organisation
organiser
OBASTAN VİKİ
Caspian Event Organisers
Caspian Event Organisers (CEO) — şirkəti Azərbaycanda keçirilən bir sıra beynəlxalq sərgi və konqres təşkilatçısıdır. Şirkətin təşkilatçılığı ilə keçirilən tədbirlər arasında: ADEX, Caspian Agro, InterFood Azerbaijan, TransLogistica Caspian, Road&Traffic, Securex Caspian, Rebuild Karabakh, Medinex, Beauty Azerbaijan, Baku Book Fair, Fərqli Fərdlər yer alır. == Caspian Agro == "Caspian Agro" sərgisi Azərbaycan Respublikasının aqrar-sənaye kompleksində mütərəqqi texnologiyaların tətbiqi, kənd təsərrüfatı sahəsinin yerli və xarici mütəxəssisləri arasında təcrübə mübadiləsi və qarşılıqlı faydalı işgüzar əlaqələrin gücləndirilməsi üçün bazarda praktiki vasitə kimi özünü doğrultmuşdur. Sərgi kənd təsərrüfatı sektorunun ən əsas iştirakçılarını, yerli və xarici mütəxəssisləri, aralarında idxalçılar, ixracatçılar, distribütorlar, topdan və pərakəndə satış təmsilçiləri, eləcə də fermerlərin yer aldığı minlərlə peşəkar ziyarətçini bir araya gətirir. == InterFood Azerbaijan == Dünyanın bir sıra ölkəsindən minlərlə peşəkar ziyarətçini qəbul edən "InterFood Azerbaijan" sərgisi Xəzəryanı regionda qida sənayesi iştirakçılarının ən əsas görüş yerlərindən birinə çevrilmişdir. Sərginin məqsədi keyfiyyətli məhsulları bazara çıxarmaq, habelə iştirakçılar ilə ziyarətçilər arasında birbaşa əlaqə yaratmaqdır. == TransLogistica Caspian == "TransLogistica Caspian" sərgisi dəmir yolları, dənizçilik sənayesi, aviasiya, kommersiya nəqliyyatı və nəqliyyat-logistika xidmətləri kimi nəqliyyat sektorlarını birləşdirən səmərəli platformadır. Sərgi həm Azərbaycanın, həm də region ölkələrinin dövlət nəqliyyat strukturlarını təmsil edən rəhbər və mütəxəssislərlə görüşmək, eləcə də nəqliyyat texnologiyalarının ən son nümunələrini nümayiş etdirmək, perspektiv dövlət infrastruktur layihələri ilə tanış olmaq, məhsullar üçün yeni satış kanalları tapmaq, habelə dəmir yolları, dəniz limanları, aerodromlar və logistika mərkəzlərinin tikintisi, eləcə də hərəkət heyətinin istehsalı və gəmiqayırma sahələrində təcrübə mübadiləsi üçün unikal imkan yaradır. == Road&Traffic == "Road and Traffic" sərgisi Xəzər regionunda yol infrastrukturu, ictimai nəqliyyat, yol təhlükəsizliyi və informasiya texnologiyaları kimi sektorların peşəkarlarını öz meydançasında bir araya toplayan ixtisaslaşdırılmış tədbiridir. Sərgi yol, körpü və tunellərin layihələndirilməsi və inşası əsnasında bu sahənin mütəxəssislərinə müasir həll variantlarını təqdim etmək, habelə bazarın tələbatlarını və intellektual nəqliyyat sistemi (İNS) sektoruna aid olan məhsullarınızın satış potensialını tədqiq etmək, Azərbaycanın ictimai nəqliyyat operatorları ilə görüşmək və bu sahə üzrə tenderlərdə iştirak etmək, eləcə də Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Bakı Metropoliteni və bu sahə üzrə dövlət strukturlarının rəhbərləri ilə yanaşı, yol-tikinti sektorunda çalışan podratçıların mütəxəssisləri ilə də görüşmək üçün nadir imkandır.

Digər lüğətlərdə

...сме́нный акцептова́ть алма́зно выпа́лываться не гла́же подтяну́ть помехозащи́тный расплёвываться рыча́ние смердяко́вщина студене́ть ти́пус жизнелю́бие оби́льно р тре́звенница anti-imperialistic extrovert gin-drinker's liver Gothamite hepatocyte hunger-march kick-up рукоять тешиться