Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Orijinal-maket
Orijinal-maket (camera-ready)– nəşriyyat sistemlərində: sənədin hazırlanmasının elə mərhələsidir ki, onda bütün mətbəə elementləri, qrafik görüntülər öz yerlərində olur və çap xidmətinə verilə bilər. Çap xidməti orijinal-marketin fotoşəklini çəkir və bu fotoşəkillərdən çap formalarının hazırlanmasında istifadə edir. Bəzi səhifə bağlama proqramları elementləri əl ilə düzməklə və quraşdırmamaqla sənədi icra edilməyə tam hazır vəziyyətə imkan verir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Orijinal video animasiya
"OVA" (yap. オーブイエ) və ya OAV — Original Video Animation sözünün abbreviaturası), Yaponiyada anime serialının xüsusi növü.
Disney Channel orijinal filmlərinin siyahısı
Bu məqalə Disney Channel orjinal filmləri haqqındadır.
Ən yaxşı orijinal ssenariyə görə Oskar mükafatı
== 1941 — 1950 ==
Orjinal
Orijinal (lat. originalis - ilkin) — ilkin, saxta olmayan.Orijinal – (lat. originalist (originalis)) – ən birinci, əvvəlinci, ilk, birinci, ilkin; Dərc edilmək üçün təqdim olunan elanın və ya başqa materialın əsli; Əsl, öz kökünun əsasında olan; 3)Özünəməxsus, özümlü; Hər hansı bir əsərin əlyazması, əsli (tərcümə, surət və s. fərqli olaraq), birinci, əsas nüsxəsi: ilk variantı; Beynəlxalq ticarət əqdlərində sənədin, müqavilənin birinci nüsxəsindəki möhür, ştamp; Özünəməxsus davranışlı, qəribə adam. == Həmçinin bax == Əlyazma == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
American Beauty: Original Motion Picture Score
“American Beauty: Original Motion Picture Score” 1999-cu ildə təqdim edilmiş “Amerikansayağı gözəllik” filminin Tomas Nyuman tərəfindən yazılmış orijinal film musiqisidir. Film, Ən Yaxşı Orijinal Film Musiqisi nominasiyasında Oskar mükafatına (“Qırmızı violonçel” filmi qazanmışdır) və eyni nominasiyada Qızıl Qlobus mükafatına ("1900-ün əfsanəsi" filmi qazanmışdır) namizd göstərilmiş BAFTA mükafatlarının təqdim edilməsi mərasimində “Film Musiqisinə görə Entoni Osquit Mükafatı”na layiq görülmüşdür. Film musiqisi albomu “Bədii film, televiziya və ya digər visual mediada Ən Yaxşı Orijinal Musiqi” nominasiyasında Qremmi mükafatına layiq görülmüş, prodüsser Bill Bernşteyn, mühəndis Dennis Sends və Nyuman mükafat almışlar. Film musiqisi albomu 5 oktyabr 1999-cu ildə həm də “American Beauty: Music from the Original Motion Picture Soundtrack” adı ilə çıxarılmışdır. Həmin alboma müxtəlif ifaçıların mahnıları daxil edilmişdi ki, onlardan ikisi - "Dead Already" və "Any Other Name." – də Nyumanın yazdığı musiqilər idi. 'Any Other Name', 'Dead Already' və 'American Beauty' musiqilər filmin treylerlərində də istifadə edilmiş və film musiqiləri arasında ən məşhurları olmuşlar. == Treklərin siyahısı == "Dead Already" 3:17 "Arose" 1:05 "Power of Denial" 1:43 "Lunch with the King" 2:26 "Mental Boy" 1:43 "Mr.
