Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Afinion
Afinion (yunanca-Athenion; e. ə. II əsr, Kilikiya – e.ə. 101 və ya e.ə. 101, Sirakuza) - Siciliyada II qullar üsyanının (e.ə104-101) rəhbərlərindən biri. 102-ci ildə çar titulu qəbul etmişdi. Roma konsulu Akvili ilə təkbətək döyüşdə öldürülmüşdü.
Dominion
Dominion (ing. dominion; lat. dominium — hakimiyyət) — əvvəllər Britaniya İmperiyasının (sonra Millətlər Birliyinin) tərkibindəki faktiki müstəqil dövlətlərin hüquqi statusu. Dominionların dövlət başçıları dominionların general-qubernatoru tərəfindən göstərilən Britaniya monarxı hesab olunurdu. 1926-cı ildə Böyük Britaniyanın xarici işlər naziri və Mühafizəkarlar partiyasının lideri olan Artur Ceyms Balfur imperiya konfransında ilk dəfə olaraq dominion anlayışının tərifini vermişdir. 11 dekabr 1931-ci il Vestminster əsasnaməsinə görə dominionlar "Britaniya İmperiyasının bərabərhüquqlu, öz daxili və xarici siyasi aspektlərinə görə bir-birindən asılı olmayan, amma taxt-tac qarşısında ümumi öhdəliklər daşıyan və Britaniya Millətlər Birliyi üzvlərinin azad assosiasiyasını təşkil edən müstəqil icmaları" idilər. Həmin vaxt dominion statusu aşağıda adları qeyd edilən ərazilərə aid idi (bu status həmin ərazilərə daha əvvəl və müxtəlif illərdə verilmişdir): Kanada (1867); Avstraliya İttifaqı (1901); Yeni Zellandiya (1907); Nyufaundlend (1907); Cənubi Afrika Birliyi (1910); İrlandiya (1921).Bu status bir qayda olaraq, iqtisadi cəhətdən bir qədər inkişaf etmiş ərazilərə verilirdi, hansı ki həmin ərazilərin əhalisi əsasən Avropadan köçənlərdan ibarət idi və bu hal da metropoliya siyasətinə sədaqət zəmanəti olmuşdur. 1931-ci ildə Britaniya Birliyinə (1946-cı ildən — Millətlər Birliyi) daxil olan bütün dövlətlər (birbaşa koloniyalar və müstəmləkə əraziləri istisna olmaqla) Böyük Britaniya dominionu kimi tanındılar. 1949-cu ildə Hindistanın respublika idarə üsuluna keçməsindən sonra və Millətlər Birliyinə üzv dövlətlər üçün Britaniya monarxının rəsmən dövlət başçısı kimi qəbul olunmasının qeyri-məcburi hesab edilməsindən sonra "dominion" terminindən daha istifadə olunmur. Amma Böyük Britaniyanın bəzi keçmiş dominion və kaloniyalarında hələ də Böyük Britaniya monarxı rəsmən dövlət başçısı hesab edilməkdədir.
Opsion
Opsion (ing. option) – Opsion sahibinə müəyyən edilmiş tarixdə müəyyən baza aktivinin əvvəlcədən razılaşdırılmış qiymətlərlə almaq və ya satmaq hüququnu ifadə edən qiymətli kağızdır. Opsion sahibi əmtəənin və ya xidmətin alınmasını və ya satılmasını deyil, alınma və ya satılma hüququnu əldə edir. Aşağıdakı sadə misalla daha aydın olacaq:Məsələn siz hər hansı bir səhmin bir ildən sonra 100 şərti pul vahidinə almaq ilə bağlı opsion imzalayırsınız. Deyək ki, həmin bir il ərzində səhmin qiyməti bahalaşaraq bazarda 120 şərti pul vahidi təşkil edir, amma siz onları razılığa gəldiyiniz tərəfdən 100 ş.p. vahidinə alır və beləliklə hər səhmə görə 20 ş.p. vahidi qazanc əldə edirsiniz. Amma qiymətlər 100 ş.p.vahidindən aşağı düşdüyü halda belə siz onları almağa məcbur deyilsiniz. Çünki opsion sizin üzərinə bu öhdəçiliyi qoymur və siz heç bir itkiyə məruz qalmırsınız. Müqavilənin belə şərtlərinin belə deyək ki, kompensasiya olunması üçün satıcı hər səhmin satış qiymətinə edilən əlavədən 5 ş.p.
