Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Orqanik aşınma
Aşınma — süxurların və mineralların mexaniki parçalanması və kimyəvi dəyişməsi proseslərinin məcmusuna deyilir. Aşınma əsasən quru səthində gedir, su hövzələrinin dibində gedən aşınma prosesi isə Halmiloriz adlanır. Aşınma əsasən üç növə ayrılır. 1. Fiziki ( mexaniki) , 2. Bioloji, 3. Kimyəvi. Mexaniki və ya fiziki aşınmaya əsas səbəb temperaturun kəskin dəyişməsi, süxur çatlarında suyun donması, külək , buzlaq və başqa amillərin təsirilə süxurların kövrəkləşməsi və mexaniki parçalanmasıdır. Bioloji aşınma canlı orqanizmlərin, bitki və heyvanların fəaliyyəti nəticəsində süxurların mexaniki parçalanması, ovulması və ya tərkibinin kimyəvi dəyişməsidr. Kimyəvi aşınma - hava, su və üzvi aləmin kimyəvi aktiv birləşməsidir.
Antiinhisar orqanı
Antiinhisar orqanı — əmtəə və xidmətlərin istehsalı və satışında azad rəqabəti qorumaq, bazar (inhisar) səlahiyyətindən sui-istifadənin qarşısını almaq və razılaşdırılmış hərəkətləri (kartel müqavilələri) məhdudlaşdırmaq məqsədilə bazarları tənzimləyən rəsmi dövlət təşkilatı. Antiinhisar orqanlarının iki əsas səlahiyyət növü ola bilər. Birincisi, orqana bazar gücünün konsentrasiyasının qarşısını almaq səlahiyyəti verilə bilər (birləşmələrə qadağa, iri firmaların məcburi ayrılması). İkincisi, bazar səlahiyyətlərindən sui-istifadənin qarşısını almaq və bazar iştirakçılarının bir-biri ilə sövdələşməsinin qarşısını almaq üçün orqana iri firmaların fəaliyyətinə nəzarət etmək səlahiyyəti verilə bilər. Antiinhisar orqanlarının hüquqi əsasını antiinhisar qanunvericiliyi təşkil edir. Rəqabət orqanları demək olar ki, bütün bazar iqtisadiyyatlarında mövcuddur. İqtisadi nöqteyi-nəzərdən antiinhisar orqanlarının mövcudluğu onunla bağlıdır ki, haqsız rəqabət və bazar səlahiyyətlərindən sui-istifadə bazarın uğursuzluğunun səbəblərindən biridir. Bazar uğursuzluqları istehsalın aşağı düşməsinə, qiymətlərin yüksəlməsinə, sosial rifahın aşağı düşməsinə və nəticədə iqtisadiyyatda resurslardan qeyri-optimal istifadəyə gətirib çıxarır. Bundan əlavə, aşağı rəqabətin nəticəsi texnoloji tərəqqinin yavaşlaması, istehsal xərclərinin artması və malların keyfiyyətinin azalması ola bilər. == İqtisadi səbəblər == İqtisadi nəzəriyyədə sübut edilmişdir ki, sosial rifahın maksimumu tam rəqabətli bazarda əldə edilir.
Dad orqanı
Dad orqanına - dad tumurcuqları aiddir. İnsanda dad tumurcuqları başlıca olaraq dildə olan məməciklərdə yerləşir. Bundan başqa qırtlaq qapağında, udlağın arxa divarında və yumşaq damaqda da dad tumurcuqlarına təsadüf edilir.Həmin məməciklərdə fizioloji xassəsinə görə müxtəlif növ dad reseptorları yerləşir. Bu reseptorlardan şirin dadı dilin ucu, acı dadı dilin kökü,turş dadı dilin yanları, duzlu dadı isə dilin yanları və ucu hiss edir. Yetişkin insanın dilində orta hesabla 2000-4000 dad reseptorları olur. Dadbilmə qabiliyyətinə cavabdeh olan sensor hüceyrələr bu reseptorlarda yerləşir və demək olar ki, hər həftə yenilənirlər.Dad reseptorları suda həll olmuş maddələrin təsirindən qıcıqlanır. Deməli, dad reseptorları kimyəvi qıcıqların təsiri ilə oyanır. Reseptorlarda əmələ gəlmiş oyanma dad sinirlərinin bu və ya digər lifləri ilə beyin yarımkürələri qabığının qoxu nahiyyəsi yanındakı dad nahiyyəsinə ötürülür. Burada qidanın dadı: acı,şirin,turş və duzlu olması müəyyən edilir. İnsanın həyatında dad hissiyyatının da böyük əhəmiyyəti vardır.Yer kürəsi əhalisinin təqribən 4/1-də çox güclü inkişaf etmiş dadbilmə qabiliyyəti olur ki, bu da onların ən incə dadları -xususilə də acı dadları daha da güclü bilmələrini xarakterizə edir.
Dövlət orqanı
Dövlət orqanı və ya dövlət agentliyi — əsas etibarı ilə təyin edilmiş bir vəzifə olaraq dövlətin mexanizmində əsaslı və ya qismən qurulmuş bir təşkilat; kəşfiyyat idarəsi kimi müəyyən orqanların idarəsi və işləməsinə cavabdehdir. Dövlət qurumlarının çox sayda növü vardır.
