DOMİNAT
DOMİNÓ
OBASTAN VİKİ
Dominion
Dominion (ing. dominion; lat. dominium — hakimiyyət) — əvvəllər Britaniya İmperiyasının (sonra Millətlər Birliyinin) tərkibindəki faktiki müstəqil dövlətlərin hüquqi statusu. Dominionların dövlət başçıları dominionların general-qubernatoru tərəfindən göstərilən Britaniya monarxı hesab olunurdu. 1926-cı ildə Böyük Britaniyanın xarici işlər naziri və Mühafizəkarlar partiyasının lideri olan Artur Ceyms Balfur imperiya konfransında ilk dəfə olaraq dominion anlayışının tərifini vermişdir. 11 dekabr 1931-ci il Vestminster əsasnaməsinə görə dominionlar "Britaniya İmperiyasının bərabərhüquqlu, öz daxili və xarici siyasi aspektlərinə görə bir-birindən asılı olmayan, amma taxt-tac qarşısında ümumi öhdəliklər daşıyan və Britaniya Millətlər Birliyi üzvlərinin azad assosiasiyasını təşkil edən müstəqil icmaları" idilər. Həmin vaxt dominion statusu aşağıda adları qeyd edilən ərazilərə aid idi (bu status həmin ərazilərə daha əvvəl və müxtəlif illərdə verilmişdir): Kanada (1867); Avstraliya İttifaqı (1901); Yeni Zellandiya (1907); Nyufaundlend (1907); Cənubi Afrika Birliyi (1910); İrlandiya (1921). Bu status bir qayda olaraq, iqtisadi cəhətdən bir qədər inkişaf etmiş ərazilərə verilirdi, hansı ki həmin ərazilərin əhalisi əsasən Avropadan köçənlərdan ibarət idi və bu hal da metropoliya siyasətinə sədaqət zəmanəti olmuşdur. 1931-ci ildə Britaniya Birliyinə (1946-cı ildən — Millətlər Birliyi) daxil olan bütün dövlətlər (birbaşa koloniyalar və müstəmləkə əraziləri istisna olmaqla) Böyük Britaniya dominionu kimi tanındılar. 1949-cu ildə Hindistanın respublika idarə üsuluna keçməsindən sonra və Millətlər Birliyinə üzv dövlətlər üçün Britaniya monarxının rəsmən dövlət başçısı kimi qəbul olunmasının qeyri-məcburi hesab edilməsindən sonra "dominion" terminindən daha istifadə olunmur.
Dominion Günü
Dominion Günü bəzi Commonwealth üzvü ölkələrində milli bayram olaraq qeyd olunan günlərə verilən addır. Bu günlər dominionluq qazanıldığı və ya qismən müstəqillik qazanıldığı günlərdən ibarətdir. == Kanada == Kanadada 1 iyul 1982-ci ilə qədər Dominion Günü olaraq qəbul edilmişdi. Bunun səbəbi, 1 iyul 1867-ci ildə Britaniya İmperiyası İngilis Şimali Amerika Qanununa əsasən bugünkü Kanadanın mənşəyi olan dörd əyalətdən ibarət federasiyaya yerli özünüidarəetmə hüququnu verməsidir. 27 oktyabr 1982-ci ildə qəbul edilmiş qərarla bu tətbiqə son verildi və 1 iyul Kanada Günü olaraq dəyişdirildi. == Yeni Zelandiya == Yeni Zelandiyada 26 sentyabr Dominion Günü hesab olunur. Buna səbəb Dominion statusunun 1907-ci ildə Yeni Zelandiyaya həmin gün verilməsi idi.
Old Dominion Universiteti
Old Dominion Universiteti (ing. Old Dominion University) ― ABŞ-nin Virciniya ştatının Norfolk şəhərində yerləşən dövlət universiteti. Əsası 1930-cu ildə Norfolkda Vilyam və Meri Kollecinin fəaliyyətə başlaması ilə qoyulmuşdur. 1969-cu ildən etibarən bugünkü adı ilə fəaliyyət göstərən qurum Virciniya ştatının ən böyük və ən qabaqcıl ali təhsil müəssisələrindən biridir. Hazırda 8 kollec və 1 aspirantura məktəbində 73 bakalavr, 60 magistr və 35 doktorantura proqramı üzrə dünyanın 89 ölkəsindən təhsil alan 25 minə yaxın tələbəsi vardır. Əsas kampusu isə Norfolk şəhərində yerləşir. Universitetin tədqiqat fəaliyyəti səlahiyyətli orqan olan Cənubi Kolleclər və Məktəblər Birliyi tərəfindən tənzimlənir. Bundan əlavə, universitet Cənub-Şərqi Universitetlərin Araşdırma Assosasiyasının üzvü və "Kolleclər üzrə milli dəniz tədqiqatları qrant proqramı", o cümlədən "Kolleclər üzrə milli kosmik tədqiqatlar qrant və təqaüd proqramı" kimi ABŞ dövlət proqramlarının tərkib hissəsidir. "Washington Monthly" jurnalının 2020-ci ildə ABŞ ali təhsil müəssisələri üzrə dərc etdiyi siyahıya görə Old Dominion Universiteti ən nüfuzlu 150 universitet arasındadır. Princeton Review şirkətinin sıralamasında Old Dominion Universiteti 5 il (2016-2021) ardıcıl olaraq ABŞ-nin cənub-şərqində yerləşən ən mütərəqqi universitetlərdən biri kimi göstərilmişdir.
Pakistan dominionu
Pakistan dominionu (urdu مملکتِ پاکستان, benq. পাকিস্তান অধিরাজ্য) — 1947-ci ildə Cənubi Asiyada Hindistanın parçalanması ilə yaranmış iki müstəqil federal dominiondan biri (digər isə Hindistan dominionu). Dominiona hal-hazırda Pakistan və Banqladeşin böyük hissəsi daxil idi. Bu dominion keçmiş Britaniya Hindistanı tərəfindən müsəlmanların ölkəsi kimi iki millətin nəzəriyyəsi ilə düşünülüb. Chester, Lucy P. (2009) Borders and Conflict in South Asia: The Radcliffe Boundary Commission and the Partition of Punjab. Arxivləşdirilib 2016-05-09 at Archive.today Manchester: Manchester University Press.

Digər lüğətlərdə