Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası, Azərbaycan Milli Şurası (az.-əski. آذربایجان میلی شوراسی) və ya Azərbaycan Şurayi-Milliyəsi (az.-əski. آذربایجان شوراى میلیسی) — Azərbaycan Xalq Cümhuriyyətinin 27 may 1918-ci ildən 17 iyun 1918-ci ilədək və yenidən 16 noyabr 1918-ci ildən 3 dekabr 1918-ci ilədək olan dövrdə mövcud olmuş ilk qanunvericilik qurumu. Seçkilər ilə formalaşan bir qanunverici quruluşdur.
Azərbaycan Şurayi-Milliyəsi | |
---|---|
az.-əski. آذربایجان شوراى میلیسی | |
Ümumi məlumatlar | |
Növü | qanunverici hakimiyyət |
Təsis tarixi | 27 may 1918 |
Ləğv olunma tarixi | 7 dekabr 1918 |
İdarə heyəti | |
Sədri |
Məhəmməd Əmin Rəsulzadə, Müsavat Partiyası 28 may 1918 tarixindən |
Quruluşu | |
Üzvlərin sayı | 44 |
siyasi partiyalar |
|
Seçkilər | |
Sonuncu seçkilər | 1917 Ümumrusiya Müəssislər Məclisinə seçkilər |
Vikianbarda əlaqəli mediafayllar |
Zaqafqaziyadan seçilmiş deputatlar tərəfindən hakimiyyət orqanı kimi Tiflisdə 1918-ci ilin fevral ayında yaradılmış olan Zaqafqaziya Seyminin 26 may 1918-ci ildə son iclası keçirildi. Həmin seymdə Azərbaycan 44 deputatdan ibarət dörd müsəlman partiyası – Müsavat Partiyası və ona qoşulan demokratik bitərəflər qrupu, Müsəlman Sosialist Bloku, Rusiyada Müsəlmanlıq "İttihad", Hümmət Partiyası (menşevik) partiyaları tərəfindən təmsil olunurdu. Ertəsi gün, mayın 27-də, keçmiş Seymin Müsəlman fraksiyası tərəfindən fövqəladə iclas çağrildi. İclası keçirməkdə məqsəd — yaranmış siyasi vəziyyəti müzakirə etmək idi və keçmiş Zaqafqaziya Seyminin müsəlman fraksiyasının bütün üzvləri Azərbaycanın istiqlaliyyətini elan edərək müstəqil dövlət yaratmaq, Azərbaycanın idarə edilməsini öz üzərlərinə götürmək, Müvəqqəti Milli Şura yaratmaq qərarına gəldilər. Mayın 28-də Tiflisdə keçmiş Qafqaz Canişininin sarayında Azərbaycan Milli Şurasının ilk iclası keçirildi.
Türk millətini Mavərayi-Qafqas seymində zirdəki dörd firqə təmsil ediyordu: 1) Türk xəlq ədəmi-mərkəziyyət firqəsi Müsavat Firqəsi və ona ilhaq edən demokratik firqə qrupu, 2) Müsəlman Sosialist Bloku, 3) Rusiyada Müsəlmanlıq "İttihad", 4) Sosial-Demokrat Müsəlman Hümmət Firqəsi (menşevik)[1] Məhəmməd Əmin Rəsulzadə
|
Milli Şura Cənub-Şərqi Qafqazda müstəqil Azərbaycan Xalq Cümhuriyyəti qurulması barədə qərar qəbul etdi, müstəqillik haqqında Akt — İstiqlal bəyannaməsi qəbul etdi. Tarixi iclasda Milli Şuranın aşağıdakı üzvləri iştirak etmişlər:[2]
Həsən bəy Ağayev, Mustafa Mahmudov, Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mir Hidayət bəy Seyidov, Heybətqulu bəy Məmmədbəyli, Mehdi bəy Hacınski, Əli Əsgər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firidun bəy Köçərli, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyli, Xosrov bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad bəy Məlik-Yeqanov və Hacı Səlim Axundzadə.