Müvazinət orqanı
Vestibulyar aparat (lat. vestibulum) — insanlarda və heyvanlarda başın və bədənin vəziyyətinin dəyişməsinə əsasən müvazinəti bərpa edən orqan, daxili qulağın labirintində yerləşir. == Müvazinət üzvi olan vestibulyar aparatı == Daxili qulağın labirintində ilbizdən başqa iki balaca torbacıq- girdə və oval torbacıq, habelə bir-birinə perpendikulyar müstəvidə yerləşmiş üç yarımdairəvi kanal vardır. Torbacıqlar yarımdairəvi kanallar ilə birlikdə müvazinət üzvi olan vestibulyar aparatı əmələ gətirir. Bu aparatın torbacıqları divarında çoxlu miqdarda reseptor hüceyrələr yerləşir ki, bunların da hər birinin ucunda həssas tükcük olur. Həmçinin, burada çox xırda əhəngli törəmələr (otolitlər) də vardır.Bədənimiz adi vəziyyətdə olduqda həmin xırda əhəngli törəmələr təzyiq edərək altdakı hüceyrələrin tükcüklərini qıcıqlandırır. Lakin bədənimizin vəziyyəti dəyişdikdə başqa hüceyrələr qıcıqlanmağa başlayır və bunlardan gələn oyanma beyin yarımkürələri qabığının müvafiq nahiyyələrinə ötürülür. Yarımdairəvi kanalların enli ağzında yerləşən həssas hüceyrələrin reseptorları həmin kanalların içərisindəki mayenin təzyiqindən qıcıqlanır. Yarımdairəvi kanallar bir-birinə perpendikulyar yerləşdiyindən bədənimizin vəziyyəti dəyişdikdə həmin kanallardakı maye bu və ya digər reseptorları qıcıqlandırır. Müvafiq hüceyrələrdə əmələ gələn oyanma bədənimizin qeyri-adi vəziyyət alması haqqında xəbərləri beyinin müvafiq nahiyyəsinə aparır.
Qoxu orqanı
Qoxu orqanı — bəzi heyvanların həyatında əhəmiyyətli rol oynayır. İnsanda qoxu orqanı ətraf aləmin tanınmasında böyük əhəmiyyət kəsb edir. Həm tənəffüsdə, həm də qoxunun qəbulunda burun boşluğu əsas rol oynayır. Burun sümük, qığırdaq və əzələlərdən təşkil olunub. Onun içərisində yerləşən xırda vəzilər selik ifraz edir ki, bu da burun boşluğuna düşmüş tozu kənarlaşdırmağa xidmət edir. Qoxu hüceyrələri müxtəlif iyləri hiss etməyə imkan verir. Qaz halında olan iyli maddələr qoxu hüceyrələrini qıcıqlandırır. Həmin qıcıqlardan oyanan reseptorlar qıcıqları qoxu siniri ilə beyin yarımkürələri qabığının gicgah hissəsində olan qoxu nahiyəsinə örtürür və müxtəlif qoxular burada ayırd edilir.İnsanda bu hissiyyat bir çox heyvanlara nisbətən zəif inkişaf etmişdir. Heyvanlar qoxu hissiyatı ilə düşmənin yaxınlaşdığını müəyyən edir, hətta qidasını iyinə görə tapır. İnsanlar qoxu hissiyyatı vasitəsilə qidaları bir-birindən seçir, atmosferin qaz tərkibini müəyyən edir və həmçinin, təbiətin müxtəlif ətirli gül və çiçək qoxularından zövq alır.İnsanın qoxu orqanı onun dad almasına da kömək edir.
Yerli özünüidarəetmə orqanı
Bələdiyyə — qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə forması. Bələdiyyənin öz mülkiyyəti, yerli büdcəsi və seçkili bələdiyyə orqanları mövcuddur və o, konstitusiya və qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər. "Bələdiyyə" və "yerli özünüidarə" terminləri və bunların iştirakı ilə düzələn söz birləşmələri bələdiyyə, onların orqanları, yerli özünüidarə funksiyalarının həyata keçirilməsi ilə bağlı olan müəssisə, idarə və təşkilatlar, mülkiyyət obyektləri və başqa obyektlər barəsində, habelə əhali tərəfındən yerli özünüidarənin həyata keçirilməsi ilə əlaqədar digər hallarda işlədilir. Yerli əhali — Bələdiyyə ərazisində daimi yaşayan əhali. Yerli referendum — Əhalinin yerli səsverməsidir. Bələdiyyə mülkiyyəti — bələdiyyəyə mənsub olan bütün növ daşınar və daşınmaz əmlakdır.Bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyə müəssisələri və təşkilatları, bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə, təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələri, digər daşınar və daşınmaz əmlak daxildir. Bələdiyyələrə seçkilər vətəndaşların qanunla müəyyənləşdirilmiş seçki hüquqları təmin edilməklə, ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi, gizli səsvermə yolu ilə həyata keçirilir. Ümumiyyətlə, xarici təcrübədə yerli özünüidarəetmə orqanlarının 5 struktur modeli mövcuddur.