Brokeback Mountain: Original Motion Picture Soundtrack
Brokeback Mountain: Original Motion Picture Soundtrack - Enq Linın "Qozbel dağ" filminin musiqilərinin satışa çıxarıldığı albom. Albom 1 noyabr 2005-ci ildə buraxılmışdı. == Musiqi albomu == "Qozbel dağ" filminin orijinal film musiqisi albomu 2005-ci ildə satışa çıxarılmışdır. Orijinal partitura və musiqinin bəstəkarı Qustavo Santaolalladır. Bütün dünya üzrə albomun 300 000-dən artıq nüsxə ilə satılmışdır ki, ondan da 100 000-i ABŞ-nin payına düşürdü.Albom iki Qızıl Qlobus mükafatına nominasiya almışdır: Ən yaxşı orijinal musiqi və Ən yaxşı orijinal mahnı ("A Love That Will Never Grow Old"), həmçinin Qremmi mükafatına da nominasiya edilmişdi. == CD trek siyahısı == "Opening" - Qustavo Santaolalla – 1:31 "He Was a Friend of Mine" - Villi Nelson – 4:42 "Brokeback Mountain I" - Qustavo Santaolalla – 2:32 "A Love That Will Never Grow Old" - Emmylou Harris – 3:20 "King of the Road" - Teddi Tompson & Rufus Ueynrayt – 2:53 "Snow" - Qustavo Santaolalla – 1:18 "The Devil's Right Hand"- Stiv Örl – 2:34 "No One's Gonna Love You Like Me" - Meri Mak Brayd – 3:06 "Brokeback Mountain II" - Qustavo Santaolalla – 1:59 "I Don't Want to Say Goodbye"- Teddi Tompson – 3:12 "I Will Never Let You Go" - Ceki Qrin – 1:55 "Riding Horses" - Qustavo Santaolalla – 1:24 "An Angel Went Up in Flames" - The Gas Band – 2:36 "It's So Easy" - Linda Ronstadt – 2:27 "Brokeback Mountain III" - Qustavo Santaolalla – 2:14 "The Maker Makes" - Rufus Ueynrayt – 3:50 "The Wings" - Qustavo Santaolalla – 1:52 == "The Wings" CD sinqlı üçün trek siyahısı == "The Wings" (Gabriel & Dresden's Organized Nature Remix) "The Wings" (Manny Lehman, Tony Moran & Warren Rigg Collaboration Remix) "The Wings" (Manny Lehman Remix) == Tam soundtrek siyahısı == Filmdə orijinal kompozisiyalar istifadə olunmuşdu: "Universal Pictures fanfara" – Ekranda Universal Pictures titrları "Focus Features fanfara" – Ekranda Focus Features titrları "River Road Entertainment fanfare" – Ekranda River Road Entertainment titrları "Opening" - Qustavo Santaolalla – Filmin əvvəli; Ennis Signala (Vayominq) gəlir "Brokeback Mountain #1" - Qustavo Santaolalla – Cek & Ennis qoyunları otarmağa gedirlər "Camp" - Qustavo Santaolalla – Cek və Ennis qoyunları otaran vaxt №1 lagerinə üz tuturlar. "Streets of Laredo (song)" ("Laredo küçəsi" ilə də tanınır) – Ennis dağda ayının izinə düşür "Carrying Sheep" - Qustavo Santaolalla – Montaj: Cek düşərgədən çıxaraq Ennislə birgə palatka qurur. Amma Cek, palatkaların "düz quraşdırılmadığını" deyir "Harmonica #1" - Qustavo Santaolalla – Cek riffdə "O mənim dostum idi" mahnısını çalır (No. 53) "Water Walkin' Jesus" – Cek və Ennis ocağın ətrafında din haqqda söhbət edirlər. "Getting Drunk" - Qustavo Santaolalla – Ennis, viskidən çox içərək sərxoş olur və ocağın yanında yatır "Horse Love" - Qustavo Santaolalla – Ennis düşərgəni tərk edir; ölü qoyunları tapır; palatkada Cek və Ennis cinsi əlaqədə olurlar.
Cucumis melo var. vaughans-original-osage
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Kriminal
Cinayətin klassik formal tərifi Fransanın 1791-ci ildə və az sonra 1810-cu ildə qəbul edilən cinayət məcəllələrində verilmişdir. Bu tərif az dəyişiklə bu gün də cinayət qanununda saxlanılır. Varislik prinsipinin tələblərini qoruyaraq Fransanın 1992-ci il Cinayət Məcəlləsində də sosial təhlükəlilik dərəcəsinə görə və əməlin yetirdiyi ziyanın ağırlıq dərəcəsindən asılı olaraq cinayətlərin kriminal əməl, kriminal xəta və kriminal pozuntu kimi növləri fərqləndirilir. Kriminal əməl, barəsində rüsvayedici cəzalar tətbiq edilən əməl kimi, kriminal xəta barəsində islahedici cəza tətbiq edilən davranış kimi, kriminal pozuntu isə törədilməsinə görə cəza tətbiq edilən əməl kimi xarakterizə edilir. Belə tərif məhkəmə hakimiyyətinin fəaliyyətini qanuni çərçivəyə yönəltsə də cinayətin sosial tələbini açmadığına görə formal xarakterə malikdir. Çezare Bekkariya hələ 1764-ci ildə özünün "Cinayətlər və cəzalar" adlı məşhur əsərində yazırdı: "Cinayətlərin həqiqi ölçüsünü onun cəmiyyətə yetirdiyi ziyan müəyyən edir". Ç. Bekkariya əməlin ictimai təhlükəliliyinə hakim mövqedən qiymət verilməsini tənqid edirdi. Onun fikrincə silki (sinfi) mənsubiyyətə görə oğurluğa və qətlə görə təqiblərin müxtəlifliyi və tətbiq edilən cəzaların qeyri-bərabərliyi ədalətlilik və borc haqqında olan anlayışları dağıdır, əvəzində təsəvvürlərində hakim və məhkum təbəqə üçün eyni dərəcədə təhlükəli olan əməllər ətrafında belə "güclünün hüququ" kimi baxış yaradır. Beləliklə, cinayətin maddi tərifinin verilməsinə ilk cəhd Çezari Bekkariya tərəfindən edilmişdir. İnqilabdan sonra rus kriminalistləri arasında cinayətin qanunda veriləcək anlayışı ətrafında qızğın mübahisə olunmuşdur.
