Kriminal psixologiya
Kriminal psixologiya— Kriminal psixologiya hüquq psixologiyasnın mühüm sahələrindən biri olub hüquq pozğunluğunun psixoloji mexanizmlərini və cinayət əməlinə yol verən hüquqpozanların psixoloji xüsusiyyətlərini öyrənir.Başqa sözlə kriminal psixologiya ayrı-ayrı şəxslərdə cinayətkar yönümün,cinayətkarlığa meyilliyin,cinayət törətmək fikrinin,niyyətinin yaranmasının cinayətin hazırlanılması və həyata keçirilməsinin eləcədə cinayətkar davranış streotipinin yaranmasının psixoloji qanunauyğunluqlarını öyrənir. Kriminal psixologiyada cinayətkar davranışla bağlı psixoloji xüsusiyyətlərinin öyrənilməsi zərurəti,hər şeydən əvvəl praktikanın tələbləri ilə şərtlənir,yəni cinayətkarlığa qarşı mübarizə aparmaq tələbatı ilə bağlıdır. Kriminal psixologiyada cinayətkar şəxslərin, həm də cinayətkar qrupların strukturu psixoloji xüsusiyyətləri öyrənilir.
== Kriminal psixologiyanın predmeti və vəzifələri ==
Hüquqazidd niyətin yaranmasına insanın malik olduğu sinir sisteminin tipi,temperamenti,xarakteri, eləcədə intellekt və şüur səviyyəsi də təsir edir. Odur ki,şəxsiyyətin təşəkkülündə bioloji və sosial amillərin rolu, həmin amilərin sosial inkişaf prosesindəki yerinə və mövqeyinə görə nəzərdən keçirilməlidir. Doğrudur insanın təbii imkanları,cinsi xüsusiyyətləri,sinir sisteminin tipləri anadan olarkən mövcud olur. Lakin həmin anadangəlmə təbii imkanlara,sinir tiplərinə valideynlərin sağlamlıq səvyyəsi ilə yanaşı,xüsusən də anaların alkoqolizmə,narkotik maddələrə alışması ciddi mənfi təsir göstərir. Yəni yeni doğulan uşaqların orqanizmində həmin amillərin təsiri ilə müxtəlif xəstəlik və pozğunluqlar özünü göstərir.Kriminal psixologiyada cinayətkarın şəxsiyyəti ilə onun sosial mühitinin qarşılıqlı əlaqəsinə kompleks hlda yanaşma, yəni mühit və şəxsiyyətin müxtəlif çalarları münasibətlər sistemini ətraflı öyrənmək və nəzərə almaq lazımdır. Təsadüfi deyildir ki, cinayətkarlığın strukturu və vəziyyəti və inkişaf dinamikası araşdırılarkən nəinki cinayət faktları, həm də cinayətkarlar kontingenti, başqa sözlə, cinayətkar qrup və ya dəstə də ətraflı öyrənilir.Bu yolla əldə edilən faktların eləcə də subyektiv amillərin ümumiləşdirilməsi cinayətkarlığın dinamikasını da daha dəqiq sürətdə proqnozlaşdırmağa imkan verir. Həm də cinayətkarlığın sosial proseslərə təsirini də müəyyən etməyə imkan verir.Eləcə də cinayətkarlığa qarşı mübarizəni əsaslı sürətdə təşkil etməyə imkan verir.