Orqanizm
Orqanizm (lat. organismus – qururam, q.yun. ὄργανον − alət) — diri orqanizm, diri varlıq, canlı orqanizm, canlı varlıq — biologiya sahəsində heyvan, bitki, kif, mikrob kimi tək bir vücud əmələ gətirən yekdil sistemdir. Hüceyrədən ibarət olub, qeyri-canlı materiyadan onu fərqləndirən amillərə malik olan bioloji vücuddur. Bilinən bütün orqanizmlər bu xarakterlərin bir çoxuna sahibdir: nizamlılıq, böyümə və bölünmə, inkişaf, çoxalma, maddələr mübadiləsi, qıcıqlanma, uyğunlaşma (adaptasiya) və xarici mühitlə daxili mühitin fiziki və kimyəvi tarazlığını saxlama (hemostaz). Biologiyanın əsas predmetidir. == Orqan == Mənşəyinə, quruluşuna və yerinə yetirdiyi funksiyalara görə bir-birinə oxşar hüceyrələr və hüceyrəarası maddələr birləşib toxumanı əmələ gətirir. Orqan (üzv) bədənin müəyyən forması, quruluşu, yeri olan, bir və ya bir neçə funksiyanı yerinə yetirən hissəsinə deyilir. Orqanların bir qismi bədən boşluğunda yerləşir ki, bunlara daxili orqanlar deyilir. Hər bir orqan bir neçə toxumadan əmələ gəlmişdir, lakin bunlardan biri həmişə çoxluq təşkil edir və orqanın əsas funksiyasını müəyyən edir.
Pryanik
== Tərkibi == 100 qr xama 2 x.q. günəbaxan yağı 1,5 x.q. xəmir qabardıcı 125 qr kəsmik 125 qr kefir və ya qatıq 250 qr şəkər 1 x.q. vanil şəkəri 500 qr un 2 yumruta 250 qr pudra şəkəri == Hazırlanması == Günəbaxan yağı, xəmirqabardıcı, xama, kefir, şəkər, kəsmik, vanil şəkəri və 2 yumurta sarısı dərin bir qabda qaşıqla qarışdırılır.10 dəqiqə dincəlməyə qoyulur. Sonra un əlavə edilib xəmir yoğrulur və 20 dəqiqə dincə qoyulur. Hazır xəmir təxminən 1,5 sm qalınlığında yayılır və ondan balaca dairələr kəsilir. Duxovka listi hazırlanır, kəsilmiş xəmir yumruları bir-birinə yaxın olmayacaq şəkildə düzülür. 180 dərəcə istilikdə 15 dəqiqə bişirilir. 2 yumurta ağı köpüklənənə qədər çırpılır, ona tədricən 250 qr pudra şəkəri əlavə olunur. Bu qarışıqdan isti pryaniklərə fırça ilə çəkilir.
Müqəddəs Pyotr bazilikasının orqanı
Müqəddəs Pyotr bazilikasının əsas orqanı 1953-1962-ci illər arasında Roma şəhərində və mühəndis Valkerin orqan nümunələri əsasında Tamburini adlı məşhur italyan şirkəti tərəfindən hazırlanmışdır. Xor sütunlarının arxasında yerləşən orqan iki hissəyə ayrılıb və 80 registrdən ibarətdir. Musiqi nöqteyi-nəzərindən orqan binanın ümumi həcminə uyğun gəlmirdi və bu səbəbdən də o, “Dünyanın ən möhtəşəm xor orqanı” tituluna layiq görülmüşdür. XIX və XX əsrin başlanğıcında bir çox ustaların təklif buyurduqları daha sadə, lakin öz proporsiyaları ilə xor hissəsinə ahəngdarlıq bəxş etmə qabiliyyətinə sahib olacaq orqan layihələrindən heç birisi reallaşdırılmamışdır. Yuxarıda adı qeyd olunmuş korpusun qarşısındakı xor kapellalarında iki ədəd iki manuallı orqan quraşdırılmışdır. 1887-ci ildə hazırlanmış Morettini orqanı 18 registrə, Tamburini şirkətinə məxsus orqan isə 21 registrə malikdir. Almaniyalı siyasətçi və SPD partiyasının üzvü Helmut Şmidt tərəfindən Roma Papasına 1981-ci ildə hədiyyə edilmiş Valker orqanı özündə cəmi 11 registri birləşdirir. 1989-cu ildən etibarən, MPB-nın baş orqanisti vəzifəsini Ceyms Edvard Göttçe icra edir. == Əsas orqan == === Tarix === ==== XVI-XVIII əsrlər ==== Bazilikanın inşası zamanı, günbəzin aşağısındakı hər dörd emporanın divarlarında kilsə musiqisinin ifa edilməsi üçün orqanların yaradılması planlaşdırılırdı. Qalereyalardan səslənən multixoral musiqisi o dövrün ifaçılıq təcrübəsinə uyğun gəlir; günümüzdə buna bənzər ansamblı Zalsburq kafedralında görmək mümkündür.
