəncərələr bir-birindən asılı olmayaraq yerləşir. Hansı interfeys növünün – MDI, yoxsa SDI interfeysinin üstün olması məsələsi tez-tez proqram təminatı gəlişdiricilərinin və istifadəçilərinin müzakirə mövzusu olur. Belə ki, istifadəçi eyni vaxtda bir neçə müxtəlif növ proqramla işləyirsə, SDI interfeysi daha əlverişli olur. Gəlişdiricilər hər iki interfeysdən, tez-tez isə qarışıq növ interfeysdən geniş istifadə edirlər. Məsələn, Microsoft şirkəti Microsoft Office paketində öncə SDI interfeysini MDI ilə əvəz etdi, sonra yenidən SDI interfeysinə qayıtdı.
On
On — say sistemində ədədlərdən biridir. Doqquzdan sonra, on birdən əvvəl gəlir. Ən kiçik ikirəqəmli ədəddir. == Ümumi məlumat == İki əl barmaqlarının cəmi olan on sayı on iki sayının yaranmasına qədər çoxluq bildirmişdir. İstisna hallar nəzərə alınmazsa, on sayının mifoloji aləmlə elə bir dərin bağlılığı yoxdur. İstisna hallar deyəndə dünya tarixində "müqayisə edilməyəcək dərəcədə böyük və mütəşəkkil bir imperiya qurmuş" Göytürklərin nəsil artımı, şəcərəsi, boy düzümü ilə əlaqəsi olan on sayını nəzərdə tuturuq. Əslən hun soyundan gələn Göytürklərin var olmasında "Qurddantörəmə" mənşə mif-əfsanəsi önəmlilik təşkil edir. Bu mif-əfsanədən bəlli olur ki, Aşina ailəsindən artıb çoxalan Göytürklər Lin dövlətinin soyqırım hücumuna düçar olurlar. Lin ordusu Göytürklərin hamısını qırır. Əsgərlər yalnız on yaşlı bir Göytürk oğlanını öldürmürlər.
Ciddi rejimli tətil
Ciddi rejimli tətil (rus: Каникулы строгого режима, Rom: Kanikuly strogogo rejima) — rejissor İqor Zaytsev tərəfindən 2009-cu ildə Rusiyada çəkilmiş macəra komediya filmidir. == Süjet xətti == Film taleyin iradəsi ilə pioner düşərgəsində dəstə başçısı çalışan iki orta yaşlı insandan Koltsov və Sumarokovdan bəhs edir. Onların ora düşməsi təsadüfi deyil. Peşəkar və hörmətli DİN əməkdaşı, iki dəfə Çeçenistanda xidmət keçmiş Koltsov ehtiyatsızlıqdan öz iş yoldaşını qətlə yetirir. Mərhumun qohumlarının təkidi ilə “qara” zonaya düşür. Həbsxanaya düşməsi nə rəhbər elitanın, nə də zeklərin ürəyincədir. Burada məhbus Sumarokovla tanış olur. Koloniya əməkdaşı Qaqarinin köməyilə həbsxanadan qaçan qaçaqlar indi pioner düşərgəsində gizlənmək məcburiyyətindədirlər.
Front Line Defenders
Front Line Defenders və ya The International Foundation for the Protection of Human Rights Defenders (ing. Front Line Defenders "Beynəlxalq İnsan Hüquqları Müdafiəçilərinin Müdafiəsi Fondu") — Ümumdünya İnsan Hüquqları Bəyannaməsində qeyd olunduğu kimi başqalarının insan hüquqlarını məcburi olmadan müdafiə edənlərə dəstək olmaq üçün 2001-ci ildə İrlandiyanın Dublin şəhərində qurulmuş irlandiyalı insan haqları təşkilatıdır. == Tarix == Təşkilat Amnesty İnternational İrlandiyanın keçmiş direktoru Meri Lovlor tərəfindən iş adamı və xeyriyyəçi Denis O'Brayenin 3 milyon dollar ianəsi ilə təsis edilib. Front Line Defenders Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasında xüsusi məsləhətçi statusuna və Afrika İnsan və Xalqların Hüquqları Komissiyasında müşahidəçi statusuna malikdir. Fond 2007-ci ildə King Boduin Beynəlxalq İnkişaf Mükafatına və 2018-ci ildə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Mükafatına layiq görülüb. Front Line Defenders praktiki təhlükəsizlik ehtiyacları, təlim və tədris materialları, sığınacaqlar, şəbəkə imkanları, onların hüquqlarını hökumətlərdən qorumaq üçün hüquqi yardım, bir neçə dildə 24 saatlıq təcili telefon xətti üçün bütün dünyada alıcılara qrantlar verir. Xüsusi şəraitdə bu təşkilat hüquq müdafiəçilərinin daha təhlükəsiz yerlərə köçürülməsinə kömək edə və mümkünsə onların xərclərini ödəyə bilər. == Görkəmli işləri == 2021-ci ilin oktyabrında Front Line Defenders, İsrail tərəfindən qadağan edilmiş insan haqları qruplarına mənsub müxtəlif Fələstin vətəndaşlarının İsrail texnologiya şirkəti NSO Group tərəfindən yaradılmış casus proqramlar tərəfindən hədəf alındığına dair sübutlar üzə çıxardır. == Front Line Defenders mükafatı == Mükafat 2005-ci ildə təsis edilmişdir. Mükafat böyük şəxsi risk altında öz icmalarının hüquqlarının qorunmasına unikal töhfə edənlərə verilir.