.onion
.onion xüsusi istifadə üçün nəzərdə tutulmuş onion servisini təmsil edən yüksək səviyyəli domendir. Bu domenə keçid Tor şəbəkəsi vasitəsilə mümkündür. Bu tip adreslər nə əsl DNS adlarıdır, nə də .onion TLD İnternet DNS kökünə daxildir. Lakin müvafiq proksi tətbiqləri vasitəsilə Tor şəbəkəsindən tələblər göndərməklə .onion adresli saytlara giriş mümkündür. Bu sistemin əsas məqsədi informasiya ilə təmin edən və edilənin şəbəkə sahibi və ya kənar şəxs tərəfindən izlənilməsini çətinləşdirməkdir. EV HTTPS Certificates vasitəsilə xüsusi .onion adresləri ehtiva edən saytları əlavə kimlik təstiqləyici lay ilə təmin etmək mümkündür. HTTP sertifikatının bərqərar olması .onion saytlarının istifadəçiləri üçün bir sıra brauzer xüsusiyyətlərinə dair imkanlar yaradır. Bu həmçinin Tor şəbəkəsindəki zərərli çıxış qovşaqları tərəfindən həyata keçirilən "SSL stripping" hücumlarının da qarşısını qismən alır. == Format == .onion sonluqlu adreslər adətən anlaşılmayan, yadda qalmayan, 16 və ya 56 yarı hərf, yarı rəqəmlərdən ibarət sətirlər olur. Bu sətirlər avtomatik olaraq onion servisi konfiqurasiya edilən zaman istifadə edilmiş açıq açara əsaslanaraq yaradılır.
Pinin
Pinyin (pīnyīn) — çin yazısının ən çox istifadə olunan latın transkripsiyası sistemi. 1958-ci ildə qəbul edilmişdir, 1979-cu ildən isə bütün dünyada Çin yer və şəxs adlarının rəsmi latın transkripsiyası kimi istifadə olunur. Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən bəyənilmişdir. Pinyində V hərfindən başqa bütün latın hərfləri, hətta Ü hərfi belə işlədilir.
Dominion Günü
Dominion Günü bəzi Commonwealth üzvü ölkələrində milli bayram olaraq qeyd olunan günlərə verilən addır. Bu günlər dominionluq qazanıldığı və ya qismən müstəqillik qazanıldığı günlərdən ibarətdir. == Kanada == Kanadada 1 iyul 1982-ci ilə qədər Dominion Günü olaraq qəbul edilmişdi. Bunun səbəbi, 1 iyul 1867-ci ildə Britaniya İmperiyası İngilis Şimali Amerika Qanununa əsasən bu günkü Kanadanın mənşəyi olan dörd əyalətdən ibarət federasiyaya yerli özünüidarəetmə hüququnu verməsidir. 27 oktyabr 1982-ci ildə qəbul edilmiş qərarla bu tətbiqə son verildi və 1 iyul Kanada Günü olaraq dəyişdirildi. == Yeni Zelandiya == Yeni Zelandiyada 26 sentyabr Dominion Günü hesab olunur. Buna səbəb Dominion statusunun 1907-ci ildə Yeni Zelandiyaya həmin gün verilməsi idi.