Orqan
Orqan — [yun. organon – alət] 1)mətbəədə kütləvi informasiya vasitələri, dövri nəşrlər (qəzetlər, jurnallar); 2)ictimai həyatın bu və ya digər sahəsində müəyyən vəzifələri yerinə yetirən idarə; 3)özünün idarəetmə səlahiyyətlərinə malik olan hüquqi şəxsin struktur bölməsi. Orqan (insan) Orqan (heyvan) Orqan (bitki) Orqan (biologiya) Orqan (musiqi aləti) == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Canlı orqanizm
Orqanizm (lat. organismus – qururam, q.yun. ὄργανον − alət) — diri orqanizm, diri varlıq, canlı orqanizm, canlı varlıq — biologiya sahəsində heyvan, bitki, kif, mikrob kimi tək bir vücud əmələ gətirən yekdil sistemdir. Hüceyrədən ibarət olub, qeyri-canlı materiyadan onu fərqləndirən amillərə malik olan bioloji vücuddur. Bilinən bütün orqanizmlər bu xarakterlərin bir çoxuna sahibdir: nizamlılıq, böyümə və bölünmə, inkişaf, çoxalma, maddələr mübadiləsi, qıcıqlanma, uyğunlaşma (adaptasiya) və xarici mühitlə daxili mühitin fiziki və kimyəvi tarazlığını saxlama (hemostaz). Biologiyanın əsas predmetidir. == Orqan == Mənşəyinə, quruluşuna və yerinə yetirdiyi funksiyalara görə bir-birinə oxşar hüceyrələr və hüceyrəarası maddələr birləşib toxumanı əmələ gətirir. Orqan (üzv) bədənin müəyyən forması, quruluşu, yeri olan, bir və ya bir neçə funksiyanı yerinə yetirən hissəsinə deyilir. Orqanların bir qismi bədən boşluğunda yerləşir ki, bunlara daxili orqanlar deyilir. Hər bir orqan bir neçə toxumadan əmələ gəlmişdir, lakin bunlardan biri həmişə çoxluq təşkil edir və orqanın əsas funksiyasını müəyyən edir.
Hiperqalin orqanizm
Hiperqalin orqanizm- yüksək duzluluğa malik su hövzələrində yaşayan orqanizm- Artemia salina xərçəngi
Ortanis (Salmas)
Ortanis (fars. اورتانيس‎‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 98 nəfər. yaşayır (20 ailə).
Alfredo Oriani
Alfredo Oriani (it. Alfredo Oriani), (d. 22 avqust 1852, Faentsa -v. 18 oktyabr 1909, Kasola Velsenio)- italiya yazıçısı == Həyatı == Alfredo Oriani Ravenna əyalərinin Faentsa şəhərində, xırda imtiyazlı zadəgan ailəsində anadan olmuşdur. Hələ gənc ikən qələmə aldığı “Hüddudan kənarda” (1877) və “Yox” (1881) romanlərı, həmçinin “Yabanı ot” (1879) və “Kvartet” (1883) hekayələr toplusu yerli ədəbi tənqid tərəfindən “mənəviyyatdan kənar” əsərlər kimi xarakterizə edilmişdir. olunmuşdur. Bundan sonra işıq üzü gprən “Düşmən” romanlarında Rusiya cəmiyyətindəki nihilistlər mühitində cərəyan edən hadisələr canlandırılırdı. “Qısqannclıq” (1894), “Məğlubiyyət” (1896) və “Burulğan” (1899) romanı məişət psixologiyasından bəhs edir. 1908- ci ildə yazdığı “İdeal çevriliş” risaləsində İtalyanın yüksəlişini hakimiyyətə gələcək güclü şəxsiyyət baglayırdı. 1923- 1933- cü illərdə yazıçının külliyatı biləvasitə B. Mussolininin redaktorluğu altında çap olunmuşdur.Alfredo Oriani XIX əsr İtaliya tarixinin yanınmış siyasi xadimlərinsdə biri idi.
Leya Orqana
Şahzadə Leya Orqana (ing. Princess Leia Organa), sonradan General Leya Orqana (ing. General Leia Organa) kimi tanınan personaj, Ulduz müharibələri franşayzının qəhrəmanıdır. Ulduz müharibələri filmlər seriyasında bu personaj aktrisa Kerri Fişer tərəfindən canlandırılmışdır. İlk dəfə "Ulduz müharibələri" (1977) filmində təqdim edilən Leya Alderaan planetinin şahzadəsi, İmperiya senatının üzvü, Üsyançılar alyansının agentidir. O, sithlərin qəddar lordu Dart Vayderə mane olur və İmperiyanın qorxunc silahı olan Ölüm ulduzunun məhv edilməsinə kömək edir. "İmperiya cavab zərbəsi endirir" (1980) epizodunda Leya üsyançıların bazasına rəhbərlik edir Vayderə qalib gəlir və kontrabanda ilə məşğul olan Han Soloya aşiq olur. "Cedayın qayıdışı" (1983) epizodunda Leya Solonun yad planetli cinayətkar Cabba Hattdan xilas edilməsi əməliyyatına başçılıq edir, məlum olur ki, o, Vayderin qızı və Lyuk Skayuolkerin əkiz bacısıdır. Prikvel filmi olan "Sithin qisası" (2005) epizodunda məlum olur ki, əkizlərin anası Nabu planetinin senatoru (keçmiş kraliça) Padme Amidaladır və o, uşaqları dünyaya gətirərkən vəfat edib. Senator Beyl və Alderaan kraliçası Breha Orqana Leyanı övladlığa götürürlər.
