Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Oraqvari akasiya
Oraqvari akasiya (lat. Acacia falcata) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. 5-m hündürlüyə çatan, çoxillik kol və ya ağacdır. Vətəni Şərqi Avstraliyadır. Elmi adı yarpaqları oraqşəkilli olduğuna görə verilib. Kulturada becərməyə uyğunlaşdırılaraq kolluqların bərpasında istifadə olunur. 2–5 m hündürlüyündə olan kol və ya kiçik bir ağacdır ki, gövdəsi boz və ya qara qabıqla örtülü olur. Əksər akasiyalarda olduğu kimi, yarpaqlardan çox oraqvari filloklaidiyaları olur. Onların uzunluğu 7-19 sm, yaxşı nəzərə çarpan əsas damarlı, solğun yaşıl və ya boz-yaşıl rənglidir. Kiçik dairəvi çiçəkləri ağımtıl və ya solğun-sarı rəngdədi.
Alpərən Ocaqları
Alpərən Ocaqları (türk. Alperen Ocakları), rəsmi olaraq Alperen Ocaqları Təhsil, Mədəniyyət və Həmrəylik Vəqfi (türk. Alperen Ocakları Eğitim Kültür ve Dayanışma Vakfı) və ya sadəcə olaraq Alpərənlər — Türkiyədə Böyük Birlik Partiyası ilə əlaqəli ifrat sağçı gənclər təşkilatı. == İdeologiyası == Alpərən Ocaqlarının ideologiyası sünni islam ilə türk milliyətçiliyinin sintezidir. Bu, milliyyətçiliyə günah kimi baxan islamçılar və dini əhəmiyyətsiz hesab edən milliyətçilər tərəfindən tənqid edilən ideologiyadır. Bununla belə, onlar Ülkü Ocaqlarından daha çox milliyətçilik əvəzinə dinə meyl etmələri kimi bəzi aspektlərdə fərqlənirlər. Həmçinin, Alpərənlər Türkiyədə türklər, lazlar, çərkəzlər, kürdlər və ərəblər də daxil olmaqla, bütün etnik qrupların əl-ələ verərək ölkəni müdafiə etməli olduqlarını, Ülkü Ocaqlarının isə yalnız etnik türklərin qayğısına qaldığını iddia edirlər. Alpərənlər heç bir etnik qrupu marjinallaşdırmadan, bütün insanları Adəm övladı kimi görərək türk millətinə qarşı dərin sevgi, bağlılıq və məsuliyyət yaratmaq istədiklərini iddia edirlər.
Türk Ocaqları
Türk Ocaqları — Türkçülük ideyası ətrafında 1912-ci ildə qurulmuş təşkilatdır. Təşkilat 1931-ci ildə Cümhuriyyət Xalq Partiyası hakimiyyətdən gedənə kimi fəaliyyət göstərdi. Osmanlı Dövlətində İkinci Məşrutiyyət dövründə Türk Dərnəyi (1908) və Türk Yurdu dərgisi (1912) ilə Osmanlıçılıq və Türkçülük ideyası ətrafında birlik davam etdirildi. Siyasi sahəyə qarışmamağın məqsədi Türkçülüyü siyasi sahəyə inkişaf etdirmək olsa da, əvvəlcə İttihad və Tərəqqi Komitəsi, sonra respublikanın ideologiyası proqram və məqsədləri müəyyənləşdirdi. Dövlət və orqanizmlə üzvi əlaqələri Türk ombudsmanlarının böyüməsində mühüm rol oynadı. 1925-ci ildən sonra müdafiəçi, qoruyucu, modernləşmə və türkləşmə siyasətinin bir hissəsi oldu. 1927-ci ildə zirvəyə aparan prosesin ilk astanası idi, ancaq bu, onun bağlanmasının başlanğıcı idi. Türk ocaqları o dövrdə CHF siyasətinin rəsmi hissəsi oldu və partiyanın nəzarəti altına keçdi. 1930-cu ildə Azad Respublika Partiyasının yaranması və içindəki hadisələr Türk Ocaqlarının bağlanmasına aparan prosesin təyini oldu. 264 şöbəsi, 30 mindən çox üzvü və geniş mal və qiymətli kağızlar varlığıyla əhəmiyyətli bir qeyri-hökumət təşkilatı olan Ocaqlar, Türkiyədə tək partiyalı dövrün vətəndaş və ictimai həyata olan müdaxiləsi bağlanıldı, bütün varlığı və üzvləriylə partiyaya təhvil verildi.
Ülkü Ocaqları
Bozqurdlar, rəsmi olaraq Ülkü Ocakları — Türk-islam milliyətçi təşkilatıdır. Türkiyənin Milliyətçi Hərəkat Partiyasına (MHP) yaxındır. 1995 Azərbaycanda dövlət çevrilişinə cəhddən sonra Azərbaycanda fəaliyyət göstərmir. 2005-ci ildə Qazaxıstanda təşkilat terrorist təşkilatı kimi hesab edilərək qadağan edilmişdir.