Binar opsion
Binar opsion (təyin edilmiş gəlir opsionu) – təyin edilmiş vaxtda təyin edilmiş şərtlərin həyata keçirilməsindən asılı olaraq ya gəlirin təyin edilmiş həcmini təmin edir, ya da heç bir gəlir gətirmir. Opsion əvvəlcədən təyin edilmiş qiymət üzrə alındığından ümumi nəticə ya müsbət, ya da mənfi olacaq. Qaydalara əsasən, müsbət nəticənin həcmi mənfi nəticədə olduğundan aşağıdır. Binar opsionlar müqavilə bağlanmadan öncə ödəniş həcmini və mümkün riskləri dəqiq olaraq öyrənmək imkanı verir ki, bu da çoxlu sayda ticarət əməliyyatını asanlıqla idarə etmək imkanı qazandırır. Hesablamanın asan olması üçün adətən, həyata keçirilmiş opsion üçün 100, həyata keçirilməmiş opsion üçün isə 0 təyin edilir. Əgər dəyəri 10 olan opsion alınıbsa, onun həyata keçirilməsi zamanı opsionun dəyəri 100-ə bərabər qəbul edilir və treyder məhz bu məbləği əldə edir. Yox əgər opsion həyata keçməyibsə onun dəyəri 0-dır və treyder heç nə əldə etmir. Bəzi ticarət platformalarında opsionun həyata keçməməsi halında onun alınmasına sərf edilmiş vəsaitin 15%-nin geri qaytarılması mümkündür. Əgər opsion qiymətin enmə/qalxma mərhələsində olarsa, lakin etalon qiymətə bərabər həddə bağlanarsa treyderə ilkin məbləğin hamısı və ya bir hissəsi qaytarıla bilər (bu müqavilənin şərtlərindən asılıdır). Bazarın cari vəziyyətindən asılı olaraq binar opsionun alış/satış qiyməti arasında böyük fərq ola bilər.
Call-opsion
Coll opsions – şərtləri alan qoyur, yəni alamq hüququ verir (yəni alan deyir ki, gəlib oktyabr ayında səndən pomidorları alacam).Onun reallaşması zamanı səhmlərin alınma məzənnəsi Roe=R0+P, burada: R0 – icra qiyməti, P – ödənilmiş mükafatdır. Opsionun reallaşmasından imtina R0>Rm, burada Rm – səhmlərin toplam bazar qiymətidir. == Misal: == 90 gün sonra hər səhmə görə R0= 510 rubl qiymətlə səhm alınması üçün opsion əldə edilmişdir. Ödənilmiş mükafat hər səhmə görə P= 5 rubldur. Əgər 90 gün sonra səhmlərin məzənnəsi Rm=530 rubl olarsa, o zaman R0 < Rm (510 < 530). Buna görə də opsion səhmlərin hər səhmə görə Roe = R0 + Р= 510 + 5 = 515 rubl məzənnəsində reallaşır. Opsionun alıcısının gəliri -515 (opsionun icrası)+ 530 (səhmlərin bazar məzənnəsi ilə satışı)= hər səhmə görə 15 rubl təşkil edir. Əgər 90 gün sonra səhmlərin məzənnəsi Rm=500 rubl olarsa, o zaman opsionun reallaşdırılmasından imtina şərti yerinə yetiriləcək R0 > Rm (510 > 500). Buna görə də opsion baş tutmayacaq. Opsionun alıcısının ziyanı ödənilmiş mükafatın ölçüsünə, yəni hər səhm üzrə 5 rubla bərabərdir.
