interferometr 2021
interqlyasial
OBASTAN VİKİ
İnterfeys
İnterfeys (ing. interface) — iki elementin qarşılıqlı təsirini təmin edən qovuşma nöqtəsi. Hesablama texnikasında çeşidli interfeyslər ən müxtəlif səviyyələrdə gerçəkləşdirilib: proqramlarla səmərəli işləməyə imkan verən ən aşkar qrafik istifadəçi interfeyslərindən (GUI) tutmuş, qurğularla kompüterin komponentlərinin qarşılıqlı ələqəsini təmin edən, çox zaman görünməz olan, ancaq çox gərəkli aparat vasitələri interfeyslərinədək. İstifadəçi interfeysləri istifadəçinin kompüterlə səmərəli "ünsiyyətini" təmin edən qrafik təsvir sistemlərindən, komandalardan, sorğulardan və s. ibarət olur. == Növləri == İstifadəçi interfeysinin üç əsas növü vardır (onların bir-birini inkar etməsi vacib deyil): Komanda sətri interfeysi (COMMAND-LINE INTERFACE), məsələn, MS-DOS əməliyyat sistemində A:> və ya C:>) istifadəçini komandanı daxil etməyə "dəvət edir". Çağdaş tətbiqi proqramların əksəriyyətində istifadə olunan menyu sisteminə əsaslanan interfeys istifadəçiyə lazım olan komandanı siyahıdan ya müəyyən klavişləri basmaqla, ya da siçan vasitəsilə seçməyi təklif edir. Qrafik istifadəçi interfeysi (GRAPHICAL USER INTERFACE), "pəncərə" sistemləri adlandırılan (proqramları, sənədləri və digər elementləri pəncərə şəklində göstərən) sistemlərin vacib özəlliyidir; sistemin elementlərini simgələr (ICON) kimi göstərməklə bəzi ənənəvi üsullardan və məcazlardan (məsələn, iş masası və onun aksessuarlarından) istifadə edir. Proqram təminatının daha "dərin" səviyyələrində digər interfeys növləri də, məsələn, tətbiqi proqramın konkret əməliyyat sistemi ilə işləməsini təmin edən interfeys vardır; daha dərinlikdə isə əməliyyat sisteminin işini kompüterin aparaturası ilə korrelyasıya etməyə imkan verən interfeys mövcuddur. Kompüterin aparat vasitələrində interfeys dedikdə, lövhələr (kartlar), bağlayıcılar (CONNECTORS) və xarici qurğuları kompüterlə birləşdirən başqa qurğular nəzərdə tutulur.
Vərəqə (interfeys)
Vərəqə — interfeys dizaynında sənədlər arasında keçid üçün naviqasiya vidceti kimi vərəqələrdən istifadə edərək, birdən çox sənəd və ya panelin bir pəncərədə yerləşməsinə imkan verən qrafik istifadəçi interfeysi obyekti. Bu, əsasən veb-brauzerlər, veb-proqramlar, mətn redaktorları, parametr panelləri və pəncərə menecerləri ilə əlaqəli interfeys üslubudur. Vərəqələr kağız fayllarına və ya kart indekslərinə daxil edilmiş ənənəvi kart vərəqələrindən ilhamlanaraq modelləşdirilib. (iş masası metaforasına uyğun olaraq) Vərəqələr üfüqi çubuq və ya şaquli siyahı kimi görünə bilər. Üfüqi vərəqələr bir neçə sıra ola bilər. Vərəqələrin sürüşdürüb buraxma yolu ilə sırasını dəyişdirmək və ya mövcud vərəqədən ayrıca pəncərə yaratmaq mümkündür. Tətbiqlər birdən çox vərəqəni köçürmək, bağlamaq və ayırmaq üçün diapazon seçimini dəstəkləyə bilər. == Tarixi == 1982-ci ildə IBM PC-nin WordVision DOS mətn prosessorunun vərəqəli interfeysə sahib olan ilk kommersiya məhsulu olduğu güman edilir. PC Magazine daha sonra məhsulun "proqram sənayesi üçün pulsuz Ar-Ge departamenti kimi xidmət etdiyini və on il ərzində guya yeni ideyalar axtaran proqramçılara görə sümüklərinin sızıldadığını" bildirdi. Don Hopkins NeWS pəncərə sistemi üçün pəncərə menecerinin bütün NeWS proqramlarında tətbiq edildiyi və istifadəçilərə vərəqələri pəncərənin istənilən kənarına sürüşdürməyə imkan verən vərəqəli pəncərə çərçivələrinin bir neçə versiyasını hazırlayıb yayımladı.
