Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Azov oturacağı
Azov oturacağı — 1637–1642-ci illərdə Azov qalasına nəzarət uğrunda Osmanlı və Krım qüvvələri ilə Don kazakları arasında baş tutan münaqişə. == Tarixi == Rusiyanın cənub bölgələrinə basqınlar edən Krım və Noğay tatarları Osmanlı imperiyasının nəzarətində olan Azov qalasına arxalanırdılar. Qalanın dörd min nəfərlik əsgər və 200 topdan ibarət qarnizonu var idi. 1637-ci ilin yayında Krımda gedən daxili mübarizədən istifadə edən kazaklar Azovu ələ keçirmişdilər. 1641-ci il iyunun əvvəlində Osmanlı–tatar ordusu Azovu mühasirəyə almışdı. Bununla belə, təxminən 5,5 min nəfərdən ibarət Don kazakları qalanın müdafiəsində dözümlülük göstərərək osmanlıların çoxsaylı hücumlarını dəf etmişdilər. Ağır itkilər verən Osmanlı ordusu sentyabrın sonunda mühasirəni buraxmağa məcbur qalmışdılar. Qalanı müdafiə edən kazaklar Rusiya hökumətinə Azovu onların səlahiyyətləri altına verməyi təklif etmişdilər. Məsələni həll etmək üçün hökumət 1642-ci ildə Zemski soboru çağırmışdı. Burada deputatlardan bəziləri kazakların təklifinin lehinə çıxış etmişdilər, lakin Osmanlı imperiyası ilə müharibədən yayınmaq üçün Rusiya hökuməti Azovu tərk etmək qərarına gəlmiş və kazakları oranı tərk etməyə çağırmışdır.
Katapult oturacağı
Katapult oturacağı, əsasən döyüş təyyarələrində pilotu və ya ekipajı fövqəladə hallarda xilas etmək üçün hazırlanmış bir sistemdir. Əksər dizaynlarda pilotun oturacağı, pilotla birlikdə partlayıcı və ya raket mühərrikinin köməyi ilə təyyarədən atılır. Təyyarədən ayrılan oturacaq pilotun təhlükəsiz yerə enməsinə imkan verən bir paraşüt açır. == Tarix == Paraşüt dizayneri və ixtiraçı Everard Calthrop 1916-cı ildə sıxılmış hava vasitəsilə katapult prinsipi ilə işləyən bir katapult oturacağının dizaynını patentləşdirdi. Modern katapult oturacağı dizaynında ilk addımı Rumıniyalı ixtiraçı Anastase Dragomir atmışdır. Bir təyyarədən və ya nəqliyyat vasitəsindən qoparıla bilən paraşüt hissəsini özündə birləşdirən dizayn ilk olaraq 25 avqust 1929-cu ildə Paris Orly Hava Limanında sınaqdan keçirildi və müvəffəqiyyətli oldu. Katapult oturacağı dizaynı İkinci Dünya Müharibəsi dövründə çox inkişaf etdirilmişdir. Bundan əvvəl, idarəolunmaz bir təyyarədən qaçmağın yeganə yolu təyyarədən tullanmaq idi, lakin sıxılma vəziyyət, pilot üzərindəki g-qüvvəsi və hava axını kimi mənfi şərtlər səbəbiylə tez-tez uğursuz olurdu. İlk katapult oturacağı Heinkel və SAAB şirkətləri tərəfindən müstəqil olaraq hazırlanmışdır. İlk dizaynlarda sıxılmış hava itələmənin mənbəyi kimi istifadə edilmişdir.