Smooth Criminal
Smooth Criminal (ing. Smooth Criminal – "Qüsursuz Cinayət", oxunuşu: Smuz Kriminal) – Maykl Cekson tərəfindən 1987-ci ildə ifa edilən mahnı. Bu mahnı Maykl Ceksonun Bad albomuna daxil olan 7-ci mahnıdır. "Smooth Criminal" mahnısına uyğun olaraq "Ay piyadası" filmi çəkilmişdir. Mahnının nəqarəti "Annie are you ok?" (azərb. Enni sən yaxşısan?‎) sözlərindən ibarətdir. == Mahnı haqqında == Smooth Criminal mahnısı Bad mahnısı ilə birlikdə ön plana çıxmış və dövrünün məşhur bir mahnısı olmuşdur. Mahnının fərqli versiyaları vardır. Uzun videoda mahnıya oynağalar edilmişdir. Rəqsçilərin motivasiyası üçün Michaelin fikri olaraq klipin ortasında musiqi kəsilər və hər kəs qışqırıqlar etməyə başlayarlar.
Kriminal psixologiya
Kriminal psixologiya— Kriminal psixologiya hüquq psixologiyasnın mühüm sahələrindən biri olub hüquq pozğunluğunun psixoloji mexanizmlərini və cinayət əməlinə yol verən hüquqpozanların psixoloji xüsusiyyətlərini öyrənir.Başqa sözlə kriminal psixologiya ayrı-ayrı şəxslərdə cinayətkar yönümün,cinayətkarlığa meyilliyin,cinayət törətmək fikrinin,niyyətinin yaranmasının cinayətin hazırlanılması və həyata keçirilməsinin eləcədə cinayətkar davranış streotipinin yaranmasının psixoloji qanunauyğunluqlarını öyrənir. Kriminal psixologiyada cinayətkar davranışla bağlı psixoloji xüsusiyyətlərinin öyrənilməsi zərurəti,hər şeydən əvvəl praktikanın tələbləri ilə şərtlənir,yəni cinayətkarlığa qarşı mübarizə aparmaq tələbatı ilə bağlıdır. Kriminal psixologiyada cinayətkar şəxslərin, həm də cinayətkar qrupların strukturu psixoloji xüsusiyyətləri öyrənilir. == Kriminal psixologiyanın predmeti və vəzifələri == Hüquqazidd niyətin yaranmasına insanın malik olduğu sinir sisteminin tipi,temperamenti,xarakteri, eləcədə intellekt və şüur səviyyəsi də təsir edir. Odur ki,şəxsiyyətin təşəkkülündə bioloji və sosial amillərin rolu, həmin amilərin sosial inkişaf prosesindəki yerinə və mövqeyinə görə nəzərdən keçirilməlidir. Doğrudur insanın təbii imkanları,cinsi xüsusiyyətləri,sinir sisteminin tipləri anadan olarkən mövcud olur. Lakin həmin anadangəlmə təbii imkanlara,sinir tiplərinə valideynlərin sağlamlıq səvyyəsi ilə yanaşı,xüsusən də anaların alkoqolizmə,narkotik maddələrə alışması ciddi mənfi təsir göstərir. Yəni yeni doğulan uşaqların orqanizmində həmin amillərin təsiri ilə müxtəlif xəstəlik və pozğunluqlar özünü göstərir.Kriminal psixologiyada cinayətkarın şəxsiyyəti ilə onun sosial mühitinin qarşılıqlı əlaqəsinə kompleks hlda yanaşma, yəni mühit və şəxsiyyətin müxtəlif çalarları münasibətlər sistemini ətraflı öyrənmək və nəzərə almaq lazımdır. Təsadüfi deyildir ki, cinayətkarlığın strukturu və vəziyyəti və inkişaf dinamikası araşdırılarkən nəinki cinayət faktları, həm də cinayətkarlar kontingenti, başqa sözlə, cinayətkar qrup və ya dəstə də ətraflı öyrənilir.Bu yolla əldə edilən faktların eləcə də subyektiv amillərin ümumiləşdirilməsi cinayətkarlığın dinamikasını da daha dəqiq sürətdə proqnozlaşdırmağa imkan verir. Həm də cinayətkarlığın sosial proseslərə təsirini də müəyyən etməyə imkan verir.Eləcə də cinayətkarlığa qarşı mübarizəni əsaslı sürətdə təşkil etməyə imkan verir.