Tək sənədli interfeys
Tək sənədli interfeys(SDI (Single-Document Interface,однодокументный интерфейс,tek belgeli arabirim)-tətbiqi proqramların qrafik interfeysinin ayrı-ayrı pəncərələr şəklində təşkili üsulu. Bu interfeysdə aktiv pəncərənin menyunu, yaxud alətlər zolağını özündə saxlayan “fon” və ya “ana” pəncərəsi olmur; bu elementlər (menyu, alətlər zolağı) hər bir pəncərənin özündə olur. Birdən artıq sənədi eyni vaxtda redaktə etməyə imkan verən belə tətbiqi proqramlar (məsələn, mətn prosessorları) istifadəçidə elə təəssürat yarada bilər ki, sanki proqramın bir deyil, bir neçə kopyası başladılıb. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı,754 s.
Şəbəkə interfeys kartı
Şəbəkə interfeys kartı (network interface card) – lokal şəbəkədə iş zamanı verilənləri qəbul etmək və ötürmək üçün nəzərdə tutulmuş xüsusi genişləndirmə lövhəsi. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Çox sənədli interfeys
Çox sənədli interfeys (ing. multiple document interface (= MDI), ru. многодокументный интерфейс) — qrafik istifadəçi interfeysinin pəncərələrdən istifadəyə əsaslanan və pəncərələrin əksəriyyətinin (adətən, yalnız modal pəncərələr istisna olmaqla) bir ümumi pəncərənin daxilində yerləşməsini nəzərdə tutan təşkili üsulu. Bu interfeysdən fərqli olaraq, SDI interfeysində pəncərələr bir-birindən asılı olmayaraq yerləşir. Hansı interfeys növünün – MDI, yoxsa SDI interfeysinin üstün olması məsələsi tez-tez proqram təminatı gəlişdiricilərinin və istifadəçilərinin müzakirə mövzusu olur. Belə ki, istifadəçi eyni vaxtda bir neçə müxtəlif növ proqramla işləyirsə, SDI interfeysi daha əlverişli olur. Gəlişdiricilər hər iki interfeysdən, tez-tez isə qarışıq növ interfeysdən geniş istifadə edirlər. Məsələn, Microsoft şirkəti Microsoft Office paketində öncə SDI interfeysini MDI ilə əvəz etdi, sonra yenidən SDI interfeysinə qayıtdı.
Çox sənədli interfeys (İnformatika)

Şəbəkədə interfeys səviyyə təhlükəsizliyi
Şəbəkə interfeys səviyyəsi (istifadəçi yönümlü) TCP/IP model-in ən aşağı səviyyəsidir. Bu səviyyənin özünə xas bir neçə təhlükəsizlik açıqları var ki, hücumçu tərəfindən istismar edilə bilər. == Şəbəkə interfaz səviyyəsi == Şəbəkə interfaz səviyyəsi (həmçinin data link səviyyə kimi adlanır), istifadəçinin sistemi ilə şəbəkə cihazı arasındakı fiziki interfazdır. Bu səviyyə data paketlərin ötürülmə üçün necə formatlanmasını və yönləndirilməsini müəyyənləşdirilir. Bəzi ümumi link səviyyə protokolları bunlardır, IEEE 802.2 and X.25. Data link səviyyə və onun protokolları istifadəçi cihazını və şəbəkə cihazını idarə edir. Bu səviyyənin məqsədi şəbəkəyə qoşulu istifadəçilər arası etibarlı əlaqə saxlamaqdır. Şəbəkənin bu səviyyəsi tərəfindən təmin olunan servislərə aşağıdakılar daxildir: Data bölünməsi — Data axınlarını müəyyən formalı fram və ya paket hissələri halına salır. Checksums — qəbul edicinin göndərilən dataları düz ardıcıllıqla toplaması və xəta olub olmamasını müəyyən etmək üçün checksum dataları göndərir. Bildiriş — Etibarlı data axını üçün qəbuledicinin data paketlərin qəbulu barədə müsbət və ya mənfi bildiriş göndərilməsidir.