Səsvermədə 24 nəfər müstəqilliyin lehinə səs vermiş, iki nəfər (Sultan Məcid Qənizadə və Cəfər Axundov) bitərəf qalmışlar Altı bənddən ibarət olan bəyannaməni Azərbaycan Milli Şurasının üzvlərindən Həsən bəy Agayev, Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli, Camo bəy Hacınski, Şəfı bəy Rüstəmbəyli, Nəriman bəy Nərimanbəyli, Cavad bəy Məlik-Yeqanov və Mustafa Mahmudov imzalamışdılar.[3]
Müvəqqəti Milli Şuranın Sədri vəzifəsinə Məhəmməd Əmin Rəsulzadə (Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri), onun müavini isə doktor Həsən bəy Ağayev seçildilər. İcra Komitəsinin sədri vəzifəsinə isə Fətəli xan Xoyski seçildi.[4]
Həmin iclasda Milli Şura ilk Müvəqqəti hökumətin yaradılması haqqında qərar qəbul etmişdir.
"Xalq seçkiləri ilə seçilmiş Azərbaycan Milli Müsəlman Şurası bildirir: Bu gündən etibarən Azərbaycan xalqları suveren hüquqlara malikdirlər, Şərqi və Cənubi Zaqafqaziyadan ibarət olan Azərbaycan tam hüquqlu müstəqil dövlətdir. Müstəqil Azərbaycanın siyasi quruluş forması Demokratik Respublikadır.Müəssislər Məclisi çağırılana qədər bütün Azərbaycanın idarəsi başında xalq seçkiləri ilə seçilmiş Milli Şura və Milli Məclis qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur". |
Milli Şura və ilk hökumət 1918-ci il iyunun 16-da Tiflisdən Gəncəyə köçmüş, noyabrın 16-dan dekabrın 7-sinədək – yəni ilk Parlamentin açılışınadək Bakıda fəaliyyətini davam etdirmişdir.
1918-ci il may ayının 28-də Milli Şuranın birinci iclasında Azərbaycanın müstəqil dövlət elan olunması haqqında tarixi qərar qəbul edildi. Həmin iclasda yeni demokratik dövlətin yaranması faktını hüquqi cəhətdən təsbit edən "Azərbaycanın istiqlaliyyəti haqqında Akt" qəbul edildi. Bir saatlıq fasilədən sonra iclas öz işinə yenidən başladıqda, ilk Azərbaycan hökumətini təşkil etmək haqqında tapşırıq almış Fətəlixan Xoyski müvəqqəti hökumətin tərkibini elan etdi:
1918-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyətinin qanunverici orqanı olan Parlamentin işə başlaması ilə Milli Şuranın fəaliyyətinə xitam verildi.[6]
İyunun 16-da Gəncəyə köçən Azərbaycan Milli Şurasının və Hökümətinin tərkibinə etimadsızlıq siyasi böhrana səbəb olmuşdu. Azərbaycanın Osmanlıya ilhaq edilməsinin tərəfdarı olanlar Milli Şuranın və Hökümətin işini pozmağa çalışırdılar.
Yaranmış mürəkkəb siyasi şəraitdə Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq naminə Milli Şuranın buraxılması qərara alındı. Qərarda deyilirdi ki, Azərbaycanın ağır daxili və xarici vəziyyətini nəzərə alaraq, bütün hakimiyyət Fətəli xan Xoyskinin sədrliyi ilə təşkil olunan hökumətə verilir və bu hökumət öz hakimiyyətini qısa müddətə çağırılmalı olan Müəssislər Məclisindən başqa heç kəsə güzəştə getməməlidir.
Mayın 27-də Azərbaycan Milli Şurası təsis olunmuş, iyunun 17-də isə fəaliyyətini müvəqqəti dayandırıb, 6 aydan gec olmayaraq Müəssislər Məclisi çağrılmaq şərti ilə, bütün qanunverici və icraedici hakimiyyəti Müvəqqəti hökumətə vermişdir.
Parlamentli respublika idarəçiliyinin hüquqi norma və qaydalarına sadiq qalan Fətəli xan Xoyski hökuməti, eyni zamanda, Müəssislər Məclisinin çağırılması üçün hazırlıq görməyə başladı. Bu məqsədlə xüsusi komissiya yaradıldı. Milli Şuranın qərarından hələ 6 ay keçməmiş, hökumətin təkbaşına hakimiyyəti davam etdirmək səlahiyyəti olduğu halda Fətəli xan Xoyskinin təşəbbüsü və müraciətinə əsasən, 1918-ci il noyabrın 16-da Azərbaycan Milli Şurası yenidən fəaliyyətə başladı. Hökumətin sədri Fətəli xan Xoyskinin təklifi ilə Azərbaycan Milli Şurası Müəssislər Məclisi çağırmaq işini öz üzərinə götürdü.