Qranik döyüşü
Qranik döyüşü - e.ə. 334-cü ildə Makedoniyalı İskəndərlə Dara arasında ilk döyüş. Qranik çayı sahilində baş vermiş döyüşdə İskəndər Kiçik Asiya satrapının ləng hərəkət muzdur döyüşçü lərini məğlub etmişdir. Döyüşdən sonra makedoniyalılar xeyli qənimət əldə etmiş və Anadolunun içarilərinə doğru irəliləmişdir. Və bu döyüşdə Dara həlak olur İskəndər qalib gəlir.
Uqanik adası
Uqanik adası (ing. Uganik) — Sakit okeanın şimalında, Alyaskanın cənub sahillərində, Kadyak arxipelaqına daxil olan ada. İnzibati cəhətdən ABŞ-nin Alyaska ştatının Kadyak-Aylend borosuna aiddir. Kadyak adasının şimal-qərb sahili yaxınlığında yerləşir. Kadyak Milli Vəhşi Təbiət Sığınacağının bir hissəsidir. İlk dəfə 1805-ci ildə rus səyyahı Yuri Lisyanski tərəfindən qeyd edilmiş və nəhayət 1852-ci ildə rus hidroqrafı Mixail Tebenkov tərəfindən xəritəyə salınmışdır. Adanın uzunluğu təxminən 25 km, eni isə 8 km-dir. Sahəsi 146,7 km²-dir. Adanın ən yüksək nöqtəsi dəniz səviyyəsindən 219 m yüksəklikdədir. Adanın daimi əhali yoxdur.
Kök (orqan)
Kök — hər hansı mühitdə yarpaq və müəyyən qayda üzrə düzülmüş tumurcuqlardan məhrum olan bitki orqanı. Bəzi bitkilərin kökləri olmur . Kök sistemi iki cür olur: mil kök və saçaqlı kök sistemi. == Sistem və tipləri == Kökün ucunda əksərən kök üsküyü və mikoriza olur. Kök həmişə morfoloji ucdan böyüyür və endogen budaqlanma (daxilində törəmə), xüsusiyyətinə malikdir. Otlar, kollar və ağaclar kök sisteminə malikdir. Kök, bitkinin əsas orqanlarından biridir. Kökün əsas vəzifələrindən (funksiyalarından) biri, bitkini torpağa bərkitmək və torpaqdakı suyu, eləcə də mineral maddələri sormaqdır. Çox vaxt kök, ehtiyat qida maddəsi toplanan orqana da çevrilir. Üzvi maddələrin yaradılmasında və vegetativ çoxalma prosesində də kök iştirak edir.
Orqan (biologiya)
Orqan (q.yun. ὄργανον — «alət») — oxşar funksiyaları olan toxuma qruplarıdır. Bitki və heyvan həyatı orqan sistemlərində mövcud olan bir çox orqandan asılıdır. Bir orqan, müəyyən bir orqanizmin digər funksional vahidlərindən təcrid olunmuş bir orqanizm daxilindəki funksional vahiddir. Bir orqanizmin orqanları öz funksiyalarında bir-biri ilə bir-birinə bağlıdırlar ki, orqan tez-tez müxtəlif orqan sistemlərinə birləşən orqanlar toplusudur. Bir orqan yalnız bədən daxilində sabit bir mövqe tutan və inkişafı ontogenez (orqanogenez) çərçivəsində izlənən toxuma və hüceyrələrin birləşməsinə deyilir. Hüceyrələrin və toxumaların orqan təşkili həm heyvanlar, həm də daha yüksək bitkilər üçün xarakterikdir. Yosunlar və digər çoxhüceyrəli və müstəmləkəçi protistlər, həmçinin göbələklər, bu terminin ciddi mənasında heç bir orqan yoxdur, çünki toxumaları yoxdur.
