SƏTİR

i. line; yeni ~dən with a new line / a fresh line; yeni ~dən başlamaq to make* a new paragraph

SƏTHİLİK
SƏTİR-SƏTİR
OBASTAN VİKİ
Sətir keçirmə
Sətir keçirmə (ing. line feed (LF)) – kursorun və ya çap başcığının yerini dəyişmədən kompüterə və ya printerə informasiyanı cari sətirdən bir sətir aşağıda çıxarmaq komandasını verən idərəedici simvol. Məsələn, Bu, mətnin bir sətridir. cümləsinin sonunda qoyulmuş sətir keçirmə simvolu kursoru və ya printerin çap başcığını bir sətir aşağı nöqtənin altına hərəkət etdirəcək. Kursoru və ya printerin çap başcığını yeni sətrin başlanğıcına hərəkət etdirmək üçün sətir keçirmə simvolu karetin dönüşü simvolu ilə (CARRIAGE-RETURN CHARACTER) müşayiət olunmalıdır. ASCII yığınında sətir keçirmə simvolunun onluq qiyməti 10-dur (onaltılıq 0Ah). Adətən, sətir keçirmə və karetin dönüşü (onluq qiyməti 13, onaltılıq qiyməti 0Dh) simvolları bir-birinin ardınca gəlir və bu kombinasiya çox zaman sətir keçirmə-karetin dönüşü kimi qeyd olunur. İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: 2017, "Bakı" nəşriyyatı, 996 s.
Sətir printeri
Sətir printeri (en. line printer) – adi matrisli printerdə olduğu kimi, bir dəfəyə bir simvolu deyil, bir sətri və ya lazerli printerlər kimi, bir səhifəni çap edən hər hansı printer. Sətir printerləri, adətən, 1117 düymlük vərəqlərə çap edir. Bu sürətli qurğulardan (dəqiqədə təxminən 3000 sətir) çox zaman biristifadəçi sistemlərində deyil, meynfreymlərdə, minikompüterlərdə və ya hesablama şəbəkələrində istifadə edilir. Belə qurğuların iki növü vardır: zəncirvari printerlər (CHAIN PRINTER) və daha müasir lentli printerlər (BAND PRINTER). Məşhur LPT abreviaturası (MS-DOS’da kompüterin paralel çıxış portunu göstərir) ilkin olaraq məhz sətir printerlərini bildirirdi. Bir dəqiqədə sətirlərin sayı (en. lines per minute (LPM)) – printerin sürətinin ölçüsü; bir dəqiqədə çap olunan simvollu sətirlərin sayı. Bir dəqiqədə sətirlərin sayı, adətən, sətir printerlərini (LINE PRINTER) xarakterizə edir, çünki onlarda istənilən məzmunlu sətirlər eyni müddətdə çap olunur. Başqa sürət ölçüləri bunlardır: bir saniyədə simvolların sayı (CHARACTER PER SECOND, CPS), adətən, matrisli printerlərin xarakteristikası kimi istifadə olunur; bir dəqiqədə səhifələrin sayı (PAGES PER MINUTE, PPM) səhifə printerlərinin (PAGE PRINTER), məsələn, lazerli printerlərin xarakteristikasıdır.
Sətir nömrəsi (informatika)
Sətir nömrəsi (ing. line number) – mətn emalı proqramı tərəfindən sətrə verilən və həmin sətrə baxış, onun redaktəsi və ya çapı zamanı istifadə olunan ardıcıl nömrə. Bəzi mətn redaktorları və ya prossesorları sənədlərdə sətirlərə nömrələri avtomatik olaraq verilmiş addımla qoya bilir. BASIC dilində yazılmış proqramlarda sətir nömrəsi hər bir sətrə verilir, sətirlərin nömrələnməsi, adətən, 10-un misilləri olur ki, yazılmış sətirlər arasına yeni sətirlər artırmaq imkanı olsun. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Sətirbaşı
Abzas (və ya Sətirbaşı) — hər hansı mətnin sətrin əvvəlindən sonrakı sətrin əvvəlinə qədər olan hissəsi. Abzas hekayə üsullarından və düşüncə inkişaf yollarından istifadə etməklə bir duyğu, düşüncə, xahiş, vəziyyət, təklif, hadisənin bir tərəfini, yalnız bir cəhətini təsvir edən yazı növüdür. Sözlər vasitəsilə cümlələr, cümlələr vasitəsilə abzaslar, abzaslar vasitəsilə məqalələr, mətnlər yazılır. Abzas bir neçə cümlədən ibarətdir. Sətir başlanğıcı; Mətnin bir sətirbaşından digər sətirbaşına qədər olan hissəsi; Çap və ya əlyazması mətnlərində sətirbaşında verilən ara, sətirbaşı; Mətnin iki sətirbaşı arasındakı məzmunca bağlı hissəsi; Mətnin hər hansı bir hissəsinin əvvəlində boş yer (sətirbaşı); Mətnin sətirbaşı ilə ayrılmış, məna baxımından nisbətən tamamlanmış hissəsi. Əliquliyev R. M., Şükürlü S. F., Kazımova S. İ. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı: İnformasiya Texnologiyaları nəşriyyatı, 2009, 201 s.