New Line Cinema
New Line Cinema - Robert Şeye tərəfindən 1967-ci ildə əsası qoyulan film istehsal edən şirkətdir. "New Line Cinema" kinokompaniyası Qarağac küçəsində qarabasma filmindən sonra böyük müvəffəqiyyət əldə etmişdir. 2008-ci ildə krizisə görə Warner Bros. kompaniyasına qatılmışdır.
Optical line termination
Optical line termination və ya qısaca OLT — passiv optik şəbəkə provayderinin son nöqtəsi kimi xidmət göstərən cihaz. İki əsas funksiyanı təmin edir: provayderin avadanlığı tərəfindən istifadə edilən elektrik siqnalları ilə passiv optik şəbəkənin istifadə etdiyi fiber-optik siqnallar arasında çevrilməni həyata keçirmək. həmin şəbəkənin digər ucunda (optik şəbəkə terminalları və ya optik şəbəkə vahidləri adlanır) çevrilmə cihazları arasında multipleksləşdirməni əlaqələndirmək. == Xüsusiyyətləri == OLT-yə aşağıdakı xüsusiyyətlər daxildir: Aşağı axın kadrının işlənməsi, aşağı axın kadrını yaratmaq üçün ATM xanasını qəbul etmək və aşağı axın kadrının paralel məlumatını onun seriya məlumatına çevirmək üçün vasitə. Dalğa uzunluğuna bölünən multipleksasiya, aşağı axın kadrının seriya məlumatlarının elektro/optik çevrilməsini həyata keçirmək və onların dalğa uzunluğuna bölünən multipleksasiyasını həyata keçirmək üçün vasitələr. Dalğa uzunluğuna bölünən multipleksasiya vasitəsindən məlumatların çıxarılması, əlavə sahənin axtarışı, yuva (slot) sərhədinin təyin edilməsi və fiziki təbəqə əməliyyatlarının idarəsi və texniki xidməti (PLOAM) xanasını və ayrıca bölünmüş yuvanı emal etmək üçün yuxarı axın kadrının emal vasitəsi. MAC protokolunu yerinə yetirmək və yuxarı/aşağı axın kadrının emal vasitələri üçün istifadə olunan dəyişənlər və vaxt siqnalları yaratmaq üçün idarəetmə siqnalının yaradılması vasitəsi. Dəyişənlər və idarəetmə siqnalı yaratma vasitələrindən gələn vaxt siqnallarından istifadə etməklə aşağı və yuxarı axın çərçivə emal vasitələrinə nəzarət etmək üçün idarəetmə vasitəsi.
On (hərf)
𐕒 (səslənməsi /o/, transkripsiyası O, o) — Alban əlifbasının 35-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ուն (Own) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulze'nin fikrincə bu hərfin adı "On" olmalıdır. Bu hərf ən çox istifadə edilən hərflərdəndir və müstəqil mənası "ot" deməkdir. Qrafem olaraq erməni əlifbasındakı Օ və gürcü əlifbasındakı Ⴍ (oni) və Ⴓ (oni) hərfləri ilə birlikdə yunan əlifbasındakı Omikron (Ο) hərfindən götürülmüşdür. Bununla belə qrafemin Matenadaran versiyası və Sinay versiyası (həmçinin Mingəçevir versiyası) arasındakı əsas fərqi birincidə hərfin aşağı hissəsinin olmamasıdır.
On altı
On altı — say sistemində ədədlərdən biridir. on beşdən sonra, on yeddidən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === === Say sistemində === On altı ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir.
On beş
On beş — say sistemində ədədlərdən biridir. On dörddən sonra, on altıdan əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === === Say sistemində === On beş ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də tək ədəddir.
On bir
On bir — say sistemində ədədlərdən biridir. Ondan sonra, on ikidən əvvəl gəlir. == Riyaziyyatda == On bir ədədi — sadə ədəd olmaqla yanaşı həm də tək ədəddir. === Əsas hesablamalarda === === Say sistemində === == Elmdə == Natriumun atom rəqəmi.
On doqquz
On doqquz — say sistemində ədədlərdən biridir. On səkkizdən sonra, iyirmidən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === === Say sistemində === On doqquz ədədi — sadə ədəd olmaqla yanaşı həm də tək ədəddir. == Elmdə == == Dində == 19 ədədi gizli şəkildə Qurani-Kərimin ayələri və ümumiyyətlə, mətninin strukturunda yer alır. Quranda "RƏHİM VƏ RƏHMAN ALLAHIN ADI İLƏ" ifadəsi orijinal, yəni ərəb variantında 19 hərfdən ibarətdir. Bu ifadənin tərkibindəki 4 söz Quranda 1919 ayədə istifadə olunur və onlarin hər birinin işlədilmə sayı 19-a tam bölünən ədədlərdir. Quranda 114 surə var, yəni 19x6. Quranda ilk nazil olan 96-ci surənin (Əl-Ələq) Quranın son surəsindən hesablamağa başlasaq 19-cu surədir. Surədə 19 ayə var. Ayələrdə isə 285 hərf var, yəni 19x15.
On dörd
On dörd — say sistemində ədədlərdən biridir. On üçdən sonra, on beşdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === === Say sistemində === On dörd ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir.