Orqan (dəqiqləşdirmə)
Orqan — [yun. organon – alət] 1)mətbəədə kütləvi informasiya vasitələri, dövri nəşrlər (qəzetlər, jurnallar); 2)ictimai həyatın bu və ya digər sahəsində müəyyən vəzifələri yerinə yetirən idarə; 3)özünün idarəetmə səlahiyyətlərinə malik olan hüquqi şəxsin struktur bölməsi. Orqan (insan) Orqan (heyvan) Orqan (bitki) Orqan (biologiya) Orqan (musiqi aləti) == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Azərbaycan Milli Şurasının İcraiyyə Orqanı
Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası, Azərbaycan Milli Şurası (az.-əbcəd آذربایجان میلی شوراسی‎) və ya Azərbaycan Şurayi-Milliyəsi (az.-əbcəd آذربایجان شوراى میلیسی‎) — Azərbaycan Xalq Cümhuriyyətinin 27 may 1918-ci ildən 17 iyun 1918-ci ilədək və yenidən 16 noyabr 1918-ci ildən 3 dekabr 1918-ci ilədək olan dövrdə mövcud olmuş ilk qanunvericilik qurumu. Seçkilər ilə formalaşan bir qanunverici quruluşdur. == Tarixi == Zaqafqaziyadan seçilmiş deputatlar tərəfindən hakimiyyət orqanı kimi Tiflisdə 1918-ci ilin fevral aylnda yaradılmış olan Zaqafqaziya Seyminin 26 may 1918-ci ildə son iclası keçirildi. Həmin seymdə Azərbaycan 44 deputatdan ibarət dörd müsəlman partiyası – Müsavat Partiyası və ona qoşulan demokratik bitərəflər qrupu, Müsəlman Sosialist Bloku, Rusiyada Müsəlmanlıq "İttihad", Hümmət Partiyası (menşevik) partiyaları tərəfindən təmsil olunurdu. Ertəsi gün, mayın 27-də, keçmiş Seymin Müsəlman fraksiyası tərəfindən fövqəladə iclas çağrildi. İclası keçirməkdə məqsəd — yaranmış siyasi vəziyyəti müzakirə etmək idi və keçmiş Zaqafqaziya Seyminin müsəlman fraksiyasının bütün üzvləri Azərbaycanın istiqlaliyyətini elan edərək müstəqil dövlət yaratmaq, Azərbaycanın idarə edilməsini öz üzərlərinə götürmək, Müvəqqəti Milli Şura yaratmaq qərarına gəldilər. Mayın 28-də Tiflisdə keçmiş Qafqaz Canişininin sarayında Azərbaycan Milli Şurasının ilk iclası keçirildi. Milli Şura Cənub-Şərqi Qafqazda müstəqil Azərbaycan Xalq Cümhuriyyəti qurulması barədə qərar qəbul etdi, müstəqillik haqqında Akt — İstiqlal bəyannaməsi qəbul etdi. Tarixi iclasda Milli Şuranın aşağıdakı üzvləri iştirak etmişlər:Həsən bəy Ağayev, Mustafa Mahmudov, Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mir Hidayət bəy Seyidov, Heybətqulu bəy Məmmədbəyli, Mehdi bəy Hacınski, Əli Əsgər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firidun bəy Köçərli, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyli, Xosrov bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad bəy Məlik-Yeqanov və Hacı Səlim Axundzadə. Səsvermədə 24 nəfər müstəqilliyin lehinə səs vermiş, iki nəfər (Sultan Məcid Qənizadə və Cəfər Axundov) bitərəf qalmışlar Altı bənddən ibarət olan bəyannaməni Azərbaycan Milli Şurasının üzvlərindən Həsən bəy Agayev, Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli, Camo bəy Hacınski, Şəfı bəy Rüstəmbəyli, Nəriman bəy Nərimanbəyli, Cavad bəy Məlik-Yeqanov və Mustafa Mahmudov imzalamışdılar.Müvəqqəti Milli Şuranın Sədri vəzifəsinə Məhəmməd Əmin Rəsulzadə (Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri), onun müavini isə doktor Həsən bəy Ağayev seçildilər.
Orqan (insan)
Orqan — bənzər funksiyaya sahib toxuma qrupu. Hüceyrələr toxumaları, toxumalar orqanları, orqanlar isə orqanlar sistemini, və sonda orqanlar sistemidə orqanizmi əmələ gətirir. Hər hansı bir orqanizmdəki orqanların sayı işlədilən terminlərin sayı ilə müəyyən olunur. İnsan bədənində 79 orqan olduğu qəbul olunur. == Orqanlar sistemi == Qan-damar sistemi — ürək və ondan çıxan damarları əhatə edən, qanın bədəndə dövranını təmin edən sistem; Həzm sistemi — tüpürcək vəziləri, qida borusu, mədə və bağırsaqlardan ibarət sistem; İfrazat sistemi — böyrəklər, sidik boruları, sidik kisəsi və sidikburaxan kanaldan ibarət sistem Tənəffüs sistemi — nəfəs borusu, traxeya, bronxlar, ağciyərlər və diafraqmadan ibarət sistem; Endokrin sistemi — hipofiz, epifiz və s. vəzilərdən ibarət sistem; Sinir sistemi — baş beyin, onurğa beyni və onlardan çıxan sinirlərdən ibarət sistem; Skelet-dayaq sistemi— sümüklər, oynaqlar və bağlardan ibarət sistem; Əzələ sistemi — əzələlərdən ibarət sistem; Cinsiyyət sistemi — cinsi əlaqədə olmaq üçün nəzərdə tutulan orqanlardan ibarət sistem.