Beyin-kompüter interfeysi
Beyin-kompüter interfeysi və ya zehin-texnika interfeysi və ya beyin-texnika interfeysi beyin ilə xarici bir cihaz arasındakı birbaşa əlaqə yoludur. Beyin-kompüter interfeysi əsasən insanın idraki və ya duyğu ilə əlaqədar olan motor funksiyalarına kömək etmək və ya onları təmir etmək məqsədilə istifadə olunur. Beyin-kompüter interfeysi sahəsində tədqiqatlar ilk dəfə 1970-ci illərdə NSA və DARPA köməyi ilə Kaliforniya Universitetində başladı. Beyin-kompüter interfeysi ifadəsi bu tədqiqatlardan sonra çap olunmuş məqalələrdə ilk dəfə istifadə edilmiş və beləliklə, elmi ədəbiyyata daxil olmuşdur. Beyin-kompüter interfeysi tədqiqatları daha çox eşitmə, görmə və hərəkət qabiliyyəti kimi duyğuları bərpa etmək məqsədilə neyroprotez tədqiqatlar sahəsinə cəlb edilmişdir.
Kiçik kompüter sistemləri interfeysi
Kiçik kompüter sistemləri interfeysi (ing. Small Computer System Interface, SCSI; /ˈskʌzi/, SKUZ-ee) – Amerika Milli Standartlar İnstitutunun (American National Standarts Institute, ANSI) X3T9.2 komitəsinin müəyyənləşdirdiyi yüksəksürətli paralel interfeys standartı. SCSI interfeysindən kompüteri periferiya qurğuları ilə (məsələn, sərt diskləri və printerləri), eləcə də lokal şəbəkədə başqa kompüterlə əlaqələndirmək üçün istifadə olunur. SCSI interfeysi ilə kompüterə 6 periferiya qurğusu, o cümlədən sərt disklər, CD-ROM disksürənləri, skanerlər, əlavə sərt disklər və əlavə CD-ROM disksürənləri qoşmaq olar. == Həmçinin bax == Genişləndirmə lövhəsi == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Oyun interfeysi
Oyun interfeysi və ya "heads-up-display" (head-up – başı əymədən baxmaq, display — indikasiya), həmçinin sadəcə HUD — videooyunun istifadəçi interfeysinin bir hissəsi kimi vizual vasitələrlə oyunçuya məlumat ötürmə üsulu. Adını müasir təyyarələrdə istifadə olunan baş üstü displeylərdən almışdır. "HUD" həmçinin bir çox məlumatın, o cümlədən qəhrəmanın sağlamlığı, obyektlər və oyunda irəliləyişin (məsələn, xal və ya səviyyə) göstərilməsinin bir hissəsidir.
Qrafik istifadəçi interfeysi
Qrafik istifadəçi interfeysi (ing. graphical user interface; GUI) — istifadəçi interfeysinin bir növüdür. Bu interfeysdə istifadəçiyə displeyin ekranında təqdim olunan interfeys elementləri (menyu, düymələr, simgələr, siyahılar və s.) qrafik görüntülər şəklində olur. Komanda sətri interfeysindən (COMMAND-LINE INTERFACE) fərqli olaraq, GUI-də istifadəçi ekranda görünən bütün obyektlərə (interfeys elementlərinə) giriş qurğuları (klaviatura, siçan, coystik və s.) vasitəsilə ixtiyari qaydada erişə və onlarla birbaşa manipulyasiya edə bilir. Hazırda GUI mövcud əməliyyat sistemlərinin və tətbiqi proqramların əksəriyyətində tətbiq olunur. Məsələn, Mac OS, GEM, Atari TOS, Microsoft Windows, Solaris, GNU/Linux, NeXTSTEP, OS/2, BeOS, Android, iOS, Bada, MeeGo kimi sistemlər qrafik istifadəçi interfeysinə əsaslanır. Tətbiqi proqram gəlişdiricilərinə GUI-interfeyslər elə mühit verir ki, kompüterlə qarşılıqlı əlaqəni həmin mühit öz üzərinə götürür. Bunun da sayəsində gəlişdirici ekrana çıxarmağın və klaviatura, yaxud siçanla daxil etməyin detallarına varmadan fikrini proqramın işlənib hazırlanmasına cəmləşdirə bilər. Bundan başqa, proqramçılar tez-tez rastlaşılan məsələləri (məsələn, verilənlər faylının saxlanması) həmişə eyni qaydada emal edən proqramlar yaratmaq imkanı əldə edirlər, çünki interfeys pəncərələr və dialoqlar şəklində olan standart nəzarət mexanizmlərini nəzərdə tutur. GUI-interfeysin başqa üstünlüyü ondan ibarətdir ki, onun üçün yazılmış tətbiqi proqramlar qurğulardan asılı olmur: interfeysə yeni giriş və çıxış qurğularının (məsələn, böyük ekranlı monitor və ya optik yaddasaxlama qurğusu) dəstəklənməsi əlavə edilirsə, tətbiqi proqram heç bir dəyişiklik olmadan bu qurğulardan istifadə edə bilər.