Kriminal qiraət (film, 1994)
Kriminal qiraət (ing. Pulp Fiction) — Kventin Tarantinonun filmlərindən biri, adı XX əsrin ortalarında yayılmış kriminal jurnallar və novellalardan gəlir. O dövrdə ucuz, aşağı keyfiyyətli kağızlardan istifadə edilərək nəşr olunan nəşrlər belə adlanırdı. Filmdəki obrazlardan Vinsent Veqa da belə bir kitab oxuyur. Filmin özü də belə ucuz romanların mövzusu ilə oxşarlıq təşkil edir. Rollarda: Con Travolta (muzdlu qatil Vinsent Veqa), Semuel L. Cekson (Veqanın dostu Jul Vinnfild), Uma Turman (Mia Volles) və Brüs Uillisdir (Baç Kulic). Prodüserləri Lourens Bender və Kventin Tarantino, distribütoru "Miramax Films"dir. Filmdə Xarvey Keitel ve Kristofer Uoken kimi güclü aktyorların da rol alması bir yana, Tarantino özü də balaca bir rolda görünür. Film üç fərqli hissədən ibarətdir. Premyerası 1994-cü il sentyabrın 23-də olub.
Lombroso Kriminal Antropoloji Muzeyi
Lombrozo Kriminal Antropoloji Muzeyi (it. Museo di antropologia criminale Cesare Lombroso) — İtaliyanın Turin şəhərində yerləşən muzey. == Tarixi == Muzeyin əsası 1876-cı ildə qoyulmuşdur. == Eksponatları == Bu muzeyin əsas eksponatları insanın kəllə sümükləridir. Muzeydə 400-dən çox insanın kəllə sümüyü var. Həkim Çezare Lombrozonun da kəlləsi buradadır. Belə ki, həmin həkim qatillərin, əsgərlərin və ruhi xəstələrin beyinləri üzərində uzun müddət araşdırmalar aparıb. Onun araşdırmalarının nəticələri 1898-ci ildən bu günə kimi həmin muzeydə saxlanılır.
Lombrozo Kriminal Antropoloji Muzeyi
Lombrozo Kriminal Antropoloji Muzeyi (it. Museo di antropologia criminale Cesare Lombroso) — İtaliyanın Turin şəhərində yerləşən muzey. == Tarixi == Muzeyin əsası 1876-cı ildə qoyulmuşdur. == Eksponatları == Bu muzeyin əsas eksponatları insanın kəllə sümükləridir. Muzeydə 400-dən çox insanın kəllə sümüyü var. Həkim Çezare Lombrozonun da kəlləsi buradadır. Belə ki, həmin həkim qatillərin, əsgərlərin və ruhi xəstələrin beyinləri üzərində uzun müddət araşdırmalar aparıb. Onun araşdırmalarının nəticələri 1898-ci ildən bu günə kimi həmin muzeydə saxlanılır.
Sword Art Online: Ordinal Scale
Sword Art Online: Ordinal Scale (ソードアート・オンライン -オーディナル・スケール-, Sōdo Āto Onrain -Ōdinaru Sukēru-, azərb. Onlayn Qılınc Sənəti: Sıra şkalası‎) – abec-in rəssamlığı ilə Reki Kavahara tərəfindən yazılan "Sword Art Online" ranobe seriyası əsasında çəkilmiş 2017-ci il istehsalı elmi fentezi anime filmi. Film A-1 Pictures studiyası tərəfindən çəkilmişdir. Rejissoru Tomohiko İto, ssenaristi Reki Kavahara, personaj dizayneri Şinqo Adaçı, bəstəkarı Yuki Kaciuradır. Yaponiya, Almaniya, Cənub-şərqi Asiyada 18 fevral 2017-ci ildə, Meksikada 4 mart 2017-ci ildə, ABŞ-də 9 mart 2017-ci ildə buraxılmışdır. == Məzmun == 2026-cı ildə yeni virtual reallıq sistemi Augma təqdim olunur. Augma NerveGear və AmuSphere-dən sonra virtual reallıq texnologiyalarının 3-cü nəslidir. Bu iki texnologiyadan fərqli olaraq Augma tam dalış etmir, artırılmış reallığa əsaslanır. Augma əsasında buraxılmış yeni oyun isə "Ordinal Scale" (OS) adlanır. "Ordinal Scale" oyununda oyunçular bacarıqlarına əsasən sıralanırlar.