Orqan (musiqi)
Orqan (lat. organum; q.yun. ὄργανον - alət) — klavişli nəfəs aləti. Böyük konsert orqanları bütün digər musiqi alətlərindən daha böyükdür. Orqan dizaynı müxtəlif uzunluqlu və diametrli külək boruları, havanın vurulması üçün qurğu, klaviaturalı konsol və trakt üzərində qurulub. Orqanın səs orijinallığı hər bir alət üçün dəsti fərdi olan xüsusi tembrlərlə (“ registrlər ”) müəyyən edilir. == Tarixi == Orqan ən qədim musiqi alətlərindən biridir. Hugo Riman hesab edirdi ki, orqanın əcdadı qədim Babilə gedib çıxır (e.ə. 19-cu əsr): “Körük boru vasitəsilə şişirilmiş, əks ucunda isə, şübhəsiz ki, qamış və bir neçə deşik olan boruları olan bir gövdə var idi” . Orqan embrionunu Pan fleytası, Çin şeni və digər oxşar alətlərdə də görmək olar.
Ranik Halle
Ranik Halle (və ya Andronik Saradşef, norv. Ranik Halle, 24 avqust 1905, Bakı – 20 may 1987, Oslo)—rus əsilli norveçli jurnalist və bric oyunçusu. Ranik Halle 20 ildən çox Norveçin sağ mətbuat orqanının rəhbəri idi. Həmçinin, ölkənin ən məşhur bric oyunçularından olan Ranik, bric üzrə 12 qat Norveç çempionu və bir çox kitabların müəllifi olmuşdur. == Həyatı == Əsl adı Andronik Saradşef olan Ranik 1905-ci ildə avqust ayının 24-də Bakıda gürcü neftçi Sergey Saradşefin ailəsində dünyaya gəlmişdir. 11 il Bakıda yaşayan Ranikin anası həyat yoldaşının neft qəzasında ölməsindən sonra onun dostu norveçli Halfdan Halle ilə ailə həyatı qurmuşdur. Ranik Halfdan Halle tərəfindən övladlığa götürüldükdən sonra 1916-cı ildə ailəsi ilə birlikdə Norveçə köçmüş və Ranik Halle adını almışdır. Ranik Halle Osloda orta məktəbə başladı. 1923-cü ildə məzun olduqdan sonra Oslo Universitetində hüquq və sosial iqtisad ixtisası üzrə 3 il təhsil almışdır. Sonralar jurnalistikaya və siyasətə olan marağına görə universitetin tələbə birliyinə qoşulmuş və 1924-1927-ci ildə birliyin sədri olmuşdur .
İnzibati orqan
İnzibati orqan — inzibati fəaliyyət həyata keçirən təsisat. Dövlət orqanı olması şərt deyildir: bələdiyyələr, vəkillər kollegiyası, Təhsil Nazirliyindən müstəqil olan univesitetlər, özəl universitetlər, ictimai xidməti inhisarçı qaydada həyata keçirən birliklər də inzibati orqan sayılır. Burada əsas meyarlardan birincisi həmin orqanın ictimai idarəetmə sahəsində fəaliyyət göstərməsi, ikincisi isə hakimiyyət səlahiyyətlərindən istifadə etməsidir. İstisna hallarda, fiziki şəxslər də inzibati orqan sayıla bilər: məsələn, müharibə zamanında kənddə bütün icra strukturları dağıdılıbsa, hərbi komandanlıq hansısa kənd sakininə müvəqqəti olaraq həmin kəndə idarəçilik səlahiyyətləri verə bilər. Həmin şəxs inzibati orqan sayılacaq və onun vəzifəsi ilə bağlı verdiyi qərar və hərəkətlərinə PUBLİK (ictimai) hüquq qaydaları tətbiq olunacaq. Əgər bir orqan inzibati orqandırsa, onun inzibati fəaliyyət ilə aldığı qərarlara və etdiyi hərəkətlərə inzibati hüquq qaydaları, ya da daha geniş mənada publik hüquq qaydaları tətbiq olunacaq.
Ergani
Ergani — Dəclənin sağ sahilində 10 km uzaqlıqda və 1537 metr hündürlükdəki Zülküf dağının cənub ətəyində qurulmuş (Xalq arasında Zülküf Dağı, Zülküf Peyğənbər Dağı, Mövqə Dağı olaraq adlandırılmaqdadır. Diyarbakırın əhəmiyyətli bölgəsindən biridir. Ergani, Diyarbakır ilinin ən böyük ilçəsidir. İlçə mərkəzinə bağlı 86 kənd var.
Fundiseius morgani
Fundiseius morgani (lat. Fundiseius morgani) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin fundiseius cinsinə aid heyvan növü.