On iki
On iki — say sistemində ədədlərdən biridir. On birdən sonra, on üçdən əvvəl gəlir. == Ümumi məlumat == Əski türk təqviminə və elmin sübut etdiyinə görə, Günəşin zahiri yerdəyişməsi hər on iki ildən bir eyni nöqtəyə düşür. Odur ki, bu on iki ilin hər ilini tanımaq üçün on iki heyvan adına müraciət etmək münasib sayılıb. Bir mif nümunəsində bildirilir ki, insanlar illəri müəyyənləşdirməkdə, bir-birindən ayırmaqda çətinlik çəkirmişlər. Deyilənə görə, bir Novruz bayramında bilicilər toplaşaraq qərara gəliblər ki, gəzintiyə çıxsınlar və qarşılaşdıqları canlıların adlarını illərə versinlər. Onlar üzən, gəzən, sürünən on iki canlıya - siçan, öküz, pələng, dovşan, balıq, əjdaha, ilan, at, qoyun, toyuq, it, donuza rast gəlirlər. Bunların adlarını illərə verirlər. Beləliklə, bu on iki canlının adının illərdə yaşaması elə on iki sayının da geniş dairədə yayılmasına səbəb olmuşdur. Bundan savayı, on iki sayının simvolik səciyyəli olmasında bürclər adlanan on iki tale ulduzunun rolu da olubdur.
On səkkiz
On səkkiz — say sistemində ədədlərdən biridir. On yeddidən sonra, on doqquzdan əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === === Say sistemində === On səkkiz ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir.
On yeddi
On yeddi — say sistemində ədədlərdən biridir. On altıdan sonra, On səkkizdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === === Say sistemində === On yeddi ədədi — sadə ədəd olmaqla yanaşı həm də tək ədəddir.
On üç
On üç — say sistemində ədədlərdən biridir. On ikidən sonra, on dörddən əvvəl gəlir. == Ümumi məlumat == Mifoloji anlamlı olan on üç sayı haqqında da mənbələrdə xəbərlər vardır. Misal üçün, monqollar əcdad ruhlarının, torpaq hamisi ruhlarının sayını on üç bilmişlər. Əslində buddizmin bir qolu olaraq formalaşan lamaizmə qədər Buryat horinlərində də on üç sayı xüsusi dəyər daşımışdır. Onların etiqadına görə, cəhətlərin (şimal-cənub, şərq-qərb) on üç sahib ruhu (şamanı) vardır. Başqa bir məlumata görə, Mərkəzi və Cənubi Amerika sakinləri də on üç sayını müqəddəs bilmiş və onun xoşbəxtlik simvolu olmasına inanmışlar. On üç sayını italyanlar da uğurgətirən hesab etmişlər. On üç sayının qorxulu, bədbəxtlik gətirən, nəhs bilinməsi halları da vardır. Bu qənaətin kökündə mifoloji anlayışlar durur.
ON (albom)
ON – Azərbaycanlı bəstəkar-müğənni Aiselin Azərbaycan dilindəki ilk studiya albomudur. == Fon və yazılma == Aisel 2022-ci ilin payızından "SS Production" şirkəti ilə əməkdaşlıq etməyə başlamışdır. "SS Production"-dan Şuşa sinqlını təqdim edən ifaçı, şirkətlə albom hazırlıqlarına başlamışdır. Albomdakı bütün mahnıların musiqisi ifaçının özünə aiddir. Albomdakı "Dönən Deyiləm" və "Unuda Bilmədim" mahnıları xaric digər 8 mahnının sözləri Aiselə məxsusdur. "Dönən Deyiləm" mahnısının sözləri Nəriman Abbaszadə, "Unuda Bilmədim" mahnısının sözlərini isə Ceyhun Bayramlı (red. Jay Hun) yazmışdır. Albomdakı mahnıların aranjimanı və miks-masterinqi Aiselin illərdir əməkdaşlıq etdiyi Emin Kərimə aiddir. Aisel albomdan ilk öncə 23 yanvar 2023-cü il tarixində "Yağış" mahnısına, 3 mart 2023-cü ildə isə "Qaradan Qara"mahnısına çəkilən klipi təqdim etmişdir. == Tanıtım == İfaçı albomu "BEAT Music" etiketi ilə 3 mart 2023-cü ildə ilk öncə rəqəmsal musiqi platformalında təqdim etmişdir.
Çox sənədli interfeys (İnformatika)
Çox sənədli interfeys (ing. multiple document interface (= MDI), ru. многодокументный интерфейс) — qrafik istifadəçi interfeysinin pəncərələrdən istifadəyə əsaslanan və pəncərələrin əksəriyyətinin (adətən, yalnız modal pəncərələr istisna olmaqla) bir ümumi pəncərənin daxilində yerləşməsini nəzərdə tutan təşkili üsulu. Bu interfeysdən fərqli olaraq, SDI interfeysində pəncərələr bir-birindən asılı olmayaraq yerləşir. Hansı interfeys növünün – MDI, yoxsa SDI interfeysinin üstün olması məsələsi tez-tez proqram təminatı gəlişdiricilərinin və istifadəçilərinin müzakirə mövzusu olur. Belə ki, istifadəçi eyni vaxtda bir neçə müxtəlif növ proqramla işləyirsə, SDI interfeysi daha əlverişli olur. Gəlişdiricilər hər iki interfeysdən, tez-tez isə qarışıq növ interfeysdən geniş istifadə edirlər. Məsələn, Microsoft şirkəti Microsoft Office paketində öncə SDI interfeysini MDI ilə əvəz etdi, sonra yenidən SDI interfeysinə qayıtdı.
