on1
adv 1. Hal-hazırda baş verən / davam edən hərəkətlərə işarə edir: Is the radio on? Radio işləyirmi?; Don’t you know there’s a war on? Bilmirsənmi / bilmirsinizmi ki, müharibə gedir?; 2. Hərəkətin davam etdirilməsinə işarə edir: to work ~ / to write ~ / to read etc. işləməyi / yazmağı / oxumağı davam etdirmək; Go on! Davam et /edin; Go on reading! Oxumağı davam et/edin; 3. Müəyyən bir vaxta yaxınlaşmanı bildirir: It is getting on for 6 o’clock Tezliklə saat 6 olacaq; 4. Məkan və zamanca uzaqlaşmanı bildirir. further ~ sonra, daha sonra; later ~ daha / bir azdan sonra; from that day ~ o gündən; 5. Mexanizmin, cihazın, sistemin və s. işə salınmasına işarə edir: to turn ~ the light / the gas işığı / qazı yandırmaq; to turn ~ the tap kranı açmaq; The machine is on Maşın işləyir; The radio is on Radio işləyir; to put the breaks ~ tormozlamaq, tormoz vermək; 6. Paltarı geyməyə və ya geyinilmiş olmasına işarə edir: to have one’s shoes ~ ayağında ayaqqabısı olmaq; What had she on? O nə geyinmişdi?: He had his spectacles on O, eynəyini taxmışdı
◊ to be ~ to smb. 1) kiminsə hiyləsini başa düşmək; 2) kiminləsə əlaqə saxlamaq (telefonla və s.); 3) kiməsə ilişmək / sataşmaq; 4) kiminsə izinə düşmək; and so ~ və sairə, və ilə axır
on2
prep Azərbaycan dilinə yerlik hal şəkilçisi (-da; -də) vasitəsilə tərcümə olunur və ya tərcümə olunmur və aşağıdakı mənaları bildirir: 1) Fəza mənasında hər hansı bir əşyanın üstündə olmaq anlayışı ifadə edir: a house ~ the hill təpə üstündə ev; 2) coğrafi adlarda hər hansı çay üzərində yerləşməni ifadə edir: Stratford-on-Avon Eyvon üzərində Stratford; 3) Dünyanın cəhətlərində olmanı göstərir: amer. ~ the north şimalda 4) bir şeyin yanında, yaxınlığında olmanı ifadə edir: ~ the continent qitədə; 5) Zaman anlayışında həftənin müəyyən bir gününə, dəqiq tarixə və ana işarət edir: ~ Sunday bazar günü; ~ the 1st of April aprelin birində; 6) Günün müəyyən vaxtına işarət edir: amer. ~ the morning səhər-səhər; 7) Hadisələrin, hərəkətlərin müəyyən hadisə zamanı eyni vaxtda cərəyan etməsinə işarət edir: ~ a trip səyahət zamanı; 8) Kitabın, çıxışın, danışıqların, mübahisələrin mövzusunun nə barədə olmasına işarət edir: a debate ~ smth. bir şey barəsində mübahisə; 9) Hal-hazırda şəxsin üstündə bir şeyin mövcudluğuna işarət edir: I have no money on me Mənim üstümdə pul yoxdur; 10) Hərəkətin tərzinə işarət edir; all ~ a tremble həyəcan içində; 11) Hərəkət vasitəsinə işarət edir: ~ a train qatarla; 12) Hərəkətin icra alətinə işarət edir: to cut one’s finger ~ a knife bıçaqla barmağı kəsmək; 13) Yaşamaq vasitəsinə işarət edir: to live ~ one’s parents’ valideynlərin hesabına yaşamaq; 14) Qida vasitəsinə işarət edir: to live ~ fruits meyvə ilə yaşamaq / dolanmaq; 15) Hər hansı idarədə işləməyə işarə edir: to be ~ the committee komitənin üzvü olmaq; 16) Hər hansı vəziyyətdə, prosesdə olmağa işarə edir: ~ leave məzuniyyətdə; to be ~ fire od içində olmaq; 17) Münasibətlərin xarakterinə işarə edir: to be ~ a friendly footing with smb bir kəslə dost münasibətində olmaq; 18) Hərəkətin obyektinə işarə edir: to work ~ smth bir şey üzərində işləmək; 19) Təxminlik, qeyri-dəqiqlik ifadə edir: just ~ 5 years ago təxminən 5 il bundan əvvəl; 20) Adına çek yazılmış, bilet alınmış və ya sifariş edilmiş şəxsə işarə edir: tickets ~you sizin adınıza bilet