Ələvi Ocaqları
Ocaq (türk. Alevi Ocakları; kürd. Ocaxên elewî) — əsasən ələvilikdə, həmçinin bəktaşilikdə imam məqamında oturan dədələrin soyunu ifadə edən termin, dədəlik anlayışı strukturuna görə nəslə tabe olan qurum. Odur ki, ata öləndə oğlu onun yerinə keçir və bu, ələvi ənənəsində ocaq adlanır. Ələvi Ocaqları bir-birinə bağlıdır və aralarında nəsil ağacı tipli bir əlaqə mövcuddur. Nəsil ağacının başında Hacı Bektaş Vəlidir. Hər ocağın nəslindən gələn insanlar var. Ocaqların böyük oğulları olan dədələr kiçik qardaşlarından daha yüksək mövqedədirlər. Bu iyerarxik quruluş "əl-ələ, haqq" zehniyyətinin bir hissəsidir. Türkiyədə elə ocaqlar var ki, onların iyerarxiyası tədqiq olunmadığından qurulmamışdır.
Azərbaycanda zəlzələ ocaqları
Zəlzələ — Yer qabığının dərinliklərində toplanan potensial enerjinin təsiri ilə yer səthinin ani titrəməsi. == Zəlzələ == Zəlzələlər təbiətin ən dəhşətli hadisələrindəndir. Hər dəfə fəlakətli zəlzələlər minlərlə insan tələfatına, böyük həcmli iqtisadi itgilərə səbəb olurlar. Analiz göstərir ki, Yerdə baş verən kataklizmlərin yarısından çoxu seysmik fəlakətlərdir. 1755-ci il noyabrın 1-də Atlantik okeanında baş verən zəlzələ çox geniş ərazidə (yüzlərlə kilometr məsafədə) dağıntılara səbəb olmuşdur. Zəlzələ ocağına ən yaxın məsafədə yerləşən Lissabon şəhərinin böyük hissəsi yerlə yeksan olmuş, 15000-ə yaxın ev dağılmış, 50000 nəfərə yaxın insan tələf olmuşdur. Zəlzələ zamanı okean dibinin titrəyişi sunami əmələ gətirmiş, hündürlüyü 30m-ə yaxın olan dəniz dalğaları nəinki yaxındakı Lissabon sahillərində, hətta İngiltərə, Fransa, Almaniya sahillərində də dağıntılara səbəb olmuşdur. İri su dalğaları həmçinin cənubi Amerika sahillərində də müşahidə olun¬muşdur. 1906-cı il aprelin 18-də Kaliforniyada iri San-Andreas qırılmasında baş verən qəfləti üfüqi yerdəyiş¬mə güclü zəlzələyə səbəb olmuş, San-Fransisko şəhəri dağılmaqla bərabər, böyük yanğınlara məruz qalmışdır. Qırılma zonasında yerdəyişmənin amplitudu 7 m-ə çatmışdır.
Azərbaycan Ali Təhsil Ocaqları
Bakının ali təhsil ocaqları
Sovet dövründən bu yana şəhərdə bir çox ali təhsil müəssisəsi yerləşib. Bunlardan ilki isə 1919-cu ildə açılan Bakı Dövlət Universitetidir. 1945-ci ildən Azərbaycan Elmlər Akademiyası da məhz Bakıda yerləşir.
Abşeronun istirahət ocaqları (film, 1975)
Azərbaycanın müalicə ocaqları (film, 1951)
Azərbaycanın müalicə ocaqları filmi rejissor Əlisəttar Atakişiyev tərəfindən 1951-ci ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Filmdə Azərbaycanın ayrı-ayrı bölgələrində fəaliyyət göstərən müalicə ocaqlarından söhbət gedir. == Məzmun == Filmdə Azərbaycanın ayrı-ayrı bölgələrində fəaliyyət göstərən müalicə ocaqlarından söhbət gedir.
Şoranvari yovşan
Şoranvari yovşan (lat. Artemisia salsoloides) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. Rusiyada Belqorodun cənub-şərqində, Voronej vilayətinin cənubunda, Rostov, Volqoqrad, Saratov, Kuybışev, Orenburqda, Başkiriya MR-nın cənub-şərqində, Ukraynanın şərqində, Qazaxıstanın qərbində, Azərbaycanda yayılmışdır. Hamaşçiçəyi dar, sıxılmış süpürgə və ya salxımdır. Səbəti 2,5-3,5 mm uzunluğunda, salxımşəkilli çiçək qrupundadırlar: aşağı yarpaqları 2-3,5 sm uzunluğunda, sadə lələkvari parçalanmışdır. Çılpaq və ya bəzən seyrək ulduzvari tüklüdür. Oktyabr ayında çiçəkləyir, dekabr ayında toxum verir. Təbaşir dövrü qalıqlarının səciyyəvi bitkisidir. Əhəngdaşı və digər daşlı yamaclarda rast gəlinir. Bu növün olması torpağın yuyulmasının ilkin mərhələlərinə və ya cavan təbaşir qalıqlarına aid olduğunu göstərir.