Şəbəkədə interfeys səviyyə təhlükəsizliyi
Şəbəkə interfeys səviyyəsi (istifadəçi yönümlü) TCP/IP model-in ən aşağı səviyyəsidir. Bu səviyyənin özünə xas bir neçə təhlükəsizlik açıqları var ki, hücumçu tərəfindən istismar edilə bilər. == Şəbəkə interfaz səviyyəsi == Şəbəkə interfaz səviyyəsi (həmçinin data link səviyyə kimi adlanır), istifadəçinin sistemi ilə şəbəkə cihazı arasındakı fiziki interfazdır. Bu səviyyə data paketlərin ötürülmə üçün necə formatlanmasını və yönləndirilməsini müəyyənləşdirilir. Bəzi ümumi link səviyyə protokolları bunlardır, IEEE 802.2 and X.25. Data link səviyyə və onun protokolları istifadəçi cihazını və şəbəkə cihazını idarə edir. Bu səviyyənin məqsədi şəbəkəyə qoşulu istifadəçilər arası etibarlı əlaqə saxlamaqdır. Şəbəkənin bu səviyyəsi tərəfindən təmin olunan servislərə aşağıdakılar daxildir: Data bölünməsi — Data axınlarını müəyyən formalı fram və ya paket hissələri halına salır. Checksums — qəbul edicinin göndərilən dataları düz ardıcıllıqla toplaması və xəta olub olmamasını müəyyən etmək üçün checksum dataları göndərir. Bildiriş — Etibarlı data axını üçün qəbuledicinin data paketlərin qəbulu barədə müsbət və ya mənfi bildiriş göndərilməsidir.
Oyun interfeysi
Oyun interfeysi və ya "heads-up-display" (head-up – başı əymədən baxmaq, display — indikasiya), həmçinin sadəcə HUD — videooyunun istifadəçi interfeysinin bir hissəsi kimi vizual vasitələrlə oyunçuya məlumat ötürmə üsulu. Adını müasir təyyarələrdə istifadə olunan baş üstü displeylərdən almışdır. "HUD" həmçinin bir çox məlumatın, o cümlədən qəhrəmanın sağlamlığı, obyektlər və oyunda irəliləyişin (məsələn, xal və ya səviyyə) göstərilməsinin bir hissəsidir.
İstifadəçi interfeysi
İstifadəçi interfeysi (ing. user interface) —İsifadəçi interfeysi proqramın qrafik tərtibatıdır. İnsanlar və kompüterlər arasında əlaqə yaradır. UI dizayneri istifadəçi məmnunluğuna diqqət yetirməlidir. Müştərilərin ehtiyaclarını və fərqində olmasalar belə daha asan istifadə edə biləcəkləri dizaynları araşdırmaq, tapmaq və uyğunlaşdırmaq istifadəçi interfeysi dizayneri olan UI dizayn mütəxəssisinin məsuliyyəti olmalıdır. Sektordakı rəqiblərdən başlamaq və daha əvvəl görülən işləri araşdırmaq burada ən əsas başlanğıc nöqtəsidir. UI dizaynerləri proqramın istifadəçi interfeysinin görünüşünü və hissini yaradırlar. İstifadəçi interfeysi əsasən iki formada olur. Daxiletmə. İstifadəçiyə sistem üzərində işləmək imkanı verir.
My Life Is Going On
"My Life Is Going On" — Cecilia Krull tərəfindən ifa olunmuş mahnı. Mahnı Netflix seriyası olan La casa de papel-in La Casa de Papel / Money Heist – The Soundtrack saundtrek albomuna daxildir və serialın açılış mahnısıdır. == Arxa plan == 5 may 2024-cü ilin məlumatına görə, mahnı YouTube-də 103 milyon 252 mindən çox baxış toplamışdır. Mahnı Netfliksin ən uğurlu seriyalarından biri olan La casa de papel-in açılış mahnısı kimi bilinir. == Remikslər == Serialın açılış mahnısı Türkiyə remiksçisi Burak Yeterin remiksləriylə birgə beynəlxalq siyahılarda zirvələrə çıxdı. === Burak Yeter versiyası === Burak Yeterin hazırladığı remiks qısa vaxtda mahnının beynəlxalq məcrada populyar versiyası halına gəldi. 5 may 2024-cü il etibariylə, video YouTube-da 51 milyon 971 mindən çox izlənmə toplamışdır. === Gavin Moss versiyası === Mahnı Gavin Mossun remiks versiyasıyla Fransada diqqət gördü. === Tyler ICU və Nicole Elocin versiyası === Cənub afrikalı fonoqram prodüseri Tyler ICU və qadın müğənni-mahnı yazarı Nicole Elocinin "Amapiano" versiyası çoxluqla ölkə içində tanınır. Mahnı 4 sentyabr 2020-ci ildə DJ Maphorisanın musiqi şirkəti New Money Gang vasitəsilə Money Heist mini-albom kimi buraxıldı.
Encyclopedia of Life
Həyat Ensiklopediyası, (HE) (ing. The Encyclopedia of Life (EOL)) – müxtəlif mütəxəssislər tərəfindən birgə yaradılan, dünyada yaşayan və elmə məlum olan bütün 1,9 milyon bioloji növ haqqında məlumatlar toplamağı qarşısına məqsəd qoymuş internet ensiklopediyası. == Ümumi məlumat == Ensiklopediyada hər bir məlum növ haqqında ayrıca məqalələr olacaqdır. Buraya video, audio materiallar, şəkil və mətnlər daxil ediləcəkdir. Hesablamalara görə gələcəkdə, EOL ensiklopediyasında məqalələrin sayı təqribən 1,8 mln. ədəd olacaqdır. Layihənin verilənlər bazasına əvvəlcə heyvanlar və bitkilər haqqında məlumatlar daxil ediləcək, daha sonra mikroorqanizmlər, qazıntı halında tapılan bioloji növlər haqqında məqalələrin daxil edilməsi nəzərdə tutulmuşdur. Ensiklopediyanın saytına daxil olmuş hər bir internet istifadəçisi mətn, foto, xəritə, audio və video yazı şəklində müxtəlif informasiyalar əldə etmək imkanı qazanacaqdır. EOL ensiklopediyası wiki-texnologiya əsasında işləyəcək ki, bu da istənilən İnternet istifadəçisinin istənilən məqalədə dəyişiklik və əlavələr etmə imkanına malik olması deməkdir. Layihənin on il müddətində tam hazır olması nəzərdə tutulur və təqribən $110,5 milyona başa gələcəyi bildirilir.