Odinin axtarışında
Odinin axtarışında (norv. Jakten på Odin) — Norveç səyyahı Tur Heyerdalın Rusiyanın Azov qəsəbəsində həyata keçirilən arxeoloji qazıntı işləri barədə 2001-ci ildə yazdığı kitab. == Nəzəri arxaplan == Tur Heyerdalın bu səyahətindəki əsas məqsədi İslandiya tarixçisi Snorri Sturlusonun XIII əsrdə Skandinaviyanın qədim hakim sülalələri və xristianlıqdan əvvəl yerlilərin pərəstiş etdiyi tanrıların mənşəyi barədə yazdığı İnqlinqa saqasının həqiqət olduğunu isbat etmək idi. Snorri kitabında evheremist məlumat verir. O, burada Odin və digər Asar tanrılarının romalı işğalçılardan qaçmaq üçün Don çayı ərazisindən Skandinaviyaya köçdüyünü iddia edir. Snorrinin irəli sürdüyü fikrə görə, onlar yerli əhalini elə valeh etmişdilər ki, artıq ilahiləşdirilmişdilər.Heyerdal Qara dənizdən Don çayına üzərək Asar tanrılarının mənşəyini axtarmağa çalışırdı. Heyerdahl 2002-ci ildə həlak olan zaman qazıntı işlərinin ikinci mövsümü hələ yeni sona çatmışdı. == Tənqidi == Tur Heyerdalın Odinin axtarışında layihəsi Norveç akademiklərdən sərt tənqidlər almışdır. Odin layihəsi barədə olan birinci kitab – Sərhədsiz (1999) və ikinci kitab – Odinin axtarışında (2001) nəşr olunduğu gündən tanınmış akademiklərin sərt və ətraflı tənqidlərinə məruz qalmışdır. İkinci kitabından nəşrindən sonra Heyerdala qarşı edilən hücumlar çoxu tərəfindən bihörmət hesab edilirdi.
Opsion müqaviləsi
Opsion müqaviləsi — (ingilis dilindən tərcümədə option - seçim) onun tərəflərinə alternativ (seçim) təqdim edən alətdir. Bu seçim şərtsiz olaraq müqavilə tərəflərinin birinə məxsus olur və digər kontragentin iradəsindən asılı deyildir. Məhz bu seçim imkanı üçün tərəflərdən biri digərinə opsion mükafatı (option premium) ödəyir. Yəni ödəyən şəxs seçim hüququnu (opsionu) əldə edir. == Haqqında == Opsion müqaviləsinə müxtəlif korporativ münasibətlərin tənzimlənməsində rast gəlmək olar. Opsion hüququnu müəyyən edən şərtlərə, əsasən, özəl investisiyalar (private equity), riskli kapital (venture capital) və investisiya yatırımları çərçivəsində bağlanan müqavilələrdə əks olunur. Almaniya hüququnda opsion müqaviləsi (optionsvertrag) geri çağırılmayan (geri götürülə bilməyən) oferta kimi qiymətləndirilir. Opsion müqaviləsinə bu yanaşma ABŞ hüququnda da var. Opsion müqaviləsi sahibkarların tam praktiki məqsədlərini güdür. Biznes sahibləri və investorlar opsion vasitəsilə öz kapitallarının və korporativ nəzarətin çevik idarəetmə imkanlarını əldə edirlər.
Put-opsion
Put options – şərtləri satan qoyur, yəni satmaq hüququ verir (yəni satan deyir ki, sən məndən gəlib oktyabr ayında pomidorları almalısan)Onun reallaşması zamanı satış məzənnəsi Roe= R0- P, burada: R0 – icra qiyməti, P – ödənilmiş mükafatdır. Opsionun reallaşmasından imtina şərtləri R0 < Rm, burada Rm – səhmlərin toplam bazar qiymətidir. == Misal: == 90 gün sonra satış üçün hər səhmə görə R0=570 rubl qiymətinə səhmlər əldə edilmişdir. Ödənilmiş mükafat hər səhmə görə P= 5 rubldur. Əgər 90 gün sonra səhmlərin məzənnəsi Rm= 550 rubl olarsa, o zaman R0 > Rm (570 > 550). Buna görə də opsion səhmlərin satış məzənnəsinin hər səhmə görə Roe= R0-P=570-5=565 rubl məzənnəsində reallaşır. Opsionun alıcısının gəliri -550 (səhmlərin bazar qiyməti ilə alışı) +565 (opsionun icrası) = hər səhm üzrə 15 rubl təşkil edir. Əgər 90 gün sonra səhmlərin məzənnəsi Rm= 580 rubl olacaqsa, bu zaman opsionun reallaşmasından imtina şərti icra olunacaq R0 < Rm (570 < 580). Ona görə də opsion baş tutmayacaq. Opsionun alıcısının ziyanı ödənilmiş mükafatın ölçüsünə, yəni hər səhm üzrə 5 rubla bərabərdir.