Azərbaycanda orqan transplantasiyası
Azərbaycanda orqan transplantasiyası — Azərbaycanda insan orqanizminin bir hissəsinin digər insana köçürülməsi. Azərbaycanda orqan transplantasiyası faktı ilk dəfə akademik Mirməmməd Cavadzadənin adı ilə bağlıdır. Onun rəhbərliyi ilə 1971-ci il martın 4-də nəinki Azərbaycanda, Cənubi Qafqazda və Yaxın Şərqdə ilk dəfə xəstəyə böyrək köçürülmüşdür. Sonradan bu nailiyyətə görə, o, 1974-cü ildə SSRİ dövlət mükafatına layiq görülmüşdür. Mərhum akademikin rəhbərliyi ilə 1983-cü ilə kimi Azərbaycanda 30-a yaxın böyrəkköçürmə əməliyyatı aparılmışdır. Sonradan bu iş dayandırılmışdır. Sovet hakimiyyətinin dağılması ərəfəsində yaranan durğunluq, tibbi avadanlıqların köhnəlməsi, işin risklilik dərəcəsinə görə onlar transplantasiya ilə məşğul olmamışlar.Bu sahədə işlərin bərpası Azərbaycanın müstəqillikdən sonrakı dövrdə müşahidə olunmuşdur. Orqan transplantasiyası ilə bağlı hüquqi bazanın formalaşdırılması Heydər Əliyevin dövrünə təsadüf edir. 1999-cu ildə "İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında" Azərbaycan Respublikasının qanunu qəbul olunmuş, 2000-ci ildə isə Nazirlər Kabinetinin qəbul etdiyi qərara görə, transplantasiyasına icazə verilən orqan və ya toxumaların siyahısı tutulmuşdur. Azərbaycan orqan köçürülməsi əməliyyatlarında ölüm sayı dünya standartları ilə eyni səviyyədədir.
Belgrad Ormanı
Belqrad meşəsi (türk. Belgrad Ormanı) ― Türkiyənin ən böyük şəhəri İstanbulun şimalında təqribən 5,500 hektarlıq təbii meşə sahəsi. 1521-ci ildə Osmanlılara əsir düşən Belqrad şəhərindən didərgin düşmüş minlərlə serbin adını daşıyır. Coğrafi cəhətdən meşə Trakya yarımadasının ən şərq nöqtəsində yerləşir. Meşə ərazi Sarıyer və Eyüp rayonları arasında bölünür. Bir neçə tarixi su anbarı meşənin içində yerləşir.
Qraf Orqasın dəfni
Qraf Orqasın dəfni (isp. El Entierro del Conde de Orgaz) əsəri 1586-1588-ci illərdə Yunan mənşəli İspaniya rəssamı El Qreko tərəfindən çəkilmiş XIV əsrin əvvəlinə aid əfsanə bu şəklin mövzusuna çevrilmişdir. Toledo əhli və şəhərin senyoru Orqas don Qonsalo Ruis 1312-ci ildə vəfat etmişdir. Onun ailəsi qraf tituluna sonralar layiq görülmüşdür, don Qonsalo Ruis həmin titulla ölümündən sonra məşhurlaşmışdır. Qraf Orqas mömin adam idi, öz xeyriyyə fəaliyyəti ilə tanınmışdı, San-Tome kilsəsinin (El Qreko da həmin kilsənin abidlərindən idi) genişləndirilməsindən və bəzədilməsindən ötrü xüsusi vergi barədə fərman vermişdi. Əfsanəyə görə, don Qonsalo Ruisin dəfn mərasimində onun dəfnindən ötrü müqəddəs Stefan və müqəddəs Avqustin səmalardan enmişdi.
"Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)" yubiley medalı
"Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)" yubiley medalı — Azərbaycan Respublikasının dövlət təltifi. 14 iyul 2023-cü ildə təsis edilmişdir. == Tarixi və əsasnaməsi == "Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)" yubiley medalı Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 984-VIQD saylı Qanunu ilə təsis edilmişdir.Yubiley medalı ilə Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanda xidməti vəzifələrini həyata keçirərkən fərqlənən hərbi qulluqçular, mülki işçilər, veteranlar, habelə həmin orqanın fəaliyyətinin təmin olunmasında fəal iştirak edən və inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif edilirlər.Medala layiq görülən şəxslər Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi tərəfindən təltif edilirlər. "Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)" yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır. == Təsviri == "Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)" yubiley medalının təsviri 2023-cü il 14 iyul tarixli Qanunu ilə təsdiq edilmişdir.Medalın ümumi təsviri "Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)" Azərbaycan Respublikasının yubiley medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 38 mm olan, hər bir guşəsi relyefli xətlərlə işlənmiş səkkizguşəli ulduz kompozisiyalı lövhədən ibarətdir. Medalın ön tərəfi Medalın ön tərəfində relyefli xətlərin əhatəsində qızılı rəngli dairə yerləşdirilmişdir. Dairənin mərkəzində ətrafı qızılı rənglə konturlanan və daxili Azərbaycan Respublikası Dövlət Bayrağının rənglərində 3 üfüqi zolağa bölünən səkkizguşəli ulduz əks olunmuşdur. Mavi rəngli zolağın üzərində "1993", yaşıl rəngli zolağın üzərində "2023" rəqəmləri yazılmışdır, yuxarı və aşağı hissələrdə qızılı rənglə konturlanmış qırmızı rəngli zolağın üzərində ağ rəngdə ay və səkkizgüşəli ulduz həkk olunmuşdur. Dairənin yuxarı hissəsində qövs boyunca "Azərbaycan Respublikası Prezidentinin" sözləri, aşağı hissəsində qövs boyunca "Təhlükəsizliyini təmin edən orqan" sözləri yazılmışdır. Yuxarı və aşağı hissələrdəki yazıların arasında hər birinin diametri 1,8 mm olan iki səkkizguşəli ulduz təsvir olunmuşdur.