Live in Texas
Live in Texas – Linkin Parkın birinci canlı albomu 3-cü DVD-sidir. Orjinal albom 13 noyabr 2003. Albom Linkin Parkın Hyuston Staionunda keçirdiyi konsert əsasında yazılmışdır. Konsertdə Lying from You mahnısını görüntüləri sinqlda istifadə olunmuşdur.
Live or Leave
Live Or Leave - Azərbaycanda Nu-Metal,Rapcore,Alternativ janrında ifa edən qrup. Qrup 2010-cu il Aprel ayının 17-si Anar Həmidov tərəfindən yaradılmışdır. Musiqi forumunda Anar gitarist Ayaz və zərb ifaçısı Bəxtiyar ilə tanış olur. Daha sonra qrupa vokalist Məsut qatılır. Qrup bu heyətlə məşqlərə başlayır. Daha sonra Anar qrupa digər bir qrupda gördüyü gitarist və vokalist Fəridi dəvət edir. Qrup koverlər ifa edir və öz mahnıları üzərində işləyirdi. Bu heyətlə Live or Leave bir neçə Bakı konsertlərində, eləcə də Gəncədə "Bakı Küləyi" festivalında uğurla çıxış etmişdir.Məhz həmin bu festivaldan sonra qrup belə qərara gəldi ki, Məsutun vokalı onları qane etmir və Məsut artıq qrupla vidalaşdı. Qrup əsas vokalistsiz məşq edirdi lakin artıq Noyabr ayında qrupa öz səsi,vokal imkanları ilə qrupu təəccübləndirən vokalist və klavişnik Orxan qoşuldu. Təxminən elə həmin vaxt bəzi yaradıcılıq səbəblərinə görə yollar qrupun zərb ifaçısı - Bəxtiyarla ayrıldı.
Mind of Mine
Britaniyalı müğənni Zayn Malik-in ilk solo studio albomudur. Albom 2016-cı ilin mart ayının 25-də buraxılmışdır. Əsasən janr olaraq R&B hesab olunsa da, albomda pop, folk, dub, soul, funk, electronic, Qawwali, hip hop, reggae, classical və soft rock janrında olan mahnılar mövcuddur. Albom elə çıxarılan gün 84 ölkənin iTunes sıralarına girmişdir.
No Game No Life
No Game No Life (ノーゲーム・ノーライフ, Nōgēmu Nōraifu, azərb. Oyun yox, həyat yox‎) və ya qısaca NGNL — Yuu Kamiya tərəfindən yazılmış ranobe seriyası. Ranobe seriyası doqquz cilddən ibarət olub MF Bunko J imprinti altında 25 aprel 2012-ci ildən 25 avqust 2016-cı ilə kimi nəşr olunmuşdur. Müəllif və Yuu Kamiyanın həyat yoldaşı Maşihiro Hiiraqi 2013-cü ildə ranobe seriyasının manqa adaptasiyasını hazırlamışdırlar və manqa "Monthly Comic Alive" jurnalında nəşr olunmuşdur. Növbəti il Madhouse studiyası tərəfindən eyniadlı anime adaptasiyası anons edilmişdir. Anime serialı Yaponiyada 2014-cü ilin aprelindən iyuluna kimi AT-X kanalında, Yaponiyadan xaricdə isə Crunchyroll tərəfindən bərabər zamanlı yayımlanmışdır. 15 iyul 2017-ci ildə "No Game No Life Zero" adlı film adaptasiyası buraxılmışdır. "No Game No Life" franşizi bir neçə ABŞ şirkəti tərəfindən yerliləşdirilmişdir: Seven Seas Entertainment manqa adaptasiyasını, Sentai Filmworks anime adaptasiyasını, Yen Press isə ranobe seriyasını Şimali Amerika üçün lisenziyalaşdırmışdır. Seriya "Boşluq" (空白, Ku:haku, 「 」) ləqəbi ilə tanınan iki məğlubedilməz oyunçu və hikikomori — Sora və onun kiçik ögey bacısı Şirodan bəhs edir. Bir gün tanrı onlara şahmat oyununda meydan oxuyur və "Boşluq" qalib gəlir.
Linc
Linç mühakiməsi — linç heç bir ədalətli mühakimə olmadan insanlara verilən cəzadır. Heç bir məhkəmə falan olmadan insanlara cəza verilir ya da öldürülür. Bu cəza üsulu ilk dəfə XVIII əsrdə ABŞ-də tətbiq olunub. ABŞ-də adətən zəncilərə və inqilabçı fəhlələrə vəhşicəsinə divan tutulur, məhkəməsiz cəza verilirdi. Söz olaraq həmin əsrdə yaşamış Çarlz Linç`in adından götürülüb. Ən çox Şərq ölkələrində tətbiq olunur.