Old Dominion Universiteti
Old Dominion Universiteti (ing. Old Dominion University) ― ABŞ-nin Virciniya ştatının Norfolk şəhərində yerləşən dövlət universiteti.Əsası 1930-cu ildə Norfolkda Vilyam və Meri Kollecinin fəaliyyətə başlaması ilə qoyulmuşdur. 1969-cu ildən etibarən bugünkü adı ilə fəaliyyət göstərən qurum Virciniya ştatının ən böyük və ən qabaqcıl ali təhsil müəssisələrindən biridir. Hazırda 8 kollec və 1 aspirantura məktəbində 73 bakalavr, 60 magistr və 35 doktorantura proqramı üzrə dünyanın 89 ölkəsindən təhsil alan 25 minə yaxın tələbəsi vardır. Əsas kampusu isə Norfolk şəhərində yerləşir. Universitetin tədqiqat fəaliyyəti səlahiyyətli orqan olan Cənubi Kolleclər və Məktəblər Birliyi tərəfindən tənzimlənir. Bundan əlavə, universitet Cənub-Şərqi Universitetlərin Araşdırma Assosasiyasının üzvü və "Kolleclər üzrə milli dəniz tədqiqatları qrant proqramı", o cümlədən "Kolleclər üzrə milli kosmik tədqiqatlar qrant və təqaüd proqramı" kimi ABŞ dövlət proqramlarının tərkib hissəsidir. "Washington Monthly" jurnalının 2020-ci ildə ABŞ ali təhsil müəssisələri üzrə dərc etdiyi siyahıya görə Old Dominion Universiteti ən nüfuzlu 150 universitet arasındadır. Princeton Review şirkətinin sıralamasında Old Dominion Universiteti 5 il (2016-2021) ardıcıl olaraq ABŞ-nin cənub-şərqində yerləşən ən mütərəqqi universitetlərdən biri kimi göstərilmişdir. Bundan əlavə, ABŞ-nin Milli Elm Fondu, Old Dominion Universitetini "Yüksək tədqiqat fəaliyyətli" ali təhsil müəssisələri kateqoriyasına daxil etmişdir.
Alış üçün opsion
Alış üçün opsion — müəyyən hallarda və müəyyən şəraitdə səhmdarların bəzi şirkətlərin səhmlərini aşağı qiymətə almaq hüququnun təmin edilməsi. Bu həmçinin, müəyyən şəxsin məhsulu ya müəyyən səviyyəli qiymətə, ya da müəyyən tarixə qədər almaq hüququdur. Satıcı həmin tarixə qədər bu malı heç bir başqa alıcıya satmamağı və onu satışdan çıxarmamağı öhdəyə götürür.
Odinin Vəhşi ovu
Odinin Vəhşi ovu (norv. Åsgårdsreien, bukv. Asqard gəzintisi) — Peter Nikolay Arbo tərəfindən 1872-ci ildə çəkilmiş rəsm əsəri. Bu rəsm əsəri skandinav folklorunda olan Vəhşi ovu təsvir edir və Yohan Sebastiyan Velhavn tərəfindən yazılmış bir şeir əsasında çəkilmişdir. Rəsm əsəri Norveçin paytaxtı olan Oslo şəhərində yerləşir Milli İncəsənət, Memarlıq və Dizayn Muzeyinin kolleksiyasında saxlanır. == Zəmin == Rəsm əsəri skandinav folklorundakı Vəhşi ov mövzusuna əsaslanır. Skandinav ənənəsinə görə, Vəhşi ov tanrı Odin ilə bağlıdır. Bu hadisə Qış fəslində səmada keçirilən dəhşətli bir mərasimdan ibarətdir və gizlənməyə yer tapa bilməyən bədbəxt insanların oğurlanması ilə nəticələnir. Norveç ənənəsinə görə, tanrı Odindən başqaları da ovun rəhbəri ola bilər. Bunlara Lüssi və Quro Rısserov kimi şəxsiyyətlər aiddir.