Oturaq heyvanlar
Oturaq heyvanlar - Oturaq tip ərazi bölüşdürülməsi ərazinin resurslarından populyasiya səviyyəsində nisbətən səmərəli istifadəyə səbəb olur: ərazidə ayrı-ayrı fərdlər nisbətən bərabər paylanır: hər bir məskunlaşma sahəsi həyat üçün hər bir şərait ilə təmin olunmuşdur. Bunun nəticəsində yem, sığınacaq və digər resurslar uğrunda rəqabət minimuma enmiş, hər fərdin yaşamaq və təzələnməyə şansı vardır, populyasiya isə bütövlükdə inkişaf və ərazi zəbt etməyə geniş perspektiv qazanır. Məhdud əraziyə bağlılıq fərdlərə bir sıra bioloji üstünlük qazandırır, bu baxımdan, heyvanların öz əraziləri ilə mənimsənilmə dərəcəsi ilə tanışlığı da böyük əhəmiyyət kəsb edir. Məskunlaşma sahəsi daxilində heyvanlar tanış oriyentir (səmt) sistemində sərbəst yerini dəyişir, yem axtarmaq üçün az vaxt sərf edir. Bir çox növlər sahədə sığınacağa, yem sahəsinə, yem ehtiyatı və s. yerə gedən əlaqələndirici cığırlar salır. Heyvanların gündəlik aktiv hərəkətləri sanki avtomatik surətdə həyata keçirilir: rezident – fərd qısa yolla yem, istirahət, yırtıcıdan və ya pis havadan gizlənmək yerinə əlavə vaxt və enerji sərf etmədən catır. Lakin oturaq həyat keçirdikdə populyasiyanın sıxlığı hədsiz çox olduqda resurslar gücdən düşür. Oturaq heyvanların ərazi differensasiyası tək (ailəvi) həyat tərzi ilə bağlıdır. Bunun əksinə, həyat tərzi tipi qrupla olub, fərdlər daima və ya dövri olaraq sıx sürü və ya dəstə əmələ gətirir.
Oturaq sinir
Oturaq siniri (lat. N. ischiadicus) oma kələfinin ən böyük şaxəsidir. Böyük oturaq dəliyindən çanağın arxasına çıxır və əkiz əzələləri ilə budun kvadrat əzələsinin dal səthi ilə aşağı enir. Böyük sarğı əzələsininaltından budun dal səthinə keçir, budu yaxınlaşdıran böyük əzələnin dal səthi boyunca həmin əzələ və budun dal qrup əzələlərinin arası ilə dizaltı çuxura doğru gedir, ona bir qədər qalmış iki böyük uc şaxəyə qamış siniri lat. nştibialis və ümumi incik sinirinə lat. nş peroneus (fibularis) communis bölünür.
Oturaq sümüyü
Oturaq sümüyü (lat. os ischii) — qalça sümüyünün oturaq hissəsi. Oturaq sümük bucaq altında əyilmiş oturaq sümüyün yuxarı (lat. ramus superior ossis ischii), aşağı (lat. ramus inferior oss. ischii) şaxələrdən və sümük cismindən ibarətdir. Oturaq sümüyün şaxələri qasıq sümüyü ilə birləşərək qapayıcı dəliyi (lat. foramen obturatum) əmələ gətirir.
Əks-səda doğuracaq
…Əks-səda doğuracaq (rus. И эхом отзовётся) — Azərbaycanın cizgi, ekler, qarışıq texnika filmi. == Məzmun == Film aktual mövzuya-insanların öz hərəkətləri üçün gələcək qarşısında məsuliyyət daşımalarına, yer planetində sivilizasiyanın qorunub saxlanılması üçün insan zəkasının məsuliyyətinə həsr olunmuşdur. == Film haqqında == Cizgi, ekler, qarışıq texnika filmidir. Bədii-publisistik multipliaskiya filmi Gennadi Tişşenkonun "Miras" hekayəsi əsasında çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Gennadi Tişşenko Ssenari müəllifi: Gennadi Tişşenko Quruluşçu rəssam: Vaqif Məmmədov, Gennadi Tişşenko, Nigar Nərimanbəyova Operator: Ramiz Ağayev Bəstəkar: Elmar Fel Səs operatoru: Marat İsgəndərov Multiplikasiya rəssamı: Vaqif Məmmədov, Gennadi Tişşenko Rəssam: Firəngiz Quliyeva, Hüseyn Cavid İsmayılov, Bəhram Qaflanov === Rollarda === Fəxrəddin Manafov N. Georgiyeva Cahangir Şahmuradov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər.
...Əks-səda doğuracaq (film, 1987)