Sətiriçi altproqram
Sətiriçi altproqram (en. in-line subroutine ~ ru. встроенная подпрограмма ~ tr.satır içi alt yordam)– çağrıldıqları bütün yerlərdə deyimləri tamamilə proqrama yerləşdirilmiş altproqram. Sətiriçi altproqramdan fərqli olaraq, adi altproqramlar yalnız proqramın bir yerində yerləşdirilir və həmin altproqramı proqramın hansı yerində çağırmaq lazımdırsa, orada uyğun deyim yazılır. Sətiriçi altproqramlar bütövlükdə proqramın yerinə yetirilməsini yaxşılaşdırır, ancaq onlar proqram kodunun uzunluğunu da artırır. Sətiriçi altproqramlar adi altproqramlardan fərqlənsə də, onlar da həmin sintaktik və semantik qaydalara tabedir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Sətiriçi emal
Sətiriçi emal (en. in-line processing ~ ru. встроенная обработка ~ tr. satır içi işlem ) – sürət və ya saxlama parametrlərini optimallaşdırmaq üçün proqramın aşağı səviyyəli dildə yayılmış seqmenti üzərində yerinə yetirilən əməliyyat. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Sətiriçi kod
Sətiriçi kod (en. in-line code ~ ru. встроенный код ~ tr. satır içi kod) – yüksək səviyyəli proqramlaşdırma dilində yazılmış proqramlara daxil edilmiş assembler və ya maşın dilinin komandaları. Sətiriçi kodlar kompliyatordan asılı olur və bir kompilyatordan başqasına keçdikdə çox ciddi dəyişikliyə uğrayır (əlbəttə, əgər bu, ümumiyyətlə, mümkündürsə). İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Sətirlər (Turan Uğur)
Sətirlər üzərində əməllər
Sətirlər üzərində əməllər(string operations,операции над строками,dizgi işlemleri)-sətirlər üzərində yerinə yetirilən əməllər. Tutaq ki, A dəyişəni “ÜZEYİR” sətrini, B dəyişəni isə “HACIBƏYLİ” sətrini ifadə edir. Aşağıda Java dilində bəzi nümunələr verilib: 1.İki sətrin eyni olub-olmamasını bilmək üçün onları müqayisə etmək. Məsələn, A.equals(B) (başqa proqramlaşdırma dillərində A==B, yaxud A=B) yalan olacaq. 2. Bir sətrin əlifba üzrə obiri sətirdən öndə gəlməsini müəyyənləşdirmək. Məsələn, A.compareTo(B)<=0 yalan olacaq (çünki ÜZEYİR sətri əlifba üzrə HACIBƏYLİ sətrindən sonra gəlir). Başqa proqramlaşdırma dillərində bu, A<B kimi ifadə olunur. Əlifba sırası Unicode simvol kodlarının əsasında müəyyən olunur, ona görə də kiçik hərflər böyük hərflərdən sonra gəlir (Bax: UNICODE). 3. Sətirləri ardarda qoşmaq (konkatenasiya). Məsələn, A+“ ”+B nəticəsində “ÜZEYİR HACIBƏYLİ” alınacaq.
Sətirlərarası boşluq
Sətirlərarası boşluq (en. leading /ˈlɛdɪŋ/ LED-ing) – mətnin sətirləri arasındakı punktla (POINT) göstərilən boşluq; bir sətrin oturacağından (təməl xəttindən) növbəti sətrin oturacağına kimi götürülür. Ənənəvi mətbəə təcrübəsindən yaranıb, belə ki, o zamanlar mətnin metal literlərinin arasına nazik qurğuşun (ingiliscə “lead” – “qurğuşun”) zolaq qoyulurdu. Adətən, çap olunan mətnin sətirləri arasındakı məsafə şriftin ölçüsündən bir və ya iki punkt böyük olur. İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: 2017, "Bakı" nəşriyyatı, 996 s.
Əmr sətiri
Əmr sətiri və ya Terminal – əməliyyat sistemində kompüterə əmrlər verilməsi üçün istifadə olunan proqram. Əmr sətirində qrafiki istifadəçi interfeysi olmadığından əmr sətri yalnız mətnlərdən ibarət olur. Əmr sətiri daha çox Unix bənzəri əməliyyat sistemlərində əlverişlidir. MS DOS-da isə çox az, demək olar ki, istifadə olunmur. Əmr sətiri sistemdən-sistemə dəyişiklik göstərə bilər.

Digər lüğətlərdə