Azərbaycan Milli Şurasının 1918-ci il noyabrın 19-da Məhəmməd Əmin Rəsulzadənin sədrliyi ilə keçirilən iclasında Azərbaycan Milli Şurası həmin il dekabrın 3-də Müəssislər Məclisinin- geniş tərkibli Azərbaycan Parlamentinin çağırılması haqqında qanun qəbul etdi və öz fəaliyyətini dayandırdı.
(1882–1947) |
Müsavat Partiyası |
||||
(1886–?) |
Müsavat Partiyası |
||||
(1866–1920) |
Müsavat Partiyası |
||||
(1881–1937) |
|||||
(1891–1927) |
|||||
(1888–1942) |
|||||
(1878–1937) |
Müsavat Partiyası |
||||
(1878–1931) |
|||||
(1893–1938) |
|||||
(1891–1961) |
|||||
(1875–1968) |
Müsavat Partiyası |
||||
(1886-1963) |
|||||
(1862–1934) |
Bitərəf |
||||
(1875–1920) |
Müsavat Partiyası |
||||
(1863–1920) |
Müsavat Partiyası |
||||
(1872–1930) |
Müsavat Partiyası |
||||
(1879–1937) |
|||||
(1880–1944) |
Müsavat Partiyası |
||||
(1875–1920) |
Müsavat Partiyası |
||||
(1873–1947) |
Müsavat Partiyası |
||||
(1879–1943) |
Bitərəf |
||||
(1879–1935) |
Müsavat Partiyası |
||||
(1853–1934) |
Müsavat Partiyası |
||||
(1879-1949) |
|||||
(1881–1923) |
|||||
(1879–1920) |
Müsavat Partiyası |
||||
(1881–1938) |
|||||
(1889–1937) |
Müsavat Partiyası |
||||
(1877–1918) |
Müsavat Partiyası |
||||
(1871–1925) |
Müsavat Partiyası |
||||
(1879–1941) |
Müsavat Partiyası |
||||
(1884–1955) |
Müsavat Partiyası |
||||
(1895–1982) |
|||||
(1885–1935) |
Bitərəf |
||||
(1875–1931) |
Müsavat Partiyası |
||||
(1864–1944) |
Müsavat Partiyası |
||||
Müsavat Partiyası |
|||||
(1891–1949) |
|||||
(1862–1931) |
Müsavat Partiyası |
||||
(1888–1938) |
Müsavat Partiyası |
||||
(1878–1937) |
Müsavat Partiyası |
||||
(1892–1920) |
Müsavat Partiyası |
||||
(1889–1937) |
Müsavat Partiyası |
||||
(1881–1920) |
Müsavat Partiyası |
||||
(1898–1934) |
Müsavat Partiyası |
||||
(1866–1938) |
|||||
(1893–1960) |
Müsavat Partiyası |
||||
(1874–?) |
Müsavat Partiyası |
||||
(?–1938) |
Bitərəf |
Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının icraedici orqanı Rəyasət Heyəti və İcra Komitəsidir. Müvəqqəti Milli Şuranın Sədri vəzifəsinə Məhəmməd Əmin Rəsulzadə (Müsavat Partiyasının Mərkəzi Komitəsinin sədri), onun müavini isə doktor Həsən bəy Ağayev seçildilər. İcra Komitəsinin sədri vəzifəsinə isə Fətəli xan Xoyski (bitərəf) seçildi.[4] Rəyasət Heyətinə Müsavat Partiyası və bitərəflərin demokratik qrupu tərəfindən Məhəmməd Əmin Rəsulzadə, Həsən bəy Ağayev, Məmmədhəsən Hacınski, Nəsib bəy Yusifbəyli, Xəlil bəy Xasməmmədov, Məmməd Yusif Cəfərov, Müsəlman Sosialistlər Blokundan Xudadat bəy Məlik-Aslanov, Camo bəy Hacınski, Sosial-Demokrat (menşevik) Hümmət Partiyasından Əkbər ağa Şeyxülislamov, İttihad Partiyasından doktor Xosrov Paşa bəy Sultanov daxil oldu. Bu zaman Batum konfransında Türkiyə nümayəndə heyəti ilə danışıqlar aparan Məhəmməd Əmin Rəsulzadə gizli səsvermə yolu ilə Azərbaycan Milli Şurasının sədri, Həsən bəy Ağayev isə onun müavini seçildi.
1918-ci ilin iyun ayının 7-də 4-cü iclasda Həsən bəy Ağayev vəzifəsindən istefa versə də Fətəli xan Xoyski tərəfindən istefası qəbul olunmur.