Qrafiki istifadəçi interfeysi

Tətbiqi proqramlaşdırma interfeysi
Tətbiqi proqramlaşdırma interfeysi (ing. application programming interface, API) — kompüterin əməliyyat sistemi vasitəsilə həyata keçirilən aşağı dərəcəli servis funksiyalarını tələb edən və yerinə yetirən proqramlar toplusu. API istifadəçi interfeysi ilə ziddiyyət təşkil edir. Bu, iki və ya daha çox kompüter proqramının bir-biri ilə əlaqə qurma üsulu və proqram digər bölmələrinə xidmət təklif edən proqram interfeysinin bir növüdür. Belə bir əlaqənin və ya interfeysin necə qurulacağını və ya istifadəsini təsvir edən sənəd və ya standart API spesifikasiyası adlanır. Bu standarta cavab verən kompüter sisteminə "API tətbiq olunmuş" deyilir. API termini ya spesifikasiyaya, ya da tətbiqə aid ola bilər. Kompüteri insanla birləşdirən istifadəçi interfeysindən fərqli olaraq, API kompüterləri və ya proqramları bir-birinə bağlayır. O son istifadəçi üçün yox proqram təminatında istifadə edən proqramçı üçün nəzərdə tutulub. API çox vaxt proqramçı üçün mövcud olan alətlər və ya xidmətlər kimi çıxış edən müxtəlif hissələrdən ibarətdir.
İstifadəçi interfeysi
İstifadəçi interfeysi (ing. user interface) —İsifadəçi interfeysi proqramın qrafik tərtibatıdır. İnsanlar və kompüterlər arasında əlaqə yaradır. UI dizayneri istifadəçi məmnunluğuna diqqət yetirməlidir. Müştərilərin ehtiyaclarını və fərqində olmasalar belə daha asan istifadə edə biləcəkləri dizaynları araşdırmaq, tapmaq və uyğunlaşdırmaq istifadəçi interfeysi dizayneri olan UI dizayn mütəxəssisinin məsuliyyəti olmalıdır. Sektordakı rəqiblərdən başlamaq və daha əvvəl görülən işləri araşdırmaq burada ən əsas başlanğıc nöqtəsidir. UI dizaynerləri proqramın istifadəçi interfeysinin görünüşünü və hissini yaradırlar. İstifadəçi interfeysi əsasən iki formada olur. Daxiletmə. İstifadəçiyə sistem üzərində işləmək imkanı verir.
Applikasiya binar interfeysi
Applikasiya binar interfeysi (ing. application binary interface, ABI) — kompüter proqram təminatında iki binar proqram modulu arasındakı interfeys. Çox vaxt bu modullardan biri kitabxana və ya əməliyyat sistemi obyekti, digəri isə istifadəçi tərəfindən idarə olunan proqramdır. ABI aşağı səviyyəli, aparatdan asılı format olan maşın kodunda məlumat strukturlarına və ya hesablama prosedurlarına necə daxil olunduğunu müəyyən edir. Bunun əksinə olaraq, tətbiq proqramlaşdırma interfeysi (API) bu girişi mənbə kodunda müəyyən edir. Bu, nisbətən yüksək səviyyəli, aparatdan müstəqil, çox vaxt insan tərəfindən oxuna bilən formatdır. ABI-nin ümumi cəhəti məlumatların hesablama prosedurlarına giriş kimi təqdim edilməsini və ya çıxış kimi oxunmasını müəyyən edən çağırış konvensiyasıdır. Buna misal olaraq x86 çağırış konvensiyalarını göstərmək olar. ABI-yə riayət etmək (rəsmi olaraq standartlaşdırıla və ya standartlaşdırılmaya bilər) adətən kompilyator, əməliyyat sistemi və ya kitabxana müəllifinin işidir. Bununla belə, tətbiqi proqramçı proqramlaşdırma dillərinin qarışığında proqram yazan zaman hətta eyni dildə yazılmış proqramı müxtəlif kompilyatorlarla tərtib edərkən birbaşa ABI ilə işləməli ola bilər.