Ling
Ling — tərpənməz dayaq ətrafında fırlana bilən bərk cismdir. Dayaq nöqtəsindən kənarda olan tərəflərə lingin qolları deyilir. Böyük qola kiçik qüvvə ilə təsir etməklə lingin kiçik qolunda böyük qüvvə yaradılır. Lingin qolunu kifayət qədər uzun etməklə nəzəri olaraq istənilən qüvvəni yaratmaq mümkündür. Belə sistemin riyazi təsviri ling qanunu ilə izah edilir. Bu qanun ilk dəfə olaraq antik dövrdə Arximed tərəfindən təsvir edilmişdir. == İşləmə prinsipi == Lingin işləmə prinsipi enerjinin saxlanması qanununa əsaslanır. Qolu Δ h 1 {\displaystyle \Delta h_{1}} məsafəsinə gətirmək üçün yük tərəfindən təsir edən qüvvə aşağıdakı işi görməlidir: A 1 = F 1 Δ h 1 {\displaystyle \ A_{1}=F_{1}\Delta h_{1}} . Digər tərəfdən baxdıqda, qoyulan qüvvə bu işi görməlidir: A 2 = F 2 Δ h 2 {\displaystyle \ A_{2}=F_{2}\Delta h_{2}} , burada: Δ h 2 {\displaystyle \Delta h_{2}} — lingin qolunun ucu hissəsindəki yerdəyişməsidir. Burada F 2 {\displaystyle F_{2}} qüvvəsi təsir edir.
Link
Link və ya hiperlink yaxud keçid ya da bağlantı — hipermətn sənədinin bu sənəddəki elementə (əmr, mətn, şəkil, qeyd) və ya başqa obyektə (fayl (sənəd), kataloq, proqram) aid olan hissəsi yerli diskdə və ya kompüter şəbəkəsində ya da bu obyektin elementlərində yerləşir . HTML sənədinin istənilən elementinə hiperlink əlavə edilə bilər. Mətnin əlavə edilmiş keçidi olan hissəsi əvvəlki cümlədə olduğu kimi, standart olaraq mavi rənglə vurğulanır. Siz keçidi olan mətnin üzərinə siçan kursorunu sürdükdə mətn ya rəngini dəyişir, ya da altdan xətt çizilir.Klaviaturadan istifadə edərək brauzerdə naviqasiya edərkən, keçidləri olan mətn və qrafik elementlər düzbucaqlı nöqtəli çərçivə ilə vurğulanır. Əvvəllər ziyarət edilmiş link, adətən, ziyarət edilməmiş linkdən fərqli rəngdə vurğulanır. “Yarasa” keçidi, məsələn, sənəd və ya fayl yerləşdiyi resursun inzibatçısı tərəfindən silinib və ya köçürülübsə ya da resursun özü mövcud deyilsə çatışmayan obyektə istinad edən hiperlinkdir. Adətən bu vəziyyətdə səhifədə səhv kodu olan bir mesaj görünür, lakin bu həmişə baş vermir. Tam adı ilə hiperlink hissələri http://www.example.com/test-papka/index.html == HTML səhifə hiperlinkləri == Hiperlink HTML sənədinin və onun əsas elementinin fraqmentidir: İnternetdə yerləşə bilən başqa bir fayla işarə etmək; bu faylın tam yolunu (URL) ehtiva edir. İstifadəçi üçün hiperlink veb-saytda, e-poçtda və ya hər hansı elektron sənəddə link yaradan və İnternetdəki digər obyektlərə keçməyə imkan verən qrafik təsvir, video və ya mətndir. === Başqa HTML səhifəsinə hiper keçid === HTML-də bir keçid müəyyən etmək üçün <a> etiketi istifadə olunur, strukturu <a href="filename">Bağlantı mətni</a>, burada fayl adı keçid ediləcək fayl adı və ya İnternet ünvanıdır və LinkText HTML sənədində birbaşa göstəriləcək hipermətn keçid mətnidir.
Lins
Lins (alm. Linz‎) — Avstriyanın mühüm şəhərlərindən biri.
Linz
Lins (alm. Linz‎) — Avstriyanın mühüm şəhərlərindən biri.
Vine
Vine — Twitter tərəfindən 2013-cü ilin yanvar ayında istifadəyə təqdim edilən pulsuz video paylaşma tətbiqi. Tətbiq, istifadəçinin maksimum 6 saniyəlik qısa videolar çəkməsini təmin edir. Çəkilən videolar Facebook və Twitter üzərindən paylaşıla bilir. Həmçinin, Dünyada və Türkiyədə gündəlik həyatda istifadə edilən tətbiqi halına gəlmişdir. 27 oktyabr 2016-cı ildə tətbiqin bağlanacağı çatdırılmışdır. İstifadəçilərin videoları Vine tətbiq daxilində yayımlanırdı və Facebook, Instagram və Twitter kimi digər xidmətlərdə də bu videoları paylaşmaq mümkün olurdu. Vine tətbiqi, digər istifadəçilərin yaydığı video materiallara, mövzu qruplarına və populyar meyilli video materiallara nəzər salmaq üçün də istifadə edilə bilirdi. Vine Instagram və Mobli kimi məşhur tətbiqlərlə yarışmağı bacarmışdır. 2015-ci ilin dekabr ayında, Vine, 200 milyon aktiv istifadəçiyə malik idi. == Tarixçəsi == Vine, Dom Hofmann, Rus Yusubov və Kolin Kroll tərəfindən 2012-ci ilin iyun ayında yaradılıb.
Like..?
Like..? — amerikalı repçi Ice Spice-ın ilk mini-albomu (EP). 20 yanvar 2023-cü ildə 10K Projects və Capitol Records tərəfindən buraxılıb. Mini-albom buraxılışından cəmi bir neçə saat əvvəl elan edilmişdir. Prodüserliyini repçinin yaxın əməkdaşı RiotUSA edib. Mini-albomdan əvvəl "Munch (Feelin' U)", "Bikini Bottom" və "In Ha Mood" sinqlları yayımlanıb. Ice Spice-ın Lil Tjay ilə ifa etdiyi "Gangsta Boo" mahnısı, onun Billboard Hot 100 çartında 82-ci sırada qərarlaşan ilk mahnısı olmuşdur. Digər sinql "In Ha Mood" isə həmin çartda 58-ci sıraya yüksəlmişdir.
Linç
Linç mühakiməsi — linç heç bir ədalətli mühakimə olmadan insanlara verilən cəzadır. Heç bir məhkəmə falan olmadan insanlara cəza verilir ya da öldürülür. Bu cəza üsulu ilk dəfə XVIII əsrdə ABŞ-də tətbiq olunub. ABŞ-də adətən zəncilərə və inqilabçı fəhlələrə vəhşicəsinə divan tutulur, məhkəməsiz cəza verilirdi. Söz olaraq həmin əsrdə yaşamış Çarlz Linç`in adından götürülüb. Ən çox Şərq ölkələrində tətbiq olunur.
Cine
Cine (ərəb. جنات‎, fr. Djinet) — Əlcəzairin şimalında, Bumerdes vilayəti ərazisində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 32 metr yüksəklikdə yerləşir. Kommuna paytaxt Əlcəzairdən təqribən 75 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 29 kilometr şimal-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 21,966 nəfər idi.
Wine
Wine — Unix bənzəri əməliyyat sistemimlərində Windows üçün yaradılmış tətbiqləri açmağa imkan verən azad və açıq kodlu proqramdır. WINE rekursiv akronimdir, "Wine Is Not Emulator" yəni "Wine emulyator deyil" deməkdir.
Rəhimli
Rəhimli — Azərbaycanda daha çox işlədilən soyad. Rəhim Rəhimli — Azərbaycan musiqiçisi İlham Rəhimli — Azərbaycan teatrşünas-tənqidçisi, jurnalist, əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru Kəndlər Rəhimli (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd. Rəhimli (Şabran) — Azərbaycanın Şabran rayonunda kənd. Rəhimli (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Rəhimli (Goranboy) — Azərbaycanın Goranboy rayonunda kənd. Rəhimli (Germi) Rəhimli-i Muran (Germi) Rəhimli (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd Dağlar Rəhimli — İsmayıllı rayonu ərazisində dağ. Hündürlüyü 2085 m.
LINE (proqram)
LINE "Line Corporation" tərəfindən hazırlanmış Yapon mobil mesajlaşma proqramıdır. LINE teqlər, ev, xronometraj və rəsmi hesablar daxil olmaqla, müxtəlif interaktiv elementlərlə inteqrasiya olunmuş pulsuz mətn və səsli mesajlaşma, səsli zəng və qrup söhbəti təklif edir. LINE proqramı iOS, Android, BlackBerry, Nokia Asha və Windows Phone daxil olmaqla bir çox platformada mövcuddur və ona smartfonlar, planşetlər və kompüterlərdə daxil olmaq olar. 2013-cü ilin avqust ayına olan məlumata görə, LINE-ın 230 ölkədə 230 milyon istifadəçisi var. LINE müxtəlif dilləri, o cümlədən İngilis, Yapon, Koreya, Sadələşdirilmiş Çin, Ənənəvi Çin, Tay, İndoneziya, Malay, Türk, Vyetnam, İspan, Fransız, Portuqal (Braziliya), Portuqal (Portuqaliya), Alman və İtalyan dillərini dəstəkləyir; O, həmçinin 52 ölkədə tətbiq mağazalarının "pulsuz proqramlar" kateqoriyasında birinci yerdədir.
İnterreks
İnterreks(lat. interrex — çararası) — Qədim Romada fövqəladə magistratura. Adından göründüyü kimi çar dövründən formalaşmış bir vəzifə olub, varis olmadıqda ən yaşlı on senattor arasından püşkatma yolu ilə 5 gün müddətinə seçilir. O, müddət bitənə qədər (5 gün) komisiya çağıraraq yeni çarın seçilməsini təmin etməli idi. Əgər o, buna 5 gün ərzində nail ola bilmirdisə dərhal səlahiyyətlərini təhvil verməli idi. Belə olan halda yeni interreks seçilirdi. Namizəd on yaşlı senatorlarla razılaşdırıldıqdan sonra senatda elan edilir və onun seçilməsi üçün komisiya çağrılırdı.
İnterseks
İnterseks, interseksuallıq (lat. inter — arasında və lat. sexus — cins) — növlərin fərdlərində kişi və qadın cinsi və fiziki xüsusiyyətlərə malik olan orqanizmin qarışımını ifadə edən termin. "İnterseks" termini XX əsrin əvvəllərində bioloq Rixard Qoldşmidt tərəfindən təqdim edilmişdir. Bu termin altında geniş mənada interseksuallıq anormal hermafroditizmlə sinonimdir, yəni normal iki ayrıcinsli orqanizmlərdə həm kişi, həm də qadın xüsusiyyətlərinin olması deməkdir. Üstəlik, bu əlamətlər bədənin eyni hissələrində görünür. Beləliklə, Qoldşmidt interseksuallıq və mozaik kinandromorfizm arasında fərq qoydu (baxmayaraq ki, başqa elm adamları bunu interseksuallıq kimi təsnif edə bilər). Bu mənada interseksuallıq anormal hermafroditizmin xüsusi halıdır. Hal-hazırda "interseks" termini interseks-əlamətləri olan bir qrup insanı təsvir etmək üçün geniş istifadə olunur. Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının broşurasına əsasən, interseksual şəxs “kişi və qadının stereotipik ikili sisteminə uyğun gəlməyən cinsi xüsusiyyətlərlə (genitaliya, cinsiyyət orqanları və xromosom nümunələri daxil olmaqla) doğulmuş şəxsdir." Broşürada həmçinin deyilir ki, “interseks təbiətdə rast gəlinən geniş spektrli anatomik variasiyaları özündə birləşdirən çətir termindir”.
Lirə
Türk lirəsi — Türkiyə Respublikasının pul vahidi. Kipr lirəsi — Kipr Respublikasının pul vahidi. Livan lirəsi — Livanın pul vahidi. Malta lirəsi — Maltanın pul vahidi.
Rinə
Rinə — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Yaşayış məntəqəsinin adı Rünə adından təhrifdir. Oykonimin tərkibindəki Rünə talış dilində "çay kənarı", "çay sahili" deməkdir (Çaykənarı kənd).
Internews
Internews bütün dünyada açıq kütləvi informasiya vasitələrinin inkişafına yardım edən beynəlxalq humanitar təşkilatdır. Bu təşkilat demokratiyanın yenicə meydana gəldiyi ölkələrdə müstəqil kütləvi informasiya vasitələrinə dəstək məqsədilə yenilikçi radio və televiziya proqramları hazırlayır, mətbuata yardım göstərir, habelə ölkə daxilində və ölkələrarası münaqişələrin azaldılması üçün açıq internet sistemini xüsusi vasitiə kimi inkişaf etdirir. Təşkilat baş qərargahı Amerika Birləşmiş Ştatları Kaliforniya ştatının Arkata şəhərində yerləşməklə dünyanın 30 ölkəsində fəaliyyət göstərməkdədir.
Bəyimli
Bəyimli (Ağsu) — Ağsu rayonunda kənd. Bəyimli (Zərdab) — Zərdab rayonunda qəsəbə. == Dağlar == Bəyimli (dağ) — İsmayıllı rayonu ərazisində dağ.
Kərimli
Kərimli — Soyad və təxəllüs. Bu soyadı olan tanınmış şəxslər Mətin Kərimli — Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin sabiq müavini. Əli Kərimli — Azərbaycan ictimai-siyasi xadimi Orxan Kərimli — İsmayıl Kərimli — Yusif Kərimli — azərbaycanlı jurnalist, tanınmış teleaparıcı. Teymur Kərimli — Tahir Kərimli — Yaşayış məntəqələri Kərimli (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Kərimli (Oğuz) — Azərbaycanın Oğuz rayonunda kənd.
Məsimli
Məsimli — İrəvan xanlığının Qarnibasar mahalında, sonra İrəvan quberniyasının İrəvan qəzasında kənd adı.Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd. == Tarixi == 1590-cı ildən mə’lumdur İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd.1728-ci ilə aid mənbədə Məsumlu kimidir "İrəvan əyalətinin icmal dəftəri"ndə Məsumlu formasında qeyd edilmişdir.1949-cu ildə kənd ermənicə Haykaşen adlandırılmışdır. 1948-ci ildə əhali Azərbaycana köçürülmüşdür. 1949-cu ildə kənd ermənicə Ayqеpat adlandırılmışdır. == Toponimi == Toponim məsimli nəsil adı əsasında əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 01.12.1949-cu il fərmanı ilə adı dəyişdirilərək Aykepat qoyulmuşdur. Ermənilər bu kəndə XX əsrin əvvəllərində İranın Xoy və Salmast rayonlarından köçürülmüşlər.
Qrafiki istifadəçi interfeysi
Qrafik istifadəçi interfeysi (ing. graphical user interface; GUI) — istifadəçi interfeysinin bir növüdür. Bu interfeysdə istifadəçiyə displeyin ekranında təqdim olunan interfeys elementləri (menyu, düymələr, simgələr, siyahılar və s.) qrafik görüntülər şəklində olur. Komanda sətri interfeysindən (COMMAND-LINE INTERFACE) fərqli olaraq, GUI-də istifadəçi ekranda görünən bütün obyektlərə (interfeys elementlərinə) giriş qurğuları (klaviatura, siçan, coystik və s.) vasitəsilə ixtiyari qaydada erişə və onlarla birbaşa manipulyasiya edə bilir. Hazırda GUI mövcud əməliyyat sistemlərinin və tətbiqi proqramların əksəriyyətində tətbiq olunur. Məsələn, macOS, GEM, Atari TOS, Microsoft Windows, Solaris, GNU/Linux, NeXTSTEP, OS/2, BeOS, Android, iOS, Bada, MeeGo kimi sistemlər qrafik istifadəçi interfeysinə əsaslanır. Tətbiqi proqram gəlişdiricilərinə GUI-interfeyslər elə mühit verir ki, kompüterlə qarşılıqlı əlaqəni həmin mühit öz üzərinə götürür. Bunun da sayəsində gəlişdirici ekrana çıxarmağın və klaviatura, yaxud siçanla daxil etməyin detallarına varmadan fikrini proqramın işlənib hazırlanmasına cəmləşdirə bilər. Bundan başqa, proqramçılar tez-tez rastlaşılan məsələləri (məsələn, verilənlər faylının saxlanması) həmişə eyni qaydada emal edən proqramlar yaratmaq imkanı əldə edirlər, çünki interfeys pəncərələr və dialoqlar şəklində olan standart nəzarət mexanizmlərini nəzərdə tutur. GUI-interfeysin başqa üstünlüyü ondan ibarətdir ki, onun üçün yazılmış tətbiqi proqramlar qurğulardan asılı olmur: interfeysə yeni giriş və çıxış qurğularının (məsələn, böyük ekranlı monitor və ya optik yaddasaxlama qurğusu) dəstəklənməsi əlavə edilirsə, tətbiqi proqram heç bir dəyişiklik olmadan bu qurğulardan